Magisch

Magisch Psixoloji maariflənmə

🧐Obsessiv-kompulsiv pozuntu nədir? OKP- nevrozun bir forması olub sarışan fikirlərin (obsessiya) və ya sarışan hərəkətlə...
18/09/2022

🧐Obsessiv-kompulsiv pozuntu nədir?
OKP- nevrozun bir forması olub sarışan fikirlərin (obsessiya) və ya sarışan hərəkətlərin (kompulsiya), daha çox isə onların hər ikisinin mövcudluğu ilə xarakterizə olunan, kəskin stress pozuntusuna və dezadaptasiyaya gətirib çıxaran psixi pozuntudur.
🔅Obsessiya – güclü təşviş yaradan, daim təkrarlanan arzuolunmaz fikirlər, meyillər və obrazlardır. Onlar ya birdən-birə, ya da hər hansı bir vəziyyət və hadisə ilə əlaqədar olaraq yarana bilər.
📍Tez-tez rast gəlinən obsessiyalara daxildir:
✔️yoluxma qorxusu, çirklənməkdən yayınmaq, mikroblardan qorxmaq✔️özünə və ya digər insanlara zərər verdiyini düşünmək✔️idarəetməni (kontrolu) itirmək qorxusu
✔️sarışan cinsi fikirlər✔️qadağan edilmiş fikirlər✔️əşyaları xüsusi tipdə saxlamağa ehtiyac✔️danışmaq, sual vermək, öyrətmək və ya etiraf etməyə kompulsiv ehtiyac.

🔅Kompulsiya - sarışan fikirlərlərin qarşısını almaq və ya həyəcanı, gərginliyi azaltmaq üçün etməyə ehtiyac hiss etdiyi fiziki və ya psixi hərəkətlərdir.
🔎Bəs fiziki və psixi kompulsiya nədir?
💠Fiziki kompulsiyalar – tez-tez əl yuma, qapıları bağlama və s. kimi kənardan hiss olunan təkrarlanan hərəkətlərdir.
💠Psixi kompulsiyalar – kənardan hiss olunmayan, xəstənin iradəsinə tabe olmayan və onu narahat edən fikrində təkrarlanan hesablama, dualar və qarğışlar kimi sarışan pozuntulardır.
🔺Obsessiv-kompulsiv pozuntuya səbəb olan amillər 🔹Bioloji amillər-Bioloji amillərə xəstəliyə irsi meyllilik aiddir. Bioloji faktorlara beyin hüceyrələrində gedən maddələr mübadiləsi də aiddir.
🔸Psixoloji amillər-İnsanın həyatında baş verən müxtəlif stress aiddir. Stress amilləri irsi meylliyi olan insanlarda xəstəliyin başlanması üçün “təkanverici mexanizm” rolunu oynayır.
📊OKP-yə 18 yaşından yuxarı qadınlarda daha çox rast gəlinir, kişilərdə isə bu, daha erkən yaşlarda başlayır. OKP-nin başlanmasına xas olan orta yaş dövrü 19-30 yaşdır.

🟡Qeyd: Hazırda obsessiv-kompulsiv spektrə obsessiv-kompulsiv pozuntulardan başqa aşağıdakı pozuntular da aiddir:
🔘Bədənin dismorfoloji pozuntusu
🔘Patoloji yığıcılıq
🔘Bədən yönümlü sarışan davranış (trixotilomaniya, dermatilomaniya)

✨ Ardı olacaq. İzləmədə qalın🤗

🤔Nevrasteniya nədir? Nevrozların ən geniş yayılmış növlərindən biridir. Ilk dəfə C.Brid tərəfindən təsvir edilmişdir. Ne...
18/09/2022

🤔Nevrasteniya nədir?

Nevrozların ən geniş yayılmış növlərindən biridir. Ilk dəfə C.Brid tərəfindən təsvir edilmişdir. Nevrasteniya yüksək oyanıqlıq, həssaslıq halları ilə yanaşı, astenik, depressiv sindrom və zəifliklə xarakterizə olunur. Bu xəstəliyi olan şəxslər ən adi iş gördükdə belə tez yorulur, güclü baş ağrılarından, zəiflikdən və yuxu pozğunluğundan əziyyət çəkirlər, əhval ruhiyyələri tez tez dəyişir. Bəzən insanın yaddaşı zəifləyir, tez-tez başı gicəllənir, əzələləri keyləşir, fikrini cəmləyə bilmir.
Nevroloji müayinə zamanı xəstədə heç bir üzvi pozğunluq aşkarlanmadığı halda, reflekslərin yüksəlməsi, əl barmaqlarının titrəməsi kimi bir sıra funksional pozulma əlamətləri ayırd edilir.
📍Nevrasteniyadan əziyyət çəkən xəstələrin başlıca xüsusiyyətlərindən biri də onların son dərəcə öz xəstəliklərini “şişirtmələridir”. Belə ki, nevrastenik özünü həmişə ağır xəstə kimi qələmə verir, müxtəlif həkimlərə müraciət edir, bütün müayinələrdən keçməyə cəhd göstərirlər.
🔺Nevrestiyanın 3 mərhələsi var
🔅Hipersteniya
🔅Qıcıqlandırıcı zəiflik
🔅Hiposteniya

Hipersteniya mərhələsi – rast gəlinən başlıca əlamətlər: qıcığa qarşı həssaslığın artması, səbirsizlik, dözümsüzlük və diqqətin pozulmasıdır. Bəzən fikirlərin dolaşıqlığı da qeyd oluna bilər.
Bir müddət keçdikdən sonra xəstəliyin klinikası tədricən dəyişir

Qıcıqlandırıcı zəiflik mərhələsi – ümumi zəiflik, əhvalın tez – tez enməsi, yuxuculuq kimi əlamətlər meydana çıxır

Hipostenik mərhələ – psixi və fiziki yorğunluğun üstünlüyü ilə cərrəyan edir. İnsanın əmək qabiliyyəti daha da enir, bütün gün əzgin və qəmgin görünür.

🛑Mərhələlərin davamlılığı xəstəliyin ağırlıq dərəcəsindən, orqanizmin fərdi müqavimətindən və xəstəliyə səbəb olan amillərin davam etmə müddətindən asılı olur. Bəzən xəstəlik aylarla bəzən isə illərlə davam edə bilir.


🤔 İsterik nevroz nədir?📍Əvvəllər isteriya adlanan konversion pozuntu , müxtəlif duyğu, motor və ya psixi narahatlıqların...
18/09/2022

🤔 İsterik nevroz nədir?

📍Əvvəllər isteriya adlanan konversion pozuntu , müxtəlif duyğu, motor və ya psixi narahatlıqların meydana gələ biləcəyi və diqqət cəlb etmək istəyi ilə xarakterizə olunan bir xəstəlik növüdür. İsteriya nevrozun əsas növlərindən biri olub, “hysterucus” mənası “uşaqlıq” deməkdir. Hippokrat və qədim yunanlar isteriyanın yalnız qadınlarda olduğunu və yaranma səbəbi uşaqlıq olduğunu qeyd edirdilər. Sonralar isə Z.Freyd yalnız xanımlarda yox, kişilərdə də meydana gəldiyini vurğuladı. Və Freyd deyirdi ki, isteriya cinsi qarşı durmanın fiziki xəstəliyə çevrilməsidir.
💠Isteriyanın 3 qrup simptomları var
🔅Motor(hərəki) pozuntular
🔅Hissi(sensor)
🔅Vegetativ funksiyaların pozuntular

🤨Bir çox hallarda epilepsiya xəstəliyinə (“sudurqa”, dil qatlanması) bənzəsə də, bu tutmalar bir çox xüsusiyyətləri ilə epilepsiyadan fərqlənir. ✅Əsas fərqləndirici cəhət odur ki, epilepsiya xəstəliyində tutmalar 3-5 dəqiqə, konversion tutmalarda 15 dəqiqədən 2 saata qədər davam edir.
✅Konversion xəstələr ətrafda olub bitənlərin fərqində olsa da, epileptik xəstələr tutmadan sonra heç nəyi xatırlamır. Konversion tutmalar zamanı xəstələr ətrafdakı insanların səslərini eşidir, ona kimin yardım etdiyini bilir, amma cavab verə bilmirlər. ✅Bayılmalar bir çox hallarda evdə hər kəsin olduğu saatlarda baş verir. Tək olanda baş vermə ehtimalı çox aşağıdır.
✅Əksər vəziyyətlərdə pasientlər yıxılacağı yeri əvvəldən seçə bilirlər və bu səbəbdən də adətən yıxılma zamanı yaralanmalar baş vermir. Bir çox hallarda xəstənin yaxınları bu əlamətləri sanki şəxsin özünün bilə-bilə etdiyini iddia etsələr də, bu, qətiyyən belə deyil.

📍Nevroz- sinir sisteminin funksional pozuntusu nəticəsində meydana çıxan, müxtəlif sinir-psixi əlamətlərlə, o cümlədən, ...
18/09/2022

📍Nevroz- sinir sisteminin funksional pozuntusu nəticəsində meydana çıxan, müxtəlif sinir-psixi əlamətlərlə, o cümlədən, emosional davamsızlıq, fiziki və psixi yorğuluq, somatik şikayətlər və s. kimi pataloji hallarla təzahür edən xəstəliklərə aid edilir. “Nevroz” terminini ilk dəfə U.Qullen tərəfindən təklif edilmişdir. 19- cu əsrin sonuna doğru artıq “nevroz” probleminə bir qədər münasibət dəyişdi və onun mərkəzi sinir sitemində heç bir dəyişiklik olmadan , sırf funksional xəstəlik olması deyildi. Və artıq “nevroz” termini “psixonevroz” termini ilə əvəz edildi.
🔺Nevrozun yaranma səbəbləri: Nevroz psixoloji, sosial, genetik ve bioloji səbəblərdən meydana çıxa bilər.
📌Psixoloji səbəb kimi uşaqlıq dövrünün normal yaşaya bilməmək
📌Sosial səbəblər kimi maddi durumun yaxşı olamaması və s.
📌Genetik səbəb kimi bir çox xəstəliklərədə olduğu kimi buradada genetik faktorların böyük təsiri var
📌Bioloji səbəb kimi isə hormonlar aiddir. Belə ki, seratonin, yəni xoşbəxtlik hormonun səviyəsinin aşağı olması.
📍Nevrozun əlamətləri:
🔸İnsanlarla ünsiyyətdə problemlər
🔹Birdən əhval dəyişikliyi
🔸Tez-tez narahatlıq, inciklik hissləri
🔹Heç bir səbəb olmadan duyğusal depressiya
🔸Qərarsızlıq, qorxu hissləri
🔹Qıcıqlanma
🔸Fiziki çatışmazlıq: güc itkisi, yorğunluq hissi, dözüm itkisi
🔹Ürək və baş ağrıları
🔸İştahsızlıq və ya tez-tez aclıq hissi, həddindən artıq yemək
🔹Azalan güc və libido

📍Nevrozların növləri
Nevrozların 3 əsas növünü qeyd edirlər:
🔅Nevrasteniya
🔅İsterik nevroz və ya konversion
🔅OKP və ya Obsessiv-Kompulsiv Pozuntu

🌐Ardı olacaq... İzləmədə qalın🤗

📌Həqiqətən idarə edə biləcəyiniz yalnız iki şey var: düşüncələriniz və davranışlarınız. Başqa heç kimsə bunlardan birini...
18/09/2022

📌Həqiqətən idarə edə biləcəyiniz yalnız iki şey var: düşüncələriniz və davranışlarınız. Başqa heç kimsə bunlardan birini sizin üçün seçə bilməz. Ancaq bəzən istənməyən hadisələr ilə əlaqəli müdaxilə edilən düşüncələr zehininizə asanlıqla daxil ola bilər və düşüncələriniz sizi idarə edir kimi hiss etdirə bilər.

Keçmişdə və ya gələcək ilə bağlı narahatlıqlar, mənfi düşüncələr sizi indiki rifahınızdan uzaqlaşdıra və zamanla depressiya və ya təşviş kimi ciddi problemlərə yol aça bilər.

🧠Bəs niyə mənfi şeyləri düşünürük?

🔹Bəzən bir problemin həllini tapmağa çalışırıq.
🔹Bəzən bir şeyin səhv olacağını gözləyirik və mənfi nəticədən uzaqlaşmağa çalışırıq.
🔹Bəzən beynimizin bir hissəsi düzgün işləmir və bir sıra neyronlar təkrar-təkrar yanır.
🔹Bəzən bu sadəcə p*s bir vərdişdir.

Düşüncələrin zehində daima təkrarlanması ilə əlaqəli problem ondadır ki, çox zaman məsələni həll etmək və vəziyyəti düzəlmək üçün həll yolu tapmadan daha çox yanlış gedən şeylərə diqqət yetirməkdir. Problemi həll etməyə imkan verəcək qərarı tapmaq üçün düşüncə modelini dəyişdirməlisiz.

Ancaq düşüncələrimizi dayandırmaq çox yaxşı olduğumuz bir şey deyil.

🔘Psixoloqlar bunu "ağ ayı problemi" adlandırırlar, çünki qəsdən düşüncələrin qarşısını almaq cəhdləri tez-tez yenidən görünmə ehtimalını artıra bilər. Əgər sizə ağ ayı haqqında düşünməyi və sonra bu barədə düşünməyi dayandırmağı söyləsəm, siz yenə ağ ayının görməyə davam edəcəksiz. Bunun səbəbi beynində "Off" düyməsinin olmamasıdır. Hər hansı bir düşüncəni dayandırmaq üçün fərqli düşüncə axını açmaq və ya aktivləşdirmək lazımdır.

# davranış # davranışbozukluğu # davranışproblemleri # davranışbilimleri

Günün məktubu 💌_Ümidini itirmədən, arzılarının ardınca irəliləməyə davam et✨_•                                          ...
18/09/2022

Günün məktubu 💌
_Ümidini itirmədən, arzılarının ardınca irəliləməyə davam et✨_


🔱 Gaslighting - fərdi öz yaddaşını, qavrayışını və zehni sağlamlığını sorğulamağa və araşdırmağa yönəldən bir növ manipu...
18/09/2022

🔱 Gaslighting - fərdi öz yaddaşını, qavrayışını və zehni sağlamlığını sorğulamağa və araşdırmağa yönəldən bir növ manipulyasiya texnikasıdır.

🔅Günahınız olmasa da avtomatik olaraq üzr istəyirsiniz?
🔅Daim özünüzü sorğu-sual edib səhv etdiyinizi düşünürsüz?
🔅Tez-tez özünüzə şübhə edirsiniz? Problemli olduğunuzu düşünürsünüz?
🔅Partnyorunuz əsəbləşməsin deyə şeylər haqqında yalan danışırsız?
🔅Artıq daha az insanlarla ünsiyyətdə olursuz?

🛑 Əgər bunlara cavabınız “bəli” isə, siz Gastligting’ə məruz qalıbsiniz.

👩‍❤️‍👨Sevgi münasibətlərində manipulyasiya zamanı istifadə olunan texnikalar💥•                                          ...
18/09/2022

👩‍❤️‍👨Sevgi münasibətlərində manipulyasiya zamanı istifadə olunan texnikalar💥

Biz digər postlarımızda qeyd etmişdik ki, manipulyasiyanın bir çox növləri vardır və hər kəs fərqində olsada-olmasada  m...
18/09/2022

Biz digər postlarımızda qeyd etmişdik ki, manipulyasiyanın bir çox növləri vardır və hər kəs fərqində olsada-olmasada manipulyator(manipulyasıya edən şəxs) ola bilər. Valideynlər, iş adamları, sevgi münasibətlərində və s. bu günki postumuzda məhz "sevgi münasibətlərində olan manipulyasiyadan" bəhs edəcəyik.
İlk öncə belə suala nəzər yetirək: “Sevgi və asıllılıq(bağlılıq) nədir?”
👥 Bəzən sevgini bağlılıq( asıllılıq) ilə səhv salırlar. İndi qeyd edəcəyimiz ifadələr üzərindən asıllılıq və sevgi arasındakı fərqi izah edəcəyik.
• “Mən onsuz yaşaya bilmərəm, çünki mən onu sevirəm”
• “O mənim yanımda olarkən mən özümü gümrah və şən hiss edirəm, lakin o olmadıqda kədərli oluram, özümü çox zəif hiss edirəm”
Bu ifadələrdən belə bir nəticəyə gələ bilərik:
Deməli, bizdə bir sıra çatışmazlıqlar var ki, onu partnyorumuzda tapırıq. Və o bizə cəlb edici gəlir. Nəticədə “sevdiyimizi” deyirik. Lakin bu sevgi deyil, “asıllılıq”dır. Belə asıllılıq da “sevgi” deyil.
Bəs əsil sevgi nədir?
Əsil sevgidə partnıyorlar belə deyirlər:
• “O mənim yanımda olsada-olmasada mən onu sevirəm”
Lakin yuxarda qeyd etdiyimiz ifadə də isə “sevirəm, çünki onsuz yaşaya bilmərəm” deyilirdi. Bundan əlavə, həmçinin əsil sevgidə partnyorlar bir-birlərinin fikirlərini, istəklərini hörmətlə dinləyir və dəstək olurlar.
İndi “sevgi münasibətlərində olan manipulyasiya” ya baxaq.
Manipulyatorun ən çox istifadə etdiyi sözlər:
• Mən səni sevirəm, ona görədə bütün günü bir yerdə olmalıyıq.
• Əgər məni sevirsənsə, məni heç vaxt aldatmarsan.
• Mənə “bunu” almasan və ya mənə daha çox vaxt ayırmasan biləcəmki məni sevmirsən.
• Əgər sevirsənsə məni, gələcəyimiz haqqında da düşünərdin.

Əgər sizlərdə belə ifadələrlə qarşılaşırsınızsa özünüzə sual verin. “O mənə necə təsir edir və mən nə əldə edirəm onunla olarkən?” Və beləliklə də partnıyorunuz tərəfindən manipulyasiyaya məruz qaldığınızın fərqinə varacaqsınız.

🔅Növbəti postda “Sevgi münasibətində istifadə olunan texnikalar” haqqında olacaq. İzləmədə qalın🌸...

Əvvəlki postumuzda “manipulyator” və “istifadə etdiyi texnikalar” haqqında ətraflı məlumat verdik😊 Bu günki postda isə “...
18/09/2022

Əvvəlki postumuzda “manipulyator” və “istifadə etdiyi texnikalar” haqqında ətraflı məlumat verdik😊 Bu günki postda isə “manipulyasiyaya daha çox kimlər məruz qalır?” və “manipulyasiya olunduğumuzu necə anlamaq və qorunmaq olar?” suallarına cavab tapacayıq.
🔘Psixoloji manipulyasiya nədir? İnsanları onların xəbəri olmadan vəya onların istəyi olmadan təsir etmək vəya fərqli sahələrə yönəltməkdir.
🔘Manipulyator kimdir? Manipulyativ üsullardan istifadən edərək başqalarına təsir göstərən və öz eqoist məqsədləri üçün istifadə edən şəxslərdir.
🔘Bəs manipulyasiyaya daha çox kimlər məruz qalır?
🔻Özgüvənləri aşağı olan
🔺Sərhədləri inkişaf etməmiş
🔻Başqaları tərəfindən bəyənilməyə və qəbul olunmağa çalışanlar
🔺İradəsi zəif olanlar
🔻“Xeyr” deməyi bacara bilməyənlər
🔺Travmaları olanlar
Həmçinin mazaxistlərdə manipulyasiya qurbanlarındandır.
🔘Manipulyasiya olunduğumuzu necə anlamaq və qorunmaq olar?
Bilirik ki, manipulyator müxtəlif texnikalardan istifadə edir və qurbanlarının beynini tez-tez qarışdırır, onu şübhəyə salır, zəif yönlərindən istifadə edir, tez-tez qıcıqlandıraraq qurbanlarında günahkarlıq hissi yaradır və ən çox tərk edilməklə təhdid edilir. Ən son dediyimiz məhz sevgililərdə olur. Əgər manipulyasiyaya məruz qaldığınızı hiss eddirsinizsə və qorunmaq istəyirsinissə bunları etməyiniz məsləhətdir:
✅ Öz fikir və istəklərinizi açıq şəkildə deməyi bacarmalısız.
✅“Xeyr” deməyi bacarmalısız.
✅Öz şəxsi sərhədlərinizi müəyyənləşdirməli, inkişaf etdirməli və qorumağı bacarmalısız.
✅Manipulyatordan uzaqlaşmalısız.
✅Ən əsası isə insan hüquqlarını bilməli və əməl etməlisiz.
Qeyd: Manipulyasiyadan hansı məqsədlə(yaxşı vəya pos) istifadə edilməsindən asılı olmayaraq etik deyildir.
💠Növbəti postumuz “ikili münasibətlərdə manipulyasiya” haqqında ətraflı məlumat olacaq✨ İzləmədə qalın🤗

🗣Manipulyator - manipulyativ üsullardan istifadə edərək başqalarına təsir göstərən və öz eqoist məqsədləri üçün istifadə...
18/09/2022

🗣Manipulyator - manipulyativ üsullardan istifadə edərək başqalarına təsir göstərən və öz eqoist məqsədləri üçün istifadə edən şəxslərdir.

🔱 Əvvəlki postlarımızda manipulyatorun ən çox istifadə etdiyi texnikalsrdan bəhs etdik. İndi isə “ən çox istifadə etdiyi sözlər” və “bədən dili” haqqında bəhs edəcəyik.
🔅Manipulyatorlar ən önəmlisi mükəmməl natiqdirlər. Onlar özlərini önəmli biri kimi təqdim edirlər. İlk başlarda qarşı şəxsdə güvən hissi yaradır, həmçinin komplimentlər edirlər və bir müddətdən sonra bundan istifadə edərək təhqir edməyə başlayırlar.

💠 Unutmayaq ki, manipulyasiyadan hansı məqsədlə və nə üçün istifadə edilməsindən asılı olmayaraq etik deyildir!.

18/09/2022

Digər postda “manipulyasiya” haqqında ümumi məlumat verdik. İndi isə “manipulyator kimdir?” , “onları necə tanımaq olar?...
18/09/2022

Digər postda “manipulyasiya” haqqında ümumi məlumat verdik. İndi isə “manipulyator kimdir?” , “onları necə tanımaq olar?” haqqında məlumat verəcəyik.
🔺Manipulyator kimdir?manipulyativ üsullardan istifadə edərək başqalarına təsir göstərən, onlardan öz eqoist məqsədləri üçün istifadə edən bir insandır. Manipulyator insanlar aldatmaq, yalan danışmaqda əsl sənətkardırlar. Onlar səmimi və fədakar görsənə bilərlər, lakin çox vaxt bu yalnız bir oyundur. Onuda qeyd edək ki, hər birimizin daxilində manipulator var. Müxtəlif rollar oynadığımıza görədə, fərqli manipulasiya növündən istifadə edirik. Bu zaman manipulyator aktiv vəya passiv mövqedə olurlar.

🔅Manipulyatorun ən çox işlətdiyi sözlər və istifadə etdiyi texnikalar da var. Növbəti postda bunlar haqqında olacaq😊. İzləmədə qalın...

🔺Psixologiya çoxşaxəli bir elmdir. Ümumiyyətlə insan psixologiyasını idarə etmək mümkündür. Manipulyasiya sənəti d...
18/09/2022

🔺Psixologiya çoxşaxəli bir elmdir. Ümumiyyətlə insan psixologiyasını idarə etmək mümkündür. Manipulyasiya sənəti də bunun birbaşa sübutudur. “Manipulyasiya" termini 60-cı illərdən bəri sosialist siyasət elmində istifadə olunur. Daha əvvəl siyasi və gündəlik həyatda "intriqa" kimi tanınırdı. Manipulyasiyaya bənzər bir konsepsiya - bir strategiya, hərbi hiylə olaraq qədim Yunanıstanda və Romada mövcud idi. Və 3 min il əvvəl Çində bu, təkcə hərbi işlərdə deyil, kişilərarası ünsiyyətdə də istifadə edilmişdir.
🔺Manipulyasiyanı psixoloji və iqtisadi cəhətdən iki fərqli şəkildə izah edə bilərik. 🔹Psixoloji manipulyasiya insanları, onların xəbəri olmadan və ya onların istəyi və ya istəyi olmadan təsir etmək və ya fərqli sahələrə yönəltmək deməkdir.
🔹Maliyyə manipulyasiyası insanları alqı-satqı və ya təhlükəsizlik təhrik etmək üçün aldadan davranışları təsvir edir.
Qeyd etdiklərimizdən əlavə sosial və siyasi manipulyasiyada vardır.
🔺Manipulyasiya gizli və aşkar şəkildə olur. Və ünsiyyətdə olarkən daha çox gizli manipulyasiyadan istifadə edilir. Həmçinin manipulyasiya şüurlu və şüursuz şəkildə olur.

📍Qeyd: Ardı olacaq🤗 İzləmədə qalın...

̧ıkarımbilimi ̧ıkarımyapmasanatı ̈lasyon ̈lasyonteknikleri

🤫Qaranlıq psixologiya zehin nəzarəti və manipulyasiya haqqında elm və sənətidir. Əgər psixologiya insanların davranışlar...
18/09/2022

🤫Qaranlıq psixologiya zehin nəzarəti və manipulyasiya haqqında elm və sənətidir. Əgər psixologiya insanların davranışlarının öyrənilməsini nəzərdə tutursa və hərəkətlərə, qarşılıqlı təsirlərə və düşüncələrə yönəlirsə, qaranlıq psixologiya insanların yalnız istədiklərini əldə etmək üçün məcbur etmə, manipulyasiya, inandırma və motivasiya taktikasından istifadə edən bir fenomendir.
Heç kim manipulyasiya olunmaq istəmir, lakin çox vaxt insanlar qaranlıq psixologiya taktikaları ilə qarşılaşırlar. Bu strategiyalar tez-tez onlayn reklamlarda, satış metodlarında, həmçinin münasibətlərdə də istifadə olnur. Qaranlıq psixologiya taktikasını istifadə edənlər əslində nə etdiklərini bildikləri və niyyətlərini istədiklərini əldə etmək üçün başqalarını idarə etmək istədikləri halda, bilmədən etik və qaranlıq taktikalardan istifadə edə bikirlər. Qaranlıq psixologiya insanların gündəlik həyatının bir hissəsidir.
🛑Diqqət: növbəti postlarda ardı olacaq... izləmədə qalın🥰

•
18/09/2022


Oxşar sözlər - Mənadakı böyük fərqlər 🗣️💭Bəs nədir empatiya və simpatiya?🔹Empatiya və simpatiya terminləri tez-tez qarış...
18/09/2022

Oxşar sözlər - Mənadakı böyük fərqlər 🗣️

💭Bəs nədir empatiya və simpatiya?

🔹Empatiya və simpatiya terminləri tez-tez qarışdırılır. Hər iki söz bir insanın başqa birinin hissləri və təcrübələri ilə əlaqəsi ilə əlaqədardır. Beləliklə, bu terminlər arasındakı fərqləri və niyə istifadə edildiyini nəzərdən keçirək💁🏻‍♀️

🔻Həm empatiya, həm də simpatiya kökləri yunan dilində "əziyyət çəkmək, hiss etmək" mənasını verən "páthos" sözündən götürülmüşdür.

✳️Empatiya çox zaman hər biri başqalarının mənfi vəziyyətlərinə səbəb olan mərhəmət, simpatiya və şəfqətlə qarışdırılır. Empatiya, bir və ya bir neçə hiss edilə bilinən varlığın sıxıntısındakı narahatlıq hissidir və çox vaxt patriarxal və ya alçaldıcı çalarlara malikdir.

❇️Simpatiya, əsasən yaxın biri üçün, onu daha yaxşı vəziyyətdə və ya daha xoşbəxt görmək arzusunun müşayiət etdiyi qarşı şəxsə maraq və ya maraq duyğusudur.

💠Empatiya ilə müqayisədə simpatiya daha dərin bir fərdi bağlılıqla birlikdə daha çox paylaşılan bənzərlik duyğusu anlamına gəlir. 🤔Bununla birlikdə, empatiyadan fərqli olaraq, simpatiya ortaq bir perspektiv və ya ortaq duyğuları əhatə etmir və simpatiyanın üz ifadələri sevgi və narahatlığı ifadə edərkən, ortaq sıxıntını ifadə etmir. Empatiya və simpatiya çox zaman bir-birinə yol açar, amma həmişə də deyil. Məsələn, kirpi və uğur böcəyi kimi şeylərə simpatiya bəsləmək olar, amma onlarla empatiya qurmaq olmaz. Əksinə, qurbanlarına qarşı heç bir simpatiyası olmayan psixopatlar yenə də onları öz tərəflərinə çəkmək və ya işgəncə vermək üçün empatiyadan istifadə edə bilərlər. Simpatiyanı xeyli neytral və qərəzsiz münasibət olan yardımsevərlikdən ayırmaq lazımdır.











Address

Agdam

Alerts

Be the first to know and let us send you an email when Magisch posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Magisch:

Share

Category