Regional Gender Mərkəzi

Regional Gender Mərkəzi Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Regional Gender Mərkəzi, Agdam.

Gender sahəsində tədqiqat işləri aparmaq,
Regionlarda gender mədəniyyətini inkişaf etdirmək,
Vətəndaşlar arasında maarifləndirmə işi aparmaq və onların bu sahədə hüquqi billiklərinin artırılmasına kömək etmək

08/08/2025

Ağcabədi rayonu.Bayraq Muzeyi
Press reliz 8
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Regional Gender Mərkəzi” İctimai Birliyi “Nümunəvi valideynlik İnstitutu” adlı layihəyənin icrasını davam etdirir.
08.08.2025- ci il tarixində Ağcabədii rayonunda Bayraq muzeyində “Nümunəvi valideynlik İnstitutu” layihəsi çərçivəsində "Erkən uşaqlıq dövründə inkişaf” mövzusunda dəyirmi masa keçirıldi . Tədbirə başlamazdan öncə “Tərəqqi” Sosial İnkişaf İB-nin sədri mərhum Telman Dadaşovun xatirəsi 1 dəqiqəlik sükutla yad edildi.Sonra layihə rəhbəri Ş.Dadaşova layihənin donoru və icraçı təşkilat haqda məlumat verdikdən sonra layihənin məqsədlərini açıqladı.
Psixoloq N.Vəliməmmədova nümunəvi valideynlikdən ,uşaqların Fiziki inkişafından, Sağlamlıq və təhlükəsizliyindən ,erkən yaş dövründə təhsilin əhəmiyyətindən ətraflı danışdı. Bildirdi ki,3 yaşa qədər uşağın beyninin böyüməsi və inkişafı üçün bəsləyici qayğının kompanentləri vacibdir(Sağlamlıq,Qidalanma,Təhlükəsizlik, Həssss qayğı və Erkən öyrənmə)
Ekspert S.Məmmədova Valideynlərlə azyaşlı uşaqlar arasında pozitiv qarşılıqlı münasibətin əsas prinsiplərindən -uşağa sevginin verilməsindən ,uşaqla ünsiyyət qurmadan,uşağa uyğunlaşmaqdanUşağın bacarıqlarını tərifləmək və qiymətləndirməkdən danışdı. Daha sonra müzakirələr oldu. İştirakçıların sualları cavablandırıldı və təklifləri dinlənildi. İştirakçılar layihənin aktuallığını qeyd etdilər və tədbirlərin davamlı olmasını arzuladılar.
Tədbirdə həmçinin 0-8 yaş arası uşaqların inkişafında rol alan aidiyyəti qurumların regional koordinasiyası və qurulacaq Nümunəvi Valideynlik İnstitutuna valideynlərin cəlb olunması mövzusunda fikir mübadiləsi aparıldı.
Ş. Dadaşova Ağcabədi rayon İcra Hakimiyyəti başçısı cənab Rafil Hüseynova, RİHB-nın müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Vüsalə Məmmədova, Böyük məsləhətçi - Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Səbuhi Möhsümova ,İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Sevinc Niftalıyeva,Bayraq Muzeyinin rəhbərliyinə tədbirin keçirilməsinə dəstəyinə görə təşəkkür etdi .
İştirakçılardan M.Sədaqət, Q.Şəlalə və digərləri Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə və Regional Gender Mərkəzi İB-nə təşəkkür etdilər.
Tədbirdə 25 nəfər iştirak etdi. Sonda xatirə şəkili çəkildi


Regional Gender Mərkəzi İB-nin mətbuat xidməti

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi  ilə “Regional Gende...
25/07/2025

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Regional Gender Mərkəzi” İctimai Birliyi Beyləqan rayonunda “Nümunəvi valideynlik İnstitutu” adlı layihəyənin icrasına başlamışdır.
18.07.2025- ci il tarixində Beyləqan rayonunda Gənclər evində “Nümunəvi valideynlik İnstitutu”layihəsi çərçivəsində "Erkən uşaqlıq dövründə inkişaf" mövzusunda dəyirmi masa keçirıldi . Tədbirdə Regional Gender Mərkəzinin sədri , layihə rəhbəri Şərqiyyə Dadaşova, ekspert Səadət Məmmədova, Psixoloq Nəsimə Vəliməmmədova və valideynlər iştirak etdilər.Layihə rəhbəri Ş.Dadaşova layihə və donor təşkilat haqda ətraflı məlumat verdikdən sonra layihənin məqsədi və gözləntilər barədə məlumat verdi. Bildirdi ki, “məqsədimiz maarifləndirmə tədbirləri vasitəsilə valideyn uşaq münasibətlərində müsbət dəyişikliklərə nail olmaq və Nümunəvi Valideynlik İnstitutunu təşviq etməkdir.”
Ekspert S.Məmmədova erkən uşaqlıq dövrü haqda ətraflı məlumat verdi və Erkən yaşların bu qədər həlledici olmasının bəzi səbəblərini açıqladı. Bildirdi ki,”Erkən uşaqlıq dövründə valideyn övlad münasibətləri, uşaqların düzgün tərbiyə olunması cəmiyyətin gələcəyi üçün çox mühümdür”
Psixoloq N.Vəliməmmədova valideyn –uşaq münasibətlərindən, Erkən Uşaqlıq dövründə inkişafda Bəsləyici qayğının 5 kompanenti ,valideynlər və azyaşli uşaqlar arasinda olan pozitiv qarşılıqlı münasibətin əsas prinsipləri ilə bağlı ətraflı məlumat verdi.
Sonra Valideyn –uşaq münasibətləri və ailədaxili münaqişələrin uşaqların həyatında buraxdığı fəsadlar geniş müzakirə olundu. İştirakçıların sualları cavablandırıldı və təklifləri dinlənildi. İştirakçılar layihənin aktuallığını qeyd etdilər və tədbirlərin davamlı olmasını arzuladılar.
Ş. Dadaşova Beyləqan rayon İcra Hakimiyyəti başçısı cənab Əziz Əzizova, Beyləqan rayon İcra Hakimiyyəti başçısının müavini-İctimai-Siyasi və humanitar məsələlər şöbəsinin müdiri Yeganə xanım Məmmədovaya ,Baş məsləhətçi- Yetkinlikyaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Suliddin Əsgərov və Beyləqan Gənclər evi sosial xidmət müəssiəsinin direktoru Marat Əsgərova tədbirin keçirilməsinə dəstəyinə görə təşəkkür etdi .
İştirakçılar Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə və Regional Gender Mərkəzi İB-nə təşəkkür etdilər.
Tədbirdə 23 nəfər valideyn iştirak etdi.

Regional Gender Mərkəzi İB-nin mətbuat xidməti

Press reliz 3Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi  ilə “R...
25/07/2025

Press reliz 3
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Regional Gender Mərkəzi” İctimai Birliyi Beyləqan rayonunda “Nümunəvi valideynlik İnstitutu” adlı layihəyənin icrasını davamm etdirir.
21.07.2025- ci il tarixində Beyləqan rayonunda Gənclər evində “Nümunəvi valideynlik İnstitutu” adlı layihə çərçivəsində "Erkən və qohum nigahlar,onların səbəbi və fəsadları” mövzusunda dəyirmi masa keçirıldi .Tədbiri giriş sözü Beyləqan RİH dən “ Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Suliddin Əsgərov açdı və sözü layihə rəhbərinə verdi . Layihə rəhbəri Ş.Dadaşzadə layihənin donoru və icraçı təşkilat haqda məlumat verdikdən sonra layihənin məqsədlərini açıqladı. Ş Dadaşova bildirdi ki,dəyirmi masada erkən və qohum nigahların yaratdığı sağlamlıqla bağlı fəsadları və 23 iyul 2024-cü il tarixində Azərbaycan Respublikasının Ailə Məcəlləsində ,Azəzərbaycan Respublikasının Cinayət Məcəlləsində və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu ilə bağlı ətraflı məlumat veriləcək və problemdən çıxış yolları müzakirə olunacaq. Ekspert S.Məmmədova erkən və qohum nigahın fəsadlarından və qanunvercilikdə olan dəyişikliklərdən ətraflı danışdı.Bildirdi ki, “ Gələcək nəsillərin sağlamlıq vəziyyəti yeniyetmə qızların - gələcək anaların sağlamlıq vəziyyətlərindən birbaşa asılıdır. Bundan başqa, erkən nikahların və erkən hamiləliyin yalnız ana və körpə üçün deyil, cəmiyyət üçün də mənfi fəsadları ola bilər. Belə ki, təhsilsiz və nikahsız gənc ananın problemi təkcə onun cəmiyyətin inkişafı üçün töhfə vermək imkanından məhrum olması ilə bitmir, o hətta ailəsi ilə birlikdə bu cəmiyyətdə artıq yükə çevrilə bilər.
Psixoloq N.Vəliməmmədova erkən və qohum nigahın psixoloji tərəflərindən danışdı.Uşaqların gələcəkdə uğur qazanması üçün təhsil almalarını yaxud da peşəyə yiyələnmələrini tövsiyə etdi .
Valideynlər erkən və qohum nigahların həm sosial,həm mənəvi həm də sağlamlıq baxımından zərərləri barədə ətraflı məlumat aldılar.

Müzakirələr oldu. İştirakçıların sualları cavablandırıldı və təklifləri dinlənildi. İştirakçılar layihənin aktuallığını qeyd etdilər və tədbirlərin davamlı olmasını arzuladılar.
Ş. Dadaşova Beyləqan rayon İcra Hakimiyyəti başçısı cənab Əziz Əzizova, Beyləqan rayon İcra Hakimiyyəti başçısının müavini-İctimai-Siyasi və humanitar məsələlər şöbəsinin müdiri Yeganə xanım Məmmədovaya ,Baş məsləhətçi- Yetkinlikyaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Suliddin Əsgərov və Beyləqan Gənclər evi sosial xidmət müəssiəsinin direktoru Marat Əsgərova tədbirin keçirilməsinə dəstəyinə görə təşəkkür etdi .
İştirakçılardan Ə.Ofelya,R.Mədinə və digərləri Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə və Regional Gender Mərkəzi İB-nə təşəkkür etdilər.
Tədbirdə 22 nəfər iştirak etdi.

Press reliz 4Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi  ilə “R...
25/07/2025

Press reliz 4
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Regional Gender Mərkəzi” İctimai Birliyi Xocavənd rayonunda “Nümunəvi valideynlik İnstitutu” adlı layihəyənin icrasına başlamışdır.
22.07.2025- ci il tarixində Xocavənd RİH-nin akt zalında “Nümunəvi valideynlik İnstitutu” layihəsi çərçivəsində "Erkən uşaqlıq dövründə inkişaf” mövzusunda dəyirmi masa keçirıldi .Tədbiri giriş sözü Xocavənd İctimai -siyasi və humanitar məsələlər üzrə şöbə müdirinin müavini -Dini qurumlarla işin təşkilatçısı Nicat Şirinov açdı.O qonaqları təqdim etdi və sözü layihə rəhbərinə verdi. Layihə rəhbəri Ş.Dadaşzadə layihənin donoru və icraçı təşkilat haqda məlumat verdikdən sonra layihənin məqsədlərini açıqladı.O bildirdi ki , “Erkən uşaqlıq dövründə valideyn övlad münasibətləri, uşaqların düzgün tərbiyə olunması cəmiyyətin gələcəyi üçün çox mühümdür. Biz layihə çərçivəsində valideynlərə erkən uşaqlıq dövründə sağlam inkişaf üçün vacib olan “Bəsləyici Qayğı”nın 5 kompanenti haqda ətraflı məlumat verməklə gələcəyimiz olan uşaqların sağlam böyüməsinə öz töhfəmizi vermək istəyirik”
Ekspert S.Məmmədova “Uşağın 1000 günü və Nümunəvi Valideynlik” mövzusunda çıxış edərək valideynlərin, himayədarların və qəyyumların uşaq həyatının ilk illərində, xüsusi ilə mayalanmadan 3 yaşa qədər olan dövrdə qayğı ilə təmin edilməsinin vacibliyindən danışdı. Psixoloq N.Vəliməmmədova Bəsləyici qayğı modelinin kompanentlərinindən danışdı. Bildirdi ki, Nümunəvi valideynlik institutlarının formalaşmasında bu kompanentlərin rolu böyükdür. Məqsədimiz daha çox valideynə çatmaqdır.
Daha sonra müzakirələr oldu. İştirakçıların sualları cavablandırıldı və təklifləri dinlənildi. İştirakçılar layihənin aktuallığını qeyd etdilər və tədbirlərin davamlı olmasını arzuladılar.
Tədbirdə həmçinin 0-8 yaş arası uşaqların inkişafında rol alan aidiyyəti qurumların regional koordinasiyası və qurulacaq Nümunəvi Valideynlik İnstitutuna valideynlərin cəlb olunması mövzusunda fikir mübadiləsi aparıldı
Ş. Dadaşova Xocavənd rayon İcra Hakimiyyəti başçısı cənab Eyvaz Hüseynova, Xocavənd rayon İcra Hakimiyyəti başçısının müavini-İctimai-Siyasi və humanitar məsələlər şöbəsinin müdiri Əfsanə xanım Quliyevaya və İctimai -siyasi və humanitar məsələlər üzrə şöbə müdirinin müavini -Dini qurumlarla işin təşkilatçısı Nicat Şirinova tədbirin keçirilməsinə dəstəyinə görə təşəkkür etdi .
İştirakçılardan İctimai -siyasi və humanitar məsələlər üzrə şöbə müdirinin müavini -Dini qurumlarla işin təşkilatçısı Nicat Şirinov və digərləri Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə və Regional Gender Mərkəzi İB-nə təşəkkür etdilər.
Tədbirdə 23 nəfər iştirak etdi. Sonda xatirə şəkili çəkildi

Regional Gender Mərkəzi İB-nin mətbuat xidməti

Press reliz 6Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi  ilə “R...
25/07/2025

Press reliz 6
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Regional Gender Mərkəzi” İctimai Birliyi Füzuli rayonunda “Nümunəvi valideynlik İnstitutu” adlı layihəyənin icrasına başlamışdır.
24.07.2025- ci il tarixində Füzuli rayon Peşə məktəbinin binasında “Nümunəvi valideynlik İnstitutu” layihəsi çərçivəsində "Erkən və qohum nigahların səbəbləri və fəsadları” mövzusunda dəyirmi masa keçirıldi .Peşə məktəbinin direktoru Səminə Nuriyeva qonaqları təqdim etdi və sözü Füzuli rayon İcra Hakimiyyətinin Baş eksperti Xalisə Məmmədovaya verdi. Xalisə xanım rayonda Erkən və qohum nigahlarla bağlı vəziyyətdən, layihənin vacibliyindən danışdı .Bildirdi ki,“Ölkəmizdə erkən nikah hallarının azaldılması ilə bağlı müsbət işlər aparılmasına baxmayaraq, erkən nikahlar hələ də bəzi ərazilərdə qalmışdır, bunun isə qızlara, onların ailələrinə və cəmiyyətə mənfi təsirləri vardır. Erkən nikah qanunla müəyyən edilən yaşdan aşağı nikaha daxil olmaqdır və insan hüquqlarının pozulmasıdır. Problemin qarşısını almaq üçün belə layihələrin həyata keçirilməsi çox vacibdir”.
Layihə rəhbəri Ş.Dadaşova layihənin donoru və icraçı təşkilat haqda məlumat verdikdən sonra layihənin məqsədlərini açıqladı. Bildirdi ki, “biz Nümunəvi Valideynlik İnstitutlarını təşviq etməklə cəmiyyətdə sağlam ailələrin sayının artmasına töhfə vermək istəyirik.Sizlərin də bu müzakirələrdə fəal iştirak etməyiniz çox vacibdir.Xahiş edirəm müzakirələrdə aktiv iştirak edin ”.
Ekspert S.Məmmədova erkən nigah və onun fəsadları barədə ətraflı məlumat verdi. Qızların erkən nikaha cəlb olunması, onların təhsildən yayınmasına səbəb olur. Araşdırmalar göstərib ki, məktəbdən yayınan şagirdlərin əksər hissəsi erkən nikah qurmuş qızların payına düşür. Beləliklə də, yeniyetmə qızların erkən nikaha daxil olması təhsildən yayınma hallarını artırır və qızların erkən yaşlarından təhsil hüququndan məhrum edilməsinə gətirib çıxarır”.
Psixoloq N.Vəliməmmədova erkən nigahın psixoloji tərəflərindən və qanunvericilikdəki dəyişiklikdən danışdı.Qeyd etdi ki, erkən nikahlar bir sıra fəsadlara səbəb olur ki, bunlara uşaq hüquqlarının pozulması; ana və uşaq sağlamlığına təsiri; boşanma; təhsil imkanlarının azaldılması; qızların fiziki-psixoloji zorakılığa məruz qalmasını aid etmək olar. 2024-cü ildə erkən evlilik və qohum evliliklərinin qarşısının alınması istiqamətində Ailə Məcəlləsinə, Cinayət Məcəlləsinə, İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər edilib və iyunun 1 dən qüvvədədir.Hər birimiz bu dəyişikliklə bağlı valideynlər arasında maarifləndirmə işləri aparmalıyıq.”
Daha sonra müzakirələr oldu. İştirakçıların sualları cavablandırıldı və təklifləri dinlənildi. İştirakçılar layihənin aktuallığını qeyd etdilər və tədbirlərin davamlı olmasını arzuladılar.
Ş. Dadaşova Füzuli rayon İcra Hakimiyyəti başçısı cənab Alı Alıyevə, Füzuli rayon İcra Hakimiyyəti başçısının müavini-İctimai-Siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gülbahar xanım Eyvazovaya, Baş məsləhətçi Xalisə Məmmədovaya və Peşə məktəbinin direktoru Səminə Nuriyevaya tədbirin keçirilməsinə dəstəyinə görə təşəkkür etdi .
İştirakçılardan X.Məmmədova,S.Nuriyeva,N Tağıyeva və digərləri Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə və Regional Gender Mərkəzi İB-nə təşəkkür etdilər.
Tədbirdə 20 nəfər iştirak etdi. Sonda xatirə şəkili çəkildi

Regional Gender Mərkəzi İB-nin mətbuat xidməti

Press reliz 7Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi  ilə “R...
25/07/2025

Press reliz 7
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Regional Gender Mərkəzi” İctimai Birliyi Xocavənd rayonunda “Nümunəvi valideynlik İnstitutu” adlı layihəyənin icrasını davam etdirir.
25.07.2025- ci il tarixində Füzuli rayonunda Peşə məktəbində “Nümunəvi valideynlik İnstitutu” layihəsi çərçivəsində "Erkən uşaqlıq dövründə inkişaf” mövzusunda dəyirmi masa keçirıldi .Tədbiri giriş sözü Füzuli Rayon İcra Hakimiyyətinin İctimai -siyasi və humanitar məsələlər üzrə şöbənin Baş eksperti Xalisə Məmmədova açdı.O qonaqları təqdim etdi və sözü layihə rəhbərinə verdi. Layihə rəhbəri Ş.Dadaşzadə layihənin donoru və icraçı təşkilat haqda məlumat verdikdən sonra layihənin məqsədlərini açıqladı.O bildirdi ki , EUDİ sonsuz imkanlar dövrüdür.Valideynlər bu dövrdən düzgün istifadə etməlidir”.
Ekspert S.Məmmədova “Uşağın 1000 günü və Nümunəvi Valideynlik” mövzusunda çıxış edərək valideynlərin, himayədarların və qəyyumların uşaq həyatının ilk illərində, xüsusi ilə mayalanmadan 3 yaşa qədər olan dövrdə qayğı ilə təmin edilməsinin vacibliyindən danışdı. Psixoloq N.Vəliməmmədova nümunəvi valideynlikdən ,Fiziki inkişafdan, Sağlamlıq və təhlükəsizlikdən ,erkən yaş dövründə təhsilin əhəmiyyətindən ətraflı danışdı.
Daha sonra müzakirələr oldu. İştirakçıların sualları cavablandırıldı və təklifləri dinlənildi. İştirakçılar layihənin aktuallığını qeyd etdilər və tədbirlərin davamlı olmasını arzuladılar.
Tədbirdə həmçinin 0-8 yaş arası uşaqların inkişafında rol alan aidiyyəti qurumların regional koordinasiyası və qurulacaq Nümunəvi Valideynlik İnstitutuna valideynlərin cəlb olunması mövzusunda fikir mübadiləsi aparıldı.
Ş. Dadaşova Füzuli rayon İcra Hakimiyyəti başçısı cənab Alı Alıyevə, Füzuli rayon İcra Hakimiyyəti başçısının müavini-İctimai-Siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gülbahar xanım Eyvazovaya, Baş məsləhətçi Xalisə Məmmədovaya, Baş məsləhətçi Coşğun Hətəmzadəyə və Peşə məktəbinin direktoru Səminə Nuriyevaya tədbirin keçirilməsinə dəstəyinə görə təşəkkür etdi .
İştirakçılardan X.MəmmədovaH.Aysel, C.Şərifə və digərləri Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə və Regional Gender Mərkəzi İB-nə təşəkkür etdilər.
Tədbirdə 23 nəfər iştirak etdi. Sonda xatirə şəkili çəkildi


Regional Gender Mərkəzi İB-nin mətbuat xidməti

Press reliz 5Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi  ilə “R...
23/07/2025

Press reliz 5
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Regional Gender Mərkəzi” İctimai Birliyi Xocavənd rayonunda “Nümunəvi valideynlik İnstitutu” adlı layihəyəni davam etdirir.
23.07.2025- ci il tarixində Xocavənd rayon Xocavənd kənd Mədəniyyət evində “Nümunəvi valideynlik İnstitutu” layihəsi çərçivəsində "Erkən və qohum nigahların səbəbləri və fəsadları” mövzusunda dəyirmi masa keçirıldi .Tədbiri giriş sözü ilə Xocavənd kənd İƏD üzrə Nümayəndəsi Rövşən Babayev açdı. O qonaqları təqdim etdi və sözü layihə rəhbərinə verdi. Layihə rəhbəri Ş.Dadaşova layihənin donoru və icraçı təşkilat haqda məlumat verdikdən sonra layihənin məqsədlərini açıqladı.O bildirdi ki , “ Ölkəmizdə erkən və qohum nikah hallarının azaldılması ilə bağlı müsbət işlər aparılmasına baxmayaraq, problem hələ də bəzi ərazilərdə qalmaqdadır. 2024-cü ildə erkən evlilik və qohum evliliklərinin qarşısının alınması istiqamətində Ailə Məcəlləsinə, Cinayət Məcəlləsinə, İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər edilib. Nümunəvi Valideynlik İnstitutu adlı layihə çərçivəsində bu dəyişikliklərlə bağlı maarifləndirmə işi aparılacaq. Məqsədimiz cəmiyyətimizdə sağlam ailələrin sayının artmasıdır”
S.Tədbirdə Ekspert S.Məmmədova erkən nigahın fəsadlarından ətraflı danışdı.Bildirdi ki, “yeniyetmənin orqanizmi inkişafda olan orqanizm olduğu üçün bu dövrdə bir çox xroniki xəstəliklər kəskinləşir.Belə ki gələcək nəsillərin sağlamlıq vəziyyəti yeniyetmə qızların - gələcək anaların sağlamlıq vəziyyətlərindən birbaşa asılıdır. Erkən və qohum nikahlar həm mənəvi-psixoloji, həm də fiziki cəhətdən uşaqların gələcək həyatlarına mənfi təsir edir. Bunu anlayan valideyn uşağını erkən nigaha cəlb etməz.”
N. Vəliməmmədova Ailə Məcəlləsinə, Cinayət Məcəlləsinə, İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər barədə məlumat verdi . Bildirdi ki, “Qanunda edilən dəyişikliklər 2025-ci ilin iyulun 1-dən qüvvəyə minib. İnanıram ki, bu dəyişikliyin erkən və qohum nikahların qarşısının alınmasında böyük rolu olacaq. Övladlarının sağlam gələcəyi üçün Valideynlər bu işə daha ciddi yanaşacaq. Və nümunəvi valideynlərin sayı çoxalacaq.

Daha sonra müzakirələr oldu. İştirakçıların sualları cavablandırıldı və təklifləri dinlənildi. İştirakçılar layihənin aktuallığını qeyd etdilər və tədbirlərin davamlı olmasını arzuladılar.
Ş. Dadaşova Xocavənd rayon İcra Hakimiyyəti başçısı cənab Eyvaz Hüseynova, Xocavənd rayon İcra Hakimiyyəti başçısının müavini-İctimai-Siyasi və humanitar məsələlər şöbəsinin müdiri Əfsanə xanım Quliyevaya, İctimai -siyasi və humanitar məsələlər üzrə şöbə müdirinin müavini -Dini qurumlarla işin təşkilatçısı Nicat Şirinova və Xocavənd kənd İƏD üzrə Nümayəndəsi Rövşən Babayevə tədbirin keçirilməsinə dəstəyinə görə təşəkkür etdi .
İştirakçılardan B.Rövşən,B.Esmira,H.Yeganə və digərləri Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə və Regional Gender Mərkəzi İB-nə təşəkkür etdilər.

01/06/2025

Tarix: 01 iyun 2025 Qeydiyyat: RGM-002/01
Press-reliz
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Regional Gender Mərkəzi” İctimai Birliyi 01.06.2025 cü il tarixində “Nümunəvi valideynlik İnstitutu” adlı layihəyə start verdi.
Layihənin ideyası 0-8 və 13-17 yaşadək uşaqların valideynlərini və maraqlı tərəfləri Erkən Uşaqlıq Dövründə inkişafın vacibliyi ,sosial, fiziki və əqli inkişafı, düzgün qidalanma, təlim-tərbiyəsi, uşaqlarda inkişaf dinamikasının izlənməsi və inkişafının stimullaşdırılması,erkən və qohum nigahların fəsadları və bunun qarşısının alınması ilə bağlı qəbul olunmuş qanunlarla bağlı maarifləndirməsindən ibarətdir. Bununla da Nümunəvi Valideynlik Institutu təşviq olunacaq..
Layihədə Nümunəvi Valideynlik İnstitutunun yaranması üçün tədbirlər həyata keçiriləcək. Həm ailə qurmaq ərəfəsində olan gənclər həm də 0-8 və 13-17 yaş arası uşaqların valideynləri ilə maarifləndirmə işi aparılacaq
Layihə çərçivəsində hədəf rayonlarında 0-8 və 13-17 yaşlı uşaqların valideynləri və ailə qurmaq ərəfəsində olan gənclər tədbirlərə dəvət olunacaq. 0-8 yaşlı uşaqların Valideynləri “Erkən Uşaqlıq dövründə İnkişaf “mövzusunda maarifləndiriləcək . EUDİ, Bəsləyici Qayğı modelinin kompanentləri , EUDİ də ataların rolu,müsbət valideynlik haqda haqda ətraflı məlumat alacaq .
13-17 yaşlı uşaqların valideynlərinə erkən və qohum nigahların fəsadları və qanunvericiliklə bağlı məlumatlar veriləcək və müzakirələr aparılacaq

Layihə 3 ay müddətində 4 rayonda( Ağcabədi, Beyləqan, Xocavənd və Füzuli) həyata keçiriləcək .




Regional Gender Mərkəzi İctimai Birliyinin mətbuat xidməti

01/06/2025
01/06/2025

1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi qeyd olunur.
Uşaqlar bizim gələcəyimizdir. Onların sağlam və xoşbəxt böyüməsi üçün hamımız səylə çalışmalıyıq.
Bu gün əsas problemlərindən biri valideynlər(himayədarlar) və uşaqlar arasında ünsiyyətin zəif olmasıdır.
Əziz valideynlər və himayədarlar, övladlarınızla daha çox ünsiyhətdə olun,onlara daha çox vaxt ayırın. Sağlam gənclərin yetişdirilməsi üçün yol uşaqlarla yaxşı ünsiyyətdən keçir.
Bu yolda hər birinizə uğurlar arzulayıram.

"Tərəqqi"Sİ İB və RGM İB-nin Ağacəkmə aksiyası. Aksiyada iştirak edən könüllülərə təşəkkür edirik.
29/03/2025

"Tərəqqi"Sİ İB və RGM İB-nin Ağacəkmə aksiyası. Aksiyada iştirak edən könüllülərə təşəkkür edirik.

Address

Agdam

Website

Alerts

Be the first to know and let us send you an email when Regional Gender Mərkəzi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Regional Gender Mərkəzi:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram