Life at Saglam Aile

Life at Saglam Aile Life at Saglam Aile

Bir "Sağlam Ailə" hekayəsi. Burada hər kəs dəyərlidir!

Lotereyamızın qalibi hədiyyəsini artıq təhvil aldı. Qalibimizi təbrik edir, sağlam və xoş günlər arzulayırıq!Bizi izləmə...
13/04/2026

Lotereyamızın qalibi hədiyyəsini artıq təhvil aldı.
Qalibimizi təbrik edir, sağlam və xoş günlər arzulayırıq!
Bizi izləmədə qalın - sürprizlərimiz davam edir. 💐

08/04/2026

Eyni komandada olmaq gözəldir, amma eyni enerjini bölüşmək daha dəyərlidir.

Bir-birini anlayan və dəstəkləyən həmkarların sağlam münasibəti günü daha mənalı və yaddaqalan edir.

Bu sadəcə komanda işi deyil - güvən, motivasiya və səmimi bağ deməkdir ✨

📢 SAĞLAM AİLƏ Tibb Mərkəzində yeni vakansiya!Vəzifə: 📌 Qeydiyyatçı Müraciət üçün son tarix:  07.05.2026 ⬇️ Ətraflı: http...
07/04/2026

📢 SAĞLAM AİLƏ Tibb Mərkəzində yeni vakansiya!

Vəzifə:

📌 Qeydiyyatçı

Müraciət üçün son tarix: 07.05.2026

⬇️ Ətraflı: https://saglamaile.az/about-us/career/





Novruz bayramı xalqımızın əsrlər boyu qoruyub saxladığı birlik, həmrəylik və yenilənmə dəyərlərinin ən gözəl təcəssümüdü...
22/03/2026

Novruz bayramı xalqımızın əsrlər boyu qoruyub saxladığı birlik, həmrəylik və yenilənmə dəyərlərinin ən gözəl təcəssümüdür. SAĞLAM AİLƏ Tibb Mərkəzinin kollektivi də bu dəyərlərə sadiq qalaraq bayram tonqalı ətrafında bir araya gəldi və bu gözəl ənənəni birlikdə qeyd etdi.

Əsas məqsəd bayram ənənələrini yaşatmaq, insanlar arasında birlik və pozitiv enerjini təşviq etməkdir. Səmimi və mehriban atmosferdə keçən bu yığıncaq ətrafda olan hər kəsdə bayram ovqatı yaradaraq, kollektivin birlik və bayram ruhunun güclənməsinə vəsilə olub.

Tədbirin keçirilməsi zamanı təhlükəsizlik və ətraf mühitə həssas yanaşma prinsipləri tam şəkildə qorunmuş, tonqalın qalanmasında belə infrastrukturun və ətrafın mühafizəsi xüsusi diqqətdə saxlanılmışdır.

SAĞLAM AİLƏ üçün tibbi xidmət yalnız müalicə ilə məhdudlaşmır; bu, cəmiyyətlə sağlam münasibətin qurulması, milli dəyərlərə hörmət və sosial məsuliyyətin ardıcıl şəkildə həyata keçirilməsidir.
Bu kimi təşəbbüslər də məhz bu yanaşmanın davamı olaraq, həmrəyliyin gücləndirilməsinə və bayram ruhunun paylaşılmasına xidmət edir.

Ramazan ayının mənəvi dəyərlərini birlikdə yaşadığımız iftar süfrəmizdən səmimi və unudulmaz anları sizinlə bölüşürük 🤍B...
20/03/2026

Ramazan ayının mənəvi dəyərlərini birlikdə yaşadığımız iftar süfrəmizdən səmimi və unudulmaz anları sizinlə bölüşürük 🤍

Bu mübarək günlərin ruhu hər bir evə bərəkət, qəlblərə isə rahatlıq və ümid gətirsin.

Hər birinizi Ramazan və Novruz bayramı münasibətilə ürəkdən təbrik edir, sağlamlıq, rifah və xoş günlər arzulayırıq 🌿✨

̇ftar

19/03/2026

Mərkəzimizdə əməkdaşlarımızın inkişafı və əməyinin dəyərləndirilməsi daim diqqət mərkəzindədir.

Bu yanaşmanın bir nümunəsi olaraq, əməkdaşımız Səadət Novruzovanın vəzifə dəyişikliyi ona sürpriz video formatında təqdim olundu.

Rəhbərlik tərəfindən göstərilən bu diqqət və etimad, komandamızda motivasiyanın və peşəkar inkişafın davamlılığını təmin edir. Səadət xanıma yeni vəzifəsində uğurlar arzulayırıq! 🌟

13/03/2026

SAĞLAM AİLƏ Tibb Mərkəzində 8 Mart Beynəlxalq Qadınlar Günü xüsusi sürprizlə qeyd olundu. 🌷

Səmimi atmosfer və paylaşılan pozitiv enerji ilə yadda qalan gündən video görüntüləri sizinlə bölüşürük.

SAĞLAM AİLƏ Tibb Mərkəzinin Baş tibb bacısı Nəzirə Həsənova Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Hər...
27/02/2026

SAĞLAM AİLƏ Tibb Mərkəzinin Baş tibb bacısı Nəzirə Həsənova Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi-Tibb Baş İdarəsi və Başkent Üniversiteti tərəfindən təşkil olunan “Sepsisin idarə olunmasında klinik tibb bacılığı” mövzusunda təlimdə iştirak edib.

Nəzirə Həsənovanın konfransda iştirakı nəticəsində əldə etdiyi bilik və bacarıqlar Mərkəzimizdə pasiyent təhlükəsizliyinin artırılmasına, erkən diaqnostikanın gücləndirilməsinə və multidissiplinar əməkdaşlığın daha da təkmilləşdirilməsinə töhfə verəcəkdir.

SAĞLAM AİLƏ Tibb Mərkəzi olaraq əməkdaşlarımızın peşəkar inkişafını əsas prioritetlərimizdən biri hesab edir, onların bilik və bacarıqlarının davamlı şəkildə artırılmasını dəstəkləyirik.

20/02/2026

21 Fevral - Beynəlxalq Ana Dili Günü münasibətilə əməkdaşlarımızla birlikdə tibbi terminlərin ana dilimizdə düzgün ifadəsi və izahına həsr olunmuş qısa video hazırladıq.

Bu təşəbbüslə dilimizin zənginliyini və peşəkar mühitdə səlis, anlaşıqlı istifadə olunmasının vacibliyini bir daha vurğuladıq.

SAĞLAM AİLƏ Tibb Mərkəzi olaraq milli-mənəvi dəyərlərimizin qorunmasına xüsusi önəm verir, ana dilimizin yaşadılmasını və gələcək nəsillərə sevgi ilə ötürülməsini mühüm hesab edirik.
Dilimiz kimliyimizdir – onu qoruyaq, sevək və yaşadaq.

“Sağlam Yüksəliş” rubrikamızda bu dəfə Oksana Məmmədovanın karyera hekayəsini təqdim edirik.Oksana xanım məsuliyyəti və ...
21/01/2026

“Sağlam Yüksəliş” rubrikamızda bu dəfə Oksana Məmmədovanın karyera hekayəsini təqdim edirik.

Oksana xanım məsuliyyəti və işə yanaşma tərzi ilə seçilən əməkdaşlarımızdandır. O, illər ərzində qazandığı təcrübə və bacarıqları sayəsində karyera yolunda yüksələrək bu gün Laboratoriya şöbəsində sahə rəhbəri olaraq çalışır.

SAĞLAM AİLƏ Tibb Mərkəzləri şəbəkəsi olaraq əməkdaşlarımızın karyera inkişafını davamlı dəstəkləyir, onların peşəkar bilik və bacarıqlarının artırılması istiqamətində imkanlar yaradırıq.


̇nkişafı

15/01/2026

SAĞLAM AİLƏ Tibb Mərkəzləri Şəbəkəsi olaraq keçirdiyimiz Yeni il tədbirindən olan görüntüləri məmnuniyyətlə paylaşırıq 💫

#2026

SAĞLAM AİLƏ Tibb Mərkəzləri Şəbəkəsi kollektivi olaraq yeni ili birlik, səmimiyyət və yüksək əhval-ruhiyyə ilə qarşıladı...
06/01/2026

SAĞLAM AİLƏ Tibb Mərkəzləri Şəbəkəsi kollektivi olaraq yeni ili birlik, səmimiyyət və yüksək əhval-ruhiyyə ilə qarşıladıq.

Komanda ruhunun, xoş ünsiyyətin və paylaşdığımız dəyərli anların ön planda olduğu bu gecə əməkdaşlarımız arasındakı birliyi daha da möhkəmləndirdi.

Qəlblərdə iz qoyan həmin anların xatirələrini məmnuniyyətlə Sizinlə bölüşürük 💫

Address

Baku
Azerbaycan
1022

Website

Alerts

Be the first to know and let us send you an email when Life at Saglam Aile posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share