16/04/2026
⬆️ Fotoda 7 yaşlı uşağın neyropsixoloji testlər toplusundan bir tapşırığın icra anını görürsünüz.
⚠️ Tapşırıq:
“İndi sənə bir çəpər şəkli çəkəcəyəm. Sən bu nümunəyə bax və eyni qanunauyğunluq əsasında sətrin sonuna qədər bu çəpəri davam etdir. Çalış flomasteri kağızdan ayırmayasan. ”
❓ İlk təqdimatda uşaq təlimatı anlamadı və sadəcə düz xətt çəkməyə başladı.
‼️ Təlimatı ikinci dəfə izah etdim və trayektoriyanı bir daha göstərdim.
🎲 Bu dəfə o, tapşırığı anladı və "düzgün" başladı…
amma bir neçə saniyədən sonra yenidən düz xətt çəkməyə qayıtdı.
❓❓❓ Sizcə, uşaq niyə belə edir? Səbəb nədir?
Bu, diqqətsizlikdir? Yoxsa sadəcə təlimatı tam mənimsəməyib? Yoxsa burada daha dərin bir mexanizm var?
🤔 Buyurun, fikirlərinizi şərhlərdə yazın. 👇 Cəsarətli olun, ehtimallar çox ola bilər.
Növbəti videoda neyropsixoloji izahını verəcəyəm.