dr.shovket_alishova

dr.shovket_alishova Endokrinoloji məlumatlar

🔹Tiroksin- tiroid vəzi tərəfindən sintez olunan, tərkibində 4 yod atomu olan hormondur. Bu hormon orqanizmin maddələr mü...
27/08/2022

🔹Tiroksin- tiroid vəzi tərəfindən sintez olunan, tərkibində 4 yod atomu olan hormondur. Bu hormon orqanizmin maddələr mübadiləsinin tənzimlənməsi, ürək vurğuları, bədən temperaturu, kütləsi, psixoloji vəziyyətimiz və s təsir edir. Bədənimizdə lazımi səviyyədə hormonu olmadıqda biz bu hormonu xaricdən dərman olaraq qəbul etməli oluruq.
🔸Bəs bu hormona nə zaman ehtiyac duyuruq❓
-Haşimoto xəstəliyi ( )
-Tiroid vəz əməliyyatı (total tireoidektomiya)
-Radioaktiv yod müalicəsindən sonra
-Bəzi dərman preparatlarının qəbulu (litium, amiodaron, interferon, interleykin)
-Şüa terapiyası

🔹Hormon müalicəsi TSH və Ft4 qan analizi nəticələrinə əsasən başlanır. Dərmanın dozası əksər hallarda TSH hormonunun səviyyəsinə görə ( santral hipotiroidizmdə Ft4) tənzimlənir.
🔸Hormona kiçik dozalardan başlayaraq tədricən artırırıq. 5-6 həftədə bir TSH hormonu qanda baxılır, normal səviyyəyə çatana qədər dozanı tənzimləyirik. Normal TSH səviyyəsini əldə etdikdən sonra 6-12 ayda bir baxılması məsləhətdir.
❗️Hamilə qadınlarda, yaşlılarda, ürək qan-damar xəstəliyi olanlarda isə daha ciddi yanaşmaq lazımdır.
💊Dərman qəbulu zamanı nələrə diqqət etməliyik❓
1. Səhər ac qarına yeməkdən ən az 30 dəqiqə əvvəl su ilə qəbul edilməlidir.
2. Bəzi dərmanlar hormonun sorulmasını poza bilər:
-Magnezium
-Kalsium
-Dəmir
-Mədə qoruyucu preparatlar
-Xolestiramin, sukralfat
-Multivitaminlər
▫️Bu dərmanların qəbulu ən az 4 saat sonra olmalıdır.
3. Mədə-bağırsaq xəstəlikləri zamanı sorulma azala bilər (çölyak xəstəliyi, atrofik qastrit, mədə xorası və s.).
4. Dərmanın heç bir yan təsiri yoxdur (əgər artıq doza qəbul etmiriksə) və yanaşı xəstəliklər zamanı qəbuluna əks göstəriş yoxdur.

☘️Bütün bunları nəzərə alaraq dərmanın dozalanması və qəbulu dəqiq olmalıdır və həkim tərəfindən təyin olmalıdır.

16/06/2022

🩺
06/06/2022

🩺

🔹Orqanizmin orkestra dirijoru vəzifəsini icra edən   vəzi beynin alt hissəsində türk yəhəri çuxurunda yerləşən noxud ölç...
06/06/2022

🔹Orqanizmin orkestra dirijoru vəzifəsini icra edən vəzi beynin alt hissəsində türk yəhəri çuxurunda yerləşən noxud ölçüsündə (15x10x6mm) 0,5 qr ağırlığı olan müxtəlif hormonlar sekresiya edən vəzdir. (Bu ölçülər hamiləlik zamanı artır)
🔸Hipofiz vəzi beyni örtən sərt təbəqə ilə örtülmüşdür. 3 paydan ibarətdir (ön, orta, arxa). Bu paylar hipotalamus vəzin nəzarəti altındadır.
🧠Kiçik olmasına baxmayaraq gördüyü vəzifələr əhəmiyyətlidir və demək olar ki, bütün endokrin vəzilərə təsiri vardır. Orqanizmin daxili tarazlığını (homeostazını) təmin edir.
-Hipofiz vəz hormonları hansı funksiyaları görür❓
>Tiroid vəz funskiyası
>Südün əmələ gəlməsi
>Kişi və qadın cinsi orqan funksiyaları
> Doğuş zamanı uşaqlığın yığılması ( )
>Su və duz mübadiləsi tarazlığı ( )
>Stressin tənzimlənməsi ( )
>Boyun inkişafı ( )
>Qan təzyiqinin tənzimlənməsi və s.

🔺Uyğun olaraq hipofiz hormonları:
-TSH
-Prolaktin
-FSH, LH
-Oksitosin
-ADH
-Boy hormonu (GH)

🩸Hipofiz vəzin xəstəlikləri funksiyasının artıb azalmasından asılı olaraq hiperfunksiyası,hipofunskiyası və yaxud funksiya göstərməyən törəmələri ola bilər. 💭Hansı xəstəliklərlə rastlaşa bilərik?
-hipofiz vəzin törəmələri
-hipofiz vəzin çatışmazlığı
-akromegaliya
-kuşinq xəstəliyi
-prolaktinoma

🩺Hipofiz vəzin xəstəliklərinə şübhə olarsa hormonal qan analizləri, testlər və MRT müayinəsi ilə diaqnoz qoyulur.

☘️Ümumdünya Tiroid Günü tiroid xəstələrinə və bütün dünyada qalxanabənzər vəz xəstəliklərinin öyrənilməsinə və müalicəsi...
26/05/2022

☘️Ümumdünya Tiroid Günü tiroid xəstələrinə və bütün dünyada qalxanabənzər vəz xəstəliklərinin öyrənilməsinə və müalicəsi ilə məşğul olan hər kəsə həsr olunur.

🦋Qalxanabənzər vəz xəstəlikləri dünyada ən çox yayılmış xəstəliklərdən biridir. Dünyada 200 milyon hipotiroidizm (tənbəl zob) xəstəsinin olmasına baxmayaraq 20%i müalicə olunur.
🔺Qalxanabənzər vəz (tiroid) hormonları orqanizmin maddələr mübadiləsində əvəzsiz rola malikdir. Lakin artmış və ya azalmış vəz funksiyası bir sıra xəstəliklərə (xolesterin yüksəkliyi, sümük əriməsi, ürək çatışmazlığı, uşaqlarda boy geriliyi, əqli zəiflik) səbəb ola bilər.
-Bədən kütləsində dəyişiklik (atma/azalma)
-Ürəkdöyünmə
-Yorğunluq
-Tərləmə
-Saç tökülməsi
-Soyuğa və ya istiyə dözümsüzlük
-Yaddaş zəifliyi və s.
... bu kimi şikayətləriniz olarsa qanda tiroid hormonları baxılmalı və tiroid vəzin Ultrasəs müayinəsi məsləhətdir.

🩺Erkən diaqnoz həyat qurtarır...

☀️Vitamin D kalsiferol adlanan, ən çox qaraciyər və piy toxmasında toplanan, yağda həll olan vitamindir. Günəşə məruz qa...
09/05/2022

☀️Vitamin D kalsiferol adlanan, ən çox qaraciyər və piy toxmasında toplanan, yağda həll olan vitamindir. Günəşə məruz qaldığımızda dəridə sintez olunduğu üçün olaraq bilinir.
-Dəridə sintez olunan daha sonra qaraciyər və böyrəkdə aktif formalar olan D2 və D3 hormonlarına çevrilir. Əsas vəzifəsi Ca və P bağırsaqdan sorulmasını və sümüklərdə depolanmasını artırmaq, böyrəklərdən Ca atılmasının qarşısını almaqdır.

🔺Dünyada 1 milyard insanda Vitamin D çatışmazlığı təxmin edilir və bu say gedərək artır, pamdemiya olaraq qəbul edilir.

💭Bəs nəyə görə bu qədər ehtiyac duyuruq❓
Hansı faydaları var?
▪️Sümükləri qoruyur
▫️Depressiyanı azaldır
▪️Diabet riskini azaldır
▫️İmmuniteti artırır
▪️İltihabı xəstəliklər (kron)
▫️Ürək, böyrək x.
▪️Sağlam hamiləlik
▫️Bədxassəli xəstəliklər
▪️İnfeksion x. və s.

💭Kimlər Vitamin D çatışmazlığı riski daşıyır?
-Artıq çəkili insanlar
-Tünd dəri rənginə sahib olanlar
-Örtülü geyinənlər
-Mədə-bağırsaq x ( sorulmada pozğunluq)
-Xroniki böyrək və qaraciyər x.
-Yaşlılar
-Zəif qidalananlar
-Bəzi dərman preparatları (steroid,antiviral, antifungal və s.)

🩸Qandakı miqdarını ölçmək üçün 25(OH)D vitamininə baxılır. Nəticələrə əsasən çatışmazlıq dərəcəsi dəyərləndirilir və müalicə həkimi tərəfindən lazımi doza təyin olunur.

🔹Qalxanvari vəzin (tiroid) ultrasəs müayinəsi boyunun ön hissəsində yerləşən   vəzin dəyərləndirilməsi üçün aparılan müa...
24/04/2022

🔹Qalxanvari vəzin (tiroid) ultrasəs müayinəsi boyunun ön hissəsində yerləşən vəzin dəyərləndirilməsi üçün aparılan müayinə üsuludur. Xəstənin şikayətlərinə və qandakı hormon analizlərinin nəticələrinə əsasən şübhənilən diaqnozun qoyulmasında mütləq müayinədir.
🔺USM vasitəsi ilə nələri aşkar edirik?
➖Tiroid vəzin
~toxumasını
~ölçülərini, həcmini
~qanlanmasını
~daxildəki düyünləri
~boyun limfa düyünlərini
~vəzin iltihaba bağlı zədələnməsini(tiroidit- ) və s.
🔸Bununla yanaşı düyünlərin, əsasən də bəd xassəlilik şübhəsi olan düyünlərin xarakteristikası (ölçüsü, yeri, tərkibi, kənarları, damarlanması, exogenliyi, kalsium çöküntüləri) və düyünlərin müəyyən aralıqlarla təqibində əhəmiyyətli bir müayinədir.

🔺Qanda baxılan hormon analizlərinin normal səviyyələrdə olması tiroid xəstəliyini inkar etmir❗️ Məhz buna görə də tiroid vəzin xəstəliklərinin diaqnozunda qan analizləri ilə müayinəsi yanaşı aparılmalıdır.
❗️Müayinə üçün xəstənin ac və ya tox olmasının əhəmiyyəti yoxdur.
❗️Həmçinin bu müayinə səs dalğalarının ötürülməsi prosesi olduğundan heç bir ziyanı yoxdur. Buna görə də hamiləlikdə rahatlıqla edilə bilər.

🥗🥦🥒🥑
17/04/2022

🥗🥦🥒🥑

☘️
11/04/2022

☘️

Address

Shovket. Alishova@gmail. Com
Baku-Baladshary

Opening Hours

Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00

Website

Alerts

Be the first to know and let us send you an email when dr.shovket_alishova posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to dr.shovket_alishova:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram

Category