imran_loqoped

  • Home
  • imran_loqoped

imran_loqoped Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from imran_loqoped, Medical and health, .

🚀 Səs qoyuluşunda güclü və sürətli başlanğıc etmək istəyirsiniz?O zaman doğru yerdəsiniz!👩‍🏫 İlaha İlyasova tərəfindən k...
09/01/2026

🚀 Səs qoyuluşunda güclü və sürətli başlanğıc etmək istəyirsiniz?
O zaman doğru yerdəsiniz!
👩‍🏫 İlaha İlyasova tərəfindən keçiriləcək bu kurs sizə yalnız nəzəri biliklər deyil, real praktikada nəticə verən peşəkar metodikalar qazandıracaq. Kurs müddətində siz :

✅ Nitq orqanlarının anatomiyası, fiziologiyası və patofiziologiyasının ətraflı öyrənilməsi;
✅ 24 samit səsin düzgün artikulyasiyasının formalaşdırılması;
✅ Korreksiya prosesində artikulyasiya aparatının aktivliyini artırmaq məqsədilə 24 samit səs üzrə zond və əl masaj metodikalarının tətbiqi;
✅ 24 samit səsin inkişafı üçün xüsusi artikulyasiya gimnastikalarının öyrədilməsi;
✅ 24 samit səsin təqlid yolu ilə işlənməsi və möhkəmləndirilməsi;
✅ 24 samit səsin düzgün alınması üçün effektiv metodların tətbiqi;
✅ 24 samit səsin bir-birindən fərqləndirilməsi (differensasiyası).

✨ Bu kursun sonunda siz:

✅ Özünə güvənən
✅ Sistemli işləyən
✅ Real nəticə göstərən
peşəkar loqoped kimi fəaliyyət göstərə biləcəksiniz.
🌟 Təlimçi – İlaha İlyasova
🔹 İllərin peşəkarı
🔹 Loqopediya və səs qoyuluşu üzrə ixtisaslaşmış mütəxəssis
🔹 Müasir metodikalara əsaslanan praktik yanaşma
🔹 700-dən çox tələbə yetişdirmiş, yüzlərlə uğurlu nəticəyə imza atmış təcrübəli təlimçi
Bu kurs sadəcə dərs deyil — təcrübə, sistem və nəticədir 🔥
Peşəkar yolunuzda fərq yaratmaq istəyirsinizsə, bu kurs məhz sizin üçündür






psixologiya
pedoqoq
defektoloq
təlim
kurs
loqopedkursu
səsqoyuluşukursu
nitqkorreksiyası
uşaqinkişafı
artikulasiya
loqopedtv

Bu gün müasir, güclü və inkişaf edən Azərbaycanın memarı Ulu Öndər Heydər Əliyevin anım günüdür.Onun uzaqgörən siyasəti,...
12/12/2025

Bu gün müasir, güclü və inkişaf edən Azərbaycanın memarı Ulu Öndər Heydər Əliyevin anım günüdür.
Onun uzaqgörən siyasəti, milli dəyərlərə bağlılığı və ölkəmizin gələcəyinə verdiyi böyük töhfələr həmişə yaddaşlarda yaşayacaq.

🇦🇿 Heydər Əliyev – güclü dövlətçilik ənənəsinin, sabitliyin və inkişafın rəmzidir.

Loqoline PNIM komandası olaraq Ulu Öndərin əziz xatirəsini dərin hörmət və ehtiramla anırıq.

Ruhu şad olsun.
🙏🇦🇿

💪 Şanlı Ordumuzun yazdığı tarix – Zəfər Günümüz mübarək!8 Noyabr 2020-ci ildə Azərbaycan Ordusunun Müzəffər Ali Baş Koma...
07/11/2025

💪 Şanlı Ordumuzun yazdığı tarix – Zəfər Günümüz mübarək!

8 Noyabr 2020-ci ildə Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandanının rəhbərliyi ilə Şuşanın azad edilməsi xalqımızın tarixi Qələbəsi oldu. Bu gün milli qürurumuzun, birlik və qəhrəmanlığımızın rəmzi kimi qeyd olunur.

Allah bütün şəhidlərimizə rəhmət etsin, qazilərimizə can sağlığı versin!
LoqoLine Psixoloji nitq və inkişaf mərkəzi olaraq xalqımızı bu qürur dolu gün münasibətilə təbrik edirik! 🇦🇿

🇦🇿

🎉 RƏSMİ QEYDİYYAT BAŞLADI!Loqoline PNİM və UAFA-nın "Məktəbim" layihəsi çərçivəsində👶 2-6 yaşlı uşaqlar üçün💡 Erkən inki...
06/08/2025

🎉 RƏSMİ QEYDİYYAT BAŞLADI!
Loqoline PNİM və UAFA-nın "Məktəbim" layihəsi çərçivəsində
👶 2-6 yaşlı uşaqlar üçün
💡 Erkən inkişaf və məktəbəqədər təlim qrupları!

✅ Peşəkar mütəxəssislər
✅ Loqopedik və psixoloji müşahidə
✅ Təlim zamanı dövlət qeydiyyatına salınma
✅ Əyləncəli və inkişafyönümlü proqram
✅ İlk 50 uşaq üçün 50% ENDİRİM
✅ İlk diaqnostika ÖDƏNİŞSİZ
🎁 Açılış həftəsinə özəl hədiyyələr!

📍 Ünvan: Abşeron rayonu, Mehdiabad qəsəbəsi, 28 may küçəsi
📞 Əlaqə: 051-500-32-74az


Nur qızımda R, G, K, S və Ş səslərinin tələffüzündə çətinlik var idi. Davamlı və düzgün yanaşma ilə bu səslərin hamısınd...
10/06/2025

Nur qızımda R, G, K, S və Ş səslərinin tələffüzündə çətinlik var idi. Davamlı və düzgün yanaşma ilə bu səslərin hamısında uğurlu nəticə əldə etdik. Əmək varsa, nəticə də var! 💪✨

Əziz və sevimli balalar!Bu gözəl və mənalı gündə – 1 İyun Uşaqlar Bayramında sizi İlyasovlar ailəsi olaraq böyük sevgi v...
01/06/2025

Əziz və sevimli balalar!

Bu gözəl və mənalı gündə – 1 İyun Uşaqlar Bayramında sizi İlyasovlar ailəsi olaraq böyük sevgi və məhəbbətlə təbrik edirik! Sizlər bu dünyanın ən dəyərli xəzinəsi, ən böyük nemətisiniz. Sizin təbəssümünüz, sevinclə dolu baxışlarınız hər bir ailəyə, hər bir evə nur saçır.

Arzumuz budur ki, bütün uşaqlar sevgi içində böyüsün, daim xoşbəxt, sağlam və qorunmuş olsunlar. Qoy heç bir uşaq kədər tanımasın, hər bir gününüz bayram kimi keçsin.

Sizin gülüşünüzlə dünya gözəlləşir, gələcək isə daha parlaq olur.

Bayramınız mübarək! 💖. “Bir uşağın təbəssümü, dünyanın sükunətidir.” Sevgi ilə,
İlyasovlar ailəsi





1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə təbrikƏziz və sevimli balalar,Bu gözəl və mənalı gündə – 1 İyu...
01/06/2025

1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə təbrik

Əziz və sevimli balalar,

Bu gözəl və mənalı gündə – 1 İyun Uşaqlar Bayramında sizi İlyasovlar ailəsi olaraq böyük sevgi və məhəbbətlə təbrik edirik! Sizlər bu dünyanın ən dəyərli xəzinəsi, ən böyük nemətisiniz. Sizin təbəssümünüz, sevinclə dolu baxışlarınız hər bir ailəyə, hər bir evə nur saçır.

Arzumuz budur ki, bütün uşaqlar sevgi içində böyüsün, daim xoşbəxt, sağlam və qorunmuş olsunlar. Qoy heç bir uşaq kədər tanımasın, hər bir gününüz bayram kimi keçsin.

Sizin gülüşünüzlə dünya gözəlləşir, gələcək isə daha parlaq olur.

Bayramınız mübarək💖

Sevgi ilə,
İlyasovlar ailəsi

“Bir uşağın təbəssümü, dünyanın sükunətidir.”




10 yaşlı pasiyentimiz “R” səsini deyə bilmirdi.Bu səslə bağlı uzun müddət çətinlik yaşayırdı, amma artıq bu problem keçm...
25/04/2025

10 yaşlı pasiyentimiz “R” səsini deyə bilmirdi.
Bu səslə bağlı uzun müddət çətinlik yaşayırdı, amma artıq bu problem keçmişdə qaldı!

Davamlı məşqlər, motivasiya və düzgün istiqamətlə “R” səsini tam şəkildə formalaşdırdıq.
İndi o, sərbəst şəkildə danışır və öz nitqində heç bir çətinlik yaşamır!

Bu yalnız bir səslə bağlı dəyişiklik deyil – bu, uşağın özünə inamının, sosial aktivliyinin və nitqinin güclənməsi deməkdir.
Biz bu uğurla fəxr edirik və onu sevgi ilə yola salırıq!

2.5 yaşlı uşağımız sıfır nitq ilə bizə müraciət etmişdi.Heç bir söz demirdi, ünsiyyət qurmaqda çətinlik yaşayırdı. Amma ...
25/04/2025

2.5 yaşlı uşağımız sıfır nitq ilə bizə müraciət etmişdi.
Heç bir söz demirdi, ünsiyyət qurmaqda çətinlik yaşayırdı. Amma bu gün… Tamamilə fərqli bir mənzərə var!

Valideynlərin dəstəyi, düzgün istiqamət, səbr və sevgi ilə nəticə göz önündədir —
uşağımız indi tam danışır və böyük uğur əldə etmişik!

Hər bir uşağın potensialı var. Sadəcə, doğru zamanda doğru yanaşma ilə onun içindəki işığı ortaya çıxarmaq lazımdır.

Sıfırdan başlayıb danışmağa başlayan bütün balalarımızla qürur duyuruq!
Dəyişmək, inkişaf etmək ve — biz buradayıq və yanınızdayıq!

“19 aylıq balaca bir qız…Sadəcə təqlid etmir, artıq danışır — özü də dördlü cümlələrlə!Hər gün məni izləyir, hər hərəkət...
16/04/2025

“19 aylıq balaca bir qız…
Sadəcə təqlid etmir, artıq danışır — özü də dördlü cümlələrlə!
Hər gün məni izləyir, hər hərəkətimi, hər sözümü yadda saxlayır.
O, mənim balaca güzgümdür…
Təqlid və təkrar – onun inkişafının təməlidir. Mən isə onun ilk müəllimi, ilk dostuyam.”

🔊 Səsimiz bizim kimliyimizdir.16 Aprel – Dünya Səs Günüdür və bu gün səsimizin qədrini bilmə günüdür.💡 Unutmayın:✔️ Səs ...
16/04/2025

🔊 Səsimiz bizim kimliyimizdir.

16 Aprel – Dünya Səs Günüdür və bu gün səsimizin qədrini bilmə günüdür.

💡 Unutmayın:
✔️ Səs də dincəlməlidir
✔️ Zərif və diqqətli yanaşma tələb edir
✔️ Fonopedik yardım zamanında olduqda, səs geri qaytarıla bilər

Siz də səsinizlə bağlı narahatlıq hiss edirsinizsə – məsləhət almaq üçün müraciət edə bilərsiniz.

💬 Sualınız varsa, şərhə yazın.

Əziz İmran müellim!Bu gün sizin üçün xüsusi bir gündür və mənim üçün də sizi tanımaq və sizin kimi dəyərli bir insanı tə...
27/03/2025

Əziz İmran müellim!

Bu gün sizin üçün xüsusi bir gündür və mənim üçün də sizi tanımaq və sizin kimi dəyərli bir insanı təbrik etmək xoşbəxtlikdir. Siz yalnız bir müəllim deyilsiniz – siz sevginiz, səbriniz və böyük ürəyinizlə uşaqların dünyasına işıq gətirən insansınız.

Xüsusi qayğıya ehtiyacı olan uşaqlarla işləmək hər kəsin bacaracağı bir iş deyil. Bunun üçün böyük sevgi, dərin anlayış və tükənməz səbr lazımdır. Siz hər gün bu uşaqlara yalnız bilik yox, eyni zamanda ümid, sevgi və güvən bəxş edirsiniz. Sizin mehribanlığınız və şəfqətiniz onların ürəyində silinməz izlər qoyur, onları sevildiklərinə inandırır.

Bu gün və hər zaman, sizə bol sevgi, sağlamlıq və ruhunuzun hər zaman rahatlıq tapacağı gözəl günlər arzulayıram. Qoy həyat sizə göstərdiyiniz bütün mərhəməti və sevgini qat-qat artıq qaytarsın.
Ad gününüz mübarək olsun!
Siz çox dəyərlisiniz!

Address


Website

Alerts

Be the first to know and let us send you an email when imran_loqoped posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

  • Want your practice to be the top-listed Clinic?

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram