Təhsildə Psixoloji Xidmətə Dəstək Mərkəzi

Təhsildə Psixoloji Xidmətə Dəstək Mərkəzi Sağlam ruh, sağlam gələcək üçün!

31/03/2022
Tiklər, əsasən, 3-6 və 12-15 yaş arasında müşahidə edilir. Yəni, məktəbəqədər və yeniyetməlik dövründə. Bu da səbəbsiz d...
14/02/2022

Tiklər, əsasən, 3-6 və 12-15 yaş arasında müşahidə edilir. Yəni, məktəbəqədər və yeniyetməlik dövründə. Bu da səbəbsiz deyil, çünki bu, yaşarası keçid dövrü sayılır və daha çox diqqət verilməsi tələb olunur. Yadda saxlamaq lazımdır ki, istər azyaşlının, istərsə də istərsə də yeniyetmənin sonrakı inkişafı məhz bu dövrdən çox asılıdır.

3-6 yaş – məktəbəqədər yaş dövrünü əhatə edir. Bu mərhələdə uşaqlar sevgi ilə əhatə olunduğu mühitdən, doğmalarından ayrılıb bağçaya, məktəbə və hazırlıq qrupuna getməyə məcbur qalır. Elə bu zamandan da uşağın əsas qorxuları başlanır. O, “anam məni atıb gedəcək” deyə düşünərək, həyəcan və narahatlıq keçirir ki, bu da uşağın psixologiyasına öz mənfi təsirini göstərir.

Yeni mühitə, tanımadığı uşaqlara, müəllim və məktəb həyatına uyğunlaşma xüsusi hazırlıq tələb etdiyinə görə, valideynlər bunu mütləq diqqətdə saxlamalıdırlar. Adətən, uşağını bağçaya və ya məktəbə hazırlaşdıran valideynin ilk vəzifəsi balacaya təzə paltar, yeni oyuncaqlar, yaxud məktəb ləvazimatı almaq olur.  

Bir çox ata-ana hazırlıq prosesini bununla bitmiş hesab edir və diqqət veriləsi ən vacib məqam – uşağın yeni mihitə psixoloji hazırlığı ya arxa plana keçir, yaxud da heç yada düşmür.

12-15 yaş isə yeniyetməlik, yaxud da el arasında deyildiyi kimi, “dəliqanlılıq” dövrü adlanır.

Valideynlərlə yeniyetmələr arasında toqquşmalar, anlaşmazlıqlar məhz bu dövrdə p*k həddinə çatır. Burada ulularımızın “dəliqanlılıq” ifadəsi lap yerinə düşür. Davranışlarında çılğınlıq müşahidə olunan yeniyetmənin hərəkətlərini bəzi halda ətraf normal qarşılayır, hətta bir çox hallarda yaşlı nəsil “fikir verməyin, qanının qaynayan vaxtıdır” deyib, narahatlıq keçirməməyi məsləhət görürlər. Əslində isə yeniyetmənin çılğınlığı, yaxud da susqunluğu bir növ həyəcan siqnalıdır. Məhz bu yaşda yeniyetmələr özlərini təsdiqə meyilli olurlar ki, bu da mütləq diqqətdə saxlanılmalıdır.

Böyük barmağın əmməsi, dırnaqların yeyilməsi, oturacaqda yellənmə, belini bükmək, həddən artıq əl-qol hərəkətləri etmək,...
12/02/2022

Böyük barmağın əmməsi, dırnaqların yeyilməsi, oturacaqda yellənmə, belini bükmək, həddən artıq əl-qol hərəkətləri etmək, oğurluq və s. kimi uşaqlarda p*s vərdişlərin heç bir təhlükəsi yoxdur, lakin zaman keçdikcə uşaq ətrafdakıların gülüş mənbəyinə çevrilə bilər. Əgər uşaqlarda p*s vərdişlər böyük olarsa, bu həyat üçün ciddi maneə olur. Bütün bu hərəkətlər boş yerə deyil, vərdişlər uşağa həyacanının öhdəsindən gəlməyə kömək edirək, həyatında mühüm rol oynayır.

Uşaqlarda p*s vərdişlər: ilk reaksiya

Zərərli vərdişlərdən qurtulmaq çətindir, çünki belə hərəkətlər uşağa zövq verir və eyni zamanda ehtiyac duyduğu, böyüklərin diqqətini cəlb etdirir. Əgər siz bu vərdişləri uşağa hirslə, danlayaraq, qışqıraraq, cəzalandıraraq qadağan etməyə çalışsanız, uşağın daxili gərginliyini gücləndirərək, vəziyyəti daha da çətinləşdirə bilərsiz. Hətta, əgər siz bu yolla bir vərdişdən qurtula bilsəniz, çox tezliklə digər başqa bir vərdişin yaranmasının şahidi olacaqsınız. P*s vərdişlərə yanaşma çox həssas olmalıdır. Bunların öhdəsindən gəlmək üçün xeyli vaxt və səbr lazımdır. Nəticənin tezliyinə tələsməmək, ən vacib şərtlərdəndir.

1. Ən əsas və ən mürəkkəbi olan: vərdişin nəyi xarakterizə etməsini,çatışmazlığı və uşağa nə verdiyini (adətən sakitlik, hirsin ifadəsi, diqqətin cəlb edilməsi və müdafiə) anlamaqdır. Və elə etməliyik ki, uşağın təlabatı p*s vərdişlərə çevrilməsin.

2. Uşağınıza daha çox diqqət ayırmağa çalışın. Onun bunu etməməsi üçün, onu sakitləşdirməyə çalışın.

3. Vacibdirki, qadağanlarınız çox olmasın. Və qadağan olunan hərəkətə reaksiya hər zaman eyni olmalıdır. Əgər bu, bu gün olmazsa, demək sabah, 5 gün sonrada olmaz!

4. Çalışınki, hər ikinizə zövq verəcək, yeni maraqlı məşğuliyyət tapasız. Yaxşı olarki, bu çox insan olan yerdə və uzun məsafəli yerdə olmasın. Məşğuliyyət nə qədər sakit olarsa, bir o qədər p*s vərdişin unudulma ehtimalı var.

5. Demək lazımdır ki, zərərli vərdişlər - ailədə
hansısa problemin olmasına bir işarədir. Onda gərək bu vəziyyəti oynayaraq, rəsm çəkərək, müzakirə edərək təhlil etmək lazımdır.

6. Zərərli vərdişlərə görə danlamaq, utandırmaq,
tez-tez ona diqqət yetirmək olmaz.

Məktəb Psixoloqlarının İŞƏ QƏBULU üçün İntensiv Proqram:⏳Proqram həftədə 3 dəfə olmaqla ümumi 30 saat müddətini əhatə ed...
11/02/2022

Məktəb Psixoloqlarının İŞƏ QƏBULU üçün İntensiv Proqram:

⏳Proqram həftədə 3 dəfə olmaqla ümumi 30 saat müddətini əhatə edir.

✅ Dərs: Bazar ertəsi (Canlı), Çərşənbə (Canlı), Şənbə (Online) günləri həyata keçirilir.

📜 Sonda kursu bitirənlərə "SERTİFİKAT" təqdim olunacaq və kurs iştirakçıları materiallarla təmin ediləcək.

📕Eyni zamanda kurs iştirakçılarına "Təhsildə psixoloji xidmətin əsasları" (Müəlliflər: Elnur Rüstəmov, Mətanət Əliyeva, Mələk Allahverdiyeva) metodik vəsaiti HƏDİYYƏ olunacaq.

Proqrama Daxildir:
📍1. Təhsildə psixoloji xidmətin əsasları
1.1. Təhsildə psixoloji xidmətin təşkili məsələləri
1.2. Psixoloji xidmətin təşkilində məktəb psixoloqlarının sənədləri (Hüquqi-normativ, Xüsusi, Təşkilatı metodiki sənədlər)
1.4. Məktəb psixoloqunun praktik fəaliyyətində nəzərdə tutulan test, sorğu və anketlər
📍2. Ümumi Psixologiya
📍3. Pedaqoji Psixologiya
📍4. Şəxsiyyət Psixologiyası
📍5. Sosial Psixologiya
📍6. Yaş və İnkişaf Psixologiyası
📍7. Uşaq İnkişafının Diaqnostikası
📍8. Psixoloji Korreksiya metodları (Fərdi və Qrup işi)

Təlimçilər:
1. Psixologiya Elmi-Tədqiqat İnstitutunun Yaş və İnkişaf Psixologiyasının şöbə müdiri, BDU-nun müəllimi, doktorantı, psixoloq *Mətanət Əliyeva*
2. Psixologiya Elmi-Tədqiqat İnstitutunun Elmi-Metodiki və Təhsil Psixologiyasının elmi işçisi, ADPU-nun müəllimi, doktorantı, psixoloq *Ülviyyə Nəhmətova*

📌 Yalnız məktəb psixoloqu olmaq istəyən, Psixologiya və Təhsildə Sosial-Psixoloji Xidmət ixtisasını bitirmiş şəxslər iştirak edə bilərlər.

📥 Qeydiyyat üçün: 070 268 27 08 (Mobil//what's App)



🔷️Məktəb - uşaqların diqqətinə əhəmiyyətli tələblər qoyur. Məktəbdə şagird sinifdə deyilənləri diqqətlə dinləməlidir və ...
11/02/2022

🔷️
Məktəb - uşaqların diqqətinə əhəmiyyətli tələblər qoyur. Məktəbdə şagird sinifdə deyilənləri diqqətlə dinləməlidir və yalnız onu maraqlandıran hadisələrə deyil, həm də onun maraq dairəsində olmayan məlumatlara qarşı da diqqətli olmalıdır.

Uşaqlarda diqqəti və yaddaşı inkişaf etdirmək erkən yaşlardan lazımdır. Uşaqlara ümumi məlumatlar içərisindən onlar üçün önəmli olan məlumatı seçməyi və diqqətini əsas onun üzərində cəmləməyi öyrətmək lazımdır. Diqqətin düzgün idarə edilməsi, təhsilə də təsir edir, çünki yeni biliklərdən yayınmamaq və onu möhkəmləndirmək çox vacibdir. Həmçinin diqqəti bir fəaliyyətdən digərinə keçirmək qabiliyyətini də inkişaf etdirmək lazımdır. Bu gələcəkdə uşağın eyni anda bir neçə fəaliyyətlə məşğul olmasına kömək edəcəkdir.4-5 yaşlarıdan etibarən uşaqlarda diqqət və yaddaşı inkişaf etdirmək, gələcəkdə daha çox hadisələr və məlumatlar üzərində diqqətini cəmləməsinə yardımçı olacaq. Gələcəkdə qazanacağı uğurlar da körpənizin nə qədər diqqətcil olmasından asılı olacaq. Məlumatı tədricən az miqdarda təqdim etmək vacibdir ki, daha yaxşı yadda saxlanılsın. Əks təqdirdə, daha çox məlumat toplusu diqqətin yayınmasına səbəb ola bilər və uşağın hər hansısa bir fəaliyyətlə məşğul olmaq arzusunu itirə bilər.

🔴Düşünmüsünüzmü, məcbur öyrənilən dərsin həmin uşağa nə kimi xeyri olacaq?

Əlbəttə, bu əzbərçilikdən başqa bir şey deyil.
Əgər övladınızın qarşısına dəftər kitab qoymusunuz və o dərs əvəzinə şəkillər çəkirsə, izn verin. Uşağınız dərs etməyin məcburi bir şey olduğunu deyil, istədiyi zaman edə biləcəyi bir məşğuliyyət növü olduğuna inansın. Bəlkə gələcəkdə övladınız elm aləmini xilas edən alim deyil, tanınmış rəssam ola biləcək.

Valideynlər övladlarını ilk tədris günündən gün rejiminə alışdırsalar, həm onlar üçün, həm də uşaqlar üçün rahat olacaq. Belə ki, dərsdən evə gələn uşaq, artıq ayağını qapıdan içəri qoyan kimi oynamaq üçün telefon və ya planşetə qaçmayacaq. O, gün rejiminə əsasən biləcək ki, ilk növbədə evə gəlib nahar etməli və daha sonra dincəlməlidir. Uşağın istirahətinə 1 və ya 1 saat yarım vaxt ayırmaq olar. Bu saat ərzində o, yata bilər, açıq havada gəzə və ya oynaya bilər.

Uşaqlar dünyanı fərqli şəkildə qavrayırlar. Məktəbəqədər yaş dövründə uşağın təfəkkürü sürətlə inkişaf edir və bu səbəbd...
10/02/2022

Uşaqlar dünyanı fərqli şəkildə qavrayırlar. Məktəbəqədər yaş dövründə uşağın təfəkkürü sürətlə inkişaf edir və bu səbəbdən uşağın yeni təcrübə qazanması üçün böyüklərin, xüsusən də valideynlərin məqsədyönlü iştirakı tələb olunur. Uşağın necə düşündüyünü bilərək, onu daha yaxşı başa düşə və körpə ilə daha da xoş və məhsuldar ünsiyyət qura bilərsiniz.

Uşaqlarda təfəkkürün inkişaf mərhələləri

Məktəbəqədər yaş dövründə uşaqlar üçün təfəkkürün üç növü xarakterikdir:

• Əyani-əməli təfəkkür 3 yaşına qədər uşaqlarda üstünlük təşkil edir. Təfəkkürün bu növü ən çox əşyalar üzərində praktik fəaliyyətlə bağlıdır. Uşaq oyuncaqları atır, əşyaları dəliklərə itələyir, əşyaları hissələrə ayırır, düymələri basır və s. Bu yolla uşaqlar təcrübə qazanır və ilk səbəb-nəticə əlaqələrini qururlar (məsələn, top güclü atılarsa, çox uzaqlaşacaq).

• Əyani-obrazlı təfəkkür  3-4 yaşda nitqin inkişafı  ilə əlaqədar olaraq formalaşır. Yaddaşda saxlanılan görüntülər sayəsində uşağa artıq obyektlər üzərində real hərəkətlər etmək lazım deyil. Bu düşüncə növünün inkişafına, xüsusilə rəsm və konstruktor oyuncaqları ilə oynamaq kimi fəaliyyətlər təsir göstərir.

• Məntiqi təfəkkür məktəbə qədər uşaqlarda obrazlı təfəkkür  əsasında formalaşmağa başlayır. 5-7 yaşda  uşaq bəzi abstrakt anlayışlar (məsələn, həqiqət, zaman və s.) haqqında mülahizə yürüdə bilir. Səbəb-nəticə əlaqələrini qurmaq, mülahizə yürütmək, müqayisə etmək və ümumiləşdirmək qabiliyyəti məntiqi təfəkkürün əlamətləridir.

Təxəyyül və oyun bir-biri ilə sıx əlaqəyə malikdir. Məktəbəqədər yaş dövründə istər evdə ailə tərbiyəsi, istərsə də bağç...
08/02/2022

Təxəyyül və oyun bir-biri ilə sıx əlaqəyə malikdir. Məktəbəqədər yaş dövründə istər evdə ailə tərbiyəsi, istərsə də bağçada aparılan tərbiyə nəticəsində uşaqların oyun prosesində onların təsəvvür ehtiyatı xeyli artır, yaddaş fəaliyyəti, təfəkkürləri inkişaf edir, uşaqlarda yeni tələbatlar əmələ gəlir. Bütün bunlar isə onların təxəyyüllərinin geniş və məzmunlu xarakter alması ilə nəticələnir.
İstər əvvəlki dövr, istərsə də məktəbəqədər yaş dövrü olsun, ümumiy­yətlə, uşaqlarda təxəyyül oyun prosesində inkişaf edir.
3-4 yaşlı uşaqlarda da belə bir tələbat əmələ gəlir. Uşaq edə  bilməyə­cəyi bir iş görmək istəyir, özünü kiməsə  oxşatmaq, bənzətmək istəyir. Oyun pro­se­­­sində uşaq özünü atın üstündə oturan, at çapan atlıya, təyyarəçiyə, sürücüyə, mü­­əllimə, həkimə bənzədir. Uşaq öz oyununda təqlid yolu ilə bu peşə sahiblə­­rinin zahirdə olan hərəkətlərini yamsılayır. Təbiidir ki, bütün bunlar uşağın idrakına, psixikasının inkişafına güclü təsir edir. Uşaq oyun prosesində cisimlərin əlamətlərini, insanların funksiyalarını, insanlar  arasındakı münasibətləri dərk etməyə başlayır. Oyun prosesində uşaq ancaq gördüklərini mütləq mənada təkrar etmir. O, öz oyununda əks etdirdiyi, təqlid etdiyi işə, hərəkətə yeni, nəyi isə əlavə edir. Uşağın oyun fəaliyyətində yaradıcılıq ünsürləri nəzərə çarpır.Uşağın təxəyyülünün yaradıcı funksiyası özünü büruzə verir.  Uşaq şəraiti dəyişdirir, predmetləri yeni qaydada yerləşdirməyə can atır, əşyalara özü bildiyi  funksiyaları həvalə edir. Uzun ağac parçası-ata, stul- avtomobilə, gəlinciklər- müəl­limə, anaya, uşağa çevrilir.

ELAN:  15 saatlıq "MƏKTƏB PSİXOLOQLARININ İŞƏ QƏBULU ÜZRƏ MÜSABİQƏYƏ HAZIRLIQ KURSU" ➡️ Təlimçi : Psixologiya Elmi-Tədqi...
07/02/2022

ELAN:  15 saatlıq "MƏKTƏB PSİXOLOQLARININ İŞƏ QƏBULU ÜZRƏ MÜSABİQƏYƏ HAZIRLIQ KURSU"

➡️ Təlimçi : Psixologiya Elmi-Tədqiqat İnstitutunun yaş və inkişaf Psixologiyası şöbəsinin müdiri, BDU - nun müəllimi, doktorant, psixoloq Mətanət Əliyeva

⏳Kurs proqramı həftədə 2 dəfə, 1 gün canlı 1 gün onlayn olmaqla Psixologiya Elmi-Tədqiqat İnstitutunda baş tutacaq. Ümumilikdə 10 dərsdən ibarət olacaq.

⚠️ Yalnız məktəb psixoloqu olmaq istəyən, psixologiya və təhsildə sosial-psixoloji xidmət ixtisasını bitirmiş şəxslər müraciət edə bilərlər.

📥 Qeydiyyat üçün 070 268 27 08 (Mobil/what's App)

Address

Ziya Bünyadov Prospekti, 38
Baku

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00

Telephone

+994702682708

Alerts

Be the first to know and let us send you an email when Təhsildə Psixoloji Xidmətə Dəstək Mərkəzi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share