04/11/2022
✅Qanda xolesterolun səviyyəsi daim 5 mmol/l yuxarı olduqda, ürək-damar sistemi xəstəliklərinin inkişafı riski ciddi şəkildə artır.
Artıq xolesterol orqanizmdə, xüsusilə damarlarda yığılan zaman • damarlar daralır, • damarların keçiriciliyi azalır, • damar öz elastikliyini itirir, • daha kövrək olur, nəticədə damarda tromblar əmələ gələ bilər.
Bütün bunların nəticəsində insanda müxtəlif ağır ürək və damar xəstəlikləri inkişaf edir. 💠Bu xəstəliklər infarkt və insult kimi ölümcül pozulmaların inkişafına səbəb ola bilər.
Statistika göstərir ki, bütün dünyada ürək-damar sistemi xəstəlikləri ölümün əsas səbəbidir.
Qanda xolesterolun səviyyəsinin artmasının əsas səbəbləri arasında:
• azhərəkətli həyat tərzi
• artıq çəki, piylənmə
• qidalanmada yağların çox olması
• siqaret çəkmək
• spirtli içki qəbulu
• bəzi xəstəliklər (şəkərli diabet, böyrək, qaraciyər, qalxanvari vəzi xəstəlikləri). Ətraflı məlumat üçün laboratoriyamıza müraciət edə bilərsiniz
Laboratoriyamiz keyfiyyətli tibbi xidmət və dəqiq diaqnozla sizin sağlamlığınızı düşünür!