Genom İnformasiya Portalı

Genom İnformasiya Portalı Medical Genetics

08/08/2021
DNT-nin kəmiyyət və keyfiyyətinin ölçülməsi
09/05/2021

DNT-nin kəmiyyət və keyfiyyətinin ölçülməsi

Əsas molekulyar genetik biometodların praktik mənimsənilməsi kursu
01/05/2021

Əsas molekulyar genetik biometodların praktik mənimsənilməsi kursu

🧬DNT EKSTRAKSIYASI ÜSULLARI📌Kəmiyyət və keyfiyyəti optimal olan DNT molekulyar çalışmaların əsasını təşkil edir. 📌DNT ek...
03/04/2021

🧬DNT EKSTRAKSIYASI ÜSULLARI
📌Kəmiyyət və keyfiyyəti optimal olan DNT molekulyar çalışmaların əsasını təşkil edir.
📌DNT ekstraksiyası enzimatik və kimyəvi üsullarla həyata keçirilə bilər
📌Burada əsas məqsəd hüceyə membranının parçalanması, proteinlər, karbohidratlar, lipindlərin parçalanaraq uzaqlaşdırılması, nüvə membranının parçalanması və beləliklə də DNT molekulunu açığa çıxarmaqdan ibarətdir.

Polimeraza Zəncirvari Reaksiyası (PCR, Polymerase Chain Reaction) müəyyən bir DNT ardıcıllığının milyonlarla kopyasını y...
17/01/2021

Polimeraza Zəncirvari Reaksiyası (PCR, Polymerase Chain Reaction) müəyyən bir DNT ardıcıllığının milyonlarla kopyasını yaradan molekulyar biologiya və genetika sahəsində istifadə olunan bir metodikadır.
🧬1983-cü ildə Kary Mullis tərəfindən hazırlanan PCR, hazırda klinik və tədqiqat laboratoriyalarında müxtəlif məqsədlərlə istifadə olunur.
🧬1993-cü ildə Mullis bu üsulu kəşfinə görə Kimya üzrə Nobel mükafatına layiq görülmüşdür.
🧬PCR metodu, müəyyən bir müddət ərzində DNT replikasiyasının in vitro şəraitdə suni şəkildə təkrarlanmasıdır.
🧬Üç mərhələsi vardır: 1) Denaturasiya (94-95°C)-bu mərhələdə DNT-nin iki zənciri ayrılır. 2) Bağlanma (annealing, 50-65°C)- bu mərhələdə hər bir genə uyğun primerlər DNT-nin tək zəncirinə bağlanır. 3) Uzanma mərhələsi (elongation, 72°C)- Taq enzimi vasitəsilə DNT zənciri sintez edilir.
📌Beləliklə, bu proses dəfələrlə təkrarlanmaqla milyonlarla kopya əldə olunmuş olur.

DNT Və RNT arasında olan fərqlər:- DNT (Deoksiribonuklein turşusu) əsasən hüceyrənin nüvəsində, az bir qismi isə sitopla...
26/11/2020

DNT Və RNT arasında olan fərqlər:
- DNT (Deoksiribonuklein turşusu) əsasən hüceyrənin nüvəsində, az bir qismi isə sitoplazmada mitoxondrilərdə yerləşir. RNT nüvəcikdə yerləşir və sitoplazmaya müxtəlif formalar şəklində daşınır
- DNT-nin ikizəncirli quruluşu β-formada, RNT-də isə α- formada yerləşir.
- DNT-də nukleotidlər A,G,C və T. RNT-də isə A,G,C və U-dir
- DNT-də şəkər deoksiriboza, RNT-də isə riboza
- Əksər hallarda hüceyrələrdə DNT-nin sayı sabitdir. Lakin RNT sayı isə hüceyrədən-hüceyrəyə fərqlilik göstərir
- DNT cüt zəncirli, RNT isə tek zəncirlidir
- DNT replikasiya olunmaq qabiliyyətinə malikdir, RNT isə DNT zencirindən sintez edilir
- DNT ilə müqayisədə RNT davamsız birləşmədir
- DNT replikasiyası üçün praymerlərə ehtiyac duyulur. RNT isə buna ehtiyac duymur
- DNT hüceyrə nüvəsindən hərəkət edə bilmədiyi halda RNT hərəkət edə bilir
- DNT- nın hidrolizi DNase enzimi, RNT-nin isə RNase deyilən enzim tərəfindən həyata keçirilir
- UB şüalarına qarşı DNT həssas olduğu halda RNT rezistentlik göstərir
- Mutasiyaların başvermə sıxlığı DNT ilə müqayisədə RNT-də yüksəkdir.

Address

Azadlig 155
Baku

Website

Alerts

Be the first to know and let us send you an email when Genom İnformasiya Portalı posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Genom İnformasiya Portalı:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram