Psixoloji zorakılıq haqqında Xədicə ilə öyrən

Psixoloji zorakılıq haqqında Xədicə ilə öyrən .

31/03/2023

From Judith Herman's Truth and Repair, How Trauma Survivors Envision Justice

"If traumatic disorders are afflictions of the powerless, then empowerment must be a central principle of recovery. If trauma shames and isolates, then recovery must take place in community."

"If trauma is truly a social problem, and indeed it is, then recovery cannot be simply a private, individual matter. The wounds of trauma are not merely those caused by the perpetrators of violence and exploitation; the actions or inactions of bystanders--all those who are complicit in or who prefer not to know about the abuse or who blame the victimsoften cause even deeper wounds. These wounds are part of the social ecology of violence, in which crimes against subordinated and marginalized people are rationalized, tolerated, or rendered invisible. If trauma originates in a fundamental injustice, then full healing must require repair through some measures of justice from the larger community."

HAQQLARININ SİYAHISI: Sənin özün olmaq haqqın var. Sənin özünü ən qabağa qoymaq haqqın var. Sənin təhlükəsizlikdə olmaq ...
25/03/2023

HAQQLARININ SİYAHISI:
Sənin özün olmaq haqqın var.
Sənin özünü ən qabağa qoymaq haqqın var.
Sənin təhlükəsizlikdə olmaq haqqın var.
Sənin hörmətlə reftar edilmək haqqın var.
Sənin insan olmaq - mükəmməl olmamaq haqqın var.
Sənin kimsə sənlə p*s rəftar etsə, sənə zorakiliq etsə və ya sənlə ədalətsiz davtansa, ona hirslənmək və etiraz etmək haqqın var.
Sənin bit özəlinin olması haqqın var.
Sənin öz fikrinin olması haqqın var, onları ifadə etmək haqqın var, və bunları ifadə edərkən ciddiye alınmaq haqqın var.
Sənin öz pulunu qazanmaq və öz pulunu idarə etmək haqqın var.
Sənin həyatına təsir edən şeylər haqqında sual vermək haqqın var.
Sənin inkişaf etmək və dəyişmək haqqın var, sənin fikrini dəyişmək haqqın var.
Sənin YOX demək haqqın var.
Sənin səhvlər etmək haqqın var.
Sənin digər yetkin insanların problemlərinə görə məsuliyyət daşıMAMAQ haqqın var.
Sənin digər insanlar tərefindən bəyənilməmək haqqın var.
SƏNİN ÖZ HƏYATINI İDARƏ ETMƏK HAQQIN VAR VƏ XOŞBƏXT DEYİLSƏNSƏ ONU DƏYİŞMƏK HAQQIN VAR.

Mütləq dinləyin. Məişət zorakılığının çox yaxşı tərifini verir ekspert. Məişət zorakılığı o deməkdir ki bir insan özünün...
01/12/2022

Mütləq dinləyin. Məişət zorakılığının çox yaxşı tərifini verir ekspert. Məişət zorakılığı o deməkdir ki bir insan özünün diger insanı idarə etmək haqqına sahib olduğuna və bu insan tabe olmasa ona cəza vermək haqqına sahib olduğuna inanır.

Why does he do that? How do I talk to someone who may be experiencing domestic abuse? In our virtual conversation with Lundy Bancroft, he answers these quest...

11/11/2022

Zorakiliq survivoru olan bir insanın ifadə etdiyi yaxşı bir metaforanı sizə təqdim etmək istəyirəm, bu metaforanı eşidən kimi mən həmisəlik yadimda saxladım. Zorakiliga meruz qalan insanin özündə dəyişikliklər etmək cəhdini en yaxsi gosteren bir metaforadir.
Dedi ki, təsəvvür edin ki, bir yad adam sizin evinizə girib evinizdəki ütünü sizin başınıza çırpır. Başınız qanayır, zədə alırsınız. O hadisədən sonra siz ütünüzü atırsınız ki, bu yaman p*s əşyadır, lazım deyil evdə olmağı, yad adamlar evə girib bunla mənim başımı yarır, istəmirəm ütü. Aparıb ütünü atırsınız zibil qabına.

Insanın zorakılıq sonrası öz xasiyyətlərini dəyişməsi cəhdləri buna oxşayır.
Çünki bizim xarakterimiz bizim həyatda qalmaq üçün alətlərimizdir.

Send a message to learn more

Əgər sən bu gün özünün zərərinə olan bir şeyə razılaşmış haldasansa, psixoloji zorakılıq altındasan.Özünə qayğı sənə eqo...
11/11/2022

Əgər sən bu gün özünün zərərinə olan bir şeyə razılaşmış haldasansa, psixoloji zorakılıq altındasan.
Özünə qayğı sənə eqoistlik kimi görünür, özünü düşünməyin üstündə möhkəm cəzalandırılırsan?
O zaman, psixoloji zorakılıq altındasan.

Bütün abyuzerlərin əksər manipulyasiyalarını dağıdan bir cümlə: "İnkişaf yalnız hüzur nöqtəsindən başlayır."Abyuzerlər a...
06/11/2022

Bütün abyuzerlərin əksər manipulyasiyalarını dağıdan bir cümlə: "İnkişaf yalnız hüzur nöqtəsindən başlayır."
Abyuzerlər adətən öz zorakı tələblərini sizin inkişafınızla əlaqələndirirlər. Bəzən də sizin uşaqlarınızın inkişafı ilə.
Bəzən onlar sizi inandıra bilər ki bu etdikləri zoraki tələblər sizin faydanız və inkişafınız üçündür və bu gün çəkdiyiniz əzab sabah sizi inkişaf etdirəcək. Bu ideya bütün manipulyativ davranışların əsasında durur. Hətta dövlətlər belə, vətəndaşlarını bu üsulla manipulyasiya edə bilir (məsələn, "bu gün şəhərin ortasında Formula 1 yarışı narahatçılığına dözün ki sabah ölkəmizdə turizm inkişaf etsin", "bu gün Yəhudiləri qırmalıyıq ki, Almaniya sabah xoşbəxt olsun" və s.). Bu model bir çox manipulyasiyaların təməl ideyasıdır. Bu manipulyasiya çox uğurlu olur adətən, çünki insanın bu günki hisslərini iqnor etməsi üçün çox yaxşı güclü arqument yaradır. Hər bir insan inkişafa can atır deyə, inkişaf da doğrudan da zəhmətdən keçir deyə, biz abyuzerin bu oyunu həqiqət hesab edib bu tələye düşə bilirik.

Bu manipulyasiyaya aldanmamaq üçün aşağıdaki cümlə sizə çox kömək olacaq:
Bütün inkişaflar hüzurdan başlayır. Ağır əmək belə, hüzur şəraitində olmalıdır ki inkişafa gətirib çıxartsın. Sizin ürəyiniz hüzur içində deyilsə, narahat və nigarandırsa, təməl ehtiyaclarınız iqnor olunursa, siz haqsız olaraq günahlandırılırsınızsa, ürəyinizdə hüzur rahatlıq və sülh yoxdursa, həyatınızda sevinc yoxdursa, bu vəziyyət yaxşı heç bir şeyə gətirib çıxarmayacaq, inkişafa isə heç gətirib çıxarmayacaq.

İnkişafın ilk nöqtəsi - hüzurdur.
Yalnız hüzur tapdığınız gündən başlayaraq inkişaf edə bilərsiniz. 🌸🌸🌸

03/11/2022

Son illər ingilisdilinde zorakiliq qurbanı - "victim" sözü əvəzinə "survivor" sözü istifadə edilir. Bu sözü zərərçəkən kimi ifadə edirəm hələlik, əslində isə əsl tərcüməsi, "xilas olmağa çalışan" deməkdir. Biz bu səhifədə survivor sözünü də istifadə edə bilərik.

Zorakılıqdan zərər çəkənlərə dəstək vermək üçün on cümlə. Bunu vaxtım olanda tərcümə edəcəm. Hələlik dursun burada. Zora...
03/11/2022

Zorakılıqdan zərər çəkənlərə dəstək vermək üçün on cümlə.
Bunu vaxtım olanda tərcümə edəcəm. Hələlik dursun burada.

Zorakılıqdan zərərçəkən insanlara kömək etmək istəyirsinizsə, onları danlamaq, məsləhət vermək, dəyişdirməyə çalışmaq yox, onların hisslərini dəyərə mindirə bilərsiniz.
Buna ingiliscə validation deyilir. Validation - bir şeyin dəyərli olduğunu təsdiq etmək deməkdir. Bu sözün bizim dildə qarşılığını birlikdə tapa bilərik.

Aşağıdakı mətndə 10 validation cümləsi nümunəsi var. Siz bunları zorakılığa məruz qalan yaxınlarınıza söyləməklə onların çətinliklərini azalda, xilas prosesini sürətləndirə bilərsiniz.

Son illər zorakiliq qurbanı - "victim" sözü əvəzinə "survivor" sözü istifadə edilir. Bu sözü zərərçəkən kimi tərcümə edirəm mən hələlik, əslində isə əsl mənası, "xilas olmağa çalışan" deməkdir. Biz bu səhifədə survivor sözünü də istifadə edə bilərik.

Validating a friend or loved one after they disclose abuse to you can make all the difference. Things to say to help them realize it's not their fault.

Psixoloji şiddət haqqında miflərdən biri budur ki, yalnız bəzi "zəif" insanlar bu şiddətə məruz qalır, və yaxud o insanı...
27/10/2022

Psixoloji şiddət haqqında miflərdən biri budur ki, yalnız bəzi "zəif" insanlar bu şiddətə məruz qalır, və yaxud o insanın özündə psixoloji şiddəti qəbul etməyə bir daxili meyllik olur.

Bəzən deyirlər ki bizim öz qorxularımız bizi şiddət görməyə yatqın edir. Və ya deyirlər ki, bizim öz xeyirxahlığımız, güvənimiz bizi şiddət görməyə yatqın edir.
Lakin bilməliyik ki, bu fikirlər şiddət haqqında yanlış inanclar miflərdir və heç bir ciddi əsası yoxdur.

Psixoloji zorakılıq edən şəxs, şiddət göstərdiyi qurbanının normal insani xüsusiyyətlərindən empatiya, qayğıkeşlik, güvən kimi pozitiv keyfiyyətlərindən, həmçinin, qorxu, həyəcan və s. kimi neqativ keyfiyyətlərindən sui-istifadə edib öz zorakılığını həyata keçirir.

Bu dinamikada problem zərərçəkənin mənfi ya müsbət keyfiyyətləri deyil, zoraki şəxsin o xüsusiyyətlərdən sui-istifadə etməsində olur. Açar söz sui-istifadədir.

Sizin öz dostunuza, valideyninizə, yoldaşınıza güvənməyinizdə, ona qarşı qayğıkeş olmağınızda, ona empatiya hiss etmənizdə yanlış bir şey yoxdur. Bu normaldır və sizin sadəcə sağlam, adekvat insan olduğunuzu göstərir.
Yaxud da, həyatda hansısa qorxularınızın olması, bəzi mövzularda həyəcanlarınızın, hətta aqressiyanızın olması normaldir. Siz insansınız və hər cür müsbət və mənfi cəhətlərə sahibsiz. Insan xarakteri mənfi və müsbət keyfiyyətlərin cəmidir.

Biz şiddətdən qorunmaq üçün özümüzü super ideal utopik bir şəxsiyyətə çevirməyə çalışmamalıyıq. Zira bu mümkün də deyil.

Bəzən ətrafdan sizə məsləhətlər gəlir: "güclü ol", "özündə dəyişikliklər et" və s. Bəzən deyirlər, "heç kimə güvənmə", "heç kimə yaxşılıq etmə", "heç nədən qorxma" və s., və i. a. Bu cümlələr hamısı sizi dəyişdirməyə yönəlib, sizin normal, adekvat insani keyfiyyətlərinizi dəyişməyə yönəlib. Bu cür məsləhətlərə riayət etməmişdən əvvəl düşünün: siz özünüzü super insan etməyə hazırlaşırsınız? Zorakılıqdan qurtulmaq üçün insanın super-utopik, super-ideal, super-güclü bir insana çevrilməsinə ehtiyac yoxdur.

Zorakiliq survivoru olan bir insanın ifadə etdiyi yaxşı bir metaforanı sizə təqdim etmək istəyirəm, bu metaforanı eşidən kimi mən həmisəlik yadimda saxladım. Zorakiliga meruz qalan insanin özündə dəyişikliklər etmək cəhdini en yaxsi gosteren bir metaforadir.
Dedi ki, təsəvvür edin ki, bir yad adam sizin evinizə girib evinizdəki ütünü sizin başınıza çırpır. Başınız qanayır, zədə alırsınız. O hadisədən sonra siz ütünüzü atırsınız ki, bu yaman p*s əşyadır, lazım deyil evdə olmağı, yad adamlar evə girib bunla mənim başımı yarır, istəmirəm ütü. Aparıb ütünü atırsınız zibil qabına.

Insanın zorakılıq sonrası öz xasiyyətlərini dəyişməsi cəhdləri buna oxşayır.
Çünki bizim xarakterimiz bizim həyatda qalmaq üçün alətlərimizdir. Biz güvənə biliriksə, bu bizim bir psixoloji bacarigimizdir. Travmanı alandan sonra güvən bacarigimizi zibil qabina atmamalıyıq, problem bizim güvənməyimizdə deyil, başqa bir insanın bizim güvənimizi sui-istifadə etməsindədir.
Və yaxud, biz qorxuruqsa, bu da bizim şəxsiyyətimizin bir parçasıdır, biz travmadan sonra qorxularımızı ləğv etməli deyilik, problem normal qorxularımızın olmasında deyil, başqa bir insanın bizim qorxularımızı sui-istifadə etməsindədir.

Bəli, bəzən şiddət görən insanın özünü super-ideal utopik bir insana çevirmə cəhdləri olur, insan heç nədən qorxmamağa, yaxud heç kimə güvənməməyə, yaxud insan daha çox işləməyə, daha çox işi çatdırmağa, daha sakit, daha dözümlü olmağa, daha çox məsuliyyəti öhdəsinə almağa çalışır. Lakin, bu şiddətin qarşısını almaq üçün tamamilə faydasızdır. Hətta bu travmaya reaksiyaların bir formasıdır (travma response). Travma response, növləri haqqında bir dəfə başqa yazıda geniş yazaram.
Bəzi hallar zorakiliqdan can qurtarmaga kömək etmir. Əksinə bu transformasiya zamanı baş verən qeyri-sabitlik zorakinin daha çox şiddət göstərməsi üçün, yeni zəif nöqtələr tapmasına imkan verir.
Zorakiliga məruz qalan insanın transformasiya prosesi onun üçün təhlükəli ola bilir. Unutmayın, istənilən transformasiya hüzurlu, güvənli bir mühitdə həyata keçməlidir. Insan yalnız hüzur şəraitində inkişaf edir.

Zərərçəkənə kənar adamların "sən özün dəyişməlisən, özünü ideal aparmalısan ki şiddət görməyəsən" kimi məsləhətlər isə qurban günahlandırma (viktimbleyminq) adlanır. Viktimbleyminq, növləri haqqında da bir dəfə başqa yazıda geniş yazaram.

Psixoloji şiddətdən qorunmağın ən erfektiv üsullarından biri özünə qayğıdır. Fərz et ki sən bir dibçəkdə çiçəksən. Onun ...
22/10/2022

Psixoloji şiddətdən qorunmağın ən erfektiv üsullarından biri özünə qayğıdır.
Fərz et ki sən bir dibçəkdə çiçəksən. Onun yaşaması üçün hansı qayğılar lazımdırsa, özünə də həmin qayğını göstər.

🌸 Özünü sağlam bir mühitə yerləşdir.
🌸 Suvar, qidalandır
🌸 Kifayət qədər günəşlən.
🌸 Səni diri-diri yeyənlərdən qurtul
🌸 Çiçəklənməyin üçün nələr kömək edirsə, onları et.
🌸 Özünə qarşı anlayışlı və səbrli ol, yaxşı nəticələr vaxt alır.

22/10/2022

Xoş gəlmisiniz. Bu səhifədə mən sizinlə psixoloji zorakılıqdan qorunmaq üçün istifadə etdiyim və ya istifadə etməyə çalışdığım metodları paylaşacam.

Psixoloji şiddət elə bir hadisədir ki, biz onu tanıyan kimi onun təsiri artıq zəifləyir, bəzən də itir. Çünki bu şiddətin mexanizmi fərdi aldatmağa hesablanıb. Sadəcə bu yalan çox dərin, emosional səviyyədə edilir. Biz ayıldıqca, yalanları anladıqca onların bizim üzərimizdəki təsiri azalır.

Odur ki, psixoloji zorakılıqla ən effektiv mübarizə üsulu - məlumatlandırmadır. Bu səhifənin amalı da məhz budur.

Üstəlik, insanlara özləri kimi psixoloji şiddət altında olan zərərçəkənləri tanımaq da çox kömək edir.
Bir-birimizi tanıyıb, dəstəkləməyimiz çox faydalıdır. Növbəti hədəflərimiz qrup yaradaraq, şiddətə məruz qalan insanlarla icmalaşmaq ola biler.

Hər kəsə uğurlar. Səhifədəki paylaşımların faydalı olacağına, sizə çətin anınızda dayaq olacağına inanıram.

Address

Baku
AZ1022

Website

Alerts

Be the first to know and let us send you an email when Psixoloji zorakılıq haqqında Xədicə ilə öyrən posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Psixoloji zorakılıq haqqında Xədicə ilə öyrən:

Share