Pərvanə Mustafayeva - USM Mütəxəssisi

Pərvanə Mustafayeva - USM Mütəxəssisi USM üzrə mütəxəssis. Müasir ultrasəs diaqnostikası ilə dəqiq və təhlükəsiz müayinə.

16/04/2026

Sağlamlıq səssiz pozular…
Və bəzən ilk əlamət — ümumiyyətlə əlamət olmur.
USM check-up isə məhz bu mərhələdə dəyərlidir.
Heç bir ağrı, heç bir narahatlıq olmadan
orqanizmin daxili vəziyyətini aydın və dəqiq göstərir.
Qarın boşluğu, tiroid, böyrəklər, çanaq orqanları —
hamısı bir baxışda qiymətləndirilir.
Şüasız. Ağrısız. Etibarlı.
Sağlamlığını təsadüfə buraxma —
vaxtında yoxlat, rahat ol.
🌺
Dr.Pərvanə Mustafayeva
📲(+994)55 502 80 14
📍Xətai Estetik Klinika

04/04/2026

Zəhərli zob (hipertireoz) və ultrasəs müayinəsi
Zəhərli zob qalxanvari vəzin həddindən artıq hormon ifraz etməsi ilə xarakterizə olunur. Bu zaman pasiyentlərdə ürək döyüntüsünün artması, əsəbilik, arıqlama, tərləmə kimi əlamətlər müşahidə oluna bilər.
📍 USM (ultrasəs müayinəsi) nə göstərir?
Qalxanvari vəzin ölçülərinin böyüməsi
Parenximanın heterogenliyi
Düyünlərin olub-olmaması
Doppler müayinədə qanlanmanın artması (hipervaskulyarizasiya)
USM zəhərli zobun diaqnostikasında əsas üsullardan biridir və müalicə taktikasının seçilməsində mühüm rol oynayır.
🩺 Vaxtında müayinə olun, sağlamlığınızı qoruyun!
🌺
Dr.Pərvanə Mustafayeva
📲(+994)55 502 80 14
📍Xətai Estetik Klinika

27/03/2026

💛 USM Endirimli Kampaniya! 💛
Sağlamlığınızı yoxlamaq üçün ən yaxşı zaman indidir! 🩺
✅ Təhlükəsiz və rahat müayinə mühiti
Endirimli kampaniya yalnız məhdud müddət üçün keçərlidir, ona görə fürsəti qaçırmayın!
📅 Qeydiyyat üçün: +994 @55 266 70 99
📍 Ünvan: Xətai Estetik Klinikası

26/03/2026

Xroniki yorğunluğun qaraciyərlə bağlı səbəbləri:
Qaraciyər piylənməsi (steatoz) – ən çox rast gəlinən səbəbdir
Xroniki hepatitlər (B, C və s.)
Qaraciyər fermentlərinin yüksəlməsi ilə gedən metabolik pozğunluqlar
Öd durğunluğu (xolestaz)
İnsulin rezistentliyi və diabetlə əlaqəli qaraciyər dəyişiklikləri
Mexanizm:
Toksinlərin tam xaric olunmaması → halsızlıq, beyin “dumanı”
Enerji mübadiləsinin pozulması → tez yorulma
İltihabi proseslər → ümumi zəiflik
Vitamin və mikroelement balansının pozulması
Klinik əlamətlər:
Səhər oyananda belə yorğunluq hissi
Gün ərzində enerji çatışmazlığı
Diqqət azalması
Bəzən ağızda acı dad, iştahasızlıq
Sağ qabırğaaltı nahiyədə diskomfort
🌺
Dr.Pərvanə Mustafayeva
📲(+994)55 502 80 14
📍Xətai Estetik Klinikası

20/03/2026

Şah damarlarının doppler müayinəsi (karotis və vertebral arteriyaların doppleri) beyinə qan aparan damarların vəziyyətini qiymətləndirmək üçün edilən ultrasəs müayinəsidir.
Nəyi göstərir:
Damar daralması (stenoz)
Aterosklerotik piləklər (xolesterin yığıntıları)
Tromblar
Qan axınının sürəti və istiqaməti
Damar divarının qalınlaşması (İntima-media qalınlığı)
Kimlərə məsləhətdir:
Başgicəllənmə, baş ağrısı olanlar
Qısa müddətli huş itirmə (sinkop)
Yaddaş zəifliyi
Əl-ayaqda keyimə, zəiflik
İnsult və ya TİA keçirmiş pasiyentlər
Hipertoniya, şəkərli diabet, yüksək xolesterini olanlar
Siqaret çəkənlər
🌺🌺
Müayinəyə yazılmaq üçün :
📲(+994) 55 502 80 14
📍Xətai Estetik Klinika

19/03/2026

Karotis (şah damarları) doppler müayinəsi üçün əsas göstərişlər (indikasiya) bunlardır:
Nevroloji şikayətlər:
Başgicəllənmə, baş ağrıları
Huşun itməsi və ya bayılma epizodları
Yaddaş zəifləməsi, diqqət pozğunluğu
Keçirilmiş insult və ya TİA (keçici işemik atak)
Ətraflarda zəiflik, keyimə
Ürək-damar risk faktorları:
Arterial hipertenziya
Şəkərli diabet
Dislipidemiya (xolesterin yüksəkliyi)
Siqaret çəkmə
Piylənmə
Digər göstərişlər:
Boyunda üfürüm (auskultasiyada səs eşidilməsi)
Ateroskleroz şübhəsi
Damar darlığı və ya tromb şübhəsi
Cərrahi müdaxilə öncəsi (xüsusilə ürək əməliyyatlarından əvvəl)
Travmadan sonra boyun damarlarının qiymətləndirilməsi
Vertebrobazilyar çatışmazlıq şübhəsi.
🌺🌺
Dr.Pərvanə Mustafayeva
📲(+994)55 502 80 14

19/03/2026

Bu simptomlar sizdə də var? Tüpürcək vəzilərini yoxlatdırın!
Ağız quruluğu
• Yemək zamanı ağrı
• Çənəaltı və ya qulaq önündə şişkinlik
• Ağızda p*s dad və qoxu
• Udqunarkən narahatlıq
Bu əlamətlər tüpürcək vəzilərində problemə işarə edə bilər. Vaxtında müayinə vacibdir.
👉USM ilə dəqiq qiymətləndirmə mümkündür
🌺🌺
Dr.Pərvanə Mustafayeva
📲(+994)55 502 80 14
📍Xətai Estetik Klinikası

Address

Xətai Estetik Klinikası
Baku
AZ1005

Website

Alerts

Be the first to know and let us send you an email when Pərvanə Mustafayeva - USM Mütəxəssisi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share