19/02/2021
Anemiya – "qan azlığı xəstəliyi" gedişinə görə həqiqi və yalançı (psevdoanemiya) şəklində müşahidə edilir. Eritrositin kütləsi və hemoqlobinin miqdarı azaldığı zaman həqiqi anemiya yaranır. Normada qanın 1 mm-də 4,2 -5,0 milyon eritrosit olur. 24 saat ərzində normal eritrositin hasil olması 200 mlrd-a bərabərdir. Eritrositlərin yaşama müddəti isə 90-120 günə bərabərdir.
Eritrositlər armud və ya kolba o cümlədən müxtəlif formada müşahidə edilərsə bu hal poykilositoz adlanır. Qanda eritrositin artmasına eritrositoz azalmasına isə eritropeniya deyilir. Yetişməmiş eritrositlər retikulositlər adlanır. Rəng göstəricisi 0,80-1,0 olduqda normoxrom, 0,80-dən aşağı olduqda hipoxrom 1-dən yüksək olduqda hiperxrom anemiya kimi qeyd edilir. Normada sağlam kişilərdə hemoqlobinin miqdarı 120-185 q/l, qadınlarda 119-172 q/l arasında dəyişir.
Adətən anemiya isti iqlimə malik ölkələrdə daha çox yayılmışdır.Əhalinin 10-20 %-də hemoqlobinin miqdarının 100 q/l-dən aşağı olması müşahidə edilir. Uşaqlar arasında anemiyaların yayılması 30-40% təşkil edir hamilə qadınlarda da anemiyalar tez-tez müşahidə olunur. Əmələgəlmə səbəblərindən asılı olaraq anemiyaların 5 qrupu var:
🔸Dəmir defisitli anemiya
🔸Posthemorragik anemiya
🔸B12 və foldefisitli anemiya
🔸Hemolitik anemiya
🔸Hipo və aplastik anemiya.
🔸Dəmir defisitli anemiya
Əmələ gəlməsi aşağıdakı səbəblərlə əlaqəlidir
Qida maddəsində dəmirin çatışmazlığı
Dəmirin bağırsaqda sorulma prosesinin pozulması
Müxtəlif tipli xronik qanitirmə
Dəmirin eritropoezə keçməsinin pozulması nəticəsində baş verən anemiya. Bu hala uşaqlarda və hamilə qadınlarda südvermə dövründə rast gəlinir.1 litr ana südünün tərkibində 0,2-0,3 mq dəmir müşahidə edilir, lakin uşağın tələbatı 24 saat müddətində 7 mq-a qədərdir.
Yalnız qızlarda təsadüf olunan dəmir defisitli anemiyalar yuvenil xloroz adlanır.
◾Əlamətlər
Anemiyanın əlamətləri növündən asılı olaraq dəyişir. Əsas əlamətlər aşağıdakılardır:
🔹Yorğunluq
🔹Zəiflik
🔹Solğun dəri
🔹Sürətli və ya nizamsız ürəkdöyüntüsü
🔹Nəfəs darlığı
🔹Sinə ağrısı
🔹Başgicəllənmə
🔹İdrak problemləri
🔹Soyuq əllər və ayaqlar
🔹Baş ağrısı
◾ Patogenezi
Dəmir defisitinin əmələ gəlməsinə əsas səbəb qanın axmalarla əlaqədar, dəmirin itirilməsidir. Qida ilə daxil olan dəmirin 10%-i sorulur. Bu isə günə 1-1,5 mq təşkil edir.Anemiyalar zamanı dəmirin sorulması artır. Bağırsaqlardan ikivalentli dəmir şəklində sorulur.
◾Klinikası
Anemiya əlamətləri birdən meydana çıxmır. Əvvəllər tədricən inkişaf edir, dəmir ehtiyyatı azaldıqca isə oksigen əlamətinin ümumi əlaməti olaraq ümumi zəiflik, başgicəllənmə, ürək döyüntüsü, təngnəfəslik, huşitirmə baş verir, bəzən də xəstə baş ağrısından, əsəbilikdən yuxusuzluqdan şikayət edirlər. Əzələ zəifliyi, dadın dəyişməsi, dırnaqların kobudlaşması, tez-tez sınması baş verir. Dəridə gözlə görünən quruma, çatların əmələ gəlməsi, stomatit, dodaqların küncündə çatlar, qanaxma müşahidə edilir. Dırnaqlar qaşıq formasl alır və incələşir. Xəstələr tez-tez sidiyə gedir, gecələr sidiyi saxlayabilmirlər. Öskürdükdə, güldükdə qeyri-iradi sidik ifrazı baş verir. Həmin şəxslər çox halda tabaşir, diş təmizləyici toz, kömür, bişməmiş və döyülmüş çiy ət yeyirlər. Adətən xəstələr sidiyin, avtomobil qazının, kerosinin, mazutun benzinin və asetonun qoxusunu çox həvəs və həssaslıqla qoxlayırlar. Bu patoloji əlamətin əsası naməlumdur.
Əlaqə: 📩 direct