
19/08/2022
UŞAQLARDA QƏBİZLİK👇
Qəbizliyin simptomları və səbəbləri uşağın yaşından asılı olaraq dəyişir. Lap kiçik uşaqlarda qəbizlik daha çox qida ilə bağlıdır. Məsələn, az lifli və qəbizlik yaradan qidalarla qəbul etdikdə Qəbizlik də uşaq kifayət qədər su içmədikdə, xüsusilə qızdırma və ya isti havalarda baş verir. Uşaq üçün stresli vəziyyətlər də qəbizliyin səbəbidir. Nəhayət, bəzi dərmanlar qəbizlik yarada bilər.
👉Qəbizliyin meydana çıxmasında genetik amillər də rol oynayır yəni ailədə hər hansı bir insanda-atada, anada, nənə və ya babada qəbzlik müşahidə olunursa, uşaqda da olma ehtimalı böyükdür. Qəbizliyin uzun müddət baş verməsi bəzən nəcisi saxlaya bilməməyə-enkoprezə səbəb olur ki, bu da uşaqda kompleksin, özünə inamsızlığın əmələ gəlməsinə və psixoloji problemlərə yol açır. Həmçinin böyük nəcis kütləsinin sidik kisəsinə təzyiqi nəticəsində sidiyi saxlaya bilməmək-enurez meydana çıxır. Bərk nəcis kütləsi bağırsaq divarını zədələyərək düz bağırsaqda çatlar əmələ gətirir. Bu zaman bəzən nəsib üzərində qan görünə bilər. Hemorroy da qəbizliyin fəsadlarından biridir. Qəbizlik zamanı nəcisin tərkibində olan zərərli maddələr yoğun bağırsaqda ləngidiyi üçün qana sorulur və bu da öz növbəsində müxtəlif simptomlara və xəstəliklərə yol açır. Müxtəlif allergiyalarin (dəri, bronx) qəbizliklə birbaşa əlaqəsi var. Toksiki maddələrin orqanizmə təsiri nəticəsində ürəkbulanma, qusma, iştahsızlıq müşahidə oluna bilər. Bağırsaqda qidalı maddələrin sorulması pozulduğu üçün müxtəlif vitamin və mikroelement defisiti, ümumi halsızlıq və ya əksinə, oyanıqlıq, baş ağrıları, yuxusuzluq, depressiya halı olur. Dərinin vəziyyəti də birbaşa bağırsaqdan asılı olduğu üçün qəbzlik zamanı, dəri quruluğu, dəridə müxtəlif səpgilər çatlar, qaşınma və s. müşahidə olunur.
👩⚕️Əgər övladınızda qəbizlik varsa, mütləq həkimə müraciət edin.
👩⚕️ Dr. Səidə Əhmədova- Pediatr
📲 +994 55 281 01 44
📍Ünvan. Leyla Medical Center
📍 ETPİ
🇦🇿