dr.rena_mammoloq.onkoloq

dr.rena_mammoloq.onkoloq Doktor

🔎 Süd vəzi əməliyyatından sonra limfödemdən necə qorunmaq? Süd vəzi xərçənginə görə əməliyyatdan sonra qollara düzgün qu...
20/01/2026

🔎 Süd vəzi əməliyyatından sonra limfödemdən necə qorunmaq?
Süd vəzi xərçənginə görə əməliyyatdan sonra qollara düzgün qulluq limfödem təhlükəsini azaldaraq həyat keyfiyyətini yüksəldir.
Limfödemin qarşısını almaq mümkündür- əsas odur ki, məlumatlı olun və qaydalara əməl edin.
📌 postu saxlayın
🔁 egtiyacı olanlarla paylaşın.
🖍 Sualınızı şərh bölməsində yazın
📲 həkimlə əlaqə; 055 752 86 87

#лимфаодема

Uşaqlıq boynu xərçənginin əsas səbəbləri yüksək riskli HPV virusuna yoluxmaq və siqaret çəkməkdir. Yaxşı xəbər odur ki, ...
13/01/2026

Uşaqlıq boynu xərçənginin əsas səbəbləri yüksək riskli HPV virusuna yoluxmaq və siqaret çəkməkdir. Yaxşı xəbər odur ki, uşaqlıq boynu xərçəngindən qorunmaq mümkündür.
❓️ Necə qorunmaq olar?

✅️ HPV peyvəndi: Bu yüksək riskli HPV virusuna qarşı immun sistemini gücləndirir, ən effektiv müdafiə üsullarından biridir.
✅️ Pap test: uşaqlıq boynu hüceyrələrində olan xərçəngönü dəyişiklikləri erkən aşkarlayaraq vaxtında qarşısını almağa kömək edir.
✅️ Təhlükəsiz cinsi əlaqə: cinsi yolla keçən infeksiyalardan qorunmaq.
✅️ Sağlam həyat tərzi: Siqaret çəkməmək və sağlam qidalanmaq xərçəng riskini azalda bilər.
✅️ HPV virusuna qarşı İNTEQRATİV TİBBLƏ MÜALİCƏ. Bu müalicə immun sistemini aktivləşdirərək papilloma virusunu bədəndən qovur, beləliklə virusun xərçəng yaratmasının qarşısını alır. Bioloji Təbabət İnteqrativ Müalicə Mərkəzində virusa yoluxmuş pasiyentlər bu üsulla müalicə olunur, qısa müddət ərzində HPV testi neqativləşir.
📌 Unutmayın! Vaxtında müayinə xərçəngdən qoruyur. Sağlamlığınıza diqqət edin və müntəzəm müayinələr keçin!
📍Həkimlə əlaqə 📲 055 752 86 87

🎄 Yeni ilin ilk iş günündən hər kəsə salamlar! ✨Bayram tətilini geridə qoyub, yeni ilə böyük enerji və ümidlərlə başlayı...
05/01/2026

🎄 Yeni ilin ilk iş günündən hər kəsə salamlar! ✨
Bayram tətilini geridə qoyub, yeni ilə böyük enerji və ümidlərlə başlayırıq. Yeni iş ili bizi gözləyir. Bu il də əsas missiyam dəyişməz qalır: xəstələrimin üzündə təbəssüm yaratmaq, onlara şəfa, ümid və güc vermək. 2026-cı ildə də eyni həvəslə çalışacağam, ümid olmağa davam edəcəyəm. 🩺💪
🎄 Hər kəsə ilk növbədə sağlam bir il arzulayıram. Çünki sağlamlıq yerində deyilsə, heç bir şeyin əhəmiyyəti qalmır.
🎄 Gəlin bu il özümüzə bir söz verək:
* Bədənimizə və ruhumuza daha yaxşı baxacağıq.
* Sağlamlıq yoxlanışlarımızı axsatmayacağıq.
* Hər çətinlikdə bir ümid işığı tapacağıq.
Yeni ilin bu ilk iş günündə hər birinizə bol enerji, can sağlığı və tükənməz motivasiya arzulayıram. 2026-cı il bizə bol gülüş, sevinc, xoşbəxtliklə dolu günlər gətirsin! 😊🌟 Sevgi və hörmətlə: Dr. Rəna.
🌲

#маммолог #здоровье #новыйгод

🔍 Süd vəzisində kalsinatlar var — narahat olmalıyam?Süd vəzisində kalsinatlar, yəni kiçik kalsium yığıntıları, mammoqraf...
04/01/2026

🔍 Süd vəzisində kalsinatlar var — narahat olmalıyam?

Süd vəzisində kalsinatlar, yəni kiçik kalsium yığıntıları, mammoqrafiyada tez-tez rast gəlinən bir tapıntıdır. Bu, süd vəzisi toxumasında zamanla baş verən dəyişikliklərin bir göstəricisidir.

✅ Çox vaxt "zərərsizdirlər" və müalicəyə ehtiyac olmur. Bunlara “xoşxassəli kalsinatlar” deyilir.

❗️Amma bəzən xüsusi şəkildə, sayda və formada olan kalsinatlar diqqətlə izlənməsini və əlavə müayinələri tələb edə bilər. Çünki belə "patoloji kalsinatlar", erkən mərhələdə olan süd vəzi xərçənginin ilk əlaməti ola bilər.

📌 Ona görə də:
- Mammoqrafiya və ya həkimin təyin etdiyi müayinələr müntəzəm olunmalıdır.
- Hər hansı kalsinat tapıldıqda radioloq və ya onkoloq qiymətləndirməlidir.
- Lazım olarsa, əlavə görüntüləmə və ya biopsiya istənə bilər və bundan imtina etmək düzgün deyil.

Unutmayın: ☝️ Kalsinat tapılması — xərçəng demək deyil, amma düzgün dəyərləndirilməsi və izlənməsi vacibdir.

🩺 Sualınız varsa, həkimdən soruşmaqdan çəkinməyin. 📌 Erkən diaqnoz — ən vacib addımdır.
Həkimlə əlaqə: 📲 055 752 86 87

🔍 Süd vəzinizi özünüz necə müayinə edə bilərsiniz? Hər ay 1 dəfə, menstruasiyadan 7-10 gün sonra bu sadə addımları edin!...
24/12/2025

🔍 Süd vəzinizi özünüz necə müayinə edə bilərsiniz?
Hər ay 1 dəfə, menstruasiyadan 7-10 gün sonra bu sadə addımları edin! (Menopauzadan sonra hər qadın ayın müəyyən gününü özünü müayinə üçün seçməlidir)
---
Addım 1 –🪞 *Güzgü qarşısında baxış*
Ayaq üstə, əllərinizi yanlara salaraq, sonra başınızın üstünə qaldıraraq süd vəzilərinizə baxın.
✔ Şişlik, formada dəyişiklik, dəridə büzüşmə, içəri çəkilmə, rəng fərqi varmı?
---
Addım 2 – Əllə yoxlama (Ayaqüstə)
🤲 Əlinizlə müayinə – duşda və ya qurudaykən.
Barmaqlarınızın uclarıyla, yumşaq dairəvi hərəkətlərlə süd vəzinizi yoxlayın.
✔ Hər hansı sərtlik, kütlə, ağrı hiss edirsiniz?
---
Addım 3 – Əllə yoxlama (Uzanaraq)
Bir əlinizi başınızın altına qoyun, digər əlinizlə süd vəzinizin bütün bölgələrini yoxlayın.
✔ Xüsusilə qoltuq altına yaxın hissəni yuxlamağı unutmayın!
---
Nə vaxt həkimə müraciət etməli?
🚨 Aşağıdakı hallarda həkim müayinəsinə gedin:
• Kütlə/sərtlik
• Axıntı
• Dərinin dartılması/büzüşməsi
• Qoltuqaltında şişkinlik
• Gözlə görünən dəyişikliklər
---
📌 Unutmayın!
❤️ Özünüzü müayinə etmək — sağlığınıza verdiyiniz önəmin göstəricisidir.
---
🔁 Postu paylaşın, bir qadının həyatını xilas edin!
❓️ Siz necə özünüzü müayinə edirsinizmi?
---
📩 həkimlə əlaqə: 📲 055 752 86 87
---

📌 Uşağın boynunda limfa düyünləri böyüyüb – nə zaman narahat olmalı?Valideyn kimi ən çox qorxduğumuz şeylərdən biri uşağ...
26/11/2025

📌 Uşağın boynunda limfa düyünləri böyüyüb – nə zaman narahat olmalı?

Valideyn kimi ən çox qorxduğumuz şeylərdən biri uşağın boynunda böyümüş limfa düyününü hiss etməkdir. Bəzən həftələrlə keçmir və insan daha çox narahat olmağa başlayır.
Amma çox vaxt bu, uşağın immun sisteminin adi reaksiyasıdır.

🔹 Limfa düyünləri niyə böyüyür?
– İnfeksiyalar (soyuqdəymə, boğaz ağrısı, viruslar)
– Diş çıxarma dövrü
– Allergik reaksiyalar
– İmmun sisteminin bəzi amillərə reaksiyası

🔹 Nə qədər müddət normal sayılır?
– Bəzən limfa düyünləri 3–6 həftə yavaş-yavaş kiçilir.
– Tam yox olması daha uzun çəkə bilər.

🔹 Nə zaman həkimə yenidən müraciət etmək lazımdır?
– Düyün 2 sm-dən böyükdürsə
– Getdikcə böyüyürsə
– Sərt və hərəkətsizdirsə
– Uşaqda qızdırma, halsızlıq, arıqlama varsa
– Qızarıb-ağrılıdırsa

🔹 Valideynlər nə etməlidir?
– Evdə gəzdirib “yoxlamaqla” düyünü qıcıqlandırmamaq
– Özbaşına dərman verməmək
– Pediatr müayinəsini təxirə salmamaq
– Ultrason və qan analizləri həkimin lazım bildiyi təqdirdə aparılır
Uşaqda limfa düyünlərinin böyüməsi sizi də narahat edirmi?
Sualları rəydə yazın, cavablandıraq.
📲 həkimlə əlaqə 055 752 86 87

qadindunyasi

✨ Bəzən bir baxışın içində günün xülasəsi gizlənir.Yorğun, amma güclü. Sakit, amma dərin...-Baxışlardan anlayanlar üçün ...
19/11/2025

✨ Bəzən bir baxışın içində günün xülasəsi gizlənir.
Yorğun, amma güclü. Sakit, amma dərin...
-Baxışlardan anlayanlar üçün sual: Sizcə, mən nə düşünürəm?
a) İş qurtarsın da bir çay içim...
b) Bu qədər məsuliyyəti mən niyə çəkirəm axı?
c) Hamısını yenə də mən düzəldəcəm...
d) Qətiyyən heç nə düşünmürəm, sadəcə baxıram 😄
💬 Sən bu baxışda nə oxudun? Səncə hansı cavab daha doğrudur? Yaz şərhdə, görək kim daha yaxşı “baxış oxuyandır”!
#

Bilirdinizmi?  Mütəmadi hərəkət – süd vəzi xərçəngi riskini *20-30%* azalda bilər!  ⚖️ Hərəkət bədənə balans verir – hor...
26/10/2025

Bilirdinizmi?
Mütəmadi hərəkət – süd vəzi xərçəngi riskini *20-30%* azalda bilər!

⚖️ Hərəkət bədənə balans verir – hormonları tənzimləyir, artıq çəkidən və insulin dirəncindən qoruyur. Bu da xərçəng riskini azaldan əsas amillərdəndir.

💪 Güclü bədən – güclü müdafiə deməkdir!
Fiziki aktivlik immuniteti gücləndirir, iltihabı azaldır və bədənin özünü təmizləməsinə dəstək olur.

⏱️ Gündə sadəcə 30 dəqiqə yerimə belə bəs edir!
Çox olmasa da olar, amma davamlılı olması vacibdir!

🎗️ Oktyabr – Süd Vəzi Xərçəngi ilə Mübarizə Ayıdır.
Elə bu ay başla! Özün üçün bir addım at!
Formada qalmaq üçün yox, sağlam qalmaq üçün hərəkət et.
🚶‍♀️ Sənin sevdiyin fiziki aktivlik nədir?*
Yürüş? Rəqs? Aerobika? 😄
Rəydə paylaş – bir-birimizi motivasiya edək! 💬💪
📩 həkimlə əlaqə 📲055 752 86 87
#здоровье #молочныежелезы

Keçən həftə çox maraqlı və faydalı bir tədbirdə iştirak etdim. Koreya Şərq Təbabəti Klinikasında təşkil olunan İnteqrati...
24/10/2025

Keçən həftə çox maraqlı və faydalı bir tədbirdə iştirak etdim. Koreya Şərq Təbabəti Klinikasında təşkil olunan İnteqrativ Təbabət konfransında iştirak etmək mənim üçün həm peşəkar, həm də şəxsi baxımdan dəyərli oldu.
💡 Türkiyədən dəvət olunmuş inteqrativ tibb üzrə mütəxəssis, onkoloq Dr. Murad Baş hocamız öz dəyərli biliklərini bizimlə paylaşdı. Bu imkana görə təşkilatçılara və Dr. Murad Baş hocamıza təşəkkür edirəm.

💫 Və konfransın ən gözəl sürprizi – tələbə yoldaşım . sevda_huseynova ilə təsadüfi rastlaşmamız oldu! ...Elə bil zaman geri qayıtdı 😊
Həm peşəkar inkişaf, həm də köhnə dostlarla yenidən görüş – bu cür tədbirlər insanı həm ruhən, həm də elmi baxımdan qidalandırır.

🧠 Elm, 💬 söhbət, 📸 xatirələr – hər şey yerli-yerində idi!
📍Koreya Şərq Təbabəti Mərkəzi | İnteqrativ Təbabət konfransı. (İntravenoz tedaviler)


Qızımda erkən yaşda süd vəzisində düyün tapılıb… Bu nə deməkdir? Qorxulu bir şeydirmi? Xərçəng ola bilər? Yoxsa sadəcə i...
11/10/2025

Qızımda erkən yaşda süd vəzisində düyün tapılıb… Bu nə deməkdir? Qorxulu bir şeydirmi? Xərçəng ola bilər? Yoxsa sadəcə izləmək kifayətdirmi?..

🤔 Bu suallar sizi də düşündürürsə, tək deyilsiniz. Çünki son illər *erkən yaşda süd vəzi dəyişiklikləri* ilə bağlı həkimə müraciətlər artmaqdadır.

📌 Bu postda bu suallara cavab tapacaqsınız.
Unutmayın: *erkən diaqnoz – həyat qurtarır.*
Oxuyun, paylaşın – bəlkə kimin üçünsə bu bilgi çox önəmlidir. 💗
📩 həkimlə əlaqə: 📲 055 752 86 87
#здоровье #маммолог #мастопатиялечение #масталгия

Qızımda erkən yaşda süd vəzisində düyün tapılıb… Bu nə deməkdir? Qorxulu bir şeydirmi? Xərçəng ola bilər? Yoxsa sadəcə i...
11/10/2025

Qızımda erkən yaşda süd vəzisində düyün tapılıb… Bu nə deməkdir? Qorxulu bir şeydirmi? Xərçəng ola bilər? Yoxsa sadəcə izləmək kifayətdirmi?..🤔

Bu suallar sizi də düşündürürsə, tək deyilsiniz. Çünki son illər *erkən yaşda süd vəzi dəyişiklikləri* ilə bağlı həkimə müraciətlər artmaqdadır.

📌 Bu postda bu suallara cavab tapacaqsınız.
Unutmayın: *erkən diaqnoz – həyat qurtarır.*
🔃Oxuyun, paylaşın – bəlkə kimin üçünsə bu bilgi çox önəmlidir. 💗
📩 həkimlə əlaqə 📲 055 752 86 87
#здоровье # #маммолог #мастопатиялечение #масталгия

🌿 Təbiətlə harmoniya...      #           Həkimlə əlaqə 📲 055 752 86 87
10/10/2025

🌿 Təbiətlə harmoniya...

#
Həkimlə əlaqə 📲 055 752 86 87

Address

Heydər Əliyev Prospekti, 1
Baku

Website

Alerts

Be the first to know and let us send you an email when dr.rena_mammoloq.onkoloq posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram

Category