Psixiatr Dr Elmir Təhməzov

Psixiatr Dr Elmir Təhməzov Üz-üzə vəya online randevu: 055 269 92 92
Pozitiv Valideynlik Proqramı (Triple P) Təlimçisi

Psixosimp 2024: A-dan Z-yə “Diqqət Əksikliyi Hiperaktiv Pozuntu” toplantısından geriyə qalanlar. Təşkilatçılara təşəkkür...
22/10/2024

Psixosimp 2024: A-dan Z-yə “Diqqət Əksikliyi Hiperaktiv Pozuntu” toplantısından geriyə qalanlar. Təşkilatçılara təşəkkürlər .vafashirinova .orkhan.isgandar .az .academy


Söhbətgahda uşaq tərbiyəsindən tut cinsəlliyə qədər hər şey barədə danışmışıq. Düşünürəm ki, maraqlı alınıb izləməyə dəy...
04/08/2024

Söhbətgahda uşaq tərbiyəsindən tut cinsəlliyə qədər hər şey barədə danışmışıq. Düşünürəm ki, maraqlı alınıb izləməyə dəyər.

Uşaq böyütmək niyə çətinləşib? Xəyanəti bağışlamaq olarmı? Bu travmalardan necə xilas olacağıq? Ailə məsələlərimiz necə həll olunmalıdır? Bu suallara Uzman P...

Bütün oyunların heç dəyişməyən tək qaydası var; oyun siz qaydaları öyrənənə qədər davam edər!
18/07/2024

Bütün oyunların heç dəyişməyən tək qaydası var; oyun siz qaydaları öyrənənə qədər davam edər!

Azərbaycan Psixiatriya Assosiasiyasinin prezidenti Professor Nadir Ismayilov ilə yeni üzvlərin görüşündən xatirə.       ...
21/06/2024

Azərbaycan Psixiatriya Assosiasiyasinin prezidenti Professor Nadir Ismayilov ilə yeni üzvlərin görüşündən xatirə.

🇦🇿Bu gün ixtisas təhsilimi aldığım Kahramanmaraş Sütçü İmam Universitetinin (KSÜ) rektoru Prof. Dr. Alptekin Yasım, pror...
22/05/2024

🇦🇿Bu gün ixtisas təhsilimi aldığım Kahramanmaraş Sütçü İmam Universitetinin (KSÜ) rektoru Prof. Dr. Alptekin Yasım, prorektor prof. Dr. Orhan Doğan, beynəlxalq ofisin müdiri Özlem Nalbantbaşı və müəllim Həmran Əmirlini Bakıda qonaq etdim. Kahramanmaraşda keçən keçmiş günləri xatırladıq. Gözəl axşam üçün hər birinizə təşəkkür edirəm.

🇹🇷Bu gün uzmanlık eğitimini aldığım Kahramanmaraş Sütçü İmam Üniversitesi (KSÜ) Rektörü Prof. Dr. Alptekin Yasım, Rektör Yardımcısı Prof. Dr. Orhan Doğan, Dış İlişkiler Müdürü Özlem Nalbantbaşı ve Öğr. Gör. Hamran Amirli‘ni Bakü’de misafir ettim. Kahramanmaraş’ta geçen eski günleri hatırladık. Güzel akşam için hepinize çok teşekkür ederim.

10 may dünya psixoloqlar günüdür. Psixoloqlar və psixiatrlar ruh sağlığı sahəsinin əsas dayaqlarıdır. Bu iki mütəxəssis ...
10/05/2024

10 may dünya psixoloqlar günüdür. Psixoloqlar və psixiatrlar ruh sağlığı sahəsinin əsas dayaqlarıdır. Bu iki mütəxəssis ahəng içində işləyəndə hər şey çox yaxşı olur.

Ancaq təəssüf ki, bəzi hallarda psixiatr deyir psixoloq kimdir mən hər şeyi bilirəm ya da psixoloq deyir ki, psixiatr dərman yazmaqdan başqa heçnə edə bilməz. Əslində isə psixoterapiya ilə həm psixiatr həm də psixoloqlar məşğul ola bilərlər.

Danışanlarına məsləhətlər verməyən, onun dostuna, yaşam qoçuna çevrilməyən, şəxsi məlumatların gizliliyini qoruyan bir sözlə öz peşəsinə hörmətlə yanaşan bütün psixoloqların günü mübarək olsun!


Bakıya duman gəlib,Deyəsən, yaman gəlib,heç kəsə demə…Bu dumana qapımdan,çıxan kimi azmışamyenə şeir yazmışam,heç kəsə d...
08/05/2024

Bakıya duman gəlib,
Deyəsən, yaman gəlib,
heç kəsə demə…

Bu dumana qapımdan,
çıxan kimi azmışam
yenə şeir yazmışam,
heç kəsə demə…

Daş evlər arasında
neyləyər duman mənə?
Gülüm, diriyəm yenə,
heç kəsə demə…

Vaqif Səmədoğlu

Blogger Eva Safarova ilə “Niyə Boşanırıq” adı podcast çəkmişik. Demək olar ki, bir saat ərzində boşanma dinamikasında əs...
14/04/2024

Blogger Eva Safarova ilə “Niyə Boşanırıq” adı podcast çəkmişik. Demək olar ki, bir saat ərzində boşanma dinamikasında əsas yerlərə toxunmuşuq. Nefes Psixonevroloji Sağlamlıq Mərkəzi

Azərbaycanda statistikaya görə evlənən hər 2 cütlükdən 1-i boşanır. Bəs bu boşanmaların səbəbi nədir? Evlənirik ki boşanaq? - qonağım, Nəfəs Psixonevroloji M...

16/03/2024

Niyə yox deməyi bacarmırıq?

18/02/2024

Hansı insanlar daha çox cinayət törətməyə meyilli olurlar?

🇦🇿

24/01/2024

Bir həmkarım 6 saylı məktəbdə olanlar ilə bağlı bütün psixiatrları qınadığını yazıb. Düşündüm ki, mən nə yaza bilərəm axı hadisəni incələməmişəm. Nə yazsam düzgün olmayacaq. Təhsil nazirliyinin ictimai şurası var yəqin gedib incələyib açıqlama verəcəklər. O qrupun içində mən bilən psixiatr yoxdur olsa yaxşı olar.

Bir psixiatr o cümlədən valideynlik təlimçisi kimi onu dəqiq deyə bilərəm ki, “sistematik zorakılığa” məruz qalan uşaqların valideynlərində də problem olur adətən. Bu cür valideylər uşaq üçün əlçatımlı deyil. Bir çox hallarda qurban ona görə valideynə vaxtında məlumat vermir ki, ona inanmayacaqlar. Ya da deyəcəklər səndə də günah var.

Təcavüzkar isə qurbanını çox ustalıqla seçir və kimə nə edə biləcəyini hesablayır. Ətrafda olan təcavüzkarları yox edə bilmərik, bunu istəmək narkotikanı yox etmək kimi utopik bir arzudur. Uşaqlarımızı elə böyüdək ki, onlar zorakılıq (fiziki, psixoloji) qurbanı olmasınlar. Bunu üçün ilk addım isə valideynin öz ruh sağlığınıza yatırım etməsidir.

İndi özünüzdən soruşun sizdə psixiatra “dəli həkimi” deyənlərdənsiniz mi? Yada “psixoterapevtə verdiyini mənə ver səni sağaldım” deyənlərdən. Əgər bu qrupdasınızsa haradan başlayacağınızı artıq bilirsiniz.

Address

Baku
Baku

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 16:00

Telephone

+994552699292

Alerts

Be the first to know and let us send you an email when Psixiatr Dr Elmir Təhməzov posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Psixiatr Dr Elmir Təhməzov:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram