28/11/2022
Hemoroidli xəstələrin (Babasil) dünyada ən çox alternatif tibb vasitələrinə müraciət etdiyini bilirsiniz ?Bəs buna səbəb nədir ?
🔺Xarici ölkələrin statistikasına əsasən bizim ölkəmizdə bu xəstəlik 10 % təşkil edir . Aparılan tədqiqatlar nəticəsində məlum olmuşdurki bu xəstələr azı iki il əziyyət çəkdikdən sonra həkimə müraciət edirlər .
🆘XƏSTƏLƏR UTANDIĞI ÜÇÜN BU XƏSTƏLİK DÜNYADA ƏN ÇOX ALTERNATİF TİBBƏ MÜRACİƏT EDİLƏN XƏSTƏLİKDİR .
Hemoroid hamıda olan və içərisində damar yumaqcıqları olan yastıqcıqlardır . Bunların funksiyası asqırma , öskürmə , gücənmə zamanı nəcisin xaricə çıxmasının qarşısını almaqdır . Bəzən bu damarlar böyüyür , şişir və uzanaraq anusdan bayıra çıxır . Düz bağırsaq qanaxması ilə gələn xəstələrin 45%ində hemoroid rast gəlinir və bunların içərisində 30-35%i səbəbindən olur . Geridə qalan isə bağırsaq çatları , xərçəng və s. səbəbdən olur . Rektum ( qalın bağırsağın son hissəsi ) xərçəngi xəstələrinin 20%.i illərcə babasildən təbii vasitələrlə müalicə alaraq , qanaxmanı “ keçib gedər “ , “ düzələr “ , “ olur belə “ kimi qəbul “ edənlərdir .Belə hallarda mütləq həkim proktoloqa müraciət etməli , lazımi endoskopik və barmaq müayinəsi olunmalıdır .
⁉️Bu xəstəlik zamanı hansı qidalardan istifadə və imtina etməliyik ?
Hemoroiddən əziyyət çəkən xəstələrin lifli qidalardan istifadə etməsi vacibdir .
Tərkibində A vit. olanlara - lobya , kartof , ərik , kök , yumurta və s. B vit. olanlara - düyü , mərcimək , taxıllı qidalar . C vit. olanlara - portağal , çiyələk , limon , kivi , moruq . E vit. olanlara - çuğundur , qoz , zeytun , balıq aiddir . Bundan başqa əncir , ərik qurusu , kişmiş , alma , yemiş , armud , albalı , pomidor , yaşıl bibər , soğan və xiyarı da nümunə göstərmək olar .
‼️Bəzi qidalar qəbizlik yaratdığından , bunları azaltmaq və ya rasiondan çıxarmaq lazımdır . Belə qidalar tərkibində acı , turşu , ədviyyat olan qidalardır. Bunlar həmin bölgədə qıcıqlanmaya , süd və süd məhsulları isə qaşınmaya səbəb olur . Naringi , qreyfrut , qazlı sular , hədsiz çay və kofe qəbulu , şokalad , yağlı qidalar , normadan artıq unlu qida qəbulu , pivə və şərab qəbulu və s. bu siyahıda yer alan məhsullardır .