Oftalmoloq Lale Memmedova

Oftalmoloq Lale Memmedova Cərrah-Oftalmoloq
İngiltərə MGX və Barselona İMO ixtisaslaşma
İş ünvanı:
Milli Oftalmologiya Mərkəzi
Əlaqə:
+994 50 780 88 09

 👩🏻‍⚕️👁
28/08/2021

👩🏻‍⚕️👁

27/08/2021

Excimer Laser əməliyyatı haqqında
👩🏻‍⚕️👁

PRESBİOPİYANIN MÜALİCƏSİNDƏ HANSI ÜSULLAR MÖVCUDDUR❓✅Eynəklərdən bifokal və ya multifokal eynəklər istifadə edilə bilər....
26/08/2021

PRESBİOPİYANIN MÜALİCƏSİNDƏ HANSI ÜSULLAR MÖVCUDDUR❓
✅Eynəklərdən bifokal və ya multifokal eynəklər istifadə edilə bilər. Bu eynəklər uzaq, orta və yaxın məsafələri dəqiq görməyi təmin edir. Kontakt linzalar da uzaq və yaxın məsafələri rahat görməyə kömək edir. Göz quruluğu, göz allergiyası olanlarda bu linzalardan istifadə çətindir. Göz içi linzalar kataraktası olanlarda tətbiq olunarkən, ilk öncə katarakta təmizlənir, daha sonra gözün içinə multifokal göz içi linza yerləşdirilir.

👁Qlaukoma riski, göz daxili təzyiqi normal səviyyədən yüksək olan insanlarda daha yüksəkdir. Lakin, bu o demək deyil ki,...
25/08/2021

👁Qlaukoma riski, göz daxili təzyiqi normal səviyyədən yüksək olan insanlarda daha yüksəkdir. Lakin, bu o demək deyil ki, yüksək göz daxili təzyiqi olan hər kəs qlaukomanın daşıyıcısıdır. Qlaukoma yaranma riski, şəkərli diabet və hipotireoz (ur) xəstəliklərindən əziyyət çəkənlərdə daha yüksəkdir.
Qlaukoma riskini yüksəldən amillər hansıdır❓
✅Nəsildə qlaukoma xəstələrinin olması (genetik meyl)
✅40 yaşından sonra
✅Şəkər xəstəliyi
✅Yüksək miopiya
✅Yüksək hiperopiya
✅Miqren
✅Uzun müddətli kortizon tərkibli preparatlarla müalicə
✅Göz zədələri
❗Qlaukoma xəstəliyinin müalicəsi üç üsulla aparılır.
◽Dərman terapiyası
◽Cərrahi müalicə
◽Lazer müalicəsi

💊💉Dərman vasitələri ilə müalicə.Göz həkimi göz dibində baş verən dəyişikliklərinin qarşısını almaq üçün yeni damarların ...
24/08/2021

💊💉Dərman vasitələri ilə müalicə.
Göz həkimi göz dibində baş verən dəyişikliklərinin qarşısını almaq üçün yeni damarların inkişafını ləngidən xüsusi preparatlardan (anti-VEGF) istifadə edə bilər. Bu preparatlara aflibersept, bevasizumab və ya ranibizumab kimi dərman vasitələri aiddir. Bu dərmanlar göz dibində inkişaf edən anormal damarların böyüməsini ləngidir, həmçinin tor qişaya maye sızmasının qarşısını almaqla diabetik makulyar ödemin yaranmasına mane olur ku, bununla da onun müalicəsində istifadə edilir.
◽Anti-VEGF dərman vasitələri bir başa göz almasının içərisinə yeridilir. Müalicə steril şərtlər daxilində tam ağrısız şəkildə həyata keçirilir. Göz dibinin vəziyyətindən asılı olaraq həkim hər xəstəyə özəl müalicə sxemi təyin edir. Bu müalicə görmənin gələcək pisləşməsinin qarşısını alır.

⚠️Astiqmatizm– işıq şüalarının tor qişa üzərində fokuslanmasının pozulması ilə xarakterizə olunan görmənin spesifik pozu...
23/08/2021

⚠️Astiqmatizm– işıq şüalarının tor qişa üzərində fokuslanmasının pozulması ilə xarakterizə olunan görmənin spesifik pozulmasının bir növüdür. Bunun nəticəsində bu problemdən əziyyət çəkən şəxs hər şeyi dumanlı və qeyri dəqiq görür. Çox zaman bu vəziyyət miopiya ilə, yəni uzaqda olan cisimləri görmədə çətinlik çəkmə ilə birgə təsadüf edilir. Oftalmologiyada bu mürəkkəb vəziyyətin xüsusi adı var – miopik astiqmatizm.
ℹMiopik astiqmatizmin tam və birdəfəlik müalicəsi lazer korreksiya əməliyyatları ilə mümkündür. Lazer şüalarının vasitəsilə buynuz qişanın anomal quruluşunu və əyriliyni düzəltməyə kömək edir.
❗Görmənin zəifləməsində vaxt itirmədən oftalmoloqa müraciət etmək lazımdır.

◽Görmə itiliyi təyin edilir;◽Göz daxili təzyiq ölçülür;◽Gen bəbəkdə göz dibi yoxlanılır. Xüsusi damcılar vasitəsilə genə...
20/08/2021

◽Görmə itiliyi təyin edilir;
◽Göz daxili təzyiq ölçülür;
◽Gen bəbəkdə göz dibi yoxlanılır. Xüsusi damcılar vasitəsilə genəldilmiş bəbəkdən göz dibinin müayinəsi şəkərli diabetin göz dibinə zədələyici təsiri zamanı baş verən dəyişiklikləri müşahidə etmək üçün əsas müayinədir. Bu zaman göz həkimi xüsusi böyüdücü linzanın köməyi ilə göz dibi strukturlarını müayinə edir. Bəbək genəldiyi üçün bu müayinədən sonra xəstənin görməsi bir neçə saatlıq bulanıq olur.
‼Şəkərli diabeti olan xəstələr ən azı ildə bir dəfə göz həkiminin müayinəsindən keçməlidirlər. Bəzən əlavə müayinələrə ehtiyac olur OCT. Ultrases və s.

Tor qişada mərkəzi görməyə cavabdeh hissə makula adlanır. Şəkərli diabet zamanı makula nahiyyəsinə maye hoparaq onu şişi...
19/08/2021

Tor qişada mərkəzi görməyə cavabdeh hissə makula adlanır. Şəkərli diabet zamanı makula nahiyyəsinə maye hoparaq onu şişirtməyə başlayır. Bu vəziyyət makulyar ödem adlanır. Zaman keçdikcə bu vəziyyət görmə itiliyinin azalmasına, görmənin hissəvi, və ya tam itməsinə səbəb olur.
🔅 Makulyar ödem adətən diabetik retinopatiyanın əlamətləri müşahidə olunan xəstələrdə inkişaf edir.
Makulyar ödemin əsas diaqnostika metodu Optik Koherrent Tomoqrafiya metodudur.
Makulyar ödemin dərəcəsindən asılı olaraq müdaxilə gözdaxili inyeksiyalardır

🔅Bu dərmanların birbaşa göz almasının daxilinə, şüşəvari cismə yeridilməsi bəzi göz xəstəliklərini müalicə etməyə və gör...
16/08/2021

🔅Bu dərmanların birbaşa göz almasının daxilinə, şüşəvari cismə yeridilməsi bəzi göz xəstəliklərini müalicə etməyə və görmə qabiliyyətini qorumağa imkan verir.
İntravitreal inyeksiya üçün göstəriş olan bəzi xəstəliklər:
▫️Yaşla əlaqədar makulyar degenerasiya – tor qişanın mərkəzi bölgəsinə (makula) təsir edən və mərkəzi görmə qabiliyyətinin itirilməsi ilə nəticələnən degenerativ xəstəlikdir.
◼️Tor qişanın müxtəlif xəstəliklərində inkişaf edən neo-vaskulyar membran (məsələn, yüksək dərəcəli miopiya, mərkəzi seroz xoroidopatiya və s.)
▫️Makulyar ödemi (makulanın şişməsi), səbəbindən asılı olmayaraq:
◼️ Qan damarlarının tıxanması zamanı inkişaf edən makulyar ödem
◼️Göz içi infeksiyalar
▫️Göz içi iltihab

👩🏻‍⚕️👁

15/08/2021

Makulyar yırtıq

Address

Baku
AZ1214

Telephone

+994507808809

Website

Alerts

Be the first to know and let us send you an email when Oftalmoloq Lale Memmedova posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram