07/11/2025
Təraş bıçağı, diş fırçası, manikür alətləri... yoluxma riski düşündüyündən çoxdur 🩸
Hepatit C təkcə iynə və ya qan köçürülməsi ilə yoluxmur.
Gündəlik həyatda istifadə etdiyimiz şəxsi əşyalar da risk daşıya bilər.
🪒 Ülgüc,
🪥 Diş fırçası,
💅 Manikür və pedikür alətləri…
Əgər bu əşyalar Hepatit C virusu daşıyan şəxsin qanı ilə təmasda olubsa, virus asanlıqla keçə bilər.
👉 Buna görə şəxsi əşyalar heç vaxt başqaları ilə paylaşılmamalıdır.
👉 Bərbər, gözəllik salonu kimi yerlərdə istifadə olunan alətlərin sterilizə olunduğuna əmin ol.
Unutma:
Hepatit C illərlə gizli qala bilər, amma erkən diaqnozla tam müalicə mümkündür.
🩺 Test et, əmin ol!