Dr. Afət İsmanlı

  • Home
  • Dr. Afət İsmanlı

Dr. Afət İsmanlı Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Dr. Afət İsmanlı, Medical and health, M.Mirqasımov 25 A, .

Bu gün o gündür😍 Üçümüzün də eyni gündə dünyaya gəldiyi gün - mən, bacım və oğlum. Sevdiklərimə bir arzum var hər zaman ...
20/10/2023

Bu gün o gündür😍 Üçümüzün də eyni gündə dünyaya gəldiyi gün - mən, bacım və oğlum. Sevdiklərimə bir arzum var hər zaman - gözlərinin içi gülsün, onu görmüsünüz yəqin - seviləndə, xoşbəxt olanda gözlər elə işıldayır✨ Əzizlərimin gözünə baxanda, o işıltını görəndə mən də xoşbəxt oluram 😇

Çox qarışıq hisslər bürüyür məni, yenə audit gedir içimdə🤗 38dən 39a keçən ildə o qədər dərin duyğular yaşadım ki… Bəzən özümü cimdikləməyim gəlir😊 inanım deyə☺️Xoşbəxt hiss etdiyim bir zaman vardı, uçuşurdum 🕊️özümü qınadığım zaman da vardı, qüssədən qıvrıldığım da…və s. və s….

Bu ildə duyğularıma güvənməyi, onları yaşamağı öyrəndim. Sevgini də, kədəri də, məyusluğu da, qəzəbi də…Əvvəllər emosionallığımı bir qüsur sayardım🫢indi isə anlayıram ki, özümə zülm edib hisslərimi “kontrol” etmək, onları basdırmaq “var” olmaqdır, yaşamaq deyil. Bacımın dediyi kimi, “nədənsə insanlar bir 60-70 illik ömür yaşayandan sonra, yenə də yaşayacağını düşünürlər”😀 Ən yaxşı halda ❗️yarısını yaşamışıq (yaşamaq sayılarsa), kimə nəyi sübut etmək istəyirik ki?

Özümə yeni öyrəndiyim “nə hiss etdin?” sualını verirəm tez-tez. Fərqli cavablar çıxır ortaya🤗 Ad günümdə özümə arzum cavabı innən sonra “….çox xoşbəxt” olsun. Nöqtələrin yerində sekretniy söz var😉

P.S. Evrene necə mesaj göndərirlər başqa? 777 yazanda bez oçered keçir?😂😂😂 Axşam da dedim, səsli də dedim 😊😊😊

“Bəy” tərifi varsa, “doktor” tərifi niyə olmasın?😉  Pasientlərin yazdıqları rəylərin bir qismi (bilirlər ki, həkimin ürə...
20/08/2023

“Bəy” tərifi varsa, “doktor” tərifi niyə olmasın?😉
Pasientlərin yazdıqları rəylərin bir qismi (bilirlər ki, həkimin ürəyi gedir xoş sözdən ötəri 😂, bol-bol yazırlar)🙏🏼🙏🏼🙏🏼

Belə də ki, könüldən gələn xoş sözlərə hamının ehtiyacı var - prosto, hər kəs boynuna almır😉🤗

Aralarında tanımadıqlarım, sadəcə səhifəmi izləyib yazanlar da var😇

Hamınıza zəhmətimə dəyər verdiyiniz üçün təşəkkür edirəm 😍

Düzdür, səhifə doktor səhifəsi olub da, divan-i-məclisi-üns fason bir şeyə dönüşür arada 😂😂😂 Amma belə maraqlıdı (mənə toçnu, sizə bilmirəm🤗).

Tətilin son postu, sabahdan haydeeee🏇🏇🏇

10 iyulda Gəncədə pasient qəbulu olacaq 👩‍⚕️Qəbul yazılmaq üçün  @36.6med_referans əlaqə saxlayın yaxud *0033 yığın. Gör...
27/06/2023

10 iyulda Gəncədə pasient qəbulu olacaq 👩‍⚕️Qəbul yazılmaq üçün @36.6med_referans əlaqə saxlayın yaxud *0033 yığın.

Görüşərik 😊

25 iyunda Referans Qəbələ tibb mərkəzində pasient qəbulu keçiriləcək. Yazılmaq üçün *0033
14/06/2023

25 iyunda Referans Qəbələ tibb mərkəzində pasient qəbulu keçiriləcək. Yazılmaq üçün *0033

Əziz xanımlar, artıq Referans Poliklinikdə (Nəsimi filialı) qəbula başlayıram. Günün ikinci yarısı orada olacam, saat 17...
07/06/2023

Əziz xanımlar, artıq Referans Poliklinikdə (Nəsimi filialı) qəbula başlayıram. Günün ikinci yarısı orada olacam, saat 17:00-a qədər müraciət edə bilərsiz.

📲+994103230026
*0033

Ünvan: Mirqasımov küç.25A.

Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Onkologiya dövrlərin başlanğıcında” beynəkxalq elmi-praktiki konfransda. Bütü...
03/06/2023

Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Onkologiya dövrlərin başlanğıcında” beynəkxalq elmi-praktiki konfransda.

Bütün zarafat ehtiyatımı story-yə sərf etdim, publikasiyaya bir şey qalmadı😉
İş yoldaşlarım da artıq şəkil paylaşanda soruşur ki, Afa de, nə şərh yazaq🤗🤗🤗 Bundan sonra gərək birinci özüm paylaşım edim, söz-mizah ehtiyatımın limiti olmasa da, ilham pərim hər an gəlmir😇

Tak çto belə….nargizkerimova sənə dediyim kimi “Elmə böyük dəyər qatdıq” bu gün👩‍⚕️

118a-10a 🥰 səhifəmdə siz də olmalısınız✨Həkimliyi könüldən istəyən, öyrənməyə can atan uşaqlar - yolunuz açıq olsun✨✨✨Mü...
16/05/2023

118a-10a 🥰 səhifəmdə siz də olmalısınız✨

Həkimliyi könüldən istəyən, öyrənməyə can atan uşaqlar - yolunuz açıq olsun✨✨✨

Müəllimin bütün hökmü qiymətdə idi, artıq o da qalmayıb🙃 Amma sizinlə hökmə gərək yox idi, ürəkdən və sevərək onkologiyanı məndən dinlədiniz💯
Bitməyən suallarınızla uzun-uzadı danışdırdınız🤓

Təki bədxassəli şişlərlə şəxsi münasibətiniz olmasın 😉uzaqdan salam-sağol bəs edər😂😂😂

.a

Baxdım ki, səhifəm sıxıcı gəlir özümə🤗 çox rəsmi👩‍⚖️🧐 Rənglənsin o zaman☺️🚴‍♀️🌅 Bizdən yaxşı ahəng var?!!Deyirlər, çox d...
12/05/2023

Baxdım ki, səhifəm sıxıcı gəlir özümə🤗 çox rəsmi👩‍⚖️🧐
Rənglənsin o zaman☺️🚴‍♀️🌅
Bizdən yaxşı ahəng var?!!

Deyirlər, çox dəyişmişəm✔️ razıyam, elədir. Hamıya bu dəyişimdən arzu edirəm✨✨✨

Sıla necə oxuyub? “Hiç cesareti yokmuş gibi mecbur susanlardanmısın?
Uçmak zormu senin için?
Yürümeye bike korkanlardanmısın?”

Həyatı istədiyimiz kimi yaşamağa cəsarətimiz çatsın, məcbur qalıb susmayaq✨✨ Böyük səslənir, bilirəm, amma ən azından cəhd edək ✨✨

P.S. Hələ uçmağa var🕊️🕊️🕊️ yürüyoruz korkmadan😉😉😉

Konfransda nə edərlər? Düzdür, şəkil çəkdirər, dedi-qodu edərlər 😂😂😂 Amma bu, elmi əsası olan dedi-qodudur😉 Kim nəyi nec...
03/05/2023

Konfransda nə edərlər? Düzdür, şəkil çəkdirər, dedi-qodu edərlər 😂😂😂

Amma bu, elmi əsası olan dedi-qodudur😉 Kim nəyi necə edir məsələn👩‍⚕️

03/05/2023

DİM-in təşkil etdiyi “İlk prezident təqaüdçüləri” layihəsinin qonağı oldum.
Xatirələrimi bölüşdüm, ürək sözlərim çox idi 😊
Gözəl düşünüblər, çünki İlklər unudulmur 🥇elə İLK olaraq qalır ✨

Həyata gülümsəyən qadınlar🥰Bu yolu özünü ələ alıb, bacaracam deyərək keçən qadınlar… Həyatı sevən, çətinliklərə göz vura...
02/05/2023

Həyata gülümsəyən qadınlar🥰
Bu yolu özünü ələ alıb, bacaracam deyərək keçən qadınlar… Həyatı sevən, çətinliklərə göz vuran 😉 qadınlar…

Təkbaşına mübarizə aparan, şərait yaxud şəraitsizlik demədən dirçələn qadınlar…

Yalnız mən sizə deyil, siz də mənə çox şey öyrədirsiz…Həyatımızın ən müşkül məsələsi qəbullanmaqdır, fərq etməz nəyi 🤗

Dəyişə bilmədiyimiz hadisə, insan, xəstəlik, kaş belə olmayaydı dediyimiz nə varsa - onunla yaşamağı bacarmaq ən böyük sınaqlardan biridir bəlkə də…

Hamımıza sınaqlardan üzü ağ çıxmağı diləyirəm 🙏🏼🙏🏼🙏🏼

P.S. Həkim səhifəsindən çox, filosof səhifəsi oldu😉😇


1. Roket mammoplastika üsulu ilə aparılmış orqanqoruyucu əməliyyat və şüa müalicəsindən sonra (63 yaş, müalicədən 6 ay s...
25/04/2023

1. Roket mammoplastika üsulu ilə aparılmış orqanqoruyucu əməliyyat və şüa müalicəsindən sonra (63 yaş, müalicədən 6 ay sonra).
2. Skin-sparing mastectomy (dəriqoruyucu mastektomiya), implantla rekonstruksiya (37 yaş).
Hocam .dr.ozguraytac- dan öyrəndiyim üsul ilə. Əməliyyatdan 1 ay sonra.

Süd vəzini bir çox hallarda qorumaq mümkündür, öz toxumaları yaxud implant hesabına, yetər ki müayinə olunmaqdan qorxmayaq 👩‍⚕️🩻




Address

M.Mirqasımov 25 A

Website

Alerts

Be the first to know and let us send you an email when Dr. Afət İsmanlı posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

  • Want your practice to be the top-listed Clinic?

Share