Dr.Sabina Pishanova

  • Home
  • Dr.Sabina Pishanova

Dr.Sabina Pishanova ultrosound dopler

Bu gün 17 iyun Tibb İşçilərinin Peşə Bayramı Günüdür. Bu münasibətlə bütün həmkarlarımı təbrik edirəm.
17/06/2023

Bu gün 17 iyun Tibb İşçilərinin Peşə Bayramı Günüdür. Bu münasibətlə bütün həmkarlarımı təbrik edirəm.

    🇦🇿
15/06/2023

🇦🇿

Süd vəzi xərçəngi olan qadınlarda bu xərçəngin diaqnozunda  usm-si mamoqrafiya ilə birlikdə çox yaxşı nəticələr verir. B...
14/06/2023

Süd vəzi xərçəngi olan qadınlarda bu xərçəngin diaqnozunda usm-si mamoqrafiya ilə birlikdə çox yaxşı nəticələr verir. Buna görə də süd vəzi xərçənginin erkən diaqnostikasında süd vəzilərinin ultrasəs müayinəsi böyük əhəmiyyət kəsb edir. Süd vəzi ultrasəsi radiasiya ehtiva etmədiyi və ağrısız olduğu üçün çox üstünlük verilən xərçəng müayinə üsuludur.

👩‍⚕️Dr.Səbinə Pişanova. Radioloq-sonoloq.
📍Ünvan: Məlhəm Beynəlxalq Hospital

.az

Hamiləlik zamanı standart nəzarət zamanı istifadə edilən ultrasəs növüdür. Körpənin ürək döyüntüsü, plasentanın ölçüsü v...
09/06/2023

Hamiləlik zamanı standart nəzarət zamanı istifadə edilən ultrasəs növüdür. Körpənin ürək döyüntüsü, plasentanın ölçüsü və körpənin kordonu izlənilə bilər. Həmçinin körpənin çəkisi, boyu və fiziki inkişafı haqqında məlumat verir. Çox tanış olan ağ-qara ultrasəs təsviri bu cihazlara aiddir.

👩‍⚕️Dr.Səbinə Pişanova. Radioloq-sonoloq.
📍Ünvan: Məlhəm Beynəlxalq Hospital

.az

09/06/2023

Hər vaxtınız xeyir, dostlar.
18 yaşlı pasiyentimiz 8 yaşından Haşimoto xəstəliyindən əziyyət çəkir. Qalxanvari vəz normadan iki dəfə böyüyüb. Şikayətləri boynun ön hissəsində şişkinlik, halsızlıqdır.

👩‍⚕️Dr.Səbinə Pişanova. Radioloq-sonoloq.
📍Ünvan: Məlhəm Beynəlxalq Hospital

.az

Əkiz hamiləliyin olması mayalanmadan sonra bir ay ərzində baş verir, yəni 5-ci həftəyə qədər qan dəyərləri normadan çox ...
07/06/2023

Əkiz hamiləliyin olması mayalanmadan sonra bir ay ərzində baş verir, yəni 5-ci həftəyə qədər qan dəyərləri normadan çox olduqda başa düşülə bilər. Ancaq ətraflı ultrasəs müayinəsindən keçmədən qəti qərar vermək mümkün olmayacaq. 7-ci həftədə körpənin ürək döyüntüləri eşidildiyi üçün əkiz körpələrin ürək döyüntülərini eşidərək, əkiz hamiləlik aydınlaşdırıla bilər. 11-15-ci həftələr arasında hamiləliyin tək və ya cüt yumurta əkizi olduğunu müəyyən etmək mümkün olacaq.

👩‍⚕️Dr.Səbinə Pişanova. Radioloq-sonoloq.
📍Ünvan: Məlhəm Beynəlxalq Hospital

.az

Bəli, ultrasəs müayinəsinin diaqnostik əhəmiyyəti çoxdur. Onun köməyilə 16-cı həftədən başlamaqla çoxsululuq indeksi, ba...
06/06/2023

Bəli, ultrasəs müayinəsinin diaqnostik əhəmiyyəti çoxdur. Onun köməyilə 16-cı həftədən başlamaqla çoxsululuq indeksi, başqa sözlə, amniotik maye indeksi təyin edilir.

Metod ondan ibarətdir ki, qarın göbəkdən keçən iki perpendikulyar xətlə 4 zonaya bölünür. Sonra ultrasəs müayinəsilə hər zonada olan maye cibinin hündürlüyü ölçülür. Alınmış göstəricilərin cəmi millimetrlərlə ölçülən indeksdir.
USM vasitəsilə həmçinin ciftin inkişafına nəzarət edilir. Bundan başqa, kardiotokoqrafiya vasitəsilə dölün ümumi vəziyyəti qiymətləndirilir, inkişaf qüsurlarını aşkarlamaq üçün əlavə müayinə üsulları təyin olunur.

👩‍⚕️Dr.Səbinə Pişanova. Radioloq-sonoloq.
📍Ünvan: Məlhəm Beynəlxalq Hospital

.az

Hamiləlik zamanı müəyyən həftələrdə qadın usm müayinəsindən keçməlidir. Bu prosedur ana və körpəyə zərər verən bir müayi...
06/06/2023

Hamiləlik zamanı müəyyən həftələrdə qadın usm müayinəsindən keçməlidir.
Bu prosedur ana və körpəyə zərər verən bir müayinə deyil. Ultrasəs müayinə yalnız hamiləliyin mövcudluğunu müəyyən etmək deyil, həmçinin embrionun inkişafını müşahidə etmək, donmuş hamiləliyi, uşaqlıq xaricində hamiləliyi vaxtında aşkar etmək, qanlı ifrazatın səbəbini müəyyən etmək, dölün xromosom patologiyasının (məs. Daun sindromu) mövcudluğundan şübhələnmək imkanını verir. Ultrasəs müayinə dölün inkişafında qüsur aşkar edən yeganə üsuldur.
👉İlk trimestr adlandırdığımız hamiləliyin 11-14-cü həftələri arasında aparılan ultrasəs müayinəsi zamanı intrauterin hamiləliyin mövcudluğunu təsdiqləyib hamiləlik həftəsini təyin edirik. Eyni zamanda fetal aneuploidiya riskini araşdırmaq məqsədilə hamiləliyin 11-14-cü həftələri arasında ənsə qalınlığı adlandırdığımız NT-nin ölçülməsi mütləqdir.

👩‍⚕️Dr.Səbinə Pişanova. Radioloq-sonoloq.
📍Ünvan: Məlhəm Beynəlxalq Hospital

.az

1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür. Bu münasibətlə bütün uşaqları təbrik edirəm.Uşaqlar bizim gələcəyimizdir....
01/06/2023

1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür. Bu münasibətlə bütün uşaqları təbrik edirəm.
Uşaqlar bizim gələcəyimizdir. Gələcəyimizi qoruyaq!

Hər kəsə sağlamlıq arzu edirəm.👩‍⚕️Dr.Səbinə Pişanova. Radioloq-sonoloq.📍Ünvan: Məlhəm Beynəlxalq Hospital              ...
31/05/2023

Hər kəsə sağlamlıq arzu edirəm.

👩‍⚕️Dr.Səbinə Pişanova. Radioloq-sonoloq.
📍Ünvan: Məlhəm Beynəlxalq Hospital

.az

Ümumiyyətlə, əl ilə müayinədə hiss edilən şişkinliklərin daxili quruluşu və xüsusiyyətləri haqqında məlumat əldə etmək ü...
31/05/2023

Ümumiyyətlə, əl ilə müayinədə hiss edilən şişkinliklərin daxili quruluşu və xüsusiyyətləri haqqında məlumat əldə etmək üçün aparılan müayinədir.
Bu müayinə ilə şiş olub-olmaması, p*s xüsusiyyətləri olub-olmaması, qan damarları ilə əlaqəsi, tərkibində maye olub-olmaması barədə məlumatlar əldə edilir.

Hansı hallarda həyata keçirilir❓
-Güclü zədədən sonra
-Yumşaq toxumalarda səbəbi bilinməyən ağrı olduqda
-Yumşaq toxumalarda iltihab
-Zədələr, dartılmalar, çıxıqlar
-Ayrı-ayrı əzələ və ya əzələlər qrupunun böyüməsi və ya kiçilməsi
-Bəlli səbəb olmadan əmələ gəlmiş şişlər
-Yumşaq toxumaların əməliyyatı zamanı.

👩‍⚕️Dr.Səbinə Pişanova. Radioloq-sonoloq.
📍Ünvan: Məlhəm Beynəlxalq Hospital

.az

👉Ayaq venalarının varikozu. Venalarda qapaq yetməzliyi.👩‍⚕️Varikoz damarların genişlənməsi və şişməsidir. Qanın dərialtı...
29/05/2023

👉Ayaq venalarının varikozu. Venalarda qapaq yetməzliyi.

👩‍⚕️Varikoz damarların genişlənməsi və şişməsidir. Qanın dərialtı damarlarda anormal şəkildə toplanması ilə meydana gələn, bənövşəyiyə bənzəyən rəngdə olur. Adətən ayaqlarda və diz altında müşahidə edilir. Genetik faktor da bu zaman rol oynayır. Varikoz ayaqlarda ağrı, ağrılıq hissi, gecə başlayan ağrılar, ayaq topuk hissələrdıki şişlik və dəridə rəng dəyişimi kimi əlamətlərlə özünü göstərir.

👩‍⚕️Dr.Səbinə Pişanova. Radioloq-sonoloq.
📍Ünvan: Məlhəm Beynəlxalq Hospital

.az

Address


Telephone

+994559790105

Website

Alerts

Be the first to know and let us send you an email when Dr.Sabina Pishanova posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

  • Want your practice to be the top-listed Clinic?

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram