Kliniki Tibbi Mərkəz

Kliniki Tibbi Mərkəz Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Kliniki Tibbi Mərkəz, Hospital, Bakı şəhəri, Nəsimi rayonu, A. A. Mirqasımov, 1., Baku.

KTM-in həkim-radioloqu “Qadın Ürəyi – Sağlam Həyat” adlı tədbirdə iştirak edib03.03.2026-cı il tarixində Azərbaycan Tibb...
04/03/2026

KTM-in həkim-radioloqu “Qadın Ürəyi – Sağlam Həyat” adlı tədbirdə iştirak edib

03.03.2026-cı il tarixində Azərbaycan Tibb Universitetində “Qadın Ürəyi – Sağlam Həyat” adlı tədbir təşkil olunub. Tədbirdə Kliniki Tibbi Mərkəzin həkim-radioloqu Sevinc Nəcəfova iştirak edib.

Multidissiplinar yanaşma əsasında keçirilən müzakirələrdə qadınlarda ürək-damar xəstəlikləri, hormonal dəyişikliklərin ürək sağlamlığına təsiri, düzgün qidalanma, sağlam yaşlanma və stresin idarə olunması kimi aktual mövzulara toxunulub.

KTM-in həkim-radioloqu Sevinc Nəcəfova tədbirin sonunda Azərbaycan Kardiologiya Cəmiyyəti tərəfindən “Azərbaycanın ilk qadın invaziv kardioloqu kimi tibb tarixində yeni səhifə açdığına görə” diplomu ilə təltif edilib.

Qeyd edək ki, tədbirin keçirilməsində məqsəd qadınların ürək-damar sağlamlığı haqqında məlumatlandırılmasını artırmaq, hormonal dəyişikliklərin ürək sağlamlığına təsirini izah etmək, düzgün qidalanma və stressin idarə olunması kimi sağlam həyat tərzi prinsiplərini təşviq etmək və qadınların yaşa bağlı sağlamlıq risklərini azaltmaq olub.

Kliniki Tibbi Mərkəzdə daha bir ölümcül xəstə sağaldı08.02.2026-cı il tarixində 57 yaşlı pasiyent sol ətraflarda zəiflik...
04/03/2026

Kliniki Tibbi Mərkəzdə daha bir ölümcül xəstə sağaldı

08.02.2026-cı il tarixində 57 yaşlı pasiyent sol ətraflarda zəiflik, nitqin çətinləşməsi, görmənin zəifləməsi və müvazinətin itməsi şikayətləri ilə Kliniki Tibbi Mərkəzin Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə gətirilib.

Xəstənin anamnezi toplanan zaman məlum olub ki, o, uzun müddətdir bronxial astma, səyirici aritmiya və arterial hipertoniya xroniki xəstəliklərindən əziyyət çəkir. Həmçinin müəyyən edilib ki, pasiyent bir müddət əvvəl digər tibb müəssisəsində ağciyər və ürək çatışmazlığı səbəbilə stasionar müalicə alıb.

Aparılan instrumental və laborator müayinələr, həmçinin baş beynin Kompüter Tomoqrafiyası nəticəsində xəstəyə işemik insult və hemorragik transformasiya diaqnozu təyin edilib. Vəziyyəti kritik qiymətləndirilən pasiyent dərhal Ümumi Terapevtik Reanimasiya şöbəsinə yerləşdirilib.

Reanimatoloqların və ixtisaslı həkimlərin intensiv səyləri nəticəsində iki həftəlik müalicədən sonra xəstənin vəziyyəti stabilləşib.

Ümumi Terapevtik Reanimasiya şöbəsində müalicələr aldıqdan sonra pasiyentin vəziyyəti stabilləşib və stasionar müalicəsini davam etdirmək üçün Nevrologiya şöbəsinə köçürülüb.

Həkim-nevroloq Durna Ələkbərovanın apardığı müalicələr nəticəsində pasiyentin səhhətində müsbət dinamika müşahidə olunub. Vəziyyəti qənaətbəxş qiymətləndirilir və yaxın günlərdə ambulator müalicə üçün evə buraxılması planlaşdırılır.

4 Mart Ümumdünya Piylənmə ilə Mübarizə GünüdürBu günün məqsədi piylənmənin sağlamlıq üçün yaratdığı riskləri ön plana çı...
04/03/2026

4 Mart Ümumdünya Piylənmə ilə Mübarizə Günüdür

Bu günün məqsədi piylənmənin sağlamlıq üçün yaratdığı riskləri ön plana çıxarmaq və insanları daha aktiv, balanslı həyat tərzinə təşviq etməkdir.

Od çərşənbəniz mübarək!
03/03/2026

Od çərşənbəniz mübarək!

2026-cı ilin fevral ayında Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə ümumilikdə 88 nəfər müxtəlif mənşəli zəhərlənmə...
02/03/2026

2026-cı ilin fevral ayında Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə ümumilikdə 88 nəfər müxtəlif mənşəli zəhərlənmə səbəbilə hospitalizasiya olunub.

Vaxtında aparılan düzgün müalicə tədbirləri nəticəsində 82 pasiyentin vəziyyəti stabilləşdirilib və onlar qənaətbəxş vəziyyətdə ambulator müalicə üçün evə buraxılıblar.

Pasiyentlərdən 33 nəfər dərman preparatlarından, 4 nəfər siçan dərmanından (rodentisid), 23 nəfər sirkə turşusundan, 1 nəfər həlledici məhlullardan, 3 nəfər yandırıcı məhlullardan, 4 nəfər allergik reaksiyalardan, 3 nəfər spirtli içkidən, 15 nəfər dəm qazından, 1 nəfər anafilaktik şokdan, 1 nəfər isə fosfor üzvi birləşmədən zəhərlənmə səbəbilə müalicəyə cəlb olunub.

Tibbi personal tərəfindən bütün pasiyentlərə ixtisaslaşmış toksikoloji yardım, həmçinin intensiv terapiya və detoksikasiya tədbirləri tətbiq olunub.

Aparılan intensiv müalicə tədbirlərinə baxmayaraq, təəssüf ki, 6 nəfərin (kişi) həyatını xilas etmək mümkün olmayıb.

Ölüm hallarının əsas səbəbləri dərman, spirtli içki və sirkə turşusu ilə zəhərlənmə nəticəsində yaranmış toksik vəziyyət olub.

İnsult beynin qan dövranının qəfil pozulması nəticəsində yaranan və həyati təhlükə yaradan vəziyyətdir. Beynin damarları...
28/02/2026

İnsult beynin qan dövranının qəfil pozulması nəticəsində yaranan və həyati təhlükə yaradan vəziyyətdir. Beynin damarlarından biri tıxandıqda, qan axını dayandıqda (işemik insult) və ya damar partlayarkən qan sızdıqda (hemorragik insult) beyin hüceyrələri zədələnir. Bunun nəticəsində insanın nitqində, hərəkətində, yaddaşında və ümumi funksiyalarında ciddi dəyişikliklər yarana bilir. İnsult zamanı vaxt itirmək böyük fəsadlara səbəb olduğundan erkən müayinə və müalicə xüsusi önəm daşıyır.

🔗 Ətraflı: https://tinyurl.com/3y5mjkep

Bədən deyir ki, əgər tez-tez soyuqlayırsansa...Kliniki Tibbi Mərkəzin sosial şəbəkə hesablarında "Bədən deyir ki..” rubr...
27/02/2026

Bədən deyir ki, əgər tez-tez soyuqlayırsansa...

Kliniki Tibbi Mərkəzin sosial şəbəkə hesablarında "Bədən deyir ki..” rubrikası çərçivəsində bədənimizin bizə göndərdiyi gizli siqnalları hiss etməyi və simptomların arxasındakı real səbəbləri təqdim edəcəyik:

Bədənimiz sadəcə bioloji bir sistem deyil, həm də mükəmməl bir xəbərdarlıq mexanizmidir. Bəzən kiçik bir simptom, ciddi daxili narahatlığın sədası kimi çıxış edir.

Əgər tez-tez soyuqlayırsansa, bu, sadəcə ətrafın temperaturu ilə bağlı deyil, bədənin sənə vacib bir siqnal göndərir. Davamlı soyuqlama bəzən zəif immunitet, vitamin və mineral çatışmazlığı, yuxu problemləri, stres, düzgün qidalanmama və ya qan dövranının zəifləməsi ilə əlaqədar ola bilər.

Bədən belə hallarda sənə “diqqət et, enerji balansını bərpa et və özünü qorumağa diqqət göstər” deyir. Soyuqlama yalnız fiziki narahatlıq deyil, həm də daxili sağlamlıq problemlərinin əlaməti ola bilər. Tez-tez soyuqlamaq həm gündəlik fəaliyyətini məhdudlaşdıra, həm də bədənin digər sistemlərinə təsir göstərə bilər.

Bədənini dinləmək, immunitetini gücləndirmək, balanslı qidalanmaq, kifayət qədər istirahət etmək və lazım olduqda mütəxəssisə müraciət etmək sağlamlığını qorumağın ən doğru yoludur.

Xocalı soyqırımı qurbanlarının əziz xatirəsini hörmətlə anırıq!
26/02/2026

Xocalı soyqırımı qurbanlarının əziz xatirəsini hörmətlə anırıq!

Virus infeksiyalarından qorunmaq üçün bu tövsiyələrə riayət etmək faydalı olar• İnsanlarla sıx təmasdan, xüsusilə öskürə...
25/02/2026

Virus infeksiyalarından qorunmaq üçün bu tövsiyələrə riayət etmək faydalı olar

• İnsanlarla sıx təmasdan, xüsusilə öskürən və ya asqıran şəxslərlə yaxın ünsiyyətdən çəkinin

• Əllərinizi tez-tez sabunla yuyun və ya spirt tərkibli antiseptiklə dezinfeksiya edin

• Qapalı və havasız məkanlarda uzun müddət qalmaqdan qaçının, otaqları mütəmadi havalandırın

• Öskürərkən və ya asqırarkən ağzınızı dirsəklə və ya salfetlə örtün və istifadə olunmuş salfeti dərhal atın

• İmmuniteti gücləndirmək üçün düzgün qidalanın, kifayət qədər yatın və stresdən uzaq durun

Dövlət tibb müəssisələri arasında ilk dəfə KTM-də "Yamane" üsulu ilə oftalmoloji əməliyyat keçirilib23.01.2026-cı il tar...
24/02/2026

Dövlət tibb müəssisələri arasında ilk dəfə KTM-də "Yamane" üsulu ilə oftalmoloji əməliyyat keçirilib

23.01.2026-cı il tarixində 1936-cı il təvəllüdlü şəxs (kişi) sağ gözdə görmənin itməsi şikayəti ilə Kliniki Tibbi Mərkəzin Oftalmologiya şöbəsinə müraciət edib.

Aparılan göz müayinələrindən sonra xəstəyə sağ gözdə intraokulyar linzanın dislokasiyası (katarakta əməliyyatından sonra gözün içinə yerləşdirilmiş süni linzanın normal anatomik mövqeyindən yerini dəyişməsidir) diaqnozu təyin edilib.

Oftalmologiya şöbəsinin uzman oftalmoloq cərrahı Gülnar Sultanova sağ gözdə köhnə intraokulyar linzanın eksplantasiyası və “Yamane” üsulu ilə skleral fiksasiyalı arxa kamera intraokulyar linzanın implantasiyası əməliyyatını uğurla icra edib.

Xəstə əməliyyat sonrası şöbəyə yerləşdirilib.

Aparılan nəzarət müayinələri zamanı sağ gözdə görmə funksiyasının bərpa olunduğu qeydə alınıb və pasiyent ambulator müalicə üçün evə buraxılıb.

Qeyd edək ki, pasiyentin sol gözü isə əvvəllər göz daxili təzyiqin yüksəlməsi (qlaukoma) səbəbindən görmə funksiyasını itirib.

Su çərşənbəniz mübarək!
24/02/2026

Su çərşənbəniz mübarək!

TƏBİB-in təşkilatçılığı ilə “Qlaukomada müasir kliniki yanaşmalar” mövzusunda onlayn seminar keçirilibTƏBİB-in təşkilatç...
23/02/2026

TƏBİB-in təşkilatçılığı ilə “Qlaukomada müasir kliniki yanaşmalar” mövzusunda onlayn seminar keçirilib

TƏBİB-in təşkilatçılığı ilə Kliniki Tibbi Mərkəzin uzman oftalmoloq-cərrahı Gülnar Sultanova tərəfindən “Qlaukomada müasir kliniki yanaşmalar” mövzusunda videoformatda seminar keçirilib. Onlayn tədbirdə müxtəlif tibb müəssisələrini təmsil edən 89 həkim iştirak edib.

Seminar zamanı qlaukomanın diaqnostika və müalicə prinsipləri ətraflı izah olunub. Xüsusilə RSLL (retinal sinir lifləri təbəqəsi) anlayışı, onun OKT (Optik Koherent Tomoqrafiya) vasitəsilə qiymətləndirilməsi və erkən mərhələdə struktur dəyişikliklərin aşkarlanmasının əhəmiyyəti vurğulanıb.

Həmçinin tibbi, lazer və cərrahi müalicə üsulları, topikal damcıların təsir mexanizmi və neyroprotektiv yanaşmalar barədə ətraflı məlumat təqdim edilib. Seminar müzakirələrlə davam edib və iştirakçıların sualları cavablandırılıb.

Address

Bakı şəhəri, Nəsimi Rayonu, A. A. Mirqasımov, 1.
Baku

Alerts

Be the first to know and let us send you an email when Kliniki Tibbi Mərkəz posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Kliniki Tibbi Mərkəz:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram

Category