Aptek Qlukoza

Aptek Qlukoza " MİX " sehifə adı verərək əyləncə, ticarət, maraqlı məlumatlar və yeniliklərlə tan?

PARKINSON haqqındaİlk dəfə İngilis həkim Ceyms Parkinson tərəfindən 1817-ci ildə titrək iflic olaraq adlandırılmışdır. B...
05/06/2016

PARKINSON haqqında

İlk dəfə İngilis həkim Ceyms Parkinson tərəfindən 1817-ci ildə titrək iflic olaraq adlandırılmışdır. Beynimizdə hərəkətlərimizə nəzarət edən hüceyrələr mövcuddur . Bu hüceyrələrdən kimyəvi maddələr ifraz olunur. Bunlardan biri də dopamindir . Dopamin beyinə gələn məlumatları bir sinir hüceyrəsindən digərinə ötürür. Beləcə bədən tarazlığı təmin edilir. Lakin bu hüceyrələrin bir qismi ziyan gördüyündə ya da azaldığında dopamin ifraz edilə bilmir . Bu azalmış dopamin nəticəsində bədəndə titrəmə , yavaş hərəkət etmə və bədənin tarazlığının pozulmasıyla ortaya çıxan xəstəliyə Parkinson xəstəliyi deyilir.
Parkinson , yavaş və hiyləgər inkişaf edən bir xəstəlikdir. Xəstəlik on ilik bir müddət boyunca daim inkişaf edər. Nə ölümcül bir xəstəlikdir , nə də iflicə səbəb olar. Başlanğıcında tək yönlü əlamətlər görülərkən daha sonra bu bütün bədənə yayılır. Əlamətlərin şiddəti hər xəstədə fərqlidir. Xəstəlik ümumiyyətlə 40 yaşından sonra görülür və kişilərdə görülmə sıxlığı bir az daha çoxdur.

Parkinson xəstəliyi necə yaranır?
Parkinson xəstəliyinin, beyində dopamin ifraz edən hüceyrələrin ziyan görməsi nəticəsində ortaya çıxdığını söyləmişdik. Lakin necə ziyan gördükləri hələ bilinməməkdədir. Həm genetik uyğunluq həm də ekoloji faktorların bu xəstəlikdə rol oynadığı güman edilir. Məsələn eroin istifadə edən bəzi kəslərdə Parkinson əlamətləri görülməyə başlanmış, bunun da eroinin tərkibindəki bir maddənin beyindəki hüceyrələri öldürdüyü üçün meydana gəldiyi düşünülmüşdür. Lakin bu mövzuda işlər hələ davam etməkdədir və hələ qəti bir dəlil yoxdur. Ailədən gələn (irsi) faktorlara bağlı parkinson xəstəliyi daha çox gənc yaşlarda ortaya çıxır. Lakin bu yalnız xəstələrin 5 faizində görülür . Parkinson yoluxucu bir xəstəlik deyil.

Parkinson əlamətləri
Hiyləgər və yavaş inkişaf edən bir xəstəlik olduğu üçün uzun müddət xəstəlik gizli qala bilər . Ümumiyyətlə ilk əlamət əldə və ya bir bədən hissəsində titrəmədir . Xəstənin daha əvvəlki illəri araşdırıldığında önə əyik dayanma ya da gəzərkən qolunu yellətmədiyi görülə bilər. Təməl olaraq xəstədə titrəmə görülür. Parkinson xəstələrinin çoxunda bu var. Istirahət halında belə titrəmə davam edir. Təbii ki hər titrəmə parkinson əlaməti deyil. Gündəlik fəaliyyəti əsnasında , həyəcan , sinir kimi vəziyyətlərdə titrəmə ola bilər. Bu normaldır. Bir digər əlamət hərəkətlərdə yavaşlama olmasıdır. Xəstə gündəlik işlərini yerinə yetirərkən çətinlik çəkir . Yemək yeyərkən , bir tərəfə dönərkən yavaş hərəkət edilir və bunlar çətinliklə həyata keçirilir.

Xəstə həkim tərəfindən müayinə edildiyində , həkim əzələ sərtliyi ilə qarşılaşır. Onsuz da xəstə də bunun fərqindədir. Normal halda insan dinc halda ikən əzələlərin da boşalması lazımdır lakin Parkinson xəstələrində əzələ gərgindir .
Digər əlamətlər isə bunlardır :

Xəstənin yazdıqlarının oxunaqsız olması , kiçik yazmağa başlamaq ,
Yavaş hərəkət etmək , gedərkən ayaqları yerə sürtmək ,
Bədənin önə doğru əyik bir şəkildə dayanması ,
Depressiya , Ağır ruh halı ,
əzələ ağrıları ,
Danışma pozğunluğu , batıq səslə və donuq danışmaq ,
Gəzərkən qolların yellənməməsi ,
Tərləmə , hipotansiyon ( təzyiqin aşağı olması ) ,
Udqunma zamanı çətinlik çəkmək

Parkinson xəstəliyinin müalicəsi
Parkinson xəstəliyinin müalicəsində məqsəd xəstəni fəal , müstəqil şəkildə öz işini görə bilən hala gətirməkdir. Müalicə nəticəsində xəstəliyin bütün simptomları ortadan qalxmaya bilər. Onsuz da Parkinson xəstəliyində istifadə edilən məhdud sayda dərman növü vardır. Bu dərmanlar ya əksik dopamini yenidən təmin edər, ya da dopaminə oxşar təsir göstərər yaxud da dopaminin parçalanmasına mane olaraq istifadəsini artırar. Müalicə əsnasında bu dərmanların yan təsirlərini təyin ortadan qaldırmaq əhəmiyyətlidir. Lakin dərmanı istifadə etməkdən əl çəkmək səhvdir çünki xəstəlik əlamətləri təkrar ortaya çıxır . Həkimi dəyişdirmək səhvdir çünki müalicəsi uzun sürən bir xəstəlik olduğu üçün həkimin yenidən xəstəliyin seyri və inkişafı hakkkında məlumat sahibi olması zaman tələb edir. Bu da vaxt itkisidir. Dərman müalicəsiylə əzələ sərtliyi , titrəmə , hərəkətlərdaki yavaşlığın düzəlmə ehtimalı yüksəkdir. Tamamilə düzəlməsə də azalmasını təmin edəcək. Bundan əlavə danışıq pozğunluğu, donuq üz ifadəsi , yazma pozğunluğu , tərləmə kimi problemlər də düzəldilə bilər.

Cərrahı müalicə ilk seçim yolu deyil. Amma xəstəlik müalicə edilə bilmirsə, dərman istifadəsi işə yaramırsa cərrahi yol tətbiq oluna bilər. Cərrahi müdaxilə ilə xəstəliyin simptomları azaldıla bilər.

V-Pills GOLDQiymeti : 115 manatMaraqlananlar sәhifәmizdәn yaza bilәr.%100 Bitki Mənşəli Məhsuldur!V-Pills GOLD dünyanın ...
13/03/2016

V-Pills GOLD
Qiymeti : 115 manat
Maraqlananlar sәhifәmizdәn yaza bilәr.

%100 Bitki Mənşəli Məhsuldur!

V-Pills GOLD dünyanın ən yaxşı p***s böyütmə formülüdür. Dünyanın hər yerində p***s böyütmə məhsulları arasında ən çox seçilən məhsuldur. V-Pills yeni adıyla V-Pills Gold sayəsində istədiyiniz ölçülərdə p***se kavuşabileceksiniz. V-Pills Gold faydaları asan ereksiya olarsınız, sərtləşmə probleminiz ortadan qalxar, cinsi istəkləriniz artar, gec boşalmağı təmin edər və ən əhəmiyyətlisi mütənasib bir şəkildə p***si qalınlaşdırır və bir neçə sm uzanmasında köməkçi olar. Firmamız V-Pills Gold rəsmi satış sitesidir. Məhsullarımız tamamilə Orjinal. V-Pills Gold məhsulu tamamilə bitki mənşəli müalicələr ibarətdir və 100% təbiidir. Bu səbəblə İndiyə qədər bilinən bir yan təsiri olmamışdır.

V-Pills GOLD Necə İstifadə Edilir?
V-Pills GOLD‘un bir qutusunda 60 kapsula var. Sabah-Axşam olmaq üzrə yeməklərdən sonra (tox qarınına) bol su ilə 1 ədəd kapsula istifadə edilər.
1 qutu V-PillsGOLD 1 aylıq kürs olaraq hazırlanmışdır.
V-PillsGOLD‘un təmin etdiyi və göstərdiyi bütün funksiyaları istifadə etmək üçün 3 qutu (90 gün) ara vermədən istifadə edilməlidir.

Bes siz qizdirma zamani nelerden istifade edirsiz?
04/03/2016

Bes siz qizdirma zamani nelerden istifade edirsiz?

29/02/2016

Eger tek basina olarken urek tutmasi kecirseniz siddetli sekilde oskurmeye baslayin bu urek tutmasinin siddetini zeifledecekdir

Qadınlarda tüklənmənin səbəbləriKişilərlə müqayisədə qadınlarda bədənin bir çox hissəsini nazık yumşaq açıq rəngdə tüklə...
03/09/2015

Qadınlarda tüklənmənin səbəbləri

Kişilərlə müqayisədə qadınlarda bədənin bir çox hissəsini nazık yumşaq açıq rəngdə tüklər örtür.

Əgər qadında üz (çənə və üst dodağın üstü), sinə, qarın, bud, kürək, bel nahiyələrində qalın qara uzun tüklər əmələ gəlirsə, bu patoloji hal sayılır. Tibbdə bu «hirsutizm» adlandırılır.

Bu halda qadın mütləq endokrinoloqa müraciət etməlidir. Məsələ burasındadır ki, bir çox hallarda bunun səbəbi qadının orqanizmində baş verən hormonal pozulmalardır.

Əksər hallarda hirsutizmin səbəbi qadın orqanizmində kişi hormonların artıq miqdarlarda istehsal olunmasıdır.

Normada qadın orqanizmində az miqdarda kişi hormonları (testosteron və diqidrotestosteron) istehsal olunur. Bu qadın orqanizmin normal fəaliyyəti üçün çox vacibdir. Yeri gəlmişkən, kişi orqanizmində də cüzi miqdarlarda olsa da qadın hormonları istehsal olunur.

Lakin qadın orqanizmində kişi hormonların səviyyəsi normadan artıq olduqda, bu bir çox pozulmalara yol açır — menstrual funksiyasının pozulması, sonsuzluq və s. Qadının xarici görünüşündə də müəyyən dəyişikliklər baş verir. Kişi hormonların artması qadınlarda həddən artıq tüklənməni stimullaşdırır. Bu halda qalın qara tüklər qadınlara xas olmayan nahiyələrdə (üz, sinə, qarın və s.) əmələ gəlir. Bundan əlavə qadın orqanizmində kişi hormonların səviyyəsi artdıqda qadının əzələ toxuması arta bilər ki, onun bədən quruluşu kişi bədən quruluşuna bənzəməyə başlayır, qadının səsi qalınlaşır, başın gicgah nahiyələrində saçlar seyrəlir və tökülür, süd vəziləri kiçilir.

Bəzi hallarda hirsutizm heç bir hormonal pozulmalarla müşayiət olunmur. Buna konstitusional hirsutizm deyilir. Buna səbəb irsiyyatdır. Bizim regionda belə konstitusional hirsutizmə tez-tez rast gəlinir. Belə halda qadına heç bir xüsusi müalicə tələb olunmur. Xoşagəlməz tüklərin yox etməsi üçün qadın kosmetoloqa müraciət etməlidir.

Lakin əksər hallarda hirsutizmin səbəbi hormonal pozulmalardır.

Qadın orqanizmində kişi hormonların səviyyəsinin artmasının səbəbləri:
— Qadınlarda menopauza (klimaks). Klimaks dövründə qadın hormonların istehsalı azalır, kişi hormonların istehsalı isə əksinə çoxalır. Məzh bu səbəbdən yaşlı qadınların üzündə «bığ» və «saqqal» əmələ gəlir.

— Bəzi dərman preparatların uzun müddət ərzində qəbulu. Qadınlarda bəzi bədxassəli xəstəliklərin müalicəsində kişi hormonları istifadə olunur. Bundan əlavə hidrokortizon, kortizol, interferon, streptomisin, hamiləlik əleyhinə olan preparatların və s. dərmanların qəbulu qadında tüklənməyə səbəb ola bilər. Adətən qadın bu dərmanların qəbulunu dayandırdıqda tüklənmə özü-özündən yox olur.

— Yumurtalıqlar və böyrəküstü vəzilərin patologiyaları və şişləri.
— Polikistoz yumurtalıqlar sindrom.
— Beyin şişləri.
— Qalxanvari vəzi fəaliyyətinin pozulmaları (hipotireoz).

Beləliklə əgər qadında həddən artıq tüklənmə inkişaf edirsə, ilk növbədə endokrinoloqa müraciət etmək lazımdır.

Təəssüf ki, bir çox qadınlar bu problemi kosmetoloqların köməyi ilə həll etməyə çalışır. Lakin qadında hormonal pozulma olduqda, ən müasir epilyasiya üsulu uzunmüddətli effekt verməyəcək. Əksinə olaraq vaxt keçdikcə tüklənmə daha da artacaq və bundan əlavə qadında müxtəlif və daha ağır pozulmalar inkişaf edəcək (menstrual funksiyasının pozulması, xarici görünüşün dəyəşilməsi və s.).

Endokrinoloq qadına lazım olan hormonal analizlər təyin edəcək. Hormonal disbalans aşkar olunduqda, qadına, bunun səbəbindən asılı olaraq, lazım olan müalicə təyin olunacaq. Müalicə nəticəsində tüklənmə dayanacaq. Lakin müalicədən əvvəl əmələ gəlmiş tükləri yox etmək üçün epilyasiyadan istifadə etmək lazımdır.

Düyü suyu ilə möhtəşəm saçlara qovuşun.Yüz illərdir ki, asiyalı qadınlar düyüdən gözəllik iksiri kimi istifadə edirlər. ...
02/09/2015

Düyü suyu ilə möhtəşəm saçlara qovuşun.

Yüz illərdir ki, asiyalı qadınlar düyüdən gözəllik iksiri kimi istifadə edirlər. Xüsusilə də, Çin və Yapon qadınları düyünü gözəllik proseduralarının vazkeçilməzi sayırlar.
Məsələn, Çinin Huanqluo adlı kəndində yaşayan qadınlar 1 metr 80 santimetrə çatan saçları ilə "Ginnesin rekordlar kitabı”na düşüb. 80 yaşına çatana kimi saçları ağarmayan həmin qadınların uzun və sağlam saçlarının sirrinin isə düyü ilə bağlı olduğu deyilir.

Bəs, düyünün saçlara təsiri nədən ibarətdir?
Düyü suyu
Düyüdən əldən edilən suda B1, C və E vitaminləri olur. Düyü suyu mineral baxımından da zəngindir. Saçı ətraf mühitin mənfi təsirindən qoruyur, elastiklik verərək qırılmasının, elektriklənməsinin qarşısını alır. Tərkibindəki "inositol” adlı maddə saçqıranları yox edir, saçı bərpa edir. Üstəlik, düyü suyu ilə yuyulan saçda durulansa belə, inositol ilişib qalır və uzun müddət təsirini qoruyur.
Düyü suyunu necə hazırlamalı və ondan necə istifadə etməli?
Düyü suyunun tərkibi:
½ stəkan düyü (istənilən düyü növü ola bilər)
2 stəkan su
Hazırlanması:
Əvvəlcə, düyünü yaxşıca yuyun. Daha sonra düyünü arada qarışdırmaq şərti ilə 1 saat suda saxlayın.Düyü yumuşaldıqdan sonra qaşıqla əzərək püre halına salın. Həmin düyünü incə telli ələkdən keçirib otaq temperaturunda 24 saat saxlayın. Vaxtın tamamında düyünü qarışdırıb istifadə edə bilərsiniz.
Unutmayın ki, düyü suyunu soyuducuda 5 gün mühafizə edə bilərsiniz. Ondan sonra yenidən düyü suyu hazırlamalısınız.
İndi isə keçək istifadə qaydasına. Saçınızı şampunlayıb yuyun. Düyü suyunu başınıza töküb masaj edin. 4-5 dəqiqə gözləyib ilıq su ilə durulayın.

Varikozdan əncir yarpağı ilə xilas olun!Qorxulu kabusu olan varikoz həm sağlamlıqla bağlı problemlərə səbəb olur, həm də...
02/09/2015

Varikozdan əncir yarpağı ilə xilas olun!

Qorxulu kabusu olan varikoz həm sağlamlıqla bağlı problemlərə səbəb olur, həm də gözəlliyə kölgə salır.

Türkiyəli həkim Ömər Coşqun varikozun səbəblərindən və ondan xilas olmağın ən asan üsulundan danışıb.

Vətəninfo.az publika.az-a istinadən həkimin məsləhətlərini təqdim edir:
Doktor Ömər Coşqun varikozun genetik olaraq keçdiyini, hormonların, hamiləlik və doğuş kimi faktorların da bu problemə səbəb ola biləcəyini vurğulayır. Həkimin sözlərinə görə, uzun müddət ayaqüstə duran və ya oturan, hərəkətsiz həyat tərzi keçirən insanlar da risk altındadırlar.
Həkimin sözlərinə görə, varikozdan xilas olmağın ən asan və təbii üsulu əncir yarpağı maskası və çayıdır.
"Əncir yarpağı varikoza qarşı ən təsirli vasitə hesab olunur. Bir litr suya 5 ədəd əncir yarpağı töküb 5 dəqiqə qaynadın. Gündə bir stəkan için. Həmin sudan gündə iki dəfə varikozlu bölgəyə çəkin.
Bu prosesi 21 gün davam etdirsəniz, varikozdan xilas ola bilərsiniz".

Ev şəraitində saçların boyaması.Saç boyama əməliyyatından sonra bir çox problemlərlə qarşılaşırıq.Əsasən də ev şəraitind...
28/08/2015

Ev şəraitində saçların boyaması.

Saç boyama əməliyyatından sonra bir çox problemlərlə qarşılaşırıq.
Əsasən də ev şəraitində boyamadan sonra. Bu problemlərə çarə
qılmaq istəyən, xanımlar, bu postumuzu diqqətlə oxuyun.
Problemlər əsasən də yaxşı boyanmayan saç rəngi nəticəsində,
narıncı rəngə boyamada, p*s alınan sarıda, çox açıq sarıda, refle
və balyaj sonrası yaranır. Bu zaman yaranan problemləri saç
boyama sonrası edilən bu üsulla evdə yox ede bilirsiniz. Hər saç
ustasının özünə aid müxtəlif cila əməliyyatı üsulu var. Biz də sizə
bu üsullardan birini təqdim edirik.
Əvvəlcə qeyd edək ki, bu qarışıq saçlar sulu halda olanda
çəkilməlidir. İstifadə etdiyiniz rəngə görə saçda 6 dəqiqə ilə 15
dəqiqə arası saxlanılıb, ilıq su ilə bir dəfə şampunlanıb,
yuyulmalıdır.
Bu hazırlayacağınız məhlul saçınızı öz təbii rənginə qaytarmır və ya
rənginin açılmasına səbəb olmur. Sadəcə yaxşı boyanmayan
sarıları, narıncıları, saç aralarına atılan reflelərin rəngini
gözəlləşdirir, yaranan problemləri aradan qaldırır.
Digər önəmli nüans isə bu məhlulun içərisinə oksidləşdirici qatılmır.
Saç cilası boyanılan saç rəngindən fərqli olmalıdır. Əsasən küllü
qumral 7.1, tünd küllü sarı 8.1 balon boyaları seçilir, necə bir tona
istədiyimizə görə hazırlanır məhlul.
Bu da, məhlulun hazırlanma qaydası:
Boyanın 4/1-ni plastik bir qaba qoyuruq, içərisinə bir kiçik çay
stəkanı su, bir xörək qaşığı normal saç kremi də əlavə edirik. İslaq
saça çəkirik. Bu məhlul əsasən refle və balyaj üzərinə küllü saç
boyaları ilə çəkilir. Küllü qumral 7.1 ilə refledən sonra saçlarınızda
yaranan problemləri yox edə bilərsiniz.

Qida allergiyası haqqında vә müalicəsi.Qida allergiyası normal və zərərsiz qida inqrediyentlərinə qarşı istənilənallergi...
02/04/2015

Qida allergiyası haqqında vә müalicəsi.

Qida allergiyası normal və zərərsiz qida inqrediyentlərinə qarşı istənilən
allergik reaksiyadır.
İstənilən qidanın tərkibində allergenlər ola bilər. Adətən zülallar, daha
az hallarda isə piylər və karbohidratlar allergik reaksiyalara səbəb ola
bilər.
Normada immun sistemimiz adi qidalara heç bir ciddi reaksiya vermir.
Lakin bəzi insanların immun sistemi adi qidaları zərərli maddələr kimi
qəbul edir. Nəticədə orqanizmdə xüsusi qoruyucu mexanizmlər işə
salınır. Bu isə öz növbəsində müxtəlif pozulmalara səbəb olur - dəridə
səpgilər, ödem, ishal, qusma, asfiksiya (boğulma) və s.
Bəzi hallarda immun sistemi prosesə daxil olmur. Bu halda insanda
yalnız mədə-bağırsaq pozulmaları yaranır - köp, ishal. Bunu qida
allergiyası kimi deyil, sadəcə hər hansı qidaya dözülməzlik kimi qəbul
etmək olar.
Əsl qida allergiyasına nadir hallarda rast gəlinir. Əksər hallarda onun
səbəbi irsiyyət olur. Uşaqlarda allergiya adətən həyatın ilk illərində daha
çox yumurta zülallarına qarşı olur, onlar böyüdükcə həmin dövrdən
çıxırlar. Qida allergiyası olduğu güman edilən böyüklərin təxminən 80%-
ndə əslində ekspertlərin “qida psevdoallergiyası” adlandırdıqları hal
müşahidə olunur. Onların simptomları əsl qida allergiyası kimi
olmasına baxmayaraq, onun səbəbi sadəcə həmin qidaya dözülməzlik,
hətta bəzən qidaya qarşı psixosomatik reaksiyalar ola bilər (xəstələr elə
hesab edir ki, həmin qida onlarda allergiya yaradır).
Qida allergiyasının səbəbləri
Valideynlərindən biri allergiyadan əziyyət çəkirsə, uşaqda allergiyanın
əmələ gəlmə riski ikiqat yüksək olur. Hər iki valideyndə allergiya varsa,
uşaqda onun əmələ gəlmə riski dördqat çox olur. Valideyn və uşaqda
olan allergiyanı törədən allergenlər müxtəlif ola bilər.
Allergiyanın, demək olar ki, istənilən qida növünə qarşı yarana
biləcəyinə baxmayaraq ən çox yayılmış qida allergenləri – süd, yumurta,
balıq, molyusklar, soya, buğda, qoz, fındıq və xüsusən də yerfındığıdır.
Hər hansı allergenə olan reaksiyadan sonra əmələ gələn çarpaz allegiya
mövcuddur. Yerfındığına qarşı allergiyası olanlarda paxlalılar fəsiləsinin
digər məhsullarına – məsələn, noxud, soya paxlası, mərcimək və s.
qarşı da allergiya ola bilər. Yemişə qarşı allergiyası olanlarda zamanla
xiyar və balqabağa qarşı da allergiya yarana bilər. Həmin qayda ilə
krevetlərə allergiyası olanlar yengəclərə (krablara) qarşı da
həssaslaşırlar.
Bəzən sulfitlərə – yeməklərin rəngini qorumaq üçün istifadə olunan
kimyəvi maddələrə qarşı da allergiya olur. Bu maddəni quru meyvələrə
və tərəvəzlərə vururlar. Sulfitli qidanı qəbul etdikdən sonra insanda
boğulma inkişaf edir və ya allergik şok yaranır. Sulfitlər həmçinin ağır
astma tutmaları törədə bilər.
Qida allergiyasının simptomları
Allergik reakisyalar adətən qidanı qəbul etdikdən bir neçə dəqiqə sonra
başlayır və iki saata qədər müddətdə yarana bilər. Lakin allergiyanın
ağır formasına düçar olanlarda yeməyə toxunmaq və ya onun iyini hiss
etməklə də allergik reaksiya yaranır.
Səciyyəvi erkən simptomlar – dodaqlar, ağız boşluğu və ya boğazın
şişməsi və qaşınmasıdır. Qıcıqlandırıcı yeməklər qida yollarına düşərək
ürəkbulanma, öyümə, qusma, bağırsaq sancıları və ishal törədə bilər.
Həmçinin bəzən qaşınma, övrə, ekzema və dəri qızarmasına səbəb
olur.
Bəzi xəstələrdə həmin qida zökəm, öskürək və səthi tənəffüslə
səciyyələnən allergik rinit yarada bilər.
Bəzən də ləngimiş allergik reaksiya ola bilər – yəni allergik reaksiya
qidanı yedikdən bir neçə saat və hətta bir neçə gün sonra inkişaf edir.
Təcili cavabdan fərqli olaraq ləngimiş allergik reaksiyanın simptomları
o qədər də çox təzahür etmir və övrə, ekzema və astmaya səbəb
olmaya bilər.
Profilaktika
Risk qrupunda olanlar, yəni ailə üzvləri arasında allergiyaya həssas
olanlar varsa, orqanizmin hər hansı yeni qidaya qarşı reaksiyasına
diqqətli yanaşılmalıdır. Qida məhsullarını yeməyə kiçik porsiyadan
başlamaq və ya ondan ümumiyyətlə imtina etmək lazımdır.
Mağazadan alınan qurudulmuş, konservləşdirilmiş və emal edilmiş
qidaların qəbulundan imtina edilməlidir.
Uşağın rasionuna yeni qida məhsulları ehtiyatla daxil edilməlidir,
əsasən də valideynlərdə allergiya varsa, daha çox diqqətli olmaq tələb
olunur. Ona hər dəfə yeni məhsul verdikdə, çox kiçik porsiyalarla
vermək və porsiyaları tədricən artırmaq olar.
Qidanın hər hansı inqrediyentinə qarşı reaksiya əmələ gəldikdə həmin
simptomların doğrudan da qida allergiyası olmasını və ya hər hansı
digər problemdən baş verdiyini öyrənmək üçün allerqoloqla
məsləhətləşmək lazımdır.
Əgər bir dəfə qida allergiyası diaqnozu qoyulubsa, onunla mübarizə
aparmağın yeganə yolu – qıcıqlandırıcı komponenti tapmaq və ondan
uzaq durmaqdır.
Müalicə
Allerqoloq xəstəlik tarixçəsinin analizinə, obyektiv müayinəyə və
laborator testlərə əsaslanaraq dəqiq diaqnoz qoya bilər. Qida
allergiyasının diaqnostikasında dərinin skarifikatorlu sınağı tətbiq edilir.
Qidanın həll edilmiş cövhərini dəri üzərinə yerləşdirir, həmin yerə
cızıqlar çəkilir və iynələr batırılır. Heç bir reaksiya əmələ gəlmədikdə
dəri sınağı mənfidir. Lakin 15 dəqiqə ərzində dəridə ağcaqanad
sancmasına bənzər qızarma və ya şişmə yaranarsa, deməli, araşdırılan
qida məhsuluna qarşı allergiya var. Test yanlış müsbət və yanlış mənfi
nəticələr də verə bilər.
Daha dəqiq radioallerqosorbent test (RAST), immunoferment analiz
(İFA) və anticismlərin analizi kimi tanınan qan analizləridir. Lakin
bəzən onlardan da yanlış cavablar alına bilər.
Dəri testləri və qanın anticismlərə analizi allergik reaksiya törədicisi
olan allergenlərə işarə edir. Lakin dəri testlərindən və qan
müayinəsindən sonra da diaqnoz aydınlaşmasa, həkim təhrikedici
testlər təyin edə bilər. Həmin müayinələr ciddi göstərişlərə əsasən
allerqoloji stasionarlarda aparılır. Burun, dilaltı və ya bilavasitə
bronxlara təhrikedici testlər edildikdə allergen kiçik miqdarda daxil
edilir, bir müddət sonra reaksiya qiymətləndirilir. Bu cür müayinə
xəstədə güclü allergik reaksiya törədə bilər və ona görə də, lazım
gəldikdə dərhal tibbi yardım göstərilməsi üçün həkim nəzarəti altında
aparılmalıdır.
Əgər əsl qida allergiyası aşkar edilibsə, həmin allergeni tamamilə
istisna etməklə xüsusi pəhriz tövsiyə edilir. Bir neçə həftə ərzində bu
cür (adətən düyü, salat və almanın daxil edildiyi) hipoallergen pəhrizə
mütləq riayət etmək lazımdır. Müəyyən vaxtdan sonra pəhrizə digər
məhsullar da əlavə etmək, sonra allergiya yaradan həmin allergeni daxil
etmək olar. Əgər onu daxil etdikdə yenidən allergiya yaranarsa,
başlanılan pəhrizi davam etdirmək lazımdır. İstənilən elminasiyalı
pəhriz (allergen məhsulların istisna olduğu pəhriz) yalnız həkimin
icazəsi və diyetoloqun nəzarəti altında aparıla bilər. Hətta bu cür pəhriz
zamanı da orqanizmə lazım olan bütün maddələr qəbul olunmalıdır.
Həkim allergen məhsulları, tərkibində həmin qidalı maddələr və
vitaminlər olan məhsulları başqaları ilə əvəz edəcək. Heç vaxt
rasiondan xüsusən də azyaşlı uşaqlar, yaşlı və xəstələrin
menyusundakı bütün qrup məhsulları eyni zamanda bir neçə həftəlik
çıxarmaq düzgün deyil.
Allergik fonu tənzimləmək, əlamətlərin sürətlə sönməsini təmin etmək
üçün pəhriz müalicəsi ilə yanaşı Teader çayı 1-2 ay müddətində qəbul
olunmalıdır. Onu istifadə etməzdən qabaq bitkilərə qarşı allergiya inkar
olunmalıdır.
Ciddi pəhrizə riayət etməklə qida allergiyasından azad olmaq
mümkündür. Tədqiqatlar nəticəsində aşkar edilib ki, 1-2 il hipoallergen
pəhrizə əməl etdikdən sonra yeniyetmə uşaqların və böyüklərin
təxminən üçdə bir hissəsi onları qıcıqlandıran qidaya həssaslıqdan
azad olur. Lakin yerfındığına, qoz və fındığa, balıq və molyusklara olan
allergiya insanda ömrün sonuna kimi qala bilər.

Arterial təzyiq haqqında yanlış fikirlər.İnsanların bir çox hissəsi arterial təzyiqin artmasını ciddi simptom kimihesab ...
23/03/2015

Arterial təzyiq haqqında yanlış fikirlər.

İnsanların bir çox hissəsi arterial təzyiqin artmasını ciddi simptom kimi
hesab etmirlər və bu səbəbdən özündə təziyiqin artmasını müşahidə
etdikdə həkimlərə müraciət etməyə tələsmirlər.
Lakin bu çox səhv yanaşmadır. Məhz arterial təzyiqin artması insult və
infarkt kimi ağır pozulmaların ilk səbəbidir. Statistikaya əsasən, 100
infarktdan 68-i, 100 insultdan isə 75-i məhz təzyiqin yüksəlməsi
fonunda inkişaf edir.
İnsanlar arasında arterial təzyiq ilə bağlı bir çox həqiqətə uyğun
olmayan əfsanələr yayılmaqdadır. Məsələn,
- Arterial təzyiqi olan insan özünü qorumalı, uzanmalı, yatmalı, az
hərəkət etməlidir ki, təzyiq qalxmasın. Bu tam yanlış fikirdir. Bəli,
həddən artıq fiziki yükləmələr hipertoniyadan (tibbi dildə - "arterial
hipertenziya") əziyyət çəkən insanlar üçün ziyanlıdır. Lakin belə
yükləmələr hətta tam sağlam insana da ziyan gətirə bilər.
Sağlamlığını qorumaq istəyən insan mütləq fiziki aktiv olmalıdır. Hətta
infarkt keçirmiş insanlara reabilitasiya (bərpa) dövründə həkimlər
xüsusi fiziki məşğələlər təyin edir.
Hərəkətsizlik isə əksinə mübadilə proseslərin pozulmasına, damarlarda
xolesterin yığınların əmələ gəlməsinə və artmasına, bədən çəkisinin
artmasına, qanda durğunluğun yaranmasına, ürəyin daha zəif
işləməsinə səbəb olur.
Azhərəkətlilik hipertoniya xəstəliyin daha ağır keçməsinə gətirib
çıxardır.
- Bir çox hipertoniyadan əziyyət çəkən insanlar fikirləşir ki, müəyyən
həbi qəbul etməklə arterial təzyiqi daim normada saxlamaq
mümkündür. Lakin bu belə də asan iş deyil. Effektli dərmanın seçimi
uzun və çətin prosesdir. "Təzyiq dərmanları" çoxdur və hər bir xəstəyə
dərman fərdi şəkildə həkim tərəfindən seçilir. Bir çox hallarda vaxt
keçdikcə dərmanı, onun dozasını, qəbul rejimini dəyişmək lazım olur.
Bunu da yalnız həkim etməlidir. Heç bir halda qonşu, qohum və s.
qəbul etdiyi "təzyiq dərmanı"nı özbaşına qəbul etməyin! Bu lazım olan
effekt verməyəcək!
Bundan əlavə yalnız təzyiq dərmanının qəbulu hipertoniyanı müalicə
etmir. İnsan düzgün qidalanmalı, ziyanlı vərdişlərdən imtina etməli,
dincəlməli, tez-tez havada olmalıdır, bədən tərbiyəsi ilə məşğul
olmalıdır.
- Bəzi insanlardan "təzyiqim hətta 180-200-ə qalxanda, özümü normal
hiss edirəm, bu mənim "raboçi" təzyiqimdir" kimi ifadələri eşitmək olur.
Bu insanlar fikirləşir ki, əgər hər şey normaldırsa, heç bir yer ağrımırsa,
müalicə etməyə də ehtiyac yoxdur! Bu çox təhlükəli yanılmadır. Tibbdə
"raboçi" təzyiq kimi termin yoxdur. Yüksək təzyiq özünün heç bir
əlamətlə bürüzə verməsə belə, xəstənin orqanizmində geriyədönməz
patoloji dəyişikliklərə səbəb olur ki, bunların nəticəsində insan əlilə
çevrilə bilər. Bundan əlavə yüksək arterial təzyiq infarkt və insultun
əsas risk faktorudur.
- Hipertoniya yalnız 40 yaşından sonra inkişaf edə bilər. Bu da çox səhv
fikirdir. Bütün digər xəstəliklər kimi, hipertoniya da xeyli "cavanlaşıb".
Əgər hətta 30 yaşlı insan özündə təzyiqin tez-tez artmasını müşahidə
edirsə (139/89-dan yuxarı), o, mütləq kardioloqa müraciət etməlidir və
lazım olduqda müalicə almalıdır.
- Yüksək təzyiq özünü baş ağrısı ilə büruzə verir. Bu da səhvdir. Bəli,
bir çox hallarda yüksək təzyiq özünü başın ənsə hahiyəsində ağrılarla,
ürəyin tez-tez döyünməsi ilə, barmaqların keyiməsi ilə və s. əlamətlərlə
büruzə verir. Lakin bəzən arterial hipertenziya tam simptomsuz keçir.
Məhz bu səbəbdən 1 ildə 2 dəfədən az olmayaraq həkimin profilaktik
müayinəsindən keçmək lazımdır. Belə profilaktik müayinələr
orqanizmdə mövcud olan pozulmaları vaxtında aşkar etməyə imkan
verir.

Antibiotiklər nə dərəcədə ziyanlıdırlar?Antibiotiklərin zərərli olması barədə söhbətlər xeyli dərəcədəşişirdilmişdir. Ək...
21/03/2015

Antibiotiklər nə dərəcədə ziyanlıdırlar?

Antibiotiklərin zərərli olması barədə söhbətlər xeyli dərəcədə
şişirdilmişdir. Əksinə, onlardan düzgün istifadə edilməsi insanı bir sıra
ağır xəstəliklərdən və onların fəsadlarından qurtara bilər.
Bəzi hallarda elə bir vəziyyət yaranır ki, yalnız antibiotiklərdən istifadə
edilməsi, xəstənin hətta həyatının qorunmasına səbəb olur. Bu halda
antibiotiklərin zərəri barədə düşünmək yersiz olur.
Antibiotiklərin yanaşı mənfi təsirləri (allergik reaksiya, daxili orqanlara
olan toksik təsirlər və s.) kifayət qədər az hallarda rast gəlinir. Əksər
hallarda bunun səbəbi, xəstənin antibiotiki həkim tərəfindən təyin
olunan qaydada yox, “özü bildiyi” kimi – dozasını, qəbul vaxtını və
müddətini dəyişərək qəbul etdiyi hallarda baş verir. Məhz buna görə,
antibiotikləri qəbul edərkən həkim tərəfindən təyin edilən qaydalara
ciddi şəkildə əməl etmək və antibiotiklərin qəbul edilməsi zamanı
özlərində baş verən dəyişikliklər barədə ona məlumat vermək lazımdır.
Qeyd etmək lazımdır ki, antibotiklərin düzgün işlədilməsi zamanı baş
verən fəsadlar da olur: bağırsaqların disbakteriozu, immunitetin
zəifləməsi və s. Ona görə də disbakteriozun əmələ gəlməməsi üçün,
antibiotiklər qəbul edərkən paralel şəkildə probiotiklər, immunitetin
normallaşdırılması üçün isə vitamin kompleksləri qəbul etmək lazımdır.
Antibiotikləri alarkən mütləq onların son istifadə olunma tarixlərinə
diqqət yetirin. İstifadə vaxtı başa çatmış olan antibiotiklərin qəbul
edilməsi çox təhlükəlidir! Çünki, istifadə müddəti başa çatdıqdan sonra
bir çox antibiotiklərin toksik təsiri kəskin şəkildə artır.
Əgər siz daimi olaraq hər hansı digər dərman preparatı da qəbul
edirsinizsə, bu haqda mütləq həkiminizə məlumat verin. Antibiotiklərin
bir sıra dərmanlarla eyni vaxtda qəbul edilməsi bəzən onların təsirinin
azalmasına, bəzən isə toksik təsirlərinin artmasına səbəb ola bilər.
Beləliklə, antibiotikləri yalnız həkim təyinatı üzrə, onun dozasını və
müddətini artırmadan qəbul etdikdə (savadlı həkim onları yalnız vacib
olduqda təyin edir), əksər hallarda antibiotiklər heç bir zərər vermirlər.
Lakin bir sıra xəstəliklər və vəziyyətlər var ki, bu hallarda
antibiotiklərdən istifadə olunması insan üçün təhlükəli ola bilər.
Bu xəstəliklər və vəziyyətlər hansılardır?
- Hamiləlik . Əksər antibiotiklərin inkaşafda olan dölə mənfi təsir etməsi
səbəbindən, hamiləlik zamanı onların tətbiq edilməsi mütləq əks-
göstəriş hesab edilir. Hamiləlik zamanı antibiotiklərdən istifadə
edilməsi, hamiləliyin ilk 3 ayı ərzində maksimal dərəcədə təhlükəli
hesab olunur! Doğulmayan uşaq (ümumiyyətlə isə bütün uşaqlar) üçün
tetrasiklin, doksisiklin, levomisetin və digər antibiotiklər xüsusilə
zərərlidir.
Bəzi hallarda, hamiləlik vaxtı antibiotiklərdən istifadə olunmasına
qoyulan qadağanı pozmaq lazım gəlir. Məsələn, ananın orqanizmində
həm onun, həm də uşağın həyatının təhlükədə olduğu pnevmoniyanın
və ya digər təhlükəli xəstəliyin inkişaf etməsi zamanı. Belə hallarda
həkimlər, dölə ən az toksik təsir göstərə bilən, antibiotiki seçirlər.
- Uşaq əmizdirilməsi – antibiotikdən istifadə edilməsinə nisbi əks-
göstəriş hesab edilir. Bilavasitə doğuşdan sonra və ya ondan bir qədər
sonra antibiotiklərdən istifadə edilməsi – tez-tez rast gəlinən haldır.
Bunun səbəbi doğuşdan sonra müxtəlif infeksion fəsadların baş
verməsidir. Məlumdur ki, bir çox antibiotiklər aktiv şəkildə ana südünə
keçərək, onun tərkibində uşaq üçün təhlükəli olan miqdarda toplanırlar.
Ona görə də, uşağın əmizdirilməsi dövründə, anaya antibiotiklərin təyin
edilməsi vacib olarsa, bu zaman, müalicə müddəti ərzində uşağın ana
südü ilə əmizdirilməsini dayandırmaq lazımdır. Əmizdirmədən imtina
edilməsini, müalicə başa çatdırıldıqdan sonra daha 2-3 gün ərzində də
davam etdirmək lazımdır, çünki, bir sıra antibiotiklər orqanizmdə
yığılaraq, onların qəbulu başa çatdıqdan sonra, yalnız bir neçə gün
ərzində orqanizmdən tam şəkildə çıxarılmış olurlar.
- Uşaq yaşlarında. Uşaqlarda antibiotiklərin yalnız müəyyən qrupları
istifadə edilə bilər. Pen*sillin, sefalosporinlər, makrolid qrupundan olan
antibiotiklər uşaq orqanizmi tərəfindən daha asanlıqla tab gətirilə bilən
preparatlar hesab olunur. Uşaqlarda güclü antibiotiklərdən istifadə
edilməsi yalnız, daha təhlükəsiz antibiotiklərlə müalicə effekt vermədiyi
halda tətbiq edilə bilər. İstənilən halda, xüsusən də uşaqlarda, hər hansı
bir antibiotikin təyin edilməsi üzrə seçim yalnız həkim tərəfindən edilə
bilər.
- Böyrək və qara ciyər çatışmazlığı olan xəstələr. Antibiotikləri təyin
etməzdən qabaq böyrəklərin və qara ciyərin vəziyyətini yoxlamaq vacib
hesab edilir. Məhz bu orqanlar, antibiotikləri aktiv şəkildə toplayaraq
emal etdikləri üçün, onların təsirindən də ən çox “əziyyət çəkirlər”.
Antibiotiklərin qəbul edilməsi xroniki böyrək və qara ciyər xəstəliyindən
əziyyət çəkənlərin vəziyyətini daha da ağırlaşdıra bilər. Ona görə də
antibiotiklərdən istifadə edilməsi üçün, böyrəklərin və qara ciyərin
kəskin və xroniki xəstəlikləri (pielonefrit, qlomerulonefrit, hepatit),
həmçinin böyrək və qara ciyər çatışmazlıqları əks-göstəriş hesab edilir.
Belə xəstəlik hallarında toksik təsiri aşağı olan antibiotiklərdən
(p***sillin, sefalosporinlər) istifadə edilməsi daha məqsədəuyğun
hesab edilir.
- Allergiyadan (növündən asılı olmayaraq) əziyyət çəkən insanlar.
Antibiotiklər – allergik reaksiya verə bilən dərmanlardan biridir. Allegiya
yüngül halda bədəndə müəyyən miqdarda səpgilərin əmələ gəlməsi ,
ağır halda isə , vaxtında düzgün və dəqiq tibbi yardım göstərilməməsi
nəticəsində, xəstənin ölümü ilə nəticələnə bilən anafilaktik şok (ani
güclü allergik reaksiya) şəklində meydana çıxa bilər. Məhz buna görə
həkim qəbulunda olarkən, sizdə allergiyaya meylliliyin olması, həmçinin
nə vaxtsa, hər hansı antibiotiklərə qarşı allergiyanın baş verməsi
hadisəsi barədə həkimə mütləq məlumat vermək lazımdır. Həmin
antibiotiklərin adını yadda saxlayaraq həkimi bu barədə xəbərdar etmək
zəruridir. Qeyd etmək lazımdır ki, antibiotiklərə qarşı allergik
reaksiyanın olması allergiyaya meylli olmayan adamlarda da (əlbətdə ki,
allergiyalılara nisbətən daha nadir hallarda) baş verə bilər. Bu isə həmin
preparata qarşı fərdi dözümsüzlüyün olması ilə izah olunur.
Bir daha yadda saxlayın – p*s dərman olmur. Sadəcə olaraq, bəzi
hallarda təcrübəsiz həkimlər, bəzən isə özünə “arxayın” olan xəstələr
bu dərmanları “yersiz” olaraq təyin edirlər.

Address

Baku

Opening Hours

Monday 08:30 - 23:30
Tuesday 08:30 - 23:30
Wednesday 08:30 - 23:30
Thursday 08:30 - 23:30
Friday 08:30 - 23:30
Saturday 08:30 - 23:30
Sunday 08:30 - 23:30

Website

Alerts

Be the first to know and let us send you an email when Aptek Qlukoza posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Aptek Qlukoza:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram