Dr.Nicat Hesenov

Dr.Nicat Hesenov Sağlam gülüş üçün, dişlərinizi bizə etibar edin

Həkim-Stomotoloq

Dental implantasiya əskik dişin çənə sümüyünün içinə qoyulan süni implantla əvəz edilməsi prosedurudur. Bu, diş protezlə...
17/04/2024

Dental implantasiya əskik dişin çənə sümüyünün içinə qoyulan süni implantla əvəz edilməsi prosedurudur. Bu, diş protezlərinin ənənəvi üsulları ilə müqayisədə bir çox üstünlüklərə malik olan diş bərpasının müasir üsuludur. Bu yazıda diş implantlarının üstünlükləri və mənfi cəhətlərinə baxacağıq.

Dental implantların üstünlükləri:

Təbii görünüş və funksiya: İmplantlar əskik dişləri əvəz edir və həqiqi dişlər kimi görünür və işləyir. Onlar çeynəyərkən və danışarkən rahatlıq təmin edir və təbii görünür, bu da xəstələrin inamını və özünə hörmətini artırır.

Davamlılıq: İmplantlar davamlıdır və düzgün qulluq və müntəzəm diş ziyarətləri ilə onilliklər ərzində davam edə bilər.

Qonşu dişlərin sağlamlığı: İmplantlar körpülərdə olduğu kimi bitişik dişlərin müalicəsini tələb etmir. Bu, bitişik dişlərin sağlamlığını qorumağa və əlavə emaldan qaçmağa imkan verir.

Sümük sağlamlığı: Dental implantlar sümük sağlamlığını qorumağa kömək edir, çünki implantlar diş kökünü əvəz edir və onu sağlam saxlamaq üçün sümüyün təbii stimulunu qorumağa kömək edir.

Rahatlıq: İmplantların digər protezlərdə olduğu kimi xüsusi qayğıya ehtiyacı yoxdur. Sadəcə dişlərinizi həmişəki kimi fırçalayın və müntəzəm olaraq diş həkiminizə müraciət edin.

Dental implantların mənfi cəhətləri:

Qiymət: Diş implantları digər protez üsullarından daha bahalı ola bilər. Bununla belə, əskik diş probleminin uzunmüddətli və effektiv həllidir.

Prosesin müddəti: Dental implantasiya xəstənin fərdi vəziyyətindən və seçilmiş implantasiya üsulundan asılı olaraq bir neçə aydan bir neçə ilə qədər davam edə bilər. Proses protezin vəziyyətinin qiymətləndirilməsindən tutmuş implant və müvəqqəti protezin quraşdırılmasına qədər bir neçə mərhələni əhatə edir.

Cərrahi risk: Hər hansı cərrahi əməliyyatda olduğu kimi, diş implantları da bəzi risklərlə gəlir. Lakin müasir texnologiyalar və materiallar bu riski minimuma endirir.

Sağlamlığa ehtiyac: Diş implantasiyasından əvvəl fiziki müayinə və sağlamlığın qiymətləndirilməsi vacibdir, çünki bu, sağalma prosesinə və implantasiyanın müvəffəqiyyətinə təsir göstərə bilər.

Dental implantasiya itirilmiş dişin süni diş kökü ilə əvəzlənməsi deməkdir. Süni dişin möhkəm əsası və görünən hissəsi -...
15/04/2024

Dental implantasiya itirilmiş dişin süni diş kökü ilə əvəzlənməsi deməkdir. Süni dişin möhkəm əsası və görünən hissəsi - implantüstü qapağı olur. Bu qapaq görünüşü və keyfiyyətlərinə görə təbii dişə çox yaxındır. Bundan başqa, implantüstü qapaqlar həm də çeynəmə yükünü üzərinə götürə biləcək quruluşa malikdir. İmplantüstü qapaqlar materiallarına görə bir-birindən fərqlənir. Bu məqalədə keramik və zirkonium qapaqlardan danışılacaq.

İmplantüstü keramik qapaqlar

Keramika insanın ağız boşluğu toxumaları ilə bioloji baxımdan gözəl uyuşur. Keramik qapaqların selikli qişaya heç bir neqativ təsiri yoxdur, oksidləşmir və mədə-bağırsaq traktının işində heç bir mənfi dəyişikliklər yaratmır. Bundan başqa, keramik implantüstü qapaqlar zahirən təbii minadan heç nə ilə fərqlənmir. Belə ki, şəffaflıq dərəcəsi və işiqkeçirmə qabiliyyətinə görə ona çox yaxındır. İmplantüstü keramik qapaqların daha bir müsbət xüsusiyyəti - onun rənginin vaxt keçdikcə dəyişməməsidir.

Bütün bunlarla yanaşı, keramik implantüstü qapaqlarn aşağıdakı üstünlükləri var:

- uzunömürlüdürlər;
- oskidləşmədiyindən damaq xəttində göy rəngli zolaq yaratmırlar;
- keramika bioloji inert material olduğundan allergiya yaratmır və orqanizmə ziyan vuracaq maddələr ifraz etmir;
- çox yüksək estetik keyfiyyətə malikdir və s.

İmplantüstü zirkonium qapaqlar

Zirkonium dioksiddən hazırlanan bu qapaqlar istənilən sayda ön və çeynəmə dişlərinin bərpası üçün münasibdir. Material keramika kimi bioloji baxımdan ağız boşluğuna uyğundur, unikal estetik görünüşü və yüksək möhkəmliyi ilə fərqlənir. Zirkonium qapaqlara demək olar ki, heç bir əks-göstəriş yoxdur və onlar vizual olaraq təbii dişlərdən fərqlənmir.

İmplantüstü zirkonium qapaqların bir sıra başqa üstünlükləri də var:

- yüksək möhkəmlik dərəcəsinə malikdirlər, çeynəmə yükünü tam olaraq üzərinə götürə bilir və çeynəmə dişlərinin əvəzlənməsinə yararlıdırlar;
- yüngül çəkilidirlər və damaqları əlavə olaraq yükləmirlər;
- rəng və şəffaflıq baxımından təbii dişə maksimum yaxındırlar;
- istilik keçiriciliyi zəifdir;
- deşilmir, yeyilmirlər və s.

Həm keramik, həm də zirkonium implantüstü qapaqlar implanta iki üsulla bərkidilir: sementlə və vintlə.

Sement fiksasiya zamanı qapaq abatmentə stomatoloji sementlə bərkidilir. Bu üsulun üstünlüyü onun sadəliyi və estetikliyindədir, implantalogiyada ən geniş yayılmış metoddur.

Vintli fiksasiya zamanı abatment qapağın karkası rolunda çıxış edir. Belə qapaqlar texnoloji dəliklərdən vintlər vasitəsilə bərkidilir, daha sonra kompozit material ilə qapadılır.

Qar bəyazlı gülüş - gənclik, sağlamlıq, hər bir insanın arzu etdiyi tamlıq simvoludur. Ancaq belə mükəmməl ağ dişlər ilə...
27/11/2023

Qar bəyazlı gülüş - gənclik, sağlamlıq, hər bir insanın arzu etdiyi tamlıq simvoludur. Ancaq belə mükəmməl ağ dişlər ilə hər kəs təəssüf ki mükafatlandırılmayıb və buna görə müxtəlif ağartıcı vasitələrə müraciət etmək lazımdır.

Bir neçə dəqiqə ərzində parlaq Hollywood təbəssümü əldə etmək istərdinizmi? Lakin hər zaman nəticə "möcüzəvi" olmur və bu prosedurun əlbətdəki, zərərli tərəfləridə vardır.

Əks təsirlərdən qorunmaq üçün ilk öncə prosedur klinika şəraitində yerinə yetirilməlidir. Arzu olunandır ki, klinikanın reputasiyası və təkmilləşmiş yüksək ixtissaslı həkim mütəxəssis olması şübhə doğurmasın.

Dişlərin ağardılması prosedurunun digər yan təsirlərinə gəlin birgə nəzər salaq.

Dişlərdə problem

Nəzərə almaq lazımdır ki, ağartma proseduru sağlam karies ilə zədələnməyən dişlərdə icra edilə bilər. Prosedur öncəsi diqanostika aparılması mütləqdir. Bu diaqnostika aparılmasa ağardıcı vasitələr həssas bölgələrə daxil olub kariesli nahiyyələr yarada bilər. Bundan başqa, texnologiyanın pozulması parodontit və qinqivit kimi xəstəliklərin keçməsi kimi yumşaq damağın tam itirilməsinə gətirib çıxara bilər. Ona görə də stomatoloji klinika şəraitində sırf peşəkar mütəxəssis tərəfindən bütün lazımi avadanlıqlar ilə dişlərin müayinə və müalicəsini həyata keçirməsi mütləqdir.

Ağartmadan sonra uğursuz nəticə

Dişlərin ağardılması qeyri-peşəkar tərəfindən aparılırsa, bu zaman, tamamlanmamış və ya mənfi nəticə əldə edilə bilər. Dişlərin rəngi dəyişməyəcək və ya hissəvi dəyişəcək. Bu halda, sizə zəmanət verilməyəcək və itkilərin əvəzi ödənilməyəcəkdir.

Emal qatının zədələnməsi

Ağardıcı vasitələr və hətta diş pastası, diş ərpini təmizləyən xüsüsi maddəli tərkibə malikdirlər. Çox qüvvətli ağardıcı tərkibli qarışığı olan məhsullar sizin hollivud təbəssümünüzə son qoya bilər. Bu zaman emal qatı zədələnməsə belə dişlərin həssaslığının artmasına gətirib çıxaracaq.

Bütün bunlar nəzərə alınaraq dişlərin ağardılması prosedurunu qərara almazdan öncə, işinin peşəkarı olan stomatoloq və klinika seçiminizi, insanlar arasında daha çox etibar qazanmış məkanlara müraciət edib, düzgün prosedurlardan yararlanmağı tövsiyyə edirik.

🔸Kariyes ən çox görülən diş xəstəliyidir. Kariyes süd dişlərində görünməyə başlayırvə müalicə edilə bilmirsə, dişlər çür...
16/11/2023

🔸Kariyes ən çox görülən diş xəstəliyidir. Kariyes süd dişlərində görünməyə başlayır
və müalicə edilə bilmirsə, dişlər çürüyür və çıxarılmalıdır. Kariyes, dişi əhatə edən xarici təbəqədəki mineralların dağılması nəticəsində
meydana gəlir. Dişlərin üzərində bakteriyalar karbohidratlı (şəkərli) qidaları
parçalayır və asiti əmələ gətirir. Bu asitlər diş emalını məhv edir.

🔹Bundan əlavə,
artıq siqaret və qara çayda dişlərin rəngini dəyişir. Kariyesin səbəblərindən biri də
ağız şirəsinin çatışmazlığıdır. Ağız şirəsi qida qalıqlarını yuyur və antiseptik təsir
edir (ağız şirəsinin tərkibinə xüsusi antimikrob zülal vardır). Əgər hər hansı bir
xəstəlik səbəbindən (immunitetin pozulması, bağırsaq xəstəlikləri) uşağın ağız
şirəsinin miqdarı və keyfiyyəti aşağı düşərsə ağız boşluğundakı kariyesli dişlərin
miqdarı az bir müddətdən sonra artmış olur.

☑️ Kariyesdən qorunma:
1) Dişlərə müntəzəm qulluq
2) Vaxtı-vaxtında müayinə üçün diş həkiminin yanına getmək

3) Sağlam qidalanma, şəkərli qidalardan uzaq durmaq( xüsusən də uşaqlar)
4) Flüorlu diş məcunlarından istifadə. Flüor dişlərin möhkəm və sağlam
olmasını normada saxlayır.
5) Kariyesə ağız içindəki bakteriyalar səbəb olur. Bakteriyaları zərərsiz hala
gətirmək üçün ev şəraitində bəzi bitki çaylarından ( adaçayı, darçın və s.)
istifadə etmək lazımdır.
Kariyes çox təhlükəli bir xəstəlikdir. O yalnız dişin dağılmasına və sonda
itirilməsinə səbəb olmur. Kariyesli diş daim infeksiya mənbəyi olub son nəticədə
ağız-udlağın, həmçinin daxili orqanların da iltihab xəstəliklərinə səbəb ola bilər.

➡️ Bundan başqa, kariyesin özünün digər daha ağır fəsadları ilə də qorxuludur. Çünki
iltihab prosesi diş köküətrafı sümük toxumasına keçərək periodontit xəstəliyinə,
çənə sümüklərinə keçdikdə isə daha qorxulu hesab edilən osteomielit xəstəliyinə
səbəb ola bilər. Buna görə də kariesli dişləri (müvəqqəti və ya daimi olmasından
asılı olmayaraq) mütləq müalicə etmək lazımdır.

Kariyesin müalicəsi:

👨‍⚕️Diş həkimi kariyes diaqnozu qoyduqdan sonra, diş təmizlənir. Çürümənin
böyüklüyüne görə bu proses diş kökünə qədər gedər ve təbii ki, o zamanda
sinirləri öldürmək lazım olur. Diş diblərindəki mikrob ocaqlarını təmizləmək üçün
immun sistemi hərəkətə keçirmək lazımdır. Ev şəraitində bunu çörəkotu çayı ilə
etmək mümkündür.

Address

Baku

Telephone

+994709922899

Website

Alerts

Be the first to know and let us send you an email when Dr.Nicat Hesenov posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Dr.Nicat Hesenov:

Share