Səhiyyə Nazirliyi Milli Hematologiya və Transfuziologiya Mərkəzi

  • Home
  • Azerbaijan
  • Baku
  • Səhiyyə Nazirliyi Milli Hematologiya və Transfuziologiya Mərkəzi

Səhiyyə Nazirliyi Milli Hematologiya və Transfuziologiya Mərkəzi AR Səhiyyə Nazirliyi Milli Hematologiya və Transfuziologiya Mərkəzinin rəsmi Facebook səhifəsi. Mərkəz 2009-cu ildən istifadəyə verilib.

Azərbaycanda talassemiya daşıyıcılarının sayı 1 milyonu ötüb. Ölkəmizdə minlərlə talassemiya xəstəliyindən əziyyət çəkən xəstə var. Problemin ciddiliyini nəzərə alan Heydər Əliyev Fondu Azərbaycanda ixtisaslaşdırılmış tibb ocağının və qan bankının yaradılması, ölkəmizdə yüksək ixtisaslı kadrların hazırlanması, talassemiyadan əziyyət çəkən uşaqların təhlükəsiz və keyfiyyətli qanla təminatı üçün könüllü donor xidmətinin inkişafı, talassemiyanın yayılmasının qarşısını almaqdan ötrü əhalinin maarifləndirilməsi və talassemiya ilə mübarizə aparan bir sıra dövlətlərlə əməkdaşlığın genişləndirilməsi məqsədi ilə Bakıda Talassemiya Mərkəzi inşa edib. Tibb işçilərinin rahat və yüksək səviyyədə xidmət göstərmələri, xəstələrin müayinə və müalicəsinin keyfiyyətli aparılması üçün burada qeydiyyat şöbəsi, donor mərkəzi, həkim otağı, ultrasəs müayinəsi və köməkçi otaqlar, laboratoriyalar, poliklinika, tranfuziya zalı, manipulyasiya və şüa diaqnostikası otaqları, iliyin köçürülməsi üçün əməliyyat otağı, reanimasiya palataları, sterilləşdirmə mərkəzi, palatalar, uşaqlar üçün oyun otağı, yeməkxana, kitabxana, Internet mərkəzi və konfrans salonu fəaliyyət göstərir. Daha yaxşı xidmət göstərmək üçün regionlarda da Respublika Talassemiya Mərkəzinin şöbələri fəaliyyət göstərir. Respublika Talassemiya Mərkəzində Elmi Şura fəaliyyət göstərir. Elmi Şuranın əsas fəaliyyət istiqamətləri talassemiya üzrə mütəxəssislər yetişdirmək, populyasiyamıza aid mutasiyaları aşkarlaşmaq və elmi araşdırmalar yayımlamaq, yerli və beynəlxalq elmi konfranslar, konqreslər təşkil etmək və beynəlxalq elmi fəaliyyətlərə qoşulmaqdır.

29/09/2025
27/09/2025
27/09/2025
27/09/2025

  Şəhidlər Ölməz!Vətən Var Olsun!Qəhrəmanlar unudulmur!Sənə can qurban, Azərbaycan!Şəhidlərimizi ehtiramla anırıq!
26/09/2025




Şəhidlər Ölməz!
Vətən Var Olsun!
Qəhrəmanlar unudulmur!
Sənə can qurban, Azərbaycan!
Şəhidlərimizi ehtiramla anırıq!

22 sentyabr 2025-ci il tarixində Səhiyyə Nazirliyi Milli Hematologiya və Transfuziologiya Mərkəzinin konfrans zalında Üm...
24/09/2025

22 sentyabr 2025-ci il tarixində Səhiyyə Nazirliyi Milli Hematologiya və Transfuziologiya Mərkəzinin konfrans zalında Ümumdünya Xronik Mieloleykoz Gününə həsr olunmuş “Xronik mieloleykoz: biliklərin inkişaf zirvəsi” adlı elmi-praktik simpozium keçirildi.

Tədbirin açılışını Mərkəzin icraçı direktoru Sərdar Əsədov etdi. O, öz çıxışında xronik mieloleykoz xəstəliyinin erkən diaqnostikası və müalicəsinin dövlət səviyyəsində xüsusi diqqət mərkəzində olduğunu vurğuladı.

Daha sonra dosent Çingiz Əsədov və Mərkəzin baş həkimi Zöhrə Əlimirzəyeva çıxış edərək xəstəliyin xüsusiyyətləri, müasir müalicə imkanları və əhali arasında maarifləndirmənin əhəmiyyətindən danışıblar.
Konfrans digər çıxışlarla davam edib və sonda xatirə şəkli çəkilib.

Address

Mirəli Qaşqay 145
Baku
1007

Alerts

Be the first to know and let us send you an email when Səhiyyə Nazirliyi Milli Hematologiya və Transfuziologiya Mərkəzi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Səhiyyə Nazirliyi Milli Hematologiya və Transfuziologiya Mərkəzi:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram

Category

Our Story

Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin 23 dekabr 2019-cu il Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində olan Talassemiya Mərkəzi publik hüquqi şəxsin və B.Ə.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun birləşmə formasında yenidən təşkili yolu ilə “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” publik hüquqi şəxsin (bundan sonra – TƏBİB) tabeliyində publik hüquqi şəxs statuslu Milli Hematologiya və Transfuziologiya Mərkəzi (bundan sonra – Mərkəz) yaradılması haqqında Fərmanından sonra Talassemiya Mərkəzi və Mərkəzi Qan Bankı Milli Hematologiya və Transfuziologiya Mərkəzinin bölmələri olaraq fəaliyyətini davam etdirir. Bizimlə əlaqə: 🔹Mərkəz 📍 Ünvan: Mirəli Qaşqay küç 87 ☎ 012 440 53 18 🔹 Talassemiya Mərkəzi 📍 Ünvan: Fətəli xan Xoyski 128 ☎ 1842 🔹 Mərkəzi Qan Bankı 📍 Ünvan: Mirəli Qaşqay küç 87 ☎ 907