Klinik Psixoloq Nigar Musayeva

Klinik Psixoloq Nigar Musayeva Psikolog

28/08/2022


"Nə deməliyəm? Çox kədərlidir, kədərini yüngülləşdirib, kefini açacag bir şeylər etməliyəm yoxsa soyuqqanlı davranmalıya...
07/04/2022

"Nə deməliyəm? Çox kədərlidir, kədərini yüngülləşdirib, kefini açacag bir şeylər etməliyəm yoxsa soyuqqanlı davranmalıyam?"

Düzgün olan, dərhal öz emosional təxminlərinizə yönəlmək yerinə "Bu şəxsin necə bir yanaşmaya ehtiyacı var?" sualıdır. Bunun üçün də xəstə yaxını xəstəni müşahidə edib, bir az düşünməlidir. Bəzən xəstəyə "İndi nəyə ehtiyacın var? Nələrdən danışmaq istəyərsən? Sənin üçün edə biləcəyim bir şey var mı?" kimi suallar vermək olar.
Burada çətin olan həmin şəxsin emosional dalğalanmalarına müşayiət etməkdir. Yanlış empatiyadan çəkinərək, müşahidənin köməyi ilə xəstəni emosional vəziyyətinə uyğun müşayiət etməyə çalışmaq daha doğru olar. Yəni, sizin fikirləşdiyinizin əksinə, xəstə həmin an sizin motivasiya verici söhbətlərinizə qulaq asmaq istəməyib, tək qalmaq istəyə bilər. Xəstənin emosional vəziyyətinə və istəklərinə uyğunlaşmağa çalışsanız, o zaman xəstə də öz emosional ifadələrini reallaşdıra biləcəyi bir mühit tapmış olar.

22/03/2022

22/03/2022

10/10/2016
Ailələr Uşaqlarına Necə Kömək Etməlidirlər?İmtahan stressi yaşayan şəxslər üçün ailənin münasibət ve davranışları olduqc...
22/03/2016

Ailələr Uşaqlarına Necə Kömək Etməlidirlər?
İmtahan stressi yaşayan şəxslər üçün ailənin münasibət ve davranışları olduqca önəmlidir. İmtahanın ailə üçün nə məna daşıdığını, ailə üzvlərinin imtahana qarşı münasibətləri, narahatlıqları diqqətə alınmalıdır. Çünki bəzən aile üzvlərinin narahatlıqları imtahan verən şəxsə neqativ istiqamətdə təsir etməkdədir. Valideynlərin bu mövzuda həddindən artıq təzyiq göstərməsi, imtahanla bağlı neqativ istiqamətdə düşüncə ve davranışları, ətrafdakıların imtahan verən şəxsdən gözləntiləri həmin şəxsə birbaşa təsir etməkdədir. Bu səbəbdən ailələr imtahan verən şəxsə qarşı: 🔸Dəstəkləyici olmalı 🔸Özgüvən hissini artırmaqda yardımçı olmalı 🔸Empatiya qurmağa çalışmalı 🔸Yaşıdlarının və digər bacı-qardaşlarının müvəffəqiyyətləri ilə müqayisə etməməli 🔸İmtahana həddindən artıq məna yükləməməli 🔸Neqativ düşüncələr yerinə müsbət istiqamətə yönəlmiş cümlələrlə dəstək olmalıdırlar.

İnfertilite(sonsuzluq), hər hansı bir qorunma üsulu olmadan 1 il ərzində nizamlı cinsi əlaqəyə baxmayaraq, uşaq sahibi o...
02/03/2016

İnfertilite(sonsuzluq), hər hansı bir qorunma üsulu olmadan 1 il ərzində nizamlı cinsi əlaqəyə baxmayaraq, uşaq sahibi ola bilməmək vəziyyətidir. İnfertil cütlüyün, sonsuzluğa qarşı müalicə aldığı zaman psixososial sahədən qaynaqlanan bir çox faktorlardan təsirləndiyi bilinməkdədir. Uşaq sahibi olma sahəsindəki inkişaflar, xəstələrə bir tərəfdən ümid olarkən, digər tərəfdən də cütlüklərdə kədər, özünü kontrol edə bilməmə, damğalanma kimi vəziyyətlər yaratmaqdadır. Uşaq sahibi olmamaq psixi travmaya səbəb olur və bir növ şəxsiyyət böhranını də özü ilə gətirir. Bu vəziyyətdə, özgüvən zədələnir, acizlik(yetərsizlik) və günahkarlıq duyğuları oyandırır. Bizim cemiyyetde bu problem daha cox qadınlarin psixoloji veziyyetine tesir edir, sıx olaraq, sonsuz olmaqdan utanc hiss edirlər ve neticede, bir cox psixoloji pozuntular yaranir...

TRIXOTILLOMANIYA - 1889-cu ilde Fransiz dermatoloq Francois Hallopeau terefinden sac, qil qoparmaq xesteliyine bu ad ver...
27/10/2015

TRIXOTILLOMANIYA - 1889-cu ilde Fransiz dermatoloq Francois Hallopeau terefinden sac, qil qoparmaq xesteliyine bu ad verilmisdir. Bu pozuntu sac ve qil yolmaq arzusunu novbeti defe bogmaq cehdi ugursuzluqla bitdikden sonra, sacin nezere carpan derecede seyrelmesi ile xarakterize olunur. Sac ve ya qilin yolunmasindan evvel artan gerginlik, yolunduqdan sonra yungullesme ve hezz almaq hissiyati ile evezlenir. Her yasda baslaya biler, lakin daha six 11-13yas etrafinda rast gelinir.

Ucucu madde termini otaq istiliyinde buxarlasa bilen maddeler ucun istifade edilir. Ucucu madde terkibli mehsullar ucuz,...
22/10/2015

Ucucu madde termini otaq istiliyinde buxarlasa bilen maddeler ucun istifade edilir. Ucucu madde terkibli mehsullar ucuz, elde edilmesi asan olan qanuni maddelerdir, bu sebebden de bu maddelere olan asililiq genis yayilmisdir. Adeten 14-15 yas grupu yeniyetmelerde bu madde asililgina rast gelinir, lakin ucucu madde istifadesine baslama yasi 5-6 yaslarina qeder ene biler. Ucucu maddelere aseton, benzin, sac spreyi, deodorantlar, boyalar, yapisqanlar ve s. misal gostermek olar. Bir sozle, bu maddeleri elde etmek olduqca asandi, bu sebebden usaqlariniza qarsi diqqetli olub, onlari geleceyin Ucucu Madde Bagimlisi olmaqdan ve heyatini riske atmaqdan qoruyun!!!

Address

Baku

Alerts

Be the first to know and let us send you an email when Klinik Psixoloq Nigar Musayeva posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram