Dr. Benjamin Karimov

Dr. Benjamin Karimov Ophthalmologist
Retina / Cornea / Refractive/ Glaucoma
Surgeon Ophthalmologist

Yaxın Şərq NATOsuMövcud geosiyasi mənzərə: ABŞ və İsrailin İrana qarşı başlatdığı müharibə fonunda Qərb ittifaqında yara...
02/04/2026

Yaxın Şərq NATOsu

Mövcud geosiyasi mənzərə: ABŞ və İsrailin İrana qarşı başlatdığı müharibə fonunda Qərb ittifaqında yaranan ciddi çatlar Avropa və ABŞ münasibətlərində tarixi bir dönüş nöqtəsidir. Fransa, İspaniya, İtaliya və Böyük Britaniyanın bu münaqişədə iştirakdan imtina etməsi və hava məkanlarını/bazalarını ABŞ üçün məhdudlaşdırması Avropanı yeni reallıqlarla üz-üzə qoyur. İllər boyu NATO çətiri altında ABŞ-a arxalanan Avropanın hərbi-sənaye kompleksi kifayət qədər fraqmentasiya olunub. Hərbi logistika, peyk kəşfiyyatı, hava hücumundan müdafiə sistemlərində ABŞ-dan kəskin asılılıq var. Qısa müddətdə bu boşluğu doldurmaq praktiki olaraq çox çətindir. Öncəliklə Aİ ölkələri hərbi xərclərini xeyli qaldırmalıdır. Enerji böhranı və inflyasiya şəraitində bu qərarlar ittifaqı iqtisadi cəhətdən zəiflədəcək. Avropanın İrana qarşı əməliyyatlarda iştirakdan imtina etməsi NATO-nu "Zombi Təşkilata" çevirəcək. NATO artıq qlobal bir güc olmaqdan çıxıb, sadəcə Şərqi Avropanı Rusiyadan qoruyan "lokal bir sərhəd xidmətinə" çevriləcək. ABŞ isə özünün ən kritik maraqlarını (Yaxın Şərq və Çin) bu bürokratik maşından kənarda həll edəcək.
ABŞ və Səudiyyə Ərəbistanı masada tarixin ən böyük hərbi-siyasi müqavilələrindən birini müzakirə edir: Ərəblərin ABŞ-dan Tələbi: Səudiyyə Ərəbistanı ABŞ-dan mütləq hərbi müdafiə zəmanəti, ən qabaqcıl silahların (F-35-lər, qabaqcıl dronlar) satışına qoyulan qadağaların ləğvini və ən əsası öz daxilində mülki nüvə proqramı (uran zənginləşdirmə) qurmaq üçün texnoloji dəstək tələb edir. ABŞ-ın Ərəblərdən Tələbi: Vaşinqton bu hərbi çətiri yalnız bir şərtlə verir: Körfəz ölkələri Çinin hərbi bazalarının bölgədə qurulmasına qətiyyən icazə verməməli, Çinin qabaqcıl texnologiyasından imtina etməli və yalnız Amerika texnologiyasına inteqrasiya olunmalıdır. ABŞ-Ərəb alyansı təkbaşına işləməyəcək. Bu paktın mərkəzində mütləq şəkildə İsrail dayanır. Ərəblər və İsrail fərqli mədəniyyətlərə sahib olsalar da, onların ortaq bir düşməni var: İran. İbrahim Sazişləri (Abraham Accords) ilə başlayan proses, Səudiyyə-İsrail münasibətlərinin rəsmiləşməsi (normallaşması) ilə yekunlaşmalıdır. Məhz bu normallaşma baş verdiyi an, ABŞ-ın kuratorluğu altında İsrailin yüksək hava hücumundan müdafiə sistemləri, kəşfiyyatı və Ərəb ölkələrinin maliyyəsi, coğrafiyası birləşərək İrana qarşı bir "Yaxın Şərq NATO-su" formalaşdıracaq. Qırmızı dənizdən Fars körfəzinə qədər vahid bir radar və raket qalxanı yaranacaq.
Ərəb monarxiyaları və ABŞ fərqli dünya görüşlərinə malik olsalar da, bu müharibə ərəfəsində mütləq şəkildə bir oxda birləşəcəklər. Çünki Ərəblərin sağ qalmaq üçün Amerikanın qlobal hərbi texnologiyasına, ABŞ-ın isə Çini və İranı Yaxın Şərqdən sıxışdırıb çıxarmaq üçün Ərəb coğrafiyasına ehtiyacı var.
Bu yeni koalisiya Avropanın etdiyi kimi "insan haqları, demokratiya" dərsləri keçməyəcək. Ərəb monarxiyalarının kapitalı, İsrailin yüksək texnologiyası və kəşfiyyatı, ABŞ-ın isə kinetik hərbi gücü vahid, saat kimi işləyən bir maşında birləşəcək. ABŞ artıq Avropadakı kimi onlarla ölkəni razı salmaqla vaxt itirməyəcək. Breksitdən sonra Avropadan qopan London, indi də ABŞ-ın Yaxın Şərq macərasından kənarda qalarsa, qlobal təsir rıçaqlarını tamamilə itirəcək. Buna görə də İngiltərənin Avropadan fərqli olaraq, son anda pragmatik bir gedişlə (istəksiz də olsa) bu yeni Yaxın Şərq alyansına kəşfiyyat və dəniz gücü səviyyəsində dəstək verməsi olduqca yüksək ehtimaldır.
Bu proses yekunlaşdıqda, dünya iqtisadiyyatının və təhlükəsizliyinin ağırlıq mərkəzi rəsmən Atlantik okeanından (Avropa-ABŞ) çıxaraq, Hind-Sakit okean və Yaxın Şərq (Orta Dəhliz) oxuna sürüşəcək.

01/04/2026

Heç bir canlı üşüməsin

01/04/2026

30 yerdə pişik
yuvaları qurduq

"Siz bizim hesabımıza rahat yatırsınız": Vətəndaşlıq borcunun imtiyaz ticarətinə çevrilməsiCəmiyyətimizdə tez-tez rast g...
01/04/2026

"Siz bizim hesabımıza rahat yatırsınız": Vətəndaşlıq borcunun imtiyaz ticarətinə çevrilməsi
Cəmiyyətimizdə tez-tez rast gəlinən, bəzən ictimai qınaqdan çəkinərək sükutla qarşılanan, lakin dövlətçilik təfəkkürü baxımından ciddi fəsadlar yaradan bir tendensiya var: Vətənə xidmətin şantaj və manipulyasiya alətinə çevrilməsi. Bu tendensiyanın ən populyar şüarı isə budur: "Siz hamınız bizə görə evinizdə rahat yatırsınız, ona görə də bizə borclusunuz".
İlk baxışdan emosional və toxunulmaz görünən bu ifadənin arxasında əslində dövlətin funksionallığını, müasir hərb elmini və sağlam cəmiyyət fəlsəfəsini inkar edən böyük bir absurdluq dayanır. Gəlin, bu məsələni pafosdan və kütləvi emosiyalardan kənarda təhlil edək.
Müharibənin Real Düsturu: 50-40-10
Cəmiyyətdə belə bir yanlış qənaət formalaşıb ki, müharibəni yalnız səngərdəki əsgər udur. Bu, romantikləşdirilmiş, lakin reallıqdan tamamilə uzaq bir yanaşmadır. Müasir dövrdə müharibə – sadəcə fiziki güc və cəsarət yarışı deyil, mürəkkəb siyasi, texnoloji və iqtisadi mexanizmin sınağıdır.
Real hərbi-strateji mənzərəni riyazi olaraq ifadə etsək, qələbənin arxitekturası təqribən bu cür formalaşır: 50% düzgün siyasi-diplomatik gediş, 40% müasir hərbi texnika və yalnız 10% fiziki canlı qüvvə. Nə qədər böyük və cəsur ordun olur-olsun, əgər dövlətin siyasi iradəsi zəifdirsə, qlobal güclərin neytrallığı təmin edilməyibsə, o ordu qırğına məhkumdur. Əgər masada diplomatik zəmin hazırlanmayıbsa, heç bir əsgər bir addım belə irəliləyə bilməz. Digər tərəfdən, o əsgərin başı üzərində müasir PUA-lar (məsələn, "Bayraktar"lar) düşmənin hərbi infrastrukturunu darmadağın etmirsə, ən yüksək əhval-ruhiyyə belə ölkəni xilas edə bilməz. Tarix siyasi iradənin və strateji zəkanın olmadığı yerdə ən nəhəng orduların belə sadəcə top yeminə çevrildiyinin amansız sübutları ilə doludur : 1904-1905-ci illər Rusiya-Yaponiya müharibəsi. Çar Rusiyası insan resursuna görə Yaponiyadan qat-qat nəhəng idi. Bütün dünya bu müharibədə "kiçik Asiya ölkəsinin" əziləcəyini gözləyirdi. Lakin Rusiya siyasi rəhbərliyinin bərbad fəaliyyəti nəhəng ordunu məhv etdi. Yaponlar bu imperiyanı darmadağın etdilər. 1967-ci il Altıgünlük müharibə. Misir, Suriya və İordaniya koalisiyası həm canlı qüvvə, həm də texnika sayına görə İsraildən dəfələrlə üstün idi. Lakin ərəb dövlətlərinin daxili siyasi xaosu və koordinasiyasızlığı qarşısında İsrailin siyasi kəşfiyyatı müharibənin taleyini cəmi 6 günə həll etdi. Siyasi masada uduzulmuş bir müharibəni səngərdə qazanmaq qeyri-mümkündür. Dövlət bir mexanizmdir. Heç bir dişli çarx digərini özünə borclu bilə bilməz.O zənciri yaradan mühəndis (hərbi sənaye) və o zənciri düzgün istiqamətə yönəldən siyasətçi (diplomatiya və strategiya) olmadan, sadəcə fiziki cəsarət qələbə gətirmir. Belə olan halda, prosesin uğurla tamamlanmasında rol alan tərəflərdən birinin çıxıb "bu uğur yalnız mənimdir" deməsi nə dərəcədə məntiqlidir? Hərə öz cəbhəsində, öz peşəsinin tələb etdiyi ləyaqətlə xidmət edir.
Qərb ölkələrinin, xüsusən də ABŞ və ya Kanadanın təcrübəsinə baxaq, bu ölkələrin Vyetnamda, İraqda, Əfqanıstanda sağlamlığını, həyatını itirmiş yüz minlərlə veteranı var. Lakin orada heç kim "mən Amerika uğrunda döyüşmüşəm, siz mənim hesabıma rahat yaşayırsınız" demir.
Çünki sivil, nizam-intizamlı və intellektə əsaslanan cəmiyyətlərdə vətənə xidmət hər kəsin öhdəliyidir. Vətənpərvərlik borcdur, ömürboyu istismar ediləcək bir status deyil. Qanun qarşısında hər kəs bərabərdir: səngərdə düşmənlə üz-üzə gələn əsgər də, arxa cəbhədə 15 il təhsil alıb insan həyatı qurtaran mütəxəssis də.Heç kim kiməsə borclu deyil. Hər kəs yalnız qanun və öz vicdanı qarşısında borcludur.
Vətənə xidmət müqəddəs bir borcdur və məhz buna görə də onu ucuz şantaj və tələb alətinə çevirmək ən böyük ləyaqətsizlikdir. Həqiqi qəhrəmanlıq – işini ən yüksək səviyyədə görməkdir.

30/03/2026

İngiltərədən gələn pasientimiz göz əməliyyatından dərhal sonra bütün hərfləri dərhal oxudu

Saxta "həkimlər" bazara haradan daxil olurlar.Normal təhsil sistemində həkim olmaq illərlə çəkilən zəhmət, yuxusuz gecəl...
30/03/2026

Saxta "həkimlər" bazara haradan daxil olurlar.

Normal təhsil sistemində həkim olmaq illərlə çəkilən zəhmət, yuxusuz gecələr, ağır imtahanlar və fasiləsiz klinik praktika tələb edir. Lakin oxumaq əziyyətinə qatlaşmaq istəməyən, bilik səviyyəsi və intellektual bazası tibb təhsili almağa imkan verməyən bəzi şəxslər xarici ölkələrin təhsil sistemindəki boşluqlardan məharətlə istifadə edirlər.
Burada ən böyük fürsət həmin ölkələrdə mərkəzləşdirilmiş qəbul imtahanının olmamasıdır. Bu boşluqdan yararlanaraq tibb diplomu almaq olduqca asandır. İşləyən sxem isə sadə və ibtidaidir: gələcəyin "həkimi" olacaq tələbə heç bir bilik yoxlanışından keçmədən, yalnız orta məktəb attestatı təqdim etməklə birbaşa universitetə qeydiyyata alınır.
Bu cür müəssisələrdə təhsil səviyyəsi aşağı olur bəzilərində hətta tələbənin dərslərdə iştirakı çox vaxt yalnız kağız üzərində mövcud olur. Tədris prosesi o qədər nəzarətsizdir ki, bəzən hətta rüşvət müqabilində jurnallarda davamiyyət asanlıqla "təmin edilir", qayıblar silinir. Semestr imtahanları səthi keçirilir. Nəticə etibarilə, bu cür tələbələr zəif klinik praktika ilə bir neçə ilin sonunda fəxrlə tibb diplomu əldə edirlər.
Təcrübə göstərir ki, bazara daxil olan bu cür zəif kadrların böyük əksəriyyəti aşağıdakı ölkə və regionlardan gəlir:
*Rusiya Federasiyası: Xüsusən də Dağıstan Dövlət Tibb Universiteti (Mahaçqala) və bəzi digər region akademiyaları.
*Ukrayna və Moldova: Məsələn, Ukraynada yerləşən Luqansk Dövlət Tibb Universiteti, Xarkovdakı bəzi regional institutlar, həmçinin Moldovadakı bəzi universitetlər uzun illərdir ki, bu cür "məzunlar" yetişdirməklə ad çıxarıb.
* Mərkəzi Asiya: Tacikistan və Qırğızıstan kimi ölkələrdəki tibb müəssisələri də təhsil keyfiyyətinin zəifliyi, qəbul və oxumaq prosesinin asanlığı ilə "diplom həvəskarlarını" cəlb edən əsas məkanlara çevrilib.
* Digər ölkələr: Belarusiya, Gürcüstan və İrandakı bəzi tibb universitetlərində də oxşar mənzərə hökm sürür.
Təhsilini bu cür qüsurlu yollarla başa vuran gənclər cibində xarici "diplomlarla" vətənə qayıdır və səhiyyə sistemimizə sızırlar.
Memarın səhvi binanı uçurar, iqtisadçının səhvi maliyyə itkisinə səbəb olar, amma həkimin səhvi birbaşa insan həyatına son qoyur.

Gözdə eyni anda bir neçə bəbəyin ola biləcəyini bilirdinizmi? Bu nadir vəziyyət Polikoriya adlanır. Bəs polikoriya tam o...
30/03/2026

Gözdə eyni anda bir neçə bəbəyin ola biləcəyini bilirdinizmi? Bu nadir vəziyyət Polikoriya adlanır. Bəs polikoriya tam olaraq nədir? Gəlin bu maraqlı patologiya ilə daha yaxından tanış olaq:
Polikoriya nədir?
Gözün rəngli qismi olan qüzehi qişada (iris) iki və ya daha çox bəbəyin mövcud olduğu nadir bir haldır. Bu anadangəlmə ola bilər və ya göz travması, müxtəlif göz xəstəlikləri və cərrahiyyə əməliyyatlarından sonra yarana bilər.
Əsas növləri:
🔹 Həqiqi Polikoriya: Bu zaman hər bəbəyin öz əzələsi olur və onlar işığa reaksiya verərək müstəqil şəkildə böyüyüb-kiçilə bilirlər.
🔹 Yalançı (Psevdo) Polikoriya: Yalnız bir əsas bəbək fəaliyyət göstərir, digərləri isə sadəcə əzələsi olmayan əlavə dəliklərdir.
Hansı əlamətlərlə özünü göstərir?
* Dumanlı və ya ikili görmə
* İşığa qarşı yüksək həssaslıq
* Fokuslanmada çətinlik
* Gözün xarici görünüşü ilə bağlı kosmetik narahatlıq
Necə müalicə olunur?
Xəstəliyin dərəcəsindən asılı olaraq həkim tərəfindən sadəcə müşahidə, xüsusi eynək/linzaların təyini və ya cərrahi müdaxilə (pupilloplastika və s.) məsləhət görülə bilər.

AĞ XƏLƏTLİ TERROR: Saxta Həkim Mafiyası(Hüquqi təhlil və publisistik baxış)Son illərdə ölkəmizdə vətəndaşların sağlamlığ...
29/03/2026

AĞ XƏLƏTLİ TERROR: Saxta Həkim Mafiyası
(Hüquqi təhlil və publisistik baxış)

Son illərdə ölkəmizdə vətəndaşların sağlamlığını hədəf alan, insan həyatı ilə "rus rületkası" oynayan təhlükəli bir tendensiya formalaşıb: Ağ xələtli dələduzluq.
Bu gün klinikaları, xüsusilə də estetik və kosmetoloji mərkəzləri zəbt edən, heç bir ixtisaslı tibbi təhsili olmayan saxta həkimlərin fəaliyyəti sadəcə inzibati xəta deyil. Bu, insanların həyatına qəsd, kütləvi dələduzluq və bioloji terrorizmin çox təhlükəli hibrididir.
Ən gəlirli tibbi sahələr – Plastik Cərrahiyyə, Dermatologiya, Ginekologiya və Stomatologiya – cəlladların işğalı altındadır: Orta təhsilli (tibb bacısı/qardaşı) şəxslər qısa kurslar keçərək özlərini "dermatoloq" elan edirlər, insanların dərisinə müdaxilə edirlər və ya əllərinə neştər alaraq plastik cərrahiyyə, ginekologiya və stomatologiya kabinetləri açırlar. Tibb Universitetinin sadəcə "Müalicə işi" (terapevtik) fakültəsini bitirib, lakin illərlə tələb olunan ağır cərrahi rezidenturanı (ixtisaslaşmanı) keçməmiş şəxslər də bəzən plastik əməliyyatlar icra edirlər. Bu prosedurların aparıldığı yer əgər klinika standartlarına cavab vermirsə və proseduru aparan şəxs həkim deyilsə, kütləvi müdaxilələr nəticəsində Hepatit B, C, HİV (QİÇS) kimi ölümcül infeksiyaların yayılması qaçılmazdır. Bu artıq Dövlət Təhlükəsizliyi (DTX) məsələsidir.
Sual yaranır: Səhiyyə Nazirliyi, lisenziyalaşdırma qurumları və ənənəvi yoxlayıcı instansiyalar niyə bu qətliamın qarşısını ala bilmir?
Acı reallıq budur ki, ənənəvi səhiyyə sanksiyaları və standart prokurorluq araşdırmaları artıq heç bir effekt vermir, çünki sistem dərin korrupsiyaya bulaşıb. Göbələk kimi artan bu cür estetik mərkəzlər yoxlamaları asanlıqla rüşvətlə yola salır, kəsilən cüzi inzibati cərimələri isə fəaliyyətlərinin "gündəlik xərci" kimi görürlər – o cəriməni növbəti bir pasiyentin ödənişi ilə asanlıqla çıxarırlar.
Ən dəhşətlisi odur ki, cəzasızlıqdan məst olan bu dələduzlar sosial mediada açıq-aşkar reklam olunur, cəmiyyətə və qanunlara yuxarıdan aşağı baxaraq "bizə heç kim heç nə edə bilməz" mesajını verirlər.
Bu, artıq İnzibati Xəta Deyil, Mütəşəkkil Mafiyadır. Məsələyə hüquqi prizmadan yanaşdıqda aydın olur ki, paytaxtın mərkəzində lüks klinika açan və ya orada çalışan orta təhsilli dələduz bu cinayəti təkbaşına törətmir. Biz fərdi savadsızlıqla deyil, klassik mafioz strukturla üz-üzəyik: İcraçılar: İnsanların həyatını riskə atan saxta "həkimlər".
Təminatçılar: Ölkəyə qaçaqmalçılıq yolu ilə təhlükəli, lisenziyasız tibbi preparatlar, ucuz silikonlar və anesteziya dərmanları gətirən qara bazar işbazları. Üç-beş manat icarə puluna görə bu saxta həkimlərə klinikasında otaq verən, qanunsuzluğa rəsmi pərdə yaradan baş həkimlər.
"Krışalar": Hər ay bu qanunsuz obyektdən “haqq” alaraq yoxlamalara göz yuman korrupsioner məmurlar.
Xəbərdarlıqla gələn yoxlama zamanı otaqlar qapadılır, dəlillər gizlədilir.
Yeganə Çıxış Yolu: Sərt Güc və "Şok Əməliyyatları"
Əgər bir sahədə tənzimləyici orqanlar iflasa uğrayıbsa və xəstəlik xroniki hal alıbsa, problemi yalnız "hüquqi cərrahiyyə" – dövlətin ən sərt gücü ilə kəsib atmaq olar. Dələduz yalnız anladığı dildən – sərt gücdən qorxur.
Buna görə də, bu hibrid cinayət şəbəkəsini məhv etmək üçün proses dərhal ənənəvi yoxlayıcıların inhisarından çıxarılmalı və xüsusi təyinatlı güc strukturlarının əlinə verilməlidir. Ən həlledici və sarsıdıcı düstur isə budur: DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi (BMCMİ) və Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin BİRGƏ, QƏFİL ƏMƏLİYYATLARI.Xüsusi təyinatlılar klinikalara kağız-qovluqla, xəbərdarlıqla yox, birbaşa cinayət başında – qanunsuz əməliyyat gedərkən qəfil basqın etməlidir. Saxta həkimlər qaçmağa və sübutları gizlətməyə macal tapmadan elə əməliyyat masası arxasındaca qandallanaraq obyektdən çıxarılmalıdır. Cinayətkar qandallanarkən, Anti-Korrupsiya İdarəsi ona otaq verən klinika rəhbərini və bu şəbəkəyə himayədarlıq edən korrupsioner məmuru kabinetindəcə həbs etməlidir. Bu şəxslərə adi dələduz kimi deyil, terrorçu və narkotacirlər kimi yanaşılmalı, onlara minimum 10 illik həbs cəzası verilməlidir. Çünki cəmiyyətin sağlamlığı heç bir fırıldaqçının qazanc mənbəyi ola bilməz. Yuxarıda qeyd edilən güc strukturlarının cəmi 3-4 məşhur klinikada həyata keçirəcəyi nümayişkaranə, səs-küylü və sərt basqın bütün ölkə üzrə zəlzələ effekti yaradacaq. Qandallı saxta həkimlərin və diz çökdürülmüş korrupsionerlərin kadrları mediada yayımlandığı an, digər dələduzlar qorxudan qapılarına qıfıl vurub ölkədən qaçacaqlar. Təkcə bu preventiv qorxu minlərlə insanın həyatını xilas edəcək. Səhiyyə Nazirliyinin xəbərdarlıq kağızlarının işləmədiyi yerdə, hüququn sərt qandalları işə düşməlidir!

Sınmış Bütlərin İfşası: Saxta Namus və Qeyrət Keşikçiləri. II hissə.Küçədə başqalarının qadınına şəhvətlə baxıb, öz evin...
29/03/2026

Sınmış Bütlərin İfşası: Saxta Namus və Qeyrət Keşikçiləri. II hissə.
Küçədə başqalarının qadınına şəhvətlə baxıb, öz evində tiranlıq edənlər, çirkablarını gizlətmək üçün cəmiyyətdə "əxlaq polisliyi" edirlər. Bərkdən bağırırlar ki, kimsə onların öz günahlarını eşitməsin.
Zəifə "Kişi", Güclüyə Qul Olanlar: Bu saxta keşikçilərin ən bariz xüsusiyyəti onların seçici cəsarəti və dərin qorxaqlığıdır. Öz həyatında heç bir uğuru olmayan, cəmiyyətə fayda verə bilməyən, sistemdə öz haqqını tələb etməyə cəsarəti çatmayan bu fərdlər, vəzifəlinin, pullunun, güclünün qarşısında ikiqat əyilər, hər cür alçalmağa dözərlər. Lakin evə gəlib qapını bağladıqdan sonra, ya da özündən zəiflərin – qadınların, uşaqların, fərqli düşünən gənclərin qarşısında qəfildən "şirə" dönərlər. Güclünün qarşısında dombalıb amma zəifi görəndə onu əzərək öz daxili natamamlıq kompleksini və qorxaqlığını kompensasiya edirlər.
Bu saxta bütlərin ən böyük məbədi el nə deyər" xofudur. Onların fəlsəfəsinə görə, əxlaq – pərdəni örtüb hər cür çirkinliyi etmək, pərdəni açanda isə ictimaiyyətə mələk kimi görünməkdir. Təki "adlarına söz gəlməsin". "Adımıza ləkə gəlməsin", "camaat nə deyər" kimi absurd bəhanələrlə neçə-neçə qadının qətlinə fərman verilib, neçə-neçə gəncin həyatı məhv edilib. Cəhalət qan tökür və o qanın iyrənc qoxusunu "namus təmizləmək" adlı saxta örtüklə gizlətməyə çalışır. Cinayətin, vəhşiliyin və qatilliyin heç bir əxlaqi bəraəti ola bilməz. Əsl qeyrət qorumaqdır, əzmək və öldürmək yox.
Lakin hər yalançı büt kimi, bu saxta "qeyrət" bütü də artıq çiliklənməkdədir. Sınmış bütləri yenidən yapışdırmağa çalışan saxta keşikçilər nə qədər səs-küy salsalar da, onların erası bitir. Düşünən, oxuyan, hadisələri təhlil edən, öz azadlıqlarını dərk edən yeni nəsil bu nəhəng riyakarlığı görür və rədd edir. Namuslu olmaq kimsənin həyatına polislik etmək, kiməsə dözülməz qadağalar qoymaq deyil; namuslu olmaq öz ișini vicdanla etmək ,həyatını şərəflə, ləyaqətlə yaşamaqdır. Ləyaqət – nə nümayiş, nə qan, nə də keşikçi tələb etmir.

Sınmış Bütlərin İfşası: Saxta Namus və Qeyrət KeşikçiləriTarix boyu insan övladı öz əlləri ilə bütlər yonub, sonra da on...
29/03/2026

Sınmış Bütlərin İfşası: Saxta Namus və Qeyrət Keşikçiləri

Tarix boyu insan övladı öz əlləri ilə bütlər yonub, sonra da onların qarşısında diz çökərək qurbanlar verib. Qədim dövrlərin daş və taxta bütləri çoxdan sındırılıb tarixin zibilliyinə atılsa da, bu gün cəmiyyətimizin şüurunda kök salmış, gözlə görünməyən, lakin daha qəddar və amansız bütlər var. "Sınmış Bütlərin İfşası" silsiləmizin bu dəfəki hədəfi mənəviyyat maskası arxasında ən böyük riyakarlıqları gizlədən, cəmiyyəti daxildən çürüdən o nəhəng büt və onun qulluqçularıdır: Saxta namus bütü və onun qeyrət keşikçiləri.
Klassik, ülvi mənada namus və qeyrət fərdin ləyaqətidir. O, haqsızlığa boyun əyməmək, ədalətli olmaq, zəifi qorumaq, məzlumun yanında durmaq, yalan danışmamaq, haram yeməmək və vicdanını satmamaqdır. Lakin dövrümüzün saxta qeyrət keşikçiləri bu uca bəşəri dəyərləri kiçildərək, şikəst edərək tək bir bioloji formaya – qadın bədəninə, onun geyiminə və davranışına sığışdırıblar.
Bir cəmiyyətdə ki, büdcəni talayan "işgüzar", rüşvət alan "hörmətli", yetim haqqı yeyən "bacarıqlı", yaltaq isə "diplomat" sayılır, ancaq bir gəncin azad seçimi, bir qadının geyimi və ya ucadan gülməsi dərhal "namussuzluq" adlandırılır – deməli, o cəmiyyətin əxlaq kompasının əqrəbləri çoxdan qırılıb. Onlar üçün namus beyində, vicdanda, mərdlikdə deyil, başqalarının, xüsusən də qadınların üzərində qurulan iyrənc bir nəzarət mexanizmindədir.
Bu riyakar kütlə küçədə, tində,sosial şəbəkələrdə, məclislərdə, çayxanalarda ən ucadan əxlaq dərsi oxuyar, tanımadıqları insanların həyatını izləyər, büdrəməsini dörd gözlə gözləyərlər ki, dərhal mühakimə kürsüsünə qalxıb ilk daşı atsın. Lakin pərdələrin qalxdığı yerdə əsl mənzərə ortaya çıxır. Ən sərt əxlaq dərsi keçənlərin gizli həyatları çox vaxt ən böyük rəzalətlərlə dolu olur. Psixologiyada məlum bir qanunauyğunluq var: Bir insan nəyə qarşı ən aqressiv şəkildə bağırırsa, daxilində ən çox o mənəvi çürüklüyü daşıyır.

28/03/2026

Yanan siqaretin ucundakı hərarət 400-900°C arasında dəyişir. Bu səbəbdən hətta saniyənin mində biri qədər qısa sürən təmas belə həm göz qapağı dərisində, həm də gözün səthində dərin zədələnmələrə yol aça bilər.
Adətən, gözə isti bir cisim yaxınlaşdıqda qoruyucu göz qırpma refleksi dərhal işə düşür. Bu səbəbdən siqaret əksər hallarda birbaşa göz kürəsinə deyil, göz qapağına dəyir. Amma göz qapağı siqaretin qarşısını alsa da, yüksək istilik dərini və göz qapağının kənarını keçərək birbaşa korneanın səthini yandıra bilər. Həmçinin, isti siqaret külünün gözün içinə düşməsi də eyni termik təsiri yaradır.
Zədələnmə baş verdikdə korneada sinir sonluqları çox zəngin olduğu üçün xəstədə şiddətli reaksiyalar yaranır:
* Çox şiddətli və kəskin ağrı
* Gözdə nəsə batma və ya yad cisim hissi
* Dayanmadan davam edən sulanma
* İşığa baxa bilməmək
* Görmənin dumanlanması
Zədələnmə baş verdiyi an ilk saniyələr çox həlledicidir:
Bol su ilə yuyun: Gözü dərhal otaq temperaturunda olan təmiz su və ya fizioloji məhlul (Natrium Xlorid 0.9%) ilə ən az 10-15 dəqiqə ərzində yuyun. Bu, istiliyin toxumada daha dərinə işləməsinin qarşısını alır.
Gözü qətiyyən ovuşdurmayın: Ovuşdurmaq onsuz da zəifləmiş və yanmış buynuz qişa toxumasının daha da cırılmasına səbəb ola bilər.
Həkim təyinatı olmadan heç nə damcılatmayın: Aptekdən kor-koranə alınan hər hansı bir damcı və ya xalq təbabəti (çay, çobanyastığı və s.) vəziyyəti daha da ağırlaşdıra bilər.
Təcili olaraq oftalmoloqa müraciət edildikdə sizin gözünüzün bərpası üçün antibiotiklər, süni göz yaşları, bərpaedici gellər və terapevtik kontakt linza (ağrını kəsmək və korneanın sağalmasına kömək etmək üçün qoruyucu məqsədli linza) istifadə olunacaq.

Address

Baku

Opening Hours

Monday 07:00 - 17:00
Tuesday 07:00 - 17:00
Wednesday 07:00 - 17:00
Thursday 07:00 - 17:00
Friday 07:00 - 17:00
Saturday 07:00 - 17:00

Website

https://drive.google.com/file/d/1GiYs0SArYbYJfspd0R9cpnYgXiqE1r3I/view?usp=drivesdk

Alerts

Be the first to know and let us send you an email when Dr. Benjamin Karimov posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Dr. Benjamin Karimov:

Share