Endokrinoloq-Dietoloq Dr. Gülşən Quliyeva

Endokrinoloq-Dietoloq Dr. Gülşən Quliyeva Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Endokrinoloq-Dietoloq Dr. Gülşən Quliyeva, Baku.

Autoimmun tireoidit və ya Haşimoto xəstəliyi kifayət qədər yayılmış qalxanvari vəzi xəstəliyidir.İlk dəfə bu xəstəliyi y...
19/07/2018

Autoimmun tireoidit və ya Haşimoto xəstəliyi kifayət qədər yayılmış qalxanvari vəzi xəstəliyidir.

İlk dəfə bu xəstəliyi yapon həkimi Haşimoto aşkar edib.

Haşimoto xəstəliyi qalxanvari vəzinin və həmçinin immun sisteminin xroniki xəstəliyidir. Xəstəlik qadınlarda daha tez-tez inkişaf edir.

Haşimoto xəstəliyi zamanı xəstənin immun sistemi öz sağlam qalxanvari vəzi hüceyrələrini "yad" hüceyrələr kimi qəbul edərək onları məhv etməyə başlayır.

İlkin mərhələlərdə xəstəlik simptomsuz keçir. Daha sonra immun sisteminin hücumuna cavab olaraq qalxanvari vəzi öz funksiyasını artırır. Bu isə hipertireozun (qalxanvari vəzinin fəaliyyətinin artması) simptomlarının inkişafına səbəb olur - taxikardiya (nəbzin sürətlənməsi), kəskin arıqlama, güclü tərləmə, əllərin əsməsi, əsəbilik, əhvalın tez-tez dəyişilməsi, yuxusuzluq və s.

Xəstəlik inkişaf etdikcə qalxanvari vəzinin hüceyrələri tədricən məvh olur və nəticədə xəstədə hipotireozun (qalxanvari vəzinin fəaliyyətinin zəifləməsi) simptomları meydana çıxır - çəkinin "səbəbsiz" artması, dərinin quru olması, saçların tökülməsi, daim yorğunluq, yuxululuq, nəbzin zəifləməsi, yaddaşın pozulması və s. Xəstəlik uzun illər ərzində inkişaf edir. Adətən xəstədə qalxanvari vəzi böyüyür, "zob" əmələ gəlir.

Yod preparatlarının, müxtəlif bioloji-aktiv əlavələrinin (dəniz yosunları və s.) səbəbsiz olaraq qəbulu Haşimoto xəstəliyinin əsas risk faktorudur. Yodun orqanizmə lazım olandan az miqdarlarda daxil olunması qalxanvari vəzinin funksiyasına mənfi təsir edir. Lakin yodun həddən artıq miqdarlarda daxil olması da çox ziyanlıdır və vəzin funksiyasını pozur.

🍉Qarpız təbii antioksidantdır.🍉Susuzluğu aradan qaldırır.🍉Sidikqovucu xassəyə malikdir.🍉Qan təzyiqini tənzimləyir.🍉Xərçə...
16/07/2018

🍉Qarpız təbii antioksidantdır.
🍉Susuzluğu aradan qaldırır.
🍉Sidikqovucu xassəyə malikdir.
🍉Qan təzyiqini tənzimləyir.
🍉Xərçəng xəstəliklərinin profilaktikası üçün yaxşı vasitədir.
🍉Orqanizmdən zərərli maddələrin xaric olunmasına köməklik edir.
🍉Böyrəklər üçün faydalıdır, böyrək daşlarının əmələ gəlməsinin qarşısını alır.
🍉Göz problemlərinin yaranmasına mane olur, görmə qabiliyyətinə müsbət təsir göstərir.
🍉Qaraciyərin fəaliyyətini yaxşılaşdırır.
🍉İtirilmiş enerjini bərpa edir.
🍉Orqanizmin immun sistemini gücləndirir.
🍉Ürək-damar xəstəlikləri olan insanlar üçün faydalıdır.
🍉Qanazlığı, anemiya xəstəliklərində effektli vasitədir.
🍉Bədənin rütubətliliyini tənzimləyir.
🍉Həzm sistemini, o cümlədən bağırsaqların fəaliyyətini normallaşdırır.
🍉Şəkərli diabet xəstələri üçün qarpızdan istifadə məhdudlaşdırılmalıdır.

Düyünlər hər 2 nəfərdən birində rast gəlinir. Düyün vəzin daxilində yerləşib strukturuna görə vəz toxumasindan fərqlənən...
16/07/2018

Düyünlər hər 2 nəfərdən birində rast gəlinir. Düyün vəzin daxilində yerləşib strukturuna görə vəz toxumasindan fərqlənən sahədir. Hər 100 düyündən 5-i xərçəng riski daşıyır.
Düyün kimlərdə daha çox rastlanır:
🔻Yod çatışmazlığı olanlarda
🔻Radiasiyaya məruz qalanlarda
🔻Yaşlılarda
🔻Qadınlarda

🆘Aşağıdakılar risk qrupuna daxildirlər:
🔻Baş və boyun nahiyəsi şüalanmaya məruz qalanlar
🔻Ailəsində tiroid xərçəngi olanlar
🔻14 yaşdan kiçik uşaqlar
🔻kişilərdə rast gəlinən düyünlər
🔻ölçüsü 1 sm və böyük düyünlər
🔻sərt, ağrılı , hərəkətsiz və getdikcə böyüyən düyünlər
🔻səs dəyişikliyi verən ve udmanə çətinləşdirən düyünlər
🔻usm müayinəsində hipoexogen
🔻kalsinatli
🔻kənarları nahamar
🔻qanaması artmış düyünlərin xərçəng olma riski yüksəkdir.
Bütün riskli düyünlər‼️ İncə iynə ilə biopsiya olunub həkim tərəfindən əməliyyat olunub olunmamasına və ya nəzarətdə saxlanmasına qərar verilir.

gulsen.quliyeva .gulsen.quliyeva .gulsen.quliyeva

Xalq artisti Könül Xasiyeva da sağlamlığını bizə etibar edir.Endokrinoloq Dr. Gülşən Quliyevanın .gulsen.quliyeva  qəbul...
13/07/2018

Xalq artisti Könül Xasiyeva da sağlamlığını bizə etibar edir.

Endokrinoloq Dr. Gülşən Quliyevanın .gulsen.quliyeva qəbuluna yazılmaq üçün əlaqə nömrəsi :
📲 ‭051 907 86 01‬
🏥MedEra hospital

İmmunitetin dostu sayılan Qarabaşaq❗️❗️❗️ ✅Yüksək xolesterinin azaldır ✅Yüksək qan təzyiqini tənzimləyir ✅Şəkərli diyabe...
13/07/2018

İmmunitetin dostu sayılan Qarabaşaq❗️❗️❗️ ✅Yüksək xolesterinin azaldır ✅Yüksək qan təzyiqini tənzimləyir ✅Şəkərli diyabet müsbət təsiri vardır ✅Xroniki ürək xəstəliklərinə müsbət təsir edir ✅Qarabaşaqın tərkibində dəmir digər taxıl və dənli bitkilərdən daha çoxdur ✅Bu bağırsaqda probiotik bakteriyaların inkişafını artırır ✅Həzmi yaxşılaşdırır ✅İmmuniteti gücləndirir ✅Zülalla zəngindir
✅Qlisemik indeksi aşağıdır və tərkibində gluten yoxdur. ▫️
🧕🏻Endokrinoloq Dr. Gülşən Quliyeva
🏥MedEra hospital
📲 ‭051 907 86 01‬ ▫️

Xroniki yorğunluq günümüzün ən aktual şikayətlərindən biridir. İnsan özünü daim yorğun hiss edir və istirahət etməsinə b...
12/07/2018

Xroniki yorğunluq günümüzün ən aktual şikayətlərindən biridir. İnsan özünü daim yorğun hiss edir və istirahət etməsinə baxmayaraq bu yorğunluq hissi keçmir. Bundan başqa diqqətin və yaddaşın pozulmasını, tez özündən çıxma, əhval-ruhiyyənin hətta cüzi təsir nəticəsində tez-tez dəyişməsi, ağlağanlıq, deyingənlik, tez-tez təkrarlanan baş ağrıları, bəzən miqren tipli,yuxunun pozulması, gecələr yuxusuzluq, gündüzlər yuxulama hallarını göstərmək olar.
Xəstələrdə iş qabiliyyətinin getdikcə zəifləməsi baş verir.
✔️Yaranma səbəbləri:
🔺şəkərli diabet
🔺qalxanvari vəz xəstəlikləri
🔺stress
🔺yuxusuzluq
🔺depressiya
🔺anemiya
🔺düzgün qidalanmamaq
🔺ürək damar xəstəlikləri və s.
Düzgün həyat tərzi və xəstəlikləri müalicə etməklə xroniki yorğunluqdan qurtulmaq olar. ▫️
🧕🏻Endokrinoloq Dr. Gülşən Quliyeva
🏥MedEra hospital
📲 ‭051 907 86 01‬
▫️

İnanmaq nə qədər çətin olsa da, xoşbəxtlik hissinin səbəbi tam olaraq bir kimyadır.Yaşadığımız sərhədsiz həzz hissi - çə...
05/07/2018

İnanmaq nə qədər çətin olsa da, xoşbəxtlik hissinin səbəbi tam olaraq bir kimyadır.

Yaşadığımız sərhədsiz həzz hissi - çətin biokimyəvi prosselərin zənciridir. Onları idarə edənlər isə xoşbəxtlik hormonlarıdır.

Xoşbəxtlik hormonu həm insanlarda həm də hevyanlarda baş beyində istehsal olunur. Əhvalımıza təsir edən əsas maddə Seratonin adlanır.

Daxildən işıq saçan insanlar bu hormona ehtiyac duymurlar və özlərini ikiqat xoşbəxt hiss edə bilərlər, belə ki,alimlər müəyyən ediblər ki, bu natural kimyəvi element insanı xərçəng xəstəliyindən qoruya bilir. Serotonin, bəzi hüceyrələrin özünü məhvetməsinə hökm verə biləcək xüsusiyyətə malikdir. Hal hazırda alimlər bu fenomen əsasında xərçəngin müalicəsinin yeni metodu üzərində çalışırlar.

Serotonin gərginliyi aradan qaldırır, yuxu və iştaha təsir edir, həzz hissini formalaşdırır və əhvalı yüksəldir. Şokolad, banan, xurma və əncirdə onun miqdarı böyükdür.

Belə ki, serotoninn miqdarı çoxaldıqca əhval yaxşılaşır, əhval yaxşılaşdıqda da serotoninin miqdarı çoxalır.

____
🧕🏻Endokrinoloq Dr. Gülşən Quliyeva
🏥MedEra hospital
📲 ‭051 907 86 01‬

26/06/2018

Bu gün Azərbaycanda Silahlı Qüvvələr Günüdür.

AXC hökumətinin qərarı ilə 1918-ci il iyunun 26-da ilk hərbi hissə - əlahiddə korpus yaradıldı. Bu qərar Şərqin müsəlman aləmində ilk demokratik hökumətin öz ordusunu yaratmasına hüquqi əsas verdi. Bunun ardınca ölkədə hərbi mükəlləfiyyət - orduya çağırış haqqında hökumət tərəfindən fərman verildi. Az bir vaxt ərzində Azərbaycanda milli ordu quruculuğunda əsaslı nəticələr əldə olundu..

1991-ci il oktyabrın 9-da Milli Ordunun yaradılması haqqında Azərbaycan Respublikasının Ali Soveti qanun qəbul etdi.

Ulu Öndər Heydər Əliyevin 22 may 1998-ci il tarixli qərarına əsasən, 26 iyun Silahlı Qüvvələr Günü elan edilib. Bayramınız mübarək!

Şəkərli diabet – şəkərin qanda xroniki artımıdır. Diabetlə əlaqəli ağırlaşmaların hamısının səbəbi qlükozanın qanda yüks...
22/06/2018

Şəkərli diabet – şəkərin qanda xroniki artımıdır. Diabetlə əlaqəli ağırlaşmaların hamısının səbəbi qlükozanın qanda yüksək olmasıdır. Pasient qanda şəkərin miqdarını idarə edə bilərsə, şəkərli diabet xəstəlik yox, həyat tərzinə çevriləcəkdir ki, bununla da ağırlaşmaların qarşısını almaq olar. Bu həyat tərzi isə diabetin tipindən asılı olur.

Hazırda dünyada 240 milyondan çox insan bu xəstəlikdən əziyyət çəkir. Hər il Yer üzündə vəfat edən insanların 5 faizi məhz diabet nəticəsində dünyasını dəyişir. Təcili tədbirlər görülməsə, bu rəqəmin növbəti 10 ildə 50 faizə qədər artacağı ehtimal olunur.

Şəkərli diabetin yüksək artımı eyni zamanda onun yaratdığı tibbi, sosial, iqtisadi, psixoloji və digər problemləri də çox qabardır. Məhz bu baxımdan Beynəlxalq Diabet Federasiyası (BDF) və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tövsiyəsi ilə Ümumdünya diabet günü qeyd olunur. 2006-cı ildə Ümumdünya Səhiyyə Təşkilatı xüsusi bəyannamə qəbul edib və bu sənəddə şəkərli diabeti "ağır xroniki xəstəlik" kimi səciyyələndirib.
_____
🧕🏼Endokrinoloq-Dietoloq Dr. Gülşən Quliyeva
🏥MedEra hospital, Ə.Naxçıvani 53
📲 ‭051 907 86 01‬

Address

Baku

Telephone

994519078601

Website

Alerts

Be the first to know and let us send you an email when Endokrinoloq-Dietoloq Dr. Gülşən Quliyeva posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram