Dr.Samir Qurbanov

Dr.Samir Qurbanov T.ü.f.d Onkoloq-mammoloq, plastik və rekonstruktiv cərrah

Medical Media, “İSİM” və “Women’s Health Center” ictimai birliyin birgə təşkilatçılığı ilə hibrid formatda keçirilən “Qa...
20/01/2025

Medical Media, “İSİM” və “Women’s Health Center” ictimai birliyin birgə təşkilatçılığı ilə hibrid formatda keçirilən “Qadın sağlamlığında radiologiyanın rolu” adlı seminardan xatirə fotoları.

“ Women’s Health Center” ictimai birliyinin “ multifokal ve multisentrik süd vəzi xərçəngi və siqnal limfa düyünü biopsi...
17/12/2024

“ Women’s Health Center” ictimai birliyinin “ multifokal ve multisentrik süd vəzi xərçəngi və siqnal limfa düyünü biopsiyaları” mövzusunda ilk rəsmi elmi-praktik seminarından xatirə şəkilləri.

23 Noyabr 2024-cü il tarixində Goranboy şəhərindəki Medlife Hospitalda Azərbaycan Radioloqlar Cəmiyyətinin təşkil etdiyi...
26/11/2024

23 Noyabr 2024-cü il tarixində Goranboy şəhərindəki Medlife Hospitalda Azərbaycan Radioloqlar Cəmiyyətinin təşkil etdiyi seminarda “Cərrahlar radioloqlardan nə istəyir?” mövzusunda çıxış etdim.

Seminar çərçivəsində radiologiya sahəsindəki ən son texnoloji yeniliklər, eləcə də cərrahların klinik qərar qəbulunda radioloqlardan gözlədikləri dəstək və informasiya mübadiləsi məsələləri müzakirə olundu.

Seminar sonu mövzuyla bağlı diskussiyaların aparılması, bir çox təcrübələrin bölüşülməsi ilə yadda qaldı. Belə tədbirlərin keçirilməsi müasir tədqiqat və elmi müzakirələrin inkişafı baxımından çox önəmlidir.

Bizi səmimi qəbul edib dəstək verdiyi üçün rayon icra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyevə və seminarın təşkilatçısı ARC sədri Yunus Əfəndiyevə təşəkkürümü bildirirəm.

“Sonbahar sanattır, diğerleri mevsim” Cemal Süreya
17/11/2024

“Sonbahar sanattır, diğerleri mevsim”
Cemal Süreya

Səhiyyə profili üzrə fəaliyyət göstərən bir qrup QHT-lərin rəhbər şəxsləri ilə görüş keçirilib2024-cü il avqustun 24-də ...
25/08/2024

Səhiyyə profili üzrə fəaliyyət göstərən bir qrup QHT-lərin rəhbər şəxsləri ilə görüş keçirilib

2024-cü il avqustun 24-də QHT-lərə Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə səhiyyə profili üzrə fəaliyyət göstərən bir qrup QHT-lərin rəhbər şəxsləri ilə görüş keçirilib.
Görüşdə Prezident Administrasiyasının QHT-lərlə iş və kommunikasiya şöbəsinin QHT-lərlə iş sektorunun müdiri Tural Əliyev, Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin Elm, təhsil, mədəniyyət, səhiyyə və gender siyasəti məsələləri sektorunun baş məsləhətçisi Elçin Adıgözəlov, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin İcraçı direktoru Aygün Əliyeva, Səhiyyə Nazirliyinin Aparat rəhbəri Tural Babayev, TƏBİB-in İcraçı direktorunun müavini Araz Nəsirov, AHİK-in Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Elnarə Muradova, Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin üzvü Zaur İbrahimli və digər məsul şəxlər iştirak edib.
Aparılan ətraflı müzakirələrdə səhiyyə profili üzrə iş aparan QHT-lərdən olan ictimai gözləntilər, Azərbaycan dövlətinin səhiyyə siyasətinin prioritetlərinə uyğun olaraq, QHT-lərin ümumi işə, o cümlədən xəstəliklərin müalicəsinə dair tibbi protokolların təkmilləşdirilməsi prosesinə töhfələrinin artırılması imkanları nəzərdən keçirilib.
İctimai birlik təmsilçiləri Azərbaycan Milli QHT Forumunun təşəbbüsü ilə yaradılan COP29 QHT Koalisiyasının işində də fəal iştirak etdiklərini bildiriblər.
Qarşıdakı dövrdə səhiyyə profili üzrə fəaliyyət göstərən QHT-lərin Forumunun keçirilməsi, bu sahədə ixtisaslaşmış peşə birliklərinin rolunun artırılmasına dair təkliflər səsləndirilib.
Prezident Administrasiyasının, Səhiyyə Nazirliyinin, TƏBİB-in, AHİK-in və digər əlaqədar qurumların nümayəndələri müvafiq qeydlər götürüblər, təkliflər dinlənilib, suallar cavablandırılıb.
Müxtəlif profil üzrə ixtisaslaşmış QHT-lərlə görüşlər davam etdiriləcək.

https://ngoagency.gov.az/az/post/919/sehiyye-profili-uzre-fealiyyet-gosteren-bir-qrup-qht-lerin-rehber-sexsleri-ile-gorus-kecirilib

🍒 İkitərəfli dəriqoruyucu mastektomiya-İmplant ilə birmomentli prepektoral rekonstruksiya, gilə-areola kompleksinin sərb...
12/07/2024

🍒 İkitərəfli dəriqoruyucu mastektomiya-İmplant ilə birmomentli prepektoral rekonstruksiya, gilə-areola kompleksinin sərbəst qreft şəklində köçürülməsi + sol aksilyar SLDB.

✅Görüntülər əməliyyatdan öncə və 3 ay sonrakı nəticələrimizdir

📋 Diaqnoz : Sol süd vəzin xərçəngi T1N0M0 mərhələ l A

T.ü.f.d Dr. Samir Qurbanov
Onkoloq-Mammoloq, Onkoplastik və Rekonstruktiv Cərrah

🍒 Bilateral skin-sparing mastectomy, prepectoral reconstruction with an implant+ NAC transfer as a free graft+ left axillary SLNB

✅ Before and 3 months after surgery

📋 Diagnosis: Breast cancer T1N0M0 stage l A

MD-PhD Samir Gurbanov
Oncologist-Mammologist, Oncoplastic and reconstructive breast surgeon

📲+994 50 624 11 99
📲+994 55 211 66 17
📍DTX-nın Hərbi-tibbi baş idarəsi

Life is short, world is wide and l wanna make some memories ✨
30/04/2024

Life is short, world is wide and l wanna make some memories ✨

Sessiya rəhbəri olduğum “2-ci Qadın Sağlamlığı və Radiologiyası” Beynəlxalq konfransında case report təqdimatım debat fo...
08/04/2024

Sessiya rəhbəri olduğum “2-ci Qadın Sağlamlığı və Radiologiyası” Beynəlxalq konfransında case report təqdimatım debat formada aparıldı. Konfrans həmkarlarım ilə birlikdə aktual mövzular, maraqlı diskussiyalar ilə yadda qaldı. Təşkilatçılara, öz təcrübə və biliklərini bölüşən həmkarlarıma, konfransda iştirak edən hər kəsə öz dərin təşəkkürümü bildirirəm.

Novruz bayramı münasibətiylə bütün xalqımızı təbrik edirəm. Baharın gəlişi süfrənizə ruzi-bərəkət, qəlbinizə xoş hisslər...
20/03/2024

Novruz bayramı münasibətiylə bütün xalqımızı təbrik edirəm. Baharın gəlişi süfrənizə ruzi-bərəkət, qəlbinizə xoş hisslər, həyatınıza sevinc dolu anlar gətirsin.

Qadınlar, içinə bir dünya sığıdıran, gülümsəmələriylə dünyanı aydınlatan güclü və zərif varlıqlardılar. İçində olduğumuz...
08/03/2024

Qadınlar, içinə bir dünya sığıdıran, gülümsəmələriylə dünyanı aydınlatan güclü və zərif varlıqlardılar.

İçində olduğumuz dünyaya sevgi və gözəllik gətirən, gələcəyə işıq olan bütün qadınların bayramı mübarək.

Yalnız bir gün deyil, hər gün özəlsiniz.💗

Hər bir qadın özəl və gözəldir ancaq kiçik bir toxunuş onu daha da gözəl edir. Dəyişmək sadəcə fiziki deyil eyni zamanda...
06/03/2024

Hər bir qadın özəl və gözəldir ancaq kiçik bir toxunuş onu daha da gözəl edir. Dəyişmək sadəcə fiziki deyil eyni zamanda ruhun da yenilənməsi, bir qadının həyata daha özgüvənli şəkildə baxmağıdır.

Pasiyentimizə 3 ay öncə dərialtı mastektomiya birmomentli implantla rekonstruksiya əməliyyatı icra olunmuşdur.

Nəticəni dəyərləndirməyi isə sizin öhdənizə buraxırıq :)

Dr. Samir Qurbanov Onkoloq-Mammoloq, Onkoplastik və Rekonstruktiv Cərrah
Tibb üzrə fəlsəfə doktoru

📲+994 50 624 11 99
📲+994 55 211 66 17
📍DTX-nın Hərbi-Tibbi baş idarəsi

Hər bir qadın özəl və gözəldir ancaq kiçik bir toxunuş onu daha da gözəl edir. Dəyişmək sadəcə fiziki deyil eyni zamanda...
06/03/2024

Hər bir qadın özəl və gözəldir ancaq kiçik bir toxunuş onu daha da gözəl edir. Dəyişmək sadəcə fiziki deyil eyni zamanda ruhun da yenilənməsi, bir qadının həyata daha özgüvənli şəkildə baxmağıdır.

Pasiyentimizə 3 ay öncə implantla augumentasiya əməliyyatı icra olunmuşdur.

Nəticəni dəyərləndirməyi isə sizin öhdənizə buraxırıq :)

Dr. Samir Qurbanov Onkoloq-Mammoloq, Onkoplastik və Rekonstruktiv Cərrah
Tibb üzrə fəlsəfə doktoru

📲+994 50 624 11 99
📲+994 55 211 66 17
📍DTX-nın Hərbi-Tibbi baş idarəsi

Address

Baku

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00

Website

Alerts

Be the first to know and let us send you an email when Dr.Samir Qurbanov posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share