Allergik xəstəliklər.

Allergik xəstəliklər. Məqsəd: əhalinin allergik xəstəliklər barədə məlumatlandırılması. Allergik xəstəliklərin diagnostika və müalicəsi, məsləhətlər.

OBLİTERATİV BRONXİOLİT - olduqca təhlükəli, ağır gedişata malik və çətinliklə müalicə olunan bir xəstəlikdir. Son vaxtla...
14/05/2014

OBLİTERATİV BRONXİOLİT - olduqca təhlükəli, ağır gedişata malik və çətinliklə müalicə olunan bir xəstəlikdir. Son vaxtlara qədər xəstəliyin səbəbini sırf peşə faktoru (zərərli işdə işləyənlərdə) ilə əlaqələndirilirdi, lakin son zamanlar bu xəstəlik stem- hüceyrələrin və ağ ciyər köçürülməsindən sonra da aşkar olunmağa başlamışdır. Xəstəliyin əsas əlaməti ağır təngənəfəslik və göyərmədır. Diaqnozun qoyulması heç də asan deyil: bu xəstəliyin aşkarlanmasında mütləq və mütləq Spirometriya müayinəsi aparılmalıdır. Spirometrik nəticələr və bronxomotor testlər də normal çıxa bilər, lakin bu xəstəliyi istisna etmir, çünkü xəstələrdə belə deyilən "air trapping" - nəfəslə alınmış havanın ağ ciyərlrədə ilişib qalması və kəskin şəkildə daralmış bronxiollardan ( ən kişik kaliberli bronxlardan) bayıra çıxa bilməməsi baş verir. Belə hallarda xəstəyə HRCT deyilən müayinə aparılır ki, bu da diaqnozun qoyulmasında çox vaxt həlledici rol oynayır.
Müalicəyə çətinliklə tabe olan bir xəstəlikdir. Xəstənin vaxtında müraciət etməsi, vaxtında Spirometrik və başqa müayinələrin aparılması uğurlu müalicə şansını artırır.
(Şəkildə bronx divarını ödəmli və iltihablı olduğundan xeyli qalınlaşmasını və bronx mənfəsinin ciddi şəkiləd daraldığını görmək olar).

Nadir tibbi hadisəni təsvir edən məqalə: məlumdur ki, uşaqlarda anafilaktik şokun ən yayılmış səbəbi qida allergiyasıdır...
27/04/2014

Nadir tibbi hadisəni təsvir edən məqalə:
məlumdur ki, uşaqlarda anafilaktik şokun ən yayılmış səbəbi qida allergiyasıdır. Lakin indiyə kimi bir neçə aylıq uşaqda banandan şok baş verməsi tibbdə məlum deyildi. İspaniyada 4 yaşlı oğlan uşağında banandan anafilaktik şok inkişaf edib və adrenalin inyeksiyasından sonra uşağı xilas etmək mümkün olub. Onu da qeyd edək ki, uşaqda artıq atopk ekzema ( köhnə terminlə diatez deyilirdi) xəstəliyi varmış.
Bütün atopik dermatiti olan uşaqlar qida allergiyası üzrə rsk qrupundadılar.

This case demonstrates that while rarely implicated, banana may be an important allergen to consider in cases of babies presenting with anaphylaxis.

Şimali Amerika və Avropada ictimai yerlərdə sigaret çəkmə qadağasından sonra aparılan müşahidələr: uşaqlarda astma xəstə...
09/04/2014

Şimali Amerika və Avropada ictimai yerlərdə sigaret çəkmə qadağasından sonra aparılan müşahidələr: uşaqlarda astma xəstəliyinin kəskinləşməsi və uşaqların xəstəxanaya müraciətləri statistik göstəricilərə görə xeyli azalmışdır.
Nəticə çıxarmalıyıq ki, siqaret çəkənlər tək özlərinə yox, ətrdafdakı insanlara daha çox ziyan vururlar. Ən çox siqaret tüstüsündən zərər çəkən uşaqlardı.

Allergy Immunology | Rates of preterm births and child hospital visits for asthma have significantly declined as the result of smoking ban legislation in North America and Europe, according to data reported in The Lancet. “Our research found significant reductions in preterm birth and severe a...

Bu, xroniki rinosinusiti olan xəstələrin ağ ciyər funksiyasını öyrənən bir elmi araşdırmadır. Allergik riniti, burun pol...
30/03/2014

Bu, xroniki rinosinusiti olan xəstələrin ağ ciyər funksiyasını öyrənən bir elmi araşdırmadır. Allergik riniti, burun polipləri olan 300 yaxın xəstədə gizli gedən və özünü kliniki olaraq biruzə verməyən bronx daralması aşkar olunub. Bu bir daha məlum fakti təsdiq edir: allergik rinit və xroniki rinosinusit gələcəkdə bronxial astma və ümumiyyətlə, bronxların obsttrusiyasına gətirib çıxara bilər.

Background: A close relationship between upper and lower respiratory tract diseases has been reported. However, little is known about pulmonary function in patients with upper respiratory tract diseases.

XRONIKI ALLERGIK ÖVRƏ.Xroniki övrə ən çox yayılmış allergik dəri xəstəliyidir. Hal hazırda bütün dünyada allergolog/dema...
27/03/2014

XRONIKI ALLERGIK ÖVRƏ.
Xroniki övrə ən çox yayılmış allergik dəri xəstəliyidir. Hal hazırda bütün dünyada allergolog/dematoloqlar üçün ən çətin həll olunan problemlərdən biridir.
Xroniki övrə şiddətli qaşınma, dəridə köpüşüklü səpgilər və/və yaxud dərialtı təbəgənin ödəmi ilə müşaiyət olunan bir xəstəlikdir. Xroniki gedişata malikdir, bəzən illərlə davam edir. Çox az hallarda infeksiya ilə bağlıdır - belə olduqda, xəstənin sağalma şansı yüksəkdir. Lakin əksər hallarda xəstəlik autoimmun xarakter daşıyır və xəstə tutmaların qarşısını almaq və normal həyat sürmək üçün davamlı olaraq müalicə kurslarını aparmalı olur. Başqa autoimmun xəstəliklərlə yanaşı gedə bilər.
Övrədən əziyyət çəkən xəstə nə qədər tez allerqoloqa müraciət edərsə, bir o qədər xəstəliyin səbəbinin araşdırılması uğurla nəticələnər.

BBC nin məlumatına görə, hava çirklənməsi (tozlanması ) nəticəsində 2012 dən sonra yaranan xəstəliklər səbəbindən dünyad...
26/03/2014

BBC nin məlumatına görə, hava çirklənməsi (tozlanması ) nəticəsində 2012 dən sonra yaranan xəstəliklər səbəbindən dünyada 7 million insan həyatını itirmişdir.. Bu səbəblər, əsasən, XOAX - xroniki obstruktiv ağ ciyər xəstəliyi, ağ ciyər xərçəngi, həmçinin ürək-damar xəstəlikləridir. Xəbər verildiyinə görə, məsələn, Pekində insanlar bəzi günlər smog səbəbindən küçəyə ancaq respirator maskaları taxaraq çıxmalı olurlar.

Seven million people died as a result of air pollution in 2012, the World Health Organization estimates.

ALLERGİK RİNOSİNUSİT. Əsas əlamətləri: davamlı burun tutulması, asqırmalar, burun- göz-qulaqlar- boğazda qaşınma, burund...
08/03/2014

ALLERGİK RİNOSİNUSİT. Əsas əlamətləri: davamlı burun tutulması, asqırmalar, burun- göz-qulaqlar- boğazda qaşınma, burundan ifrazat axması, gözlərin qızarması və sulanması, bəzən baş ağrıları.
Gördüyünüz şəkildə insanın burun ətrafı cibləri təsvir olunmuşdur. Adətən, allergik rinit fəsadlaşanda sinuslar möhtəviyyatla dolur və frontit, haymorit və s kimi sinus iltihyabina yol açır. Çox vaxt allergik prosesə ikincili infeksiya da qoşulur. Nəticədə xəstəlik qarışıq xarakter alır. Müalicəsiz buraxılmış allergik rinitin ən çox yayılmış fəsadları: haymorit (siusit), otit (orta qulağın iltihabı) və burun polipləri. Belə fəsadlar ortaya çıxanda cərrahi mdaxiləyə məcburiyyət yaranır.
Nəhayət, allergik riniti olan insanlar astma xəstəliyi üzrə risk qrupundadılar. Əgər allergik rinitiniz varsa, mütləq onun müalicəsi ilə məşğul olun!

By Video:The Pathophysiology of Rhinosinusitis

Watch Video:http://doctorsvideos.blogspot.com/2014/03/the-pathophysiology-of-rhinosinusitis.html

European Respiratory Journal: bronxial astmalı uşaqlarda aparılan tədqiqat onu göstərmişdir ki, müalicənin uğurlu getməs...
04/03/2014

European Respiratory Journal: bronxial astmalı uşaqlarda aparılan tədqiqat onu göstərmişdir ki, müalicənin uğurlu getməsi birbaşa xəstənin özündən asılıdır. Müalicə planına davamlı əməl edən uşaqlarda il ərzində bir dəfə də olsun astma kəskinləşmədiyi halda, müalicə planını pozan uşaqlarda tez-tez kəskinləşmələr baş verirdi. Hər iki grupda müalicə, standart beynəlxalq astma kliniki tövsiyələr əsasında aparılmışdır.

Although guideline-based asthma care and adherence to inhaled corticosteroids are predictors of asthma control, the role of adherence in maintaining long-term asthma control is largely unknown. This study was designed to explore the relationship between adherence to inhaled corticosteroids and long-...

Institute for Regenerative Medicine at the University of Pittsburgh, USA:ABŞın Regenerativ Təbabət İnstitutunda alimlər ...
01/03/2014

Institute for Regenerative Medicine at the University of Pittsburgh, USA:
ABŞın Regenerativ Təbabət İnstitutunda alimlər tərəfindən
avtomobil qəzasında vəfat etmiş iki uşağın ağ ciyər hüceyrələsindən laborator şəraitdə ilk dəfə olaraq ağ ciyərlər yetişdirilib. Bu yenilik ağ ciyər xəstələrinə böyük perspektiv verəcək və ağ ciyər köçürülməsində donor asılılığını aradan götürəcək. (Videoda detalları açıqlanır).

For the first time, scientists have created human lungs in a lab -- an exciting step forward in regenerative medicine.

Autopsiyada: sigaret çəkənin və çəkməyənin ağ ciyərləri.
25/02/2014

Autopsiyada: sigaret çəkənin və çəkməyənin ağ ciyərləri.

Bu məqalədə 3 yaşa qədər olan uşaqlarda xroniki öskürəyin səbələri araşdırılır. Məlum olur ki, RV (rinovirus) və RSV ( r...
25/02/2014

Bu məqalədə 3 yaşa qədər olan uşaqlarda xroniki öskürəyin səbələri araşdırılır. Məlum olur ki, RV (rinovirus) və RSV ( respirator-sinsitial virus) və həmçinin qripp və paraqripp viruslarının törətdiyi zökəm xəstəliyi azyaşlı uşaqlarda tədricən sinədə xroniki xışıltılara (wheezing): obstruktiv bronxitə və astma xəstəliyinə çevrilə bilər. Beləliklə, kəskin respirator infeksiyalar uşaqlarda xroniki bronx daralmasının əsas səbələrindən biridir.

Most wheezing episodes in infants are caused and exacerbated by virus-induced lower respiratory tract infections. However, there are few reports of epidemiologic and clinical virus-specific research with a focus on virus-induced wheezing. The purpose of the current study was to characterize the clin...

ANGIOÖDƏM - selikli qişalar və dərinin derma təbəgəsinin kəskin ödəmi nəticəsində əmələ gəlir. Bədənin hər bir nahiyəsin...
21/02/2014

ANGIOÖDƏM - selikli qişalar və dərinin derma təbəgəsinin kəskin ödəmi nəticəsində əmələ gəlir. Bədənin hər bir nahiyəsində ortaya çıxa bilər, o cümlədən, daxili organlarda da. Ən təhlükəlisi qırtlaq və nəfəs yollarını şişməsi və qapanmasıdır, bu da boğulma və ölümə səbə ola bilər. Angoğdəmin səbəbləri 3 əsas yerə bölünür: 1) Allergik reaksiya olaraq hər hansı bir allergenin (məs, qida, dərman, həşərat sancması və s) təsirindən əmələ gəlir, allergenin təsiri bitdikdən sonra isə şişkinlik yox olur; 2) Qazanılmış angioödəm - başqa xəstəliklərin, məs, sistemli kollaqenozların və yaxud bəzi limfoleykozların əlaməti ola bilər; 3) İrsi angioödəm - genetik olaraq C1 -esteraza deyilən fermentin defekti və yaxud çatışmazlığı, həmçinin başqa bioloji amillərin genetik səviyyədə çatışmazlığı nəticəsində əmələ gəlir. Sonuncu halda xəstə ömürlük olaraq müalicəsini aparmalıdır. Angioödəmin hansı növə aid olduğu yalnız laborator üsulla allergoloq tərəfindən təyin olunur və müvafiq olaraq müalicəsi aparılır.

Address

Gencler Pr, 27
Baku
AZ1132

Website

Alerts

Be the first to know and let us send you an email when Allergik xəstəliklər. posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Allergik xəstəliklər.:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram

Category