03/05/2015
Tez bir zamanda necə arıqlamaq olar?????
Əgər siz arıqlamaq istəyirsinizsə, o zaman yalnız deyilsiniz. Kiloqramlarınızı əritmək üçün edə biləcəyiniz bir çox şeylər vardır, bununla belə çəkinizi həddən artıq sürətlə itirmək təhlükəli ola bilər. Möcüzəli dietlər, diet tabletləri və ac qalmaq çəki şkalasındakı rəqəmləri azaltmağa yardımçı ola bilər, lakin bu metodlar sağlamlıq üçün ciddi çətinliklərə səbəb ola bilər.
Bununla belə, əgər siz ümumiyyətlə sağlamsınızsa, və bir neçə kiloqram itirməyi qəti şəkildə müəyyənləşdirmisinizsə, qısa müddətli hədəflərinizə çatmaq üçün bəzi üsullar və məsləhətlər vardır. Digər səhifəyə keçdikdən sonra öyrənə bilərsiniz.
1-ci Metod: Möcüzəli Dietlər
Əksər möcüzəli dietlərin məqsədi sizin artıq bir neçə saata görə biləcəyiniz sürətli çəki atmağın təşviq edilməsidir. Möcüzəli dietlər qısa müddətli həll üsullarıdır; əgər siz bir neçə gündən artıq müddətə belə möcüzəli diet saxlasanız, öz vücudunuza ciddi zədə yetirə bilərsiniz. İstənilən növ çəki itirmək proqramına başlamazdan öncə siz həkiminizlə məsləhətləşməlisiniz ki, vücudunuzun onun sisteminə əlavə olunmuş gərginliyə tab gətirdiyindən əmin olasınız. Sadə göstərişli məşhur möcüzəli dietlər aşağıdakılardır, hansıların ki sürətli, qısa müddətli çəki itirməklə nəticələndiyi təsdiq edilir.
Su Dieti. Bu dietə gün ərzində müntəzəm aralıqlarla təxminən 64 maye unsiyası (8 fincan) miqdarında soyuq su (yaxşı olardı ki soyuducuda saxlanmış) içmək daxildir. Hər bir yeməkdən və hər qəlyanaltıdan öncə bir stəkan su için ki, iştahınızı yatızdırmaqla özünüzü daha tox hiss etməyinizi təmin edəsiniz. Suyunuza şirinləşdirici və yaxud aromatlaşdırıcı qatqılar əlavə etməyin. Yeməkləri su ilə əvəz etməyin. Daha tez-tez sidik ifrazı vasitəsilə itirilən qidalandırıcıların yerini doldurmaq üçün gündəlik multivitaminlər qəbul edin.
Şirə ilə Təmizləyici Diet, Şirə ilə Aclıq Dieti və yaxud Hollivud Dieti. Şirə ilə zərərli maddələrin bədəndən sürətlə çıxarılması və yaxud intensiv dietin müxtəlif növlərinin mövcudluğuna baxmayaraq, onlar adətən bir gündən üç günə qədər davam edir. Bu növ möcüzəli dietdə siz yalnız meyvə və yaxud tərəvəz şirələri içə bilərsiniz. Bu dietin bəzi növlərinə şirə ilə birlikdə vitaminlər və yaxud qidalandırıcı maddələr qəbul etmək aiddir, digər növləri isə gün ərzində tək bir dəfə yeməklə qidalanmağa icazə verir. Şirələr vucudunuza toksinlərdən azad olmaqda və bir neçə kilo (əsasən) su kütləsini bədən sisteminizdən xaric etməkdə köməklik üçün nəzərdə tutulur.
Təmizləyici Usta, Ağcaqayın Siropu Dieti və yaxud Limonad Dieti. Bu möcüzəli diet yalnız maye qəbul etməklə saxlanılır. Hər gün 6 stəkandan 12 stəkana qədər limonad, kayen (qırmızı) bibəri, su və ağcaqayın siropunun xüsusi qatışığından için. Siz həmçinin gündə iki dəfə bir fincan zəiflədici bitki çayı içəcəksiniz. Bu möcüzəli dietdə zəifləmənin, eləcə də bədəndən xaric olma prosesinin əlavə müddəti mövcuddur. Bunu yalnız çox qısa müddətli çəki azaltmaq üçün etmək lazımdır və bu prosesə ciddi çəki atmaq kimi yox, detoksifikasiya (bədəndən zərərli maddələrin xaric edilməsi) təmizləyicisi kimi baxılmalıdır. Bu dietə əlavə edilə biləcək əlavə duzlu su ilə təmizləmə imkanı da vardır.
Kələm Şorbası Dieti. Bu dietin sizə bir həftədə 5 kilo çəki atmağa yardım edə biləcəyi iddia olunur. Buraya tərkibində az yağ olan qidaların yeyilməsi, yüksək sellüloz tərkibli diet aiddir. Siz əsasən xüsusi növ kələm şorbası yeyirsiniz, lakin həm də hər gün müəyyən meyvə və tərəvəzlərin orta porsiyalarını, bəzən ət və düyü, minimum 4 stəkan su və multivitamin qəbul edə bilərsiniz. Bu diet 7 gün davam edir və sizin onda istifadə etdiyiniz qidalandırıcı maddələrin çatışmazlığına görə uzun müddətli çəki itirmək üçün daimi həll üsulu kimi tövsiyə olunmur.
Duzsuz Diet. Bu diet sizə suyun vücudunuzda qalmasını aradan qaldırmaq yolu ilə su kütləsini itiriməyə kömək edir. Bu dietdə siz heç bir duz qəbul edə bilməzsiniz, hansı ki bura təkcə xörək duzu deyil, eləcə də qablaşdırılmış və hazır ərzaqlara əlavə edilən və onlarda aşkar edilmiş bütün duzlar aiddir. Buraya evdə duzsuz məhsulların hazırlanması və emal edilmiş qida məhsullarının hamısını birlikdə yeməkdən qaçınmaq daxildir, bu isə o deməkdir ki, restoranlarda da yeməkdən qaçınmalısınız. Bu dietə həmçinin hər gün 2 litrə qədər (təxminən 8 fincan) su içmək də daxildir ki, bədəninizn əsas hissəsini su ilə doldurasınız, bununla belə, müəyyən qədər yaşıl çaya da icazə verilir. Əksər hazırlanmış məhsullar sizin gündəlik qida dəyərinizin 30%-nə malikdir. Siz gündəlik duz tələbatınızı sağlam dietdən əldə edirsiniz; həddən artıq qəbul etmək vücudunuzda su kütləsinin saxlanmasına səbəb ola bilər. Bəzi dietik xörək duzları sağlamlığın yaxşı vəziyyətdə olması üçün vacib olduğundan Duzsuz Dieti bir və yaxud iki həftədən artıq davam etdirmək olmaz. Onu da qeyd etmək vacibdir ki, bu diet suyu başqalarından daha asan saxlamağa meylli insanlar üçün daha səmərəlidir. Əgər suyu bədəndə saxlamağa meylli olduğunuzdan əmin deyilsinizsə, növbəti dəfə nə isə duzlu bir şey yedikdə əl və ayaqlarınıza diqqət yetirin. Əgər üzüklərinizi barmağınızdan daha çətinliklə çıxarırsınızsa və yaxud ayaqqabılarınız duzlu yeməkdən sonra daha sıx olursa, bunlar ona işarə edir ki, sizin vücudunuz duza qarşı həssasdır.
HCG (xorionik insan qonadotropini) Dieti. Bu dietə kalori qəbul edilməsinin ciddi məhdudlaşdırılması ilə bərabər HCG (xorionik insan qonadotropini) iynə və yaxud əlavələrinin tətbiq olunması daxildir. Təkcə kalorinin azaldılması (yalnız gündəlik 500-dən 800 kaloriyə qədər) əksər insanlarda çəki itirilməsinə səbəb olmaq üçün kifayətdir; bu tövsiyə olunan gündəlik kalori normasından əhəmiyyətli dərəcədə aşağıdır, hətta çəkilərini azaltmağa səy göstərən insanlar üçün belə. HCG-yə FDA (ABŞ-ın Məhsul və Dərmanlara Nəzarət İdarəsi) tərəfindən nəzarət olunmur və bir çox insanlarda xoşagəlməz yan təsirlərə yol aça bilər. Bu dietə əməl edənlər adətən onu dayandırdıqdan dərhal sonra çəkilərini geri qazanırlar.