Kardioloq Emil Hasilov

Kardioloq Emil Hasilov Ürək-damar xəstəliklərinin müasir diaqnostikası və müalicəsi.

17/10/2024

İşemik insult keçirmiş xəstənin tərəfimdən olunmuş exokardioqrafiya müayinəsində mitral qapaq üzərində törəmə (şiş) aşkarlandı. İlkin qoyduğumuz diaqnoz: Mitral papilyar fibroelastoma, ürək MRT müayinəsi sonrası təsdiqləndi. Bu ürəyin xoşxassəli şiş xəstəliyidir. Belə xəstələrdə sadə dildə desək beyinə tromb atma riski və insult riski olur.

Avropa Kardiologiya Cəmiyyətinin (ESC) Londonda keçirilən beynəlxalq konqresində Azərbaycan Kardiologiya cəmiyyətinin (A...
03/09/2024

Avropa Kardiologiya Cəmiyyətinin (ESC) Londonda keçirilən beynəlxalq konqresində Azərbaycan Kardiologiya cəmiyyətinin (AKC) yüksək səviyyəli təşkilatçılığı ilə iştirak etdik.

Yenilikləri təqib etmək, hər zaman yeni nəsə öyrənmək vacibdir. Maraqlı simpozium olacağına ümid edirəm 🙂
06/06/2024

Yenilikləri təqib etmək, hər zaman yeni nəsə öyrənmək vacibdir. Maraqlı simpozium olacağına ümid edirəm 🙂

Azərbaycan Kardiologiya Cəmiyyətinin 12-ci Milli Konqresində AKC sədrliyinə seçkiləri komisiya üzvü olaraq uğurla başa ç...
27/11/2023

Azərbaycan Kardiologiya Cəmiyyətinin 12-ci Milli Konqresində AKC sədrliyinə seçkiləri komisiya üzvü olaraq uğurla başa çatdırdıq! Həkim kolleqalarımıza, AKC əməkdaşlarına və könüllü olaraq bizə kömək edən dəyərli tələbələrimizə təşəkkür edirəm!

Aazərbaycan Kardiologiya Cəmiyyətinin 12-ci Milli Komqresi keçiriləcəkdir! Kardioloqlarımız qeydiyyatdan keçı bilərlər.
17/10/2023

Aazərbaycan Kardiologiya Cəmiyyətinin 12-ci Milli Komqresi keçiriləcəkdir! Kardioloqlarımız qeydiyyatdan keçı bilərlər.

Hörmətli həkimlər, Azərbaycan Kardiologiya Cəmiyyəti 24-26 noyabr 2023-cü il tarixlərində Fairmont Oteldə 12-ci Milli Kardiologiya Konqresini keçirəcəkdir. Konqres Azərbaycan Səhiyyə Nazirliyi tərəfindən 21 DTT kredit balı ilə akkreditasiya olunmuşdur. Konqresdə iştirak üzvlər üçün ödənişsizdir. Qeydiyyat üçün aşağıdakı linkə keçid edib google formanı doldurmağınız tələb olunur.
Qeyd: 1.Yalnız bir dəfə qeydiyyatdan keçməyiniz tələb olunur. Formu bir neçə dəfə doldurduğunuz təqdirdə etibarsız sayılacaqdır.
2. Tədbirdə iştirak qeyri üzvlər üçün ödənişlidir. Qeyri-üzvlərin iştirak haqqı 236 AZN təşkil edir. Ətraflı məlumat üçün: 050 207 09 45
https://docs.google.com/forms/d/e/1FAIpQLSc1XeXAkMUUjwnGCVPtdGMJ_XAt7jR1memc3WLBpIsoj0w_Fw/viewform?usp=sf_link

D vitamini çox önəmlidir.
19/08/2023

D vitamini çox önəmlidir.

Tərtib etdi: Azərbaycan Kardiologiya Cəmiyyəti Aterosklerotik kardiovaskulyar xəstəliklər və Ürək-damar xəstəliklərinin profilaktikası, rehabilitasiyası işçi qruplarının üzvü Mehriban İsgəndər
Mehriban Isgender Gülanə Ağayeva Kardioloq Emil Hasilov Sara Bayramzade Qurbanova Shahana Alasgarli

Azərbaycan Kardiologiya Cəmiyyəti və işçi qruplarımız daim fəaliyyətdədir!
14/08/2023

Azərbaycan Kardiologiya Cəmiyyəti və işçi qruplarımız daim fəaliyyətdədir!

Arterial təzyiqi yüksək olan hər xəstə Aspirin qəbul edə bilərmi?
26/07/2023

Arterial təzyiqi yüksək olan hər xəstə Aspirin qəbul edə bilərmi?

Arterial hipertenziyalı xəstələrə isti yay günlərində tövsiyyələrimiz!
21/07/2023

Arterial hipertenziyalı xəstələrə isti yay günlərində tövsiyyələrimiz!

19/07/2023
Arterial Hipertenziyadan və ürək xəstəliyindən əziyyət çəkən xəstələrin diqqət etməli olduqları məqamlar!
16/07/2023

Arterial Hipertenziyadan və ürək xəstəliyindən əziyyət çəkən xəstələrin diqqət etməli olduqları məqamlar!

Qızmar yay günlərində qan dövranı normal hava şəraiti ilə müqayisədə, 2-4 dəfəyə qədər sürətlənərək ürək vurğularının sayının artmasına, aşırı tərləmə nəticəsində bədəndə maye, kalium və maqnezium kimi elektolitlərin itkisinə və laxtalanma sisteminin aktivləşməsinə səbəb ola bilər.
Məhz buna görə də ürək-damar sistemi xəstəlikləri, xüsusəndə ürək çatışmazlığı olan pasiyentlər yay aylarında daha çox risk altındadırlar: isti hava şəraiti pasiyentlərin vəziyyətinin kəskinləşməsinə və bir çox həyati təhlükəli ağırlaşmalara gətirib çıxara bilər.
Qeyd etmək lazımdır ki, ürək çatışmazlığı müxtəlif səbəblərdən ürək əzələsinin zədələnməsi və yığılma funksiyasının azalması nəticəsində dövr edən edən qanı qovmaq funksiyasının pozulması ilə müşahidə olunan xəstəlikdir. Bundan əlavə, ürək çatışmazlığından əziyyət çəkən pasiyentlər qızmar yay günlərində susuzluq hissiyatını dəf etmək üçün çox miqdarda maye qəbul etdikdə, bu öz növbəsində təngnəfəslik, aşağı ətraflarda şişkinlik və digər durğunluq əlamətlərinin inkişafına və nəticədə pasiyentin hospitalizasiyasına səbəb ola bilər.
Ürək çatışmazlığı olan pasiyentlər üçün qızmar yay günlərində tövsiyələr:
1. Günün isti saatlarında, yəni 13:00-18:00 radələrində açıq hava şəraitində olmaqları tövsiyə olunmur.
2. Meyvə-tərəvəzlə zəngin yüngül qidalanma tövsiyə olunur
3. Maye itkisinin qarşısını almaq üçün balanslaşdırılmış maye qəbulu yəni sutkada təqribən 1.5-2.0 l-ə qədər optimal hesab olunur.
4. Yüngül gimnastik idman hərəkətləri erkən səhər saat 07:00-08:00 radələrində və ya gün batımından sonra saat 20:00-21:00 radələrində etmək tövsiyə olunur.
5. Aşırı tərləmənin qarşısını almaq üçün pambıq, kətan kimi təbii materiallardan hazırlanmış paltarlardan istifadə olunması məsləhət görülür.

Tərtib etdi: Azərbaycan Kardiologiya Cəmiyyətinin Ürək Çatışmazlığı İşçi qrupunun üzvü və gənc ambassadoru, həkim-kardioloq Mehriban İsgəndər
Mehriban Isgender Uzeyir Rahimov Kardioloq Emil Hasilov Tagizade Natavan

Address

Nərimanov R. Nu Asif Memmedov Küç. 30
Baku
AZ1000

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00

Telephone

+994 55 852 14 16

Alerts

Be the first to know and let us send you an email when Kardioloq Emil Hasilov posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Kardioloq Emil Hasilov:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram

Category