TƏBİB Akademiyası

TƏBİB  Akademiyası Akademiya Yeni Klinika tibb müəssisəsinin nəzdində fəaliyyət göstərir.

15/04/2026

Azərbaycan tibb elminin inkişafına əvəzsiz töhfələr vermiş görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın anım günüdür.

Onun əziz xatirəsini dərin hörmət və ehtiramla yad edirik!

Yeni Klinika nəzdində fəaliyyət göstərən TƏBİB Akademiyasında rezidentlərin ixtisaslarına uyğun olaraq nəzəri bilik və p...
14/04/2026

Yeni Klinika nəzdində fəaliyyət göstərən TƏBİB Akademiyasında rezidentlərin ixtisaslarına uyğun olaraq nəzəri bilik və peşə vərdişlərinə yiyələnməsi məqsədi ilə aprel ayı üçün təşkil olunan təlimləri təqdim edirik :
14.04.2026 Anestezioloq-reanimatoloq Dr. Lalə Əliyeva
14:00 Anestezioloq-reanimatoloq Dr.Ramidə Bayramova
Mövzu: “Əməliyyatxanada Havayolu İdarəsi, Həyati Monitorinq və Hands-on Praktiki Müdaxilələr üzrə Kompleks Təlim”


21.04.2026 Kardioloq Dr.Şahanə Ələsgərli
14: 00 Mövzu: “Xəstələrin preop dəyərləndirilməsi”

28.04.2026 Mama-Ginekoloq Dr. Sitarə Aslanova
14:00 Mövzu: “Ginekologiyada təcili və təxirəsalınmaz hallar,diferensial diaqnostikası”

Yeni Klinika nəzdində fəaliyyət göstərən TƏBİB Akademiyasında Pediatriya şöbəsinin növbəti “məqalə günü” keçirilib.Təlim...
07/04/2026

Yeni Klinika nəzdində fəaliyyət göstərən TƏBİB Akademiyasında Pediatriya şöbəsinin növbəti “məqalə günü” keçirilib.

Təlim çərçivəsində Uzm.Dr. Aynur İsmayılova “Uşaqlarda meningitlər və qorunma yolları” , həkim-rezident Şəbnəm Şahmuradova tərəfindən “Klinik hal təqdimatı “ mövzularında təqdimatla çıxış ediblər.

Qeyd edək ki, bu kimi təlim və təqdimatlar həkim-rezidentlərin ixtisaslarına uyğun ilkin iş təcrübəsi qazanmasına, həmçinin elmi-tədqiqat bacarıqlarının inkişafına dəstək göstərmək məqsədilə təşkil olunur.

Azərbaycan Daxili Xəstəliklər Dərnəyi və TƏBİB Akademiyasının dəstəyi ilə növbəti “Yeniliklərdən Geri Qalma” həftəlik to...
02/04/2026

Azərbaycan Daxili Xəstəliklər Dərnəyi və TƏBİB Akademiyasının dəstəyi ilə növbəti “Yeniliklərdən Geri Qalma” həftəlik toplantısı baş tutub.

Terapiya şöbəsinin təşəbbüsü ilə baş tutan toplantının moderatorluğunu Dr.Emil Qasımov və Dr.Şahanə Ələsgərlinin moderatorluğu ilə həyata keçirilib.

Elmi hissədə həkim-rezident Aidə Cəbrayılova “Toplum mənşəli pnevmoniyası olan kritik vəziyyətdəki xəstələrdə antibiotik istifadəsinin azaldılması məqsədilə multi-pleks PCR və serum prokalsitoninin birgə tətbiqi : MULTI-CAP randomizə olunmuş nəzarətli tədqiqatı ”,həkim-rezident Ayan Ağayeva “Oral semaglutidin ürək-damar nəticələrinə təsiri: sistematik icmal və meta analiz” mövzusunda çıxış etdilər.

Qeyd edək ki, Terapiya şöbəsinin təşəbbüsü ilə hər həftə baş tutan toplantıda əsas məqsəd müxtəlif ixtisas sahibləri olan həkimlər arasında qarşılıqlı fikir və təcrübə mübadiləsini təşviq etmək, multidisiplinar yanaşmanın praktiki faydalarını önə çıxarmaqdır.

TƏBİB Akademiyasında Pediatriya şöbəsinin növbəti şöbədaxili təlimi keçirilmişdir.Bu həftənin məruzəçisi həkim-rezident ...
19/03/2026

TƏBİB Akademiyasında Pediatriya şöbəsinin növbəti şöbədaxili təlimi keçirilmişdir.

Bu həftənin məruzəçisi həkim-rezident Gülgün Hacıyeva klinik-hal təqdimatı ilə çıxış etmişdir.
Debat şəklində təşkil olunan müzakirə zamanı pasiyentin müayinə planı, ilkin diaqnozun qoyulması və müalicə protokolunun seçilməsi ətrafında fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, təlimlər həkim-rezidentlərin ixtisaslarına uyğun ilkin iş təcrübəsi qazanması həmçinin elmi tədqiqat bacarıqlarının inkişafına dəstək olmaq məqsədilə təşkil olunur.

TƏBİB Akademiyasında Yeni Klinikanın İntensiv Terapiya və Reanimasiya şöbəsinin böyük tibb bacısı Svetlana Mirzəyeva tər...
19/03/2026

TƏBİB Akademiyasında Yeni Klinikanın İntensiv Terapiya və Reanimasiya şöbəsinin böyük tibb bacısı Svetlana Mirzəyeva tərəfindən “ Tibb bacısında liderlik ” mövzusuında tibb bacılarına təlim keçirildi.

Məlumat üçün bildiririk ki, klinika əməkdaşlarının ( xüsusən də tibbi personalın) peşəkar hazırlıq səviyyəsinin artırılması və müəssisənin ixtisaslı kadrlara olan tələbatının qarşılanması məqsədilə müxtəlif mövzularda təlimlər təşkil olunur.

Azərbaycan Daxili Xəstəliklər Dərnəyi və TƏBİB Akademiyasının dəstəyi ilə növbəti “Yeniliklərdən Geri Qalma” həftəlik to...
17/03/2026

Azərbaycan Daxili Xəstəliklər Dərnəyi və TƏBİB Akademiyasının dəstəyi ilə növbəti “Yeniliklərdən Geri Qalma” həftəlik toplantısı baş tutub.

Terapiya şöbəsinin təşəbbüsü ilə baş tutan toplantı Dr.Aygül Daşdəmirin moderatorluğu ilə həyata keçirilib.

Elmi hissədə həkim-rezident Nurlan Məmmədov “Kardiovaskulyar risk faktorlarının ömürlük göstəricələrə qlobal təsiri ” mövzusunda çıxış edibdir.

Qeyd edək ki, Terapiya şöbəsinin təşəbbüsü ilə hər həftə baş tutan toplantıda əsas məqsəd müxtəlif ixtisas sahibləri olan həkimlər arasında qarşılıqlı fikir və təcrübə mübadiləsini təşviq etmək, multidisiplinar yanaşmanın praktiki faydalarını önə çıxarmaqdır.

Yeni Klinika nəzdində fəaliyyət göstərən TƏBİB Akademiyasında Pediatriya şöbəsinin növbəti “məqalə günü” keçirilib.Təlim...
16/03/2026

Yeni Klinika nəzdində fəaliyyət göstərən TƏBİB Akademiyasında Pediatriya şöbəsinin növbəti “məqalə günü” keçirilib.

Təlim çərçivəsində Uzm.Dr. Anar Qurbanov “Uşaqlarda Septik Şoka yanaşma ” mövzusunda tədqiqatı,həkim-rezident Könül İsmayılova tərəfindən “Klinik hal təqdimatı “ mövzularında təqdimatla çıxış ediblər.
Qeyd edək ki, Pediatriya şöbəsinin təşəbbüsü ilə hər həftə baş tutan toplantıda əsas məqsəd müxtəlif ixtisas sahibləri olan həkimlər arasında qarşılıqlı fikir və təcrübə mübadiləsini təşviq etmək, həkim-rezidentlərin ixtisaslarına uyğun şəkildə nəzəri bilik və peşə bacarıqlarının inkişafına yönəlibdir.

TƏBİB Akademiyasında həkim-rezidentlərin ixtisaslarına uyğun olaraq nəzəri bilik və peşə vərdişlərinə yiyələnmələri məqs...
13/03/2026

TƏBİB Akademiyasında həkim-rezidentlərin ixtisaslarına uyğun olaraq nəzəri bilik və peşə vərdişlərinə yiyələnmələri məqsədilə seminarlar davam edir.

Yeni Klinikanın Uzman Alqoloqu Dr.Gülüstan Bayramova tərəfindən “ “Fibromiyalgiya sindromu, diaqnostika və müalicə üsulları” mövzusunda seminar keçirilmişdir.

Azərbaycan Daxili Xəstəliklər Dərnəyi və TƏBİB Akademiyasının dəstəyi ilə növbəti “Yeniliklərdən Geri Qalma” həftəlik to...
10/03/2026

Azərbaycan Daxili Xəstəliklər Dərnəyi və TƏBİB Akademiyasının dəstəyi ilə növbəti “Yeniliklərdən Geri Qalma” həftəlik toplantısı baş tutub.

Terapiya şöbəsinin təşəbbüsü ilə baş tutan toplantı Dr.Aysel Ağalarovanın moderatorluğu ilə həyata keçirilib.

Elmi hissədə həkim-rezident Ülviyyə Poladlı “ANCA neqativ xəstədə vaskulit? Malignitə?” , “ İki Klinik hal ilə diaqnostik qiymətləndirmə ” mövzusunda çıxış edibdir.

Qeyd edək ki, Terapiya şöbəsinin təşəbbüsü ilə hər həftə baş tutan toplantıda əsas məqsəd müxtəlif ixtisas sahibləri olan həkimlər arasında qarşılıqlı fikir və təcrübə mübadiləsini təşviq etmək, multidisiplinar yanaşmanın praktiki faydalarını önə çıxarmaqdır.

TƏBİB Akademiyasında Yeni Klinikanın baş tibb bacısı Sevinc Namazova tərəfindən “Tibb bacısının məsuliyyətləri, vəzifələ...
06/03/2026

TƏBİB Akademiyasında Yeni Klinikanın baş tibb bacısı Sevinc Namazova tərəfindən “Tibb bacısının məsuliyyətləri, vəzifələri və səlahiyyətləri” mövzusunda tibb kolleci tələbələrinə təlim keçirildi.

Məlumat üçün bildiririk ki, Yeni Klinika nəzdində fəaliyyət göstərən TƏBİB Akademiyasında 1 və 2 nömrəli baza tibb kolleclərinin tələbələrinin istehsalat təcrübə proqramı başlamışdır.

Qeyd edək ki, Akademiyada tibb kolleci tələbələrinin bilik və bacarıqlarının artırılması üçün mütəmadi olaraq təlimlər təşkil olunur

Yeni Klinikada HPB cərrahiyyəsində radiologiyanın strateji roluna həsr olunan interaktiv konfrans keçirilibYeni Klinikad...
03/03/2026

Yeni Klinikada HPB cərrahiyyəsində radiologiyanın strateji roluna həsr olunan interaktiv konfrans keçirilib
Yeni Klinikada Azərbaycan Hepato-Pankreato-Biliar Cərrahlar İctimai Birliyinin (AHPBCA) təşkilatçılığı ilə “HPB Cərrahiyyəsində Radiologiyanın Strateji Rolu: Görüntüdən Qərara” adlı interaktiv konfrans keçirilib.

Tədbirin əsas məqsədi hepato-pankreato-biliar (HPB) cərrahiyyəsində radiologiyanın strateji əhəmiyyətinin ön plana çıxarılması, radioloq və cərrahlar arasında multidisiplinar əməkdaşlığın gücləndirilməsi, görüntüləməyə əsaslanan təhlükəsiz və fərdiləşdirilmiş cərrahi qərarvermə prosesininin təşviq edilməsi olub.

Konfransın açılış mərasimində çıxış edən Yeni Klinikanın direktor müavini, Cərrahiyyə və transplantasiya mərkəzinin rəhbəri, AHPBCA-nın sədri Eldar Əhmədov birliyin məqsəd və vəzifələri, eləcə də həyata keçirilən elmi platformalar barədə ətraflı məlumat verib. O bildirib ki, HPB cərrahiyyəsi və radiologiya sahəsində müasir yanaşmaların paylaşılması, elmi-praktik təcrübənin artırılması və multidisiplinar əməkdaşlığın daha da möhkəmləndirilməsi baxımından bu cür konfranslar mühüm əhəmiyyət daşıyır.
Konfransda çıxış edən professor Rüstəm Məmmədov HPB sahəsində radioloji qiymətləndirmənin cərrahi taktikanın müəyyənləşdirilməsində rolundan, görüntüləmənin diaqnostik dəqiqliyinin əməliyyat nəticələrinə təsirindən və müasir texnologiyaların
tətbiq perspektivlərindən danışıb.

Elmi proqram çərçivəsində həmçinin HPB sahəsində aktual mövzular üzrə panel müzakirələr təşkil olunub. Tədbirdə qaraciyər, pankreas və öd yolları patologiyalarında KT, MRT, MRCP və EUS-un rolu, radioloji terminologiyanın cərrahi planlamaya təsiri, intraoperativ USM-in rezeksiya qərarındakı əhəmiyyəti, qaraciyər törəmələrində molekulyar diaqnostika və invaziv radiologiya–cərrah sinergiyası kimi məsələlər geniş müzakirə edilib.

Tədbir çərçivəsində “Canlı Cərrahiyyə” sessiyası təşkil olunaraq qaraciyər cərrahiyyəsində intraoperativ ultrasəs müayinəsinin (USM) tətbiqi real əməliyyat üzərindən nümayiş etdirilib. Bu format iştirakçılara nəzəri biliklərin praktik müstəvidə tətbiqini birbaşa izləmək imkanı yaradıb.

Bununla yanaşı, praktik formatda, hər biri 10 nəfər olmaqla iki qrup şəklində hepatobiliar USM kursu keçirilib. Kurs zamanı iştirakçılar hepatobiliar sahədə ultrasəs müayinəsinin əsas prinsipləri və klinik tətbiqi üzrə praktiki bacarıqlarını təkmilləşdiriblər.
Məlumat üçün bildirək ki, müxtəlif tibb müəssisələrindən olan həkim-mütəxəssislərin iştirak etdiyi tədbir Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən 7 DTT bal ilə, hepatobiliar USM kursu isə 4 DTT bal ilə akkreditasiya olunub.

Address

Heydər Əliyev Pr. 142
Baku

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00

Website

Alerts

Be the first to know and let us send you an email when TƏBİB Akademiyası posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share