Dr.Turan Quliyeva

Dr.Turan Quliyeva Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Dr.Turan Quliyeva, Doctor, Baku.

📌İlkin səhiyyə xidməti ilkin tibbi-sanitariya yardımının əsasını təşkil edir və xəstəliklərin qarşısının alınması, ilkin...
23/05/2024

📌İlkin səhiyyə xidməti ilkin tibbi-sanitariya yardımının əsasını təşkil edir və xəstəliklərin qarşısının alınması, ilkin diaqnostikası, müalicəsi, tibbi reabilitasiya, hamiləliyin müşahidəsi, sağlam həyat tərzinin formalaşdırılması və əhalinin səhiyyə maarifləndirilməsi üzrə fəaliyyətləri əhatə edir.

📌İlkin Səhiyyə Xidmətinin yəni poliklinik ambulator xidmətin əsas aparıcı qüvvəsi AİLƏ HƏKİMİDİR.

📌Ailə Həkimi-ixtisasca həkim-terapevt və ya həkim-pediatrdır.Təcili və təxirə salınmaz tibbi yardım istisna olmaqla,səhhətimizdə yaranan narahatlıqla bağlı Ailə Həkiminə müraciət edə bilərsiz.

16/05/2024
27/12/2023

"Əməkdar həkim" rubrikasında təqdim etdiyimiz növbəti həkim Bakı Baş Səhiyyə Mərkəzinin strukturuna daxil olan 35 nömrəli Şəhər Poliklinikasının baş həkimi Kamal Əliyevdir.

Əliyev Kamal Namik oğlu 19 fevral 1971-ci ildə Bakı şəhərində anadan olub.

1989-1994-cü illərdə Azərbaycan Tibb Universitetində, 2002-2005-ci illərdə isə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında təhsil alıb.

23.06.2005-ci il tarixdə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə “tibb elmləri namizədi” alimlik dərəcəsi alıb.

1988-1996-cı illərdə müxtəlif tibb müəssisələrində kiçik və orta tibb ixtisası vəzifələrində çalışıb.

1996-1997-ci illərdə Səhiyyə Nazirliyinin Respublika Təsərrüfat hesablı Poliklinikasının baş həkiminin müavini, 1997-2003-ci illərdə Sabunçu rayonu 11 nömrəli Şəhər Poliklinikasının baş həkimi, 2003-2007-ci illərdə Yasamal rayonu 3 nömrəli Şəhər Poliklinikasının baş həkimi vəzifəsində çalışıb.

2007-2009-cu illərdə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunlarının Tibb Xidmətinin rəisi-baş həkimi, 2009-2012-ci illərdə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tibb Xidmətinin Mərkəzi Diaqnostik Poliklinikasının rəisi, 2012-2019-cu illərdə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tibb Xidmətinin tibb işləri üzrə rəis müavini, 2019-2022-ci illərdə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tibb Xidmətinin Tibb Mərkəzinin rəisi vəzifələrində xidmət edib.

17.10.2022-ci il tarixdən hal-hazıradək Bakı Baş Səhiyyə Mərkəzinin 35 nömrəli Şəhər Poliklinikasının baş həkimi vəzifəsində çalışır.

Azərbaycan Respublikası Prezidentinin 30.12.2020-ci il tarixli 2389 nömrəli Sərəncamı ilə “Əməkdar həkim” fəxri adı ilə təltif olunub.

09/05/2023
09/05/2023

Address

Baku

Website

Alerts

Be the first to know and let us send you an email when Dr.Turan Quliyeva posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category