ARAF/ EFAR

ARAF/ EFAR Equestrian Federation of Azerbaijan Republic/ Azerbaycan Respublikası Atçılıq Federasiyası

For more information visit our web-site www.araf.az Elchin Guliyev.

"In terms of genetic features our nation is a nation comprised of physically healthy people. Physical health and strength along with mental health are characteristics of our nation." H.Aliyev
In the middle of the last age the interest to various kinds of sport increased all over the world. And surely Azerbaijan took part in this process. July 26, 1994 the National Great Leader Heydar Aliyev signed the Decree on the establishment of the Ministry of Youth and Sports. Thereby the foundation for development of sports in our country was laid.
1990-93 – the period of establishment and recognition of the National Olympic Committee. A lot of problems concerning the national sport accumulated. And they should be solved. So the National Olympic Committee General Assembly elected Mr. Ilham Aliyev as its chairman. The development and implementation of measures to overcome the crises started. Hereby new Olympic centers meeting international standards appeared, and Olympic movement has widely spread all over the country. October 26, 1996 Equestrian Sports Federation of Azerbaijan Republic (ARAIF) was established. But in March 5, 2009 the Equestrian Sports Federation underwent significant changes. That day the Olympic Committee elected new chairman of the Equestrian Sports Federation. The majority voted for Mr. Very soon the new Charter was adopted. According to it Equestrian Sports Federation of Azerbaijan Republic (ARAIF) was renamed to Equestrian Federation of Azerbaijanian Republic (ARAF). Nowadays we follow the latest tendencies in equestrian sport. ARAF actively develops and supports both classical and non-Olympic disciplines, and the national kind of sport. Don’t forget traditions and stay modern – this is our mission. On this way it was the first achievement of EFAR to become a member of FEI ( Federation Equestre Internationale) in 1997. This is a great, responsible and serious step. New opportunities, new prerequisites, exciting competitions at the highest level, the national games, day-by-day a growing number of viewers- sure, we can say that we reached our mission and in this way there was the largest and most important role of Mr. Elchin Guliyev which has been elected as the President of the Equestrian Federation of Azerbaijan for the second time. Mr. Elchin Guliyev after being elected as the President of EFAR in 2009 two important steps more have been taken. Thus, EFAR in February 2010 was elected member to IFHA ( International Federation of Horseracing Authorities) and in December 2013 to FIP (Federation Internationale Polo). İn 2014 Mr. Elchin Guliyev was elected as the President of EFAR for the second time.

Avstriyanın Kitzbühel şəhərində qarüstü polo üzrə növbəti Dünya Kubokuna start verilmişdir15 yanvar 2026-cı il tarixində...
16/01/2026

Avstriyanın Kitzbühel şəhərində qarüstü polo üzrə növbəti Dünya Kubokuna start verilmişdir

15 yanvar 2026-cı il tarixində Avstriyanın Kitzbühel şəhərində qarüstü polo üzrə növbəti Dünya Kubokuna start verilmişdir.

Dünyanın nüfuzlu qış idman tədbirlərindən biri hesab olunan bu mötəbər turnirdə peşəkar komandalar qalibiyyət uğrunda mübarizəyə başlamışdır.

İdman ictimaiyyətinin böyük maraqla izlədiyi yarışda Azərbaycan Respublikası “Land of Fire” komandası ilə təmsil olunur. Komandanın iştirakı ölkəmizin idman potensialının və beynəlxalq arenada artan nüfuzunun növbəti göstəricisi kimi dəyərləndirilir.

Kitzbühel şəhərinin qış mövsümünə uyğunlaşdırılmış xüsusi qar örtüklü məşhur polo meydançasında təşkil olunan turnirdə poloçularımızın ilk qarşılaşması 16 yanvar tarixində “Bentley” komandası ilə keçirilmiş və komandamız arenadan 7-4 hesablı qələbə ilə ayrılmışdır.

Hər il minlərlə yerli və xarici tamaşaçını, xarici media nümayəndələrini cəlb edən turnirə yüksək hazırlıq səviyyəsi və iddialı hədəflərlə qatılan komandamızın məqsədi yalnız uğurlu nəticə göstərmək deyil, eyni zamanda Azərbaycan brendinin, milli dəyərlərin və ölkəmizin idman diplomatiyasının beynəlxalq miqyasda tanıdılmasına töhfə verməkdir.

Bu mötəbər yarışda çıxışı ilə ölkəmizin idman tarixində yeni səhifə açmış “Land of Fire” komandası azarkeşlərə yüksək səviyyəli oyun nümayiş etdirməklə ölkəmizi layiqincə təmsil edir.

Məlumat üçün bildirək ki, qarüstü polo üzrə Dünya Kuboku 18 yanvar tarixinədək davam edəcəkdir.

09/01/2026

Azərbaycan Respublikası Atçılıq Federasiyasında 2025-ci ilin yekunlarına həsr olunmuş tədbir keçirilmişdir.

Azərbaycan Respublikası Atçılıq Federasiyasında 2025-ci ilinyekunlarına həsr olunmuş tədbir keçirilmişdir  ​9 yanvar 202...
09/01/2026

Azərbaycan Respublikası Atçılıq Federasiyasında 2025-ci ilin
yekunlarına həsr olunmuş tədbir keçirilmişdir
​9 yanvar 2026-cı il tarixində Azərbaycan Respublikası Atçılıq Federasiyasında 2025-ci ilin yekunlarına həsr olunmuş tədbir keçirilmişdir.
​Tədbirdə Azərbaycan Respublikasının gənclər və idman naziri Fərid Qayıbov, federasiyanın prezidenti Elçin Quliyev, idarə heyətinin üzvləri və digər qonaqlar iştirak etmişlər.
​Rəsmi hissədə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın ölkəmizdə idmanın inkişafına göstərdiyi dəstəyi xüsusi vurğulayan federasiyanın prezidenti Elçin Quliyev 2025-ci ildə əldə olunan uğurlar və 2026-cı il üçün qarşıya qoyulan məqsədlər barədə geniş çıxış etmişdir.
​Gənclər və idman naziri Fərid Qayıbov federasiyanın 2025-ci il ərzində fəaliyyətini yüksək qiymətləndirərək göstərilən diqqətə görə təşəkkürünü bildirmişdir.
​Tədbirin davamında federasiyanın baş katibi Emil Seyidov 2025-ci il üzrə fəaliyyətlər, 2026-cı il üçün hədəf və planlar barədə ilin yekun hesabatını vermiş, əldə olunan nailiyyətlərə görə fərqlənmiş şəxslər və komandalar üzrə mükafatlandırma mərasimi keçirilmişdir.

31/12/2025
25/12/2025

Binə Atçılıq Mərkəzinin qapalı manejində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin doğum gününə həsr olunmuş çövkən oyunu üzrə 12-ci Prezident Kubokunun final görüşü və mükafatlandırma mərasimi keçirilib.

23 dekabr 2025-ci il tarixində Gənclər və İdman Nazirliyi tərəfindən ilin yekunlarına həsr olunmuş qala gecəsi keçirilmi...
25/12/2025

23 dekabr 2025-ci il tarixində Gənclər və İdman Nazirliyi tərəfindən ilin yekunlarına həsr olunmuş qala gecəsi keçirilmişdir. Tədbir çərçivəsində Azərbaycan Respublikası Atçılıq Federasiyası Gənclər və İdman Nazirliyinin “Xüsusi mükafat” nominasiyası üzrə təltif olunmuşdur. Mükafatı Federasiyanın baş katibi Emil Seyidov qəbul etmişdir.

24 dekabr 2025-ci il tarixində Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə Binə Atçılıq Mərkəzini...
25/12/2025

24 dekabr 2025-ci il tarixində Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə Binə Atçılıq Mərkəzinin qapalı manejində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı
cənab İlham Əliyevin doğum gününə həsr olunmuş çövkən oyunu üzrə 12-ci Prezident Kubokunun final görüşü və mükafatlandırma mərasimi keçirilmişdir.
Dövlət Himninin səsləndirilməsi ilə başlayan mərasimdə Dövlət Sərhəd Xidmətinin Nümunəvi Hərbi Orkestri, rəqs ansamblı və tanınmış sənətçilər musiqi və rəqs nümunələri ilə çıxış edərək tədbirə xüsusi rəng qatmışlar.
6 komandanın iştirak etdiyi turnirdə əvvəlcə 3 qrup oyunu keçirilmiş, birinci və ikinci yerləri tutan komandalar yarımfinal mərhələsində mübarizə aparmışlar.
Daha sonra yarımfinalın qalibləri çempionluq uğrunda, məğlub komandalar isə üçüncülük uğrunda qarşılaşmışdır.
Gərgin keçən üçüncülük qarşılaşmasında Sərhədçi komandası rəqibi Embawood komandasını 2 : 1 hesabı ilə məğlub edərək turnirin bürünc medalını qazanmış, Prezident Kubokunun finalında isə Elit komandası güclü oyun nümayiş
etdirərək Polad komandası üzərində 3:2 hesablı üstünlüklə çempion olmuşdur.
Oyunların yekun nəticəsinə uyğun olaraq finala qədər mübarizə aparan Polad komandası turniri ikinci yerdə başa vurmuşdur.
Final görüşünün sonunda keçirilmiş mükafatlandırma mərasimində ilk üç yeri tutmuş komandalar medal və diplomlarla təltif edilmiş, çempion Elit komandasına isə
Prezident Kuboku təqdim olmuşdur.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevi doğum günü münasibətilə təbrik edirik.Cənab Prezidentə möhkəm ...
24/12/2025

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevi doğum günü münasibətilə təbrik edirik.
Cənab Prezidentə möhkəm cansağlığı, uzun ömür və ölkəmizin rifahı naminə fəaliyyətində davamlı uğurlar arzulayırıq.

12-ci Prezident Kuboku uğrunda çövkənyarışlarının qrup mərhələsi yekunlaşmışdır.Azərbaycan Respublikası Atçılıq Federasi...
20/12/2025

12-ci Prezident Kuboku uğrunda çövkən
yarışlarının qrup mərhələsi yekunlaşmışdır.
Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə 20 dekabr 2025-ci il tarixində saat 11:00-da Binə Atçılıq Mərkəzində 12-ci Prezident Kuboku uğrunda keçirilən çövkən yarışlarının qrup mərhələsinin son oyunları keçirilmişdir.
Qrup mərhələsinin son oyun günündə ilk qarşılaşma Polad və Sərhədçi çövkən komandaları arasında keçirilmiş və oyun 1:1 hesablı heç-heçə ilə başa çatmışdır.
Günün ikinci qarşılaşmasında isə Elit çövkən komandası Buta Golden komandası üzərində 4:2 hesablı qələbə qazanmışdır.
Keçirilən oyunların nəticələrinə əsasən, A qrupunda Polad komandası 1-ci yeri, Sərhədçi komandası 2-ci yeri, Zəfər komandası isə 3-cü yeri tutmuşdur.
B qrupunda isə Elit komandası 1-ci yerə, Embawood komandası 2-ci yerə, Buta Golden komandası isə 3-cü yerə layiq görülmüşdür.
Yarışın əsasnaməsinə uyğun olaraq, hər qrupdan ilk iki yeri tutan komandalar yarımfinal mərhələsinə vəsiqə qazanmışdır. Yarımfinal mərhələsində A qrupunun
birincisi B qrupunun ikincisi ilə, B qrupunun birincisi isə A qrupunun ikincisi ilə qarşılaşacaqdır.
Məlumat üçün bildirək ki, yarımfinal oyunları 22 dekabr tarixində saat 15:00-dan etibarən keçiriləcəkdir. Polad – Embawood və Sərhədçi – Elit qarşılaşmaları
azarkeşlərin diqqət mərkəzində olacaqdır.
12-ci Prezident Kuboku uğrunda yarışların qalibi 24 dekabr tarixində saat 15:00- da keçiriləcək final oyununda müəyyənləşəcəkdir. Həmin gün yarımfinal mərhələsində
məğlub olan komandalar isə 3-cü yer uğrunda keçiriləcək qarşılaşmada mübarizə aparacaqlar.

18 dekabr 2025-ci il tarixində Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə Binə Atçılıq Mərkəzi**...
19/12/2025

18 dekabr 2025-ci il tarixində Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə Binə Atçılıq Mərkəzi**ndə 12-ci Prezident Kuboku uğrunda çövkən yarışlarının ikinci oyun günü çərçivəsində qrup mərhələsinin növbəti qarşılaşmaları keçirildi.
Saat 15:00-da start götürən günün ilk oyununda Elit çövkən komandası Embawood komandası ilə qarşılaşdı. Oyun boyunca üstün oyun nümayiş etdirən Elit komandası rəqibi üzərində 4:0 hesablı inamlı qələbə qazandı.
Saat 16:00-da keçirilən günün ikinci qarşılaşmasında isə Sərhədçi və Zəfər çövkən komandaları üz-üzə gəldi. Gərgin mübarizə şəraitində keçən oyunda Sərhədçi komandası 4:1 hesabı ilə Zəfər komandasına qalib gəldi.
Qeyd edək ki, 12-ci Prezident Kuboku uğrunda çövkən yarışları çərçivəsində növbəti oyunlar 20 dekabr 2025-ci il tarixində saat 11:00-da keçiriləcək.

12-ci Prezident Kuboku uğrundaçövkən yarışlarına start verilmişdir16 dekabr 2025-ci il tarixində saat 15:00-da Azərbayca...
17/12/2025

12-ci Prezident Kuboku uğrunda
çövkən yarışlarına start verilmişdir
16 dekabr 2025-ci il tarixində saat 15:00-da Azərbaycan
Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə Binə Atçılıq
Mərkəzində 12-ci Prezident Kuboku uğrunda çövkən yarışlarının açılış
mərasimi və turnirin ilk oyunları keçirilmişdir.
Dövlət Sərhəd Xidmətinin Nümunəvi Hərbi Orkestrinin ifasında
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və turnirdə
iştirak edən 6 komandanın atlı paradı ilə başlayan təntənəli açılış
mərasimindən sonra Prezident Kuboku uğrunda oyunlara start verilmişdir.
Günün ilk qarşılaşmasında Polad və Zəfər çövkən komandaları
üz-üzə gəlmişdir. Gərgin və maraqlı mübarizə şəraitində keçən oyunda
Polad komandası 4:0 hesablı qələbə qazanmışdır.
Günün ikinci yarısında isə Embawood çövkən komandası Buta
Golden çövkən komandasına qarşı keçirdiyi oyunda 1:0 hesablı qələbə
əldə etmişdir.
Prezident Kuboku uğrunda çövkən yarışları 18, 20 və 22 dekabr
tarixlərində davam edəcək, final oyunu isə 24 dekabr 2025-ci il
tarixində keçiriləcəkdir.
Məlumat üçün bildirək ki, turnir çərçivəsində baş tutan bütün oyunlar
İdman TV vasitəsilə canlı yayımlanır.

Address

Binə Qəsəbəsi, Mərdəkan şossesi, Binə Atcılıq Mərkəzinin Yanı
Baku

Opening Hours

Monday 10:00 - 18:00
Tuesday 10:00 - 18:00
Wednesday 10:00 - 18:00
Thursday 10:00 - 18:00
Friday 10:00 - 18:00

Telephone

+994125653151

Alerts

Be the first to know and let us send you an email when ARAF/ EFAR posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to ARAF/ EFAR:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram