Özəl Tibb Müəssisələri Assosiasiyası

Özəl Tibb Müəssisələri Assosiasiyası Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Özəl Tibb Müəssisələri Assosiasiyası, Medical and health, Baku, Baku.

Yanvarın 28-də İş Adamları Cəmiyyətinin Milli Assosiasiyasının (İCMA) “Tibb Müəssisələri və Həkimlərlə İş” Komissiyasını...
30/01/2026

Yanvarın 28-də İş Adamları Cəmiyyətinin Milli Assosiasiyasının (İCMA) “Tibb Müəssisələri və Həkimlərlə İş” Komissiyasının təşəbbüsü ilə səhiyyə sektoruna həsr olunmuş sektoral görüş keçirilib. 🏥

Görüşün məqsədi dövlət qurumları ilə özəl tibb sektoru arasında əməkdaşlığın qurulması, özəl tibb sektorunun qarşılaşdığı problemlərin səsləndirilməsi və həlli yollarının birgə prespektivlərinin araşdırılması olmuşdur.

Tədbirdə Millət vəkilləri, Səhiyyə Nazirliyi, Vergi siyasəti xidməti, İcbari tibbi sığorta, Təbib, özəl tibb sektoru nümayəndələri, 100-dən artıq sahibkar, səhiyyə üzrə mütəxəssislərlə yanaşı, Özəl Tibb Müəssisələri Assosiasiyası da təmsil olunmuşdur.
Sektoral görüş qarşılıqlı fikir mübadiləsi, təcrübə paylaşımı və yeni əməkdaşlıq imkanlarının müzakirəsi şəraitində baş tutub.

Azərbaycanda onkoloji xəstələr üçün tibbi xidmətə çıxış imkanlarının genişləndirilməsi istiqamətində vacib addım atılır....
25/01/2026

Azərbaycanda onkoloji xəstələr üçün tibbi xidmətə çıxış imkanlarının genişləndirilməsi istiqamətində vacib addım atılır. Qanunvericiliyə təklif edilən dəyişikliklərə əsasən, vətəndaşlar artıq yalnız ixtisaslaşdırılmış dövlət müəssisələrində deyil, həm də müvafiq lisenziyaya malik özəl tibb müəssisələrində onkoloji yardım ala biləcəklər.🏥

Hazırda qüvvədə olan qanunvericiliyə görə onkoloji xidmət əsasən dövlət tibb müəssisələrində göstərilir. Lakin onkoloji xəstələrin sayının artması, dövlət müəssisələrinin yüklənməsi və vətəndaşların müalicə üçün xarici ölkələrə üz tutması bu sahədə alternativlərin yaradılmasını zəruri edib.

Təklif olunan dəyişikliklər “Lisenziyalar və icazələr haqqında” qanunun tələblərinə uyğun olaraq, yalnız onkoloji yardım üzrə ayrıca lisenziyaya malik özəl tibb müəssisələrinin bu sahədə fəaliyyət göstərməsini nəzərdə tutur. Bu isə həm keyfiyyətə nəzarəti qoruyur, həm də pasiyentlər üçün seçim imkanlarını artırır.

Qeyd etmək vacibdir ki, onkoloji xəstələrə özəl tibb müəssisələrində xidmət göstərilməsinə icazə verilməsi məsələsi- Özəl Tibb Müəssisələri Assosiasiyası (ÖTMA) tərəfindən Səhiyyə Nazirliyi ilə keçirilən görüşlərdə mütəmadi olaraq qaldırılan əsas təşəbbüslərdən biri olub. Assosiasiya bu yanaşmanın səhiyyə xidmətlərinin əlçatanlığının artırılması və ölkə daxilində mövcud tibbi potensialdan səmərəli istifadə baxımından vacib olduğunu diqqətə çatdırıb.


20 Yanvar- Azərbaycan xalqının azadlıq, müstəqillik və suverenlik uğrunda apardığı mübarizənin qanla yazılmış səhifəsidi...
20/01/2026

20 Yanvar- Azərbaycan xalqının azadlıq, müstəqillik və suverenlik uğrunda apardığı mübarizənin qanla yazılmış səhifəsidir.
Bu tarix qəhrəmanlıq, qürur və milli iradəmizin rəmzidir.🇦🇿

Vətənimizin azadlığı naminə canından keçmiş bütün şəhidlərimizi dərin ehtiram və sonsuz minnətdarlıqla anırıq.
🕊 Ruhları şad olsun!

🇦🇿Prezident İlham Əliyev:"Yenə də qayıdıram ictimai nəzarətə, çünki mənim qərarlarımın bir çoxu məhz ictimai nəzarət nət...
07/01/2026

🇦🇿Prezident İlham Əliyev:
"Yenə də qayıdıram ictimai nəzarətə, çünki mənim qərarlarımın bir çoxu məhz ictimai nəzarət nəticəsində verilibdir."
Ətraflı:
https://qht.az/details/az/47651

Özəl Tibb Müəssisələri Assosiasiyasının 2025-ci il üzrə fəaliyyət hesabatına həsr olunmuş iclasdan görüntülər. İclasda g...
04/01/2026

Özəl Tibb Müəssisələri Assosiasiyasının 2025-ci il üzrə fəaliyyət hesabatına həsr olunmuş iclasdan görüntülər.

İclasda görülən işlər, əldə olunan nəticələr və gələcək prioritet məsələlər müzakirə edildi.

ÖTMA-ya üzv olan klinika rəhbərlərinə sertifikatlar və yaxa nişanları təqdim edildi.

Güclü özəl tibb sektoru təkcə keyfiyyətli müalicə deyil , həm də iqtisadi stabillik, sosial təhlükəsizlikdir.

Bir milləti güclü edən onun birliyi, gələcəyə inamı və ortaq dəyərləridir. 31 Dekabr bu birliyin, Yeni il isə yeni hədəf...
31/12/2025

Bir milləti güclü edən onun birliyi, gələcəyə inamı və ortaq dəyərləridir.
31 Dekabr bu birliyin, Yeni il isə yeni hədəflərin, ümidlərin və inkişafın rəmzidir.🇦🇿

Özəl Tibb Müəssisələri Assosiasiyası olaraq, 2026-cı ildə həmrəyliyimizin daha da möhkəmlənməsini, səhiyyə sahəsində davamlı inkişafı və birgə uğurlara imza atmağı arzulayırıq. 🎄

Yeni il hər birinizə möhkəm can sağlığı, uğurlar və yeni nailiyyətlər gətirsin!

#2026

29/12/2025

Özəl Tibb Müəssisələri Assosiasiyasının 2025-ci il üzrə fəaliyyət hesabatına həsr olunmuş iclas keçirildi.

İclasda görülən işlər, əldə olunan nəticələr və gələcək prioritet məsələlər müzakirə edildi.

ÖTMA-ya üzv olan klinika rəhbərlərinə sertifikatlar və yaxa nişanları təqdim edildi.

Güclü özəl tibb sektoru təkcə keyfiyyətli müalicə deyil , həm də iqtisadi stabillik, sosial təhlükəsizlikdir

27/12/2025
24 dekabr Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin doğum günüdür.Cənab Prezidenti doğum günü münasibətilə tə...
23/12/2025

24 dekabr Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin doğum günüdür.

Cənab Prezidenti doğum günü münasibətilə təbrik edirik.Ölkəmizin inkişafı və xalqımızın rifahı naminə fəaliyyətində uğurlar arzu edirik.

Özəl Tibb Müəssisələri Assosiasiyası nümayəndələri- Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəf...
18/12/2025

Özəl Tibb Müəssisələri Assosiasiyası nümayəndələri- Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən keçirilən "Səhiyyədə Rəqəmsal Transformasiya və İnnovasiyalar 2025" konfransında iştirak ediblər.

🏥 Səhiyyədə birlik, sağlamlıqda güvən!

📞 070 316-94-10
📧 info@otma.az

Özəl Tibb Müəssisələri Assosiasiyası idarə heyəti və üzvləri arasında səmimi şəraitdə görüş keçirilib.Görüş zamanı- son ...
17/12/2025

Özəl Tibb Müəssisələri Assosiasiyası idarə heyəti və üzvləri arasında səmimi şəraitdə görüş keçirilib.

Görüş zamanı- son dövrlərdə Özəl Tibb Müəssisələrinin qarşılaşdıqları problemlər və onların konstruktiv həll yolları müzakirə edilib.

🏥 Səhiyyədə birlik, sağlamlıqda güvən!

📞 070 316-94-10
📧 info@otma.az

Address

Baku
Baku

Telephone

+994554825268

Website

Alerts

Be the first to know and let us send you an email when Özəl Tibb Müəssisələri Assosiasiyası posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Özəl Tibb Müəssisələri Assosiasiyası:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram