Dr.Amil Mustafayev

Dr.Amil Mustafayev stomatoloji xidmetlerimin numayisi

Eksik Dişler Tamamlanmazsa Nelere Sebep Olur?ESTETİK GÖRÜNTÜ OLUMSUZ ETKİLENİRDişler, dudak ve yanakları da desteklemekt...
20/08/2015

Eksik Dişler Tamamlanmazsa Nelere Sebep Olur?

ESTETİK GÖRÜNTÜ OLUMSUZ ETKİLENİR

Dişler, dudak ve yanakları da desteklemektedir, eksildikçe de yüzde deformasyon görülür. Ciltte yeni kırışıklıklar oluşurken mevcut kırışıklıklar daha da derinleşir. Kelime telaffuzları zorlaşır ve konuşma güçlüğü yaşanmaya başlar.

AĞIZ VE DİŞ SAĞLIĞI PROBLEMLERİ GELİŞİR

Dişler birbirlerini tamamlayacak şekilde tasarlanmıştır. Bir diş kaybedildiğinde, komşu dişler oluşan boşluğa doğru devrilir. Karşı çenedeki diş de, oluşan boşluğa doğru uzamaya başlar. Bu patolojik diş hareketleri çeşitli diş, diş eti ve ortodontik bozukluklara sebep olur. Tüm bunlara ek olarak, doğal diş temaslarının ve konumlarının bozulması, dişlerin temizlenmesini de güçleştirir. Çürük riski artar.

ÇENE EKLEMİ PROBLEMLERİ YAŞANIR

Ağızdaki tüm dişlerin dengeli bir temas halinde yer almaları, çene eklemi açısından da büyük önem taşır. Diş kaybını takiben, çiğneme kasları ve çene ekleminde de patolojik değişiklikler oluşur.

SİNDİRİM SİSTEMİ SORUNLARI

Eksik dişler çiğneme fonksiyonunu olumsuz etkiler. Sindirimin ilk aşaması sağlıklı bir şekilde gerçekleşemez ve çeşitli sindirim sistemi rahatsızlıkları baş gösterebilir.

Tüm bu etkenler göz önüne alındığında, ağızdaki eksik dişlerin protezlerle veya implant ile tamamlanması hastanın, ağız ve diş sağlığı, genel sağlık, estetik görüntü ve sosyal yaşamı açısından büyük önem taşır.

Ağız qoxusunu yaradan səbəblər və həlli yollarıTibbdə   p*s  ağız  qoxusunu  halitosis  olaraq  adlandırırlar. Ağız  qox...
19/08/2015

Ağız qoxusunu yaradan səbəblər və həlli yolları

Tibbdə p*s ağız qoxusunu halitosis olaraq adlandırırlar. Ağız qoxusu, xarici görünüşünüzə nə qədər əhəmiyyət versəniz verin, nə qədər baxımlı olsanız olun, ətrafınızdakı insanların sizdən uzaqlaşması üçün yetərli bir problemdir. Ağız qoxusu, sizin həm şəxsi həyatınıza həm ictimai həyatınıza, həm də iş həyatınıza mənfi təsir edən ciddi bir problemdir. Ağız qoxusunun səbəbləri iki əsas qrupda toplanır :

1. Ağız qoxusunun ümumi səbəbləri :
Ağız qoxusunun səbəblərinin 90%-i ağızdakı problemlərdən qaynaqlanır.
Nizamlı olaraq ağız baxımı edilmədiyi təqdirdə, qidaların artıqları dişlərin arasında, dilin üzərində, diş ətlərinin üzərində yığılmağa başlar və bu da bir müddət sonra xoşagəlməz bir ağız qoxusuna səbəb olar.
Sarımsaq və soğan kimi kəskin qoxusu olan qidalar istehlak edildiyində, bədən bu qidalara öyrəşənə qədər, ağızdakı sarımsaq, ya da soğanının narahat edici qoxusu keçməz.
Ağızdakı çürümüş dişlər, köhnə diş plombları kimi diş tətbiqləri p*s ağız qoxusuna səbəb olan digər faktorlardandır.
Ağız və dişlərə tam uyğunlaşmamış p*s və keyfiyyətsiz protezler ciddi ağız qoxularına səbəb olarlar.
Bunlardan əlavə çox vaxt ağla gəlməsə də, olduqca ciddi bir səbəb olan ağız içi şişləri də çox ağır və narahat edici ağız qoxusuna səbəb olarlar.
Ağız qoxusu cəmiyyət içində adamı son dərəcə hörmətdən salıcı vəziyyətlərə gətirə bilən və bir çox boşanmalara da səbəb olaraq göstərilən ciddi bir problemdir.
Ağız qoxusunu yaradan səbəblər və həlli yolları
Ağız qoxusundan xilas olmaq üçün nələr edilə bilər?

Ağızda diş əti xəstəliyi varsa sürətlə müalicə edilməlidir.

Ağızda çürük dişlər varsa plomb etdirilməli və ya çəkilməlidir.

Gündə ən az iki dəfə mütləq dişlər diş pastası ilə fırçalanmalıdır.

Gündə bir dəfə diş ipi istifadə edilərək diş təmizliyi edilməlidir.
Bu cür baxımlara diqqət göstərmənizə baxmayaraq, hələ də ağız qoxusu şikayətiniz davam edirsə, ağız qoxusuna səbəb olan digər səbəbləri araşdırmalısınız.

2. Ağız qoxusunun digər səbəbləri.
Əgər sinüzit, bronxit kimi xəstəlikləriniz varsa ağız qoxusu şikayətiniz ola bilər.
Ağciyər qaynaqlı infeksiyalar ağız qoxusu şikayətinə səbəb ola bilər.
Böyrək çatmamazlığı və qaraciyər çatmamazlığı ağız qoxusunun səbəblərindəndir.
Maddələr mübadiləsinizdəki bəzi pozğunluqlar ağız qoxusu yarada bilər.
Bağırsaqlarınızda parazit varsa, xüsusilə səhər oyandığınızda ağız qoxusu problemi yaşaya bilərsiniz.
Şəkər xəstəliyi ağız qoxusu yarada bilər.
Pəhriz və oruc dövrlərində ağız qoxusu problemi yaşana bilər.

Diş sağlamlığı ilə əlaqədar doğru bildiyimiz səhvlər, səhv bildiyimiz doğrular...Bəzən insan öz sağlamlığı üçün xeyirli ...
18/08/2015

Diş sağlamlığı ilə əlaqədar doğru bildiyimiz səhvlər, səhv bildiyimiz doğrular...

Bəzən insan öz sağlamlığı üçün xeyirli və zərərli olanları yaxşı fərqləndirə bilmir. Təbii ki, bütün bunlar orqanizmdə problemlərin yaranmasına səbəb olur. Bəs diş sağlamlığı haqqında insanların səhv və doğru fikirləri hansılardır:

- "Ağız qoxusu problemi hamıda var" deyənlər səhv fikirləşirlər. Ağız qoxusu - çürük diş, diş əti xəstəliyi, həzm sistemi ilə əlaqədar narahatlıqlar, üst tənəffüs yolu infeksiyalarından qaynaqlanan ağız problemidir. Bu, insanların ictimai həyat fəaliyyətinə təsir edən bir faktordur. Dişi fırçaladıqdan sonra dilin üst qisminin xüsusi dil fırçası və ya diş fırçasının sapıyla sıyrılaraq təmizləmək ağızda mikrobların çoxalmasının qarşısını alır. Başqa problemlər yoxdursa, bu təmizləmə ağız qoxusunun qarşısını ala bilər.

- Validenlər düşünürlər ki, uşağın süd dişi çəkildikdən sonra bu dişlərə plomb qoydurmaq olmaz, onsuz da yeni dişlər çıxacaqdır. Əslində bu, səhv yanaşmadır. Çünki uşağın süd dişinin erkən çəkilişi yeni çıxacaq daimi dişlərdə mürəkkəbliyə və çənə sümüyünün inkişafında pozulmalara səbəb ola bilər. Ona görə də, bu dişlərə plomb qoyulmalıdır.

- Bəzi insanlar fikirləşirlər ki, sərt diş fırçası ilə dişləri sürtəndə dişlər daha yaxşı təmizlənir. Əslində bu, yanlış fikirdir. Çünki dişləri yaxşı fırçalamaq fırçanın sərtliliyi ilə deyil, fırçanın texnikasıyla əlaqədardır. Ümumiyyətlə, orta sərtlikdə olan diş fırçalarının istifadə edilməsi məsləhətdir. Çox sərt fırçalar dişləri zədələyə bilər.

- Düşünürük ki, dişləri sərt şəkildə (fırçanı dişlərə möhkəm basaraq) fırçalamaq daha yaxşı təmizləyər. Əslində bu da səhv düşüncədir. Dişlərin mina təbəqəsi aşındığı üçün, altdakı sarı təbəqə ortaya çıxar və dişlər daha sarı görünər. Bundan əlavə, sərt fırçalama dişlərdə həssaslığa və diş əti çəkilməsinə səbəb ola bilər.

Damaq və diş xəstəliklərinin profilaktikası                                        İl ərzində 2 dəfə (hər 6 aydanbir) ol...
18/08/2015

Damaq və diş xəstəliklərinin profilaktikası İl ərzində 2 dəfə (hər 6 aydanbir) olmaqla mütləq stomatoloqun profilaktik müayinəsindən keçmək və dişlərin peşəkar səviyyədə təmizlənməsini yerinə yetirmək lazımdır.
Dişlərin peşəkar səviyyədə təmizlənməsi nə üçün vacibdir? Məsələ bundan ibarətdir ki, kariyesin inkişaf etməsinin əsas səbəbi olan diş daşlarının müstəqil şəkildə təmizlənməsi, əksər hallarda diş ərpinin (diş daşlarının) tam şəkildə xaric edilməsini təmin etmir. Dişlərin peşəkar səviyyədə təmizlənməsi ilk öncə diş daşlarının təmizlənməsini (mexaniki və ya ultrasəs aparatı ilə), daha sonra diş səthinin xüsusi fırçalarla hamarlanmasını, daha sonra isə tərkibində ftor elementi olan xüsusi qoruyucu lakla işlənməsindən ibarətdir. İldə 2 dəfə profilaktik olaraq stomatoloqun müayinəsindən keçmək, damaq xəstəlikləri riskinin 80%, kariyes xəstəliyinin baş vermə ehtimalının isə 40% azalmasına səbəb olur.
Təsirli profilaktika üsullarından biri də dişlərdə olan fissurların germetizasiyasından (kip bağlanma) ibarətdir. Bütün dişlərin tac hissəsinin səthində çox kiçik şırım, oyuq və kanallar (fissurlar) kariyes prosesinə daha çox meyilli olurlar. Ona görə ki, ağız boşluğunda olan bakteriyalar üçün orada yerləşmək, möhkəmlənmək və çoxalmaq üçün daha yaxşı və münbit şərait olur. Fissurların qapadılması üçün çeynəmədə iştirak edən molyar və premolyar dişlərin çeynəmə səthlərinə nazik bir qatla xüsusi qoruyucu material sürtürlər. Nəticədə fissurlar qapanmış olur ki, bu da dişlərin bir çox illər ərzində kariyesdən qorunmasına səbəb olur. Fissurların bu üsulla germetizasiyasını 6-12 aylarından başlayaraq uşaqlarda çıxan həm müvəqqəti həm də daimi dişlərə tətbiq etmək məsləhət görülür.
- Profilaktik baxışdan savayı, hər bir dişdə ilk ağrı əlamətləri hiss olunan kimi tez bir zamanda stomatoloqun qəbuluna getmək lazımdır. Hətta dişdə olan ağrını müstəqil şəkildə aradan götürə bilsəniz də, sakitləşərək həkimə getməyi təxirə salmayın! Bu halda çox yəqin ki, proses kəskin haldan xroniki hala keçmiş olur. Ağızdan p*s qoxu gəldikdə, damaqlarda kista (kiçik ağrılı törəmə) əmələ gəldikdə, həmçinin damaqlardan hətta az miqdarda qanaxmalar olduqda da stomatoloqa getmək vacib hesab edilir.
- Düzgün qidalanmaq dişlərin sağlamlığı üçün də böyük əhəmiyyətə malikdir. Ağız boşluğunda milyardlarla bakteriyalar “yaşayır”. Orqanizm özü daim onlarla mübarizə aparır, biz isə fırça və diş pastası ilə ona kömək edirik. Ağız boşluğunda olan bakteriyalar karbohidratları – şəkər, qənnadı məmulatları, konfetlər, makaron və s. bu kimi məhsulları çox “sevir”. Onların təsirindən bakteriyaların sayı fəlakətli dərəcədə artır. Buna görə də kariyesin profilaktikası üçün imkan olduqca karbohiratları əsasən səhər və axşam yeməkləri zamanı qəbul etmək və bundan sonra isə dişləri təmizləmək çox vacib hesab edilir. Əgər siz buna riayət edə bilməyərək, nahar vaxtı karbohidratlarla zəngin olan qida qəbul etmiş olsanız, qida qəbulundan sonra vaxt taparaq dişlərinizi təmizləməli və ya ağız boşluğunuzu diş eliksiri ilə yaxalamalı, bu da mümkün olmadıqda isə, heç olmasa bir neçə dəqiqə ərzində tərkibində kselit olan saqqız çeynəməlisiniz. Saqqız çeynənməsi zamanı ağız suyun miqdarı artır. Tüpürcəyin tərkibində olan bəzi maddələr diş emalını zədələyən mikroblara qarşı antibakterial xüsusiyyətlərə malikdir. Lakin onu da bilmək lazımdır ki, saqqızı 5-7 dəqiqən artıq və acqarnına çeynəmək olmaz!
Dişlərin sağlamlığını uzun müddət ərzində qorumaq üçün, gün ərzində olan yanğı hissiyyatını qazlı və şirin içkilərlə, kofe və çay ilə deyil, su ilə aradan qaldırmaq daha xeyirli hesab edilir.
- Dişlərin sağlamlığı üçün tərkibində ftor elementi olan (yodlaşdırılmış-ftorlaşdırılmış duzlar) xörək duzundan istifadə edilməsi böyük əhəmiyyətə malikdir. Çünki, bunun nəticəsində tüpürcəyin tərkibində, dişlərin qorunmasında vacib rol oynayan ftoridlərin miqdarının artması baş verir.
- Dişlər çox soyuq və çox isti qidaları və içkiləri də (xüsusən isə onların növbələnməsini) “sevmirlər”.
- Damaqların vəziyyətini yaxşılaşdırmaq, orada olan iltihabi proseslərin qarşısını almaq və ya aradan götürmək və tənəffüsü təravətləndirmək üçün xalq təbabəti vasitələrindən hesab edilən adaçayı-palıd dəmləməsindən istifadə etmək yaxşı nəticə verir. Bunun üçün 1 çay qaşığı adaçayını və o qədər də palıd qabığını götürüb üzərinə 300 ml qaynar su əlavə edin və 30 dəqiqə ərzində onu vam odda qaynadın. Alınan dəmləməni soyutmaq, süzmək və gün ərzində ağız boşluğunu onunla bir neçə dəfə yaxşı-yaxşı yaxalamaq lazımdır. Gingivit və parodontit zamanı isə belə bir sadə müalicə üsulündan da istifadə etmək olar: şəhadət barmağımıza bir qədər tənzif doladıqdan sonra onun üzərinə 5-6 damcı təmiz ağ şam ağacı yağı (“pixtovoe maslo”) damızdıraraq damaqlara sürtürük. Bunu gün ərzində 2 dəfə etmək lazımdır.

Dişlərin həssaslığının artmasıBir çox insanlar bu problemlə vaxtaşırı olaraq üzləşir.İsti, soyuq, şirin, turş qidalar və...
15/07/2014

Dişlərin həssaslığının artması

Bir çox insanlar bu problemlə vaxtaşırı olaraq üzləşir.
İsti, soyuq, şirin, turş qidalar və içkilər dişlərdə ağrıya səbəb olur. Ağrı hətta dişlərin təmizlənməsi zamanı və çöldə soyuq hava udduqda inkişaf edə bilər. Bu hal "hiperesteziya" adlandırılır. Problemlə həm böyüklər, həm də uşaqlar (xüsusilə yeniyetmələr - onların orqanizmlərində gedən güclü dəyişikliklərə görə) üzləşir.
İltihab zamanı olan ağrı ilə müqayisədə hiperesteziya zamanı olan ağrı yalnız qıcıqlandırıcı (qida, maye və s.) dişin üzərinə düşdükdə əmələ gəlir və tez də keçir. Dişin iltihabı zamanı isə ağrı daha uzun çəkir.
Hiperesteziya müstəqil pozulma kimi inkişaf edə bilər və ya digər xəstəliklərin əlaməti kimi meydana çıxa bilər (parodontit, parodontoz, endokrin pozulmalar və s.).
Dişlərin həssaslığının artmasının səbəbləri müxtəlif ola bilər:
- ağardıcı diş pastalarından və sərt diş şotkalarından istifadə etdikdə (bu halda belə pastalardan və şitkalardan imtina etmək lazımdır),
- diş emalının eroziyası zamanı,
- kariesin başlanğıc forması zamanı,
- diş daşının təmizlənməsindən sonra (diş daşı ilə örtülən emal daha zəif olur və bir neçə gün ərzində daha həssas olur),
- dişlərin ağardılmasından sonra (emalın xarici qatı zədələnir),
- dişlərin mikrotravmaları, diş emalın çatları zamanı (bu dişlərlə sap və ya məftil qırmaq, tum çırtlamaq və s. bu kimi zərərli adətləri olan insanlarda olur).
Hiperesteziyanın müalicəsi üçün stomatoloqa müraciət etmək lazımdır. İlk növbədə həkim pozulmanın səbəbini təyin edəcək. Əgər bu pozulma hər hansı digər xəstəliyin simptomu kimi meydana çıxıbsa, bu xəstəlik müalicə olunmalıdır

Maraqli faktlarDişlere qulluq - doğru bildiyimiz sehvlerDişler haqqında bilmediklerimizYemekden derhal sonra dişleri fır...
14/07/2014

Maraqli faktlar
Dişlere qulluq - doğru bildiyimiz sehvler
Dişler haqqında bilmediklerimiz
Yemekden derhal sonra dişleri fırçalamaq meslehet deyil. Çünki bu zaman qidadakı maddeler ağızda dağılır ve dişlerin zeiflemesine yol açır. Fırçalama prosesine yemekden bir saat sonra başlamaq meslehetdir.
Diş mecunu suda isladılmamalıdır. Çünki bu zaman mecun tesirini itirir. Mecundan leblebi denesi miqdarında istifade etmek lazımdır.
Bezileri dişleri ne qeder çox ve sert fırçalasalar, bir o qeder çox bakteriyanın mehv edileceyine inanır. Ancaq bu bele deyil. Aparılan araşdırmalar dişlerin günde en azı iki defe iki deqiqe müddetinde fırçalanmasınınmeslehet olduğunu gösterir. İdeal temizlik üçün ise diş sapından istifade etmek olar.
Siqaret, çay ve qehveden çox istifade edenler ise dişleri ile beraber ağızdan p*s qoxu gelmesinin qarşısını almaq üçün dillerini de yumalıdırlar.
Tebii diş temizleyicisi hesab edilen almadan elave, yemek aralarında yerkökü, partlamış qarğıdalı yemek dişleri temiz saxlayır.
Seherler diş fırçalamazdan evvel alma sirkesi ile qarqara edin. Çünki sirke dişdeki lekelerin yox olmasına, dişlerin ağarmasına ve diş etindeki mikrobların mehv olmasına sebeb olur.
Şokolad dişe o qeder de böyük ziyan vurmur. Dişin esas düşmeni başqa şirniyyatlardır. Bundan elave meyve şirelerinin terkibindeki turşular da dişlerin vaxtından evvel mehv olmasına yol açır.
Eger meyve şiresi, şirniyyat, karamel kimi qidalar qebul etmisinizse, yemeyi ayran, pendir kimi ağartı mehsulları ile yekunlaşdırın. Çünki onlar turşuların zererli tesirlerinin qarşısını almaq qabiliyyetindedirler. Pendir ve ayran dişler üçün müdafie qalxanı yaradır....

Dişlər haqqında 15 maraqlı fakt 1. Meksikada süd dişi düşən zaman onu toplayan mifik Diş Pərisi olur. Bəzi ölkələrdə Azə...
12/07/2014

Dişlər haqqında 15 maraqlı fakt

1. Meksikada süd dişi düşən zaman onu toplayan mifik Diş Pərisi olur. Bəzi ölkələrdə Azərbaycan da, daxil olmaqla süd dişi çıxan zaman Siçan apardı deyirlər.

2. İnsan bədənində ən möhkəm diş emalı hesab olunur.

3. Hər ikinci amerikalı insanda ən yadda qalan ilk şey onun təbəssümü olduğunu söyləyir.

4. Dünyanın ən bahalı dişi 4650 dollara satılıb. Onu alan zəngin aristokrat həmin dişi üzük halqasına saldıraraq barmağında gəzdirib. Bu hadisə 1727-ci ildə baş verib. Məhşur İsaak Nyutonun ölümündən bir gün sonra. Çünki diş məhz alim İsaak Nyutonun dişi idi.

5. Qədim Romadan dişləri təmizləmək üçün sidik ifrazatından istifadə olunurdu.

6. Diş fırçası qismində ilk dəfə ucu haçalanmış çubuqlardan istifadə edilmişdir.

7. İlk diş pastası Dr. Shefield’s Creme Dentifrice 1892-ci ildə istehsal olunmuşdur.

8. İnsanların yalnız 60% 65 yaşına qədər tam diş komplektinə malik olur. 65 yaşdan yuxarı diş tökülmələri sürətlənir.

9. Yalnız Amerikada ildə 53 000 000 litr diş pastası satılır. Bu isə 30 Olimpiya hovuzunu doldura biləcək suyun həcminə bərabərdir.

10. Yeri gəlmişkən, «süd dişi» deyimini ilk dəfə Hipokrat söyləmişdir. O, əmin idi ki, körpənin ilk dişləri süd vasitəsilə formalaşır.

11. İlk elektriki diş fırçası İkinci Dünya müharibəsindən sonra İsveçrədə istehsal olunmuşdur. Həmin zaman qəribə görünsədə indi dünya əhalisinin 12% ektriki diş fırçasından istifadə edir.

12. Gündə 3 dəfə dişlərini fırçalayan insanlar artıq çəkidən əziyyət çəkmək ehtimalı çox azdır. Yapon alimləri 14 000 insanın həyatının araşdıraraq bu nəticəyə gəliblər.

13. Bədəndə olan kalsiumun 99%-i dişlərdə və sümüklərdə olur.

14. Heç fikirləşmisinizmi ki, neçə cürə diş fırçası icad etmək olar? Statistikaya görə 1960-cı ildən bəri dünyada 3000 fərqli diş fırçası modeli istehsal edilib.

15. ABŞ-ın Rod-İsland ştatında qanuni olaraq şənbə günləri mağazalarda diş fırçası satmaq qadağandır.

Estetik qüsurun metal keramika vasitesile berpasi
11/07/2014

Estetik qüsurun metal keramika vasitesile berpasi

:))
11/07/2014

:))

Efendim bu ara Hindistan'daki yaşama kafayı takmış bulunmaktayım daha önce paylaştıgım pushkarlı cosmic berber babanın videoalrında bir berberin para kazanmak için neler yapabilcegini görmüştük bu videodada hindistandaki saglık hizmetlerinin Seyyar oldugunu göreceksiniz videoyu izlerken bile benim t…

Frontal hududlanan qusurun ortopedik berpasi - korpuyebenzer protezMetal keramika
10/07/2014

Frontal hududlanan qusurun ortopedik berpasi - korpuyebenzer protez
Metal keramika

Address

Eldar Xelilov Kucesi 57
Bakikhanov

Opening Hours

Monday 10:00 - 20:00
Tuesday 10:00 - 20:00
Wednesday 10:00 - 20:00
Thursday 10:00 - 20:00
Friday 10:00 - 20:00
Saturday 10:00 - 20:00

Website

Alerts

Be the first to know and let us send you an email when Dr.Amil Mustafayev posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Dr.Amil Mustafayev:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram

Category