Sehife işlemir

Sehife işlemir Sagliq turizmi pasiyentlər üçün yüksək səviyyəli əlavə xidmətlər (Ambulans təyyarə,VİP nəqliyyat vasitələri və s.)

Türkiyədə Müalicə

(Treat in Turkey) firmamız Türkiyə Respublikasında müalicə almaq istəyən vətəndaşlarımıza xidmət etmək və eyni zamanda da onların ən etibarlı həkimlər və tibb müəssisələri tərəfindən müayinə və müalicə olunmasına köməklik göstərmək məqsədilə qurulmuşdur. Xidmətlərimiz, artıq siz Türkiyədə müalicə olunmağa qərar verdikdən və bizimlə əlaqəyə keçdikdən sonra başlayır və siz müalicənizi tamamlayaraq öz ölkənizə qayıdana qədər davam edir. Firmamız bu məqsədlə sizlərə aşağıdakı xidmətləri təklif edir:

Diaqnoza və fərdi istəklərə uyğun olaraq müalicə və reabilitasiya üçün ən münasib klinika və mütəxəssislərin seçilməsi;
Tibb müəssisələri ilə danışıqların aparılması;
Hospitalizasiyanın yeri və vaxtının əvvəlcədən müəyyən edilib ayrılması;
Müalicə müddəti uzandığı təqdirdə xəstə və yaxınının Viza probleminin həlli;
Hava limanında qarşılama və yola salma ilə yanaşı Müalicə müddəti ərzində nəqliyyat xidmətlərinin göstərilməsi
Ehtiyac olduğu təqdirdə qabaqcadan xəstə və yaxınının istəklərinə əsasən mehmanxana və ya mənzil ayrılmasının təşkili
Türkiyə Respublikasında tibbi personalla əlaqənin təmin olunması üçün xəstənin tərcüməçi tərəfindən müşayiət edilməsi;
Ayrıca razılaşma əsasında V.İ.P. Bütün bunlarla birliktə, firmamız öz müştərilərinə əsas xidmətlərdən əlavə olaraq onların istəklərinə əsasən, müalicə dövrünü əhəmiyyətli dərəcədə yüngülləşdirə biləcək digər xidmətlər təklif edir. Tibbi Xidmət
Türkiyədə müayinə və ya müalicə olmağa qərar verən xəstə bizimlə əlaqəyə keçdikdən sonra, xəstənin diaqnozuna və fərdi istəklərə uyğun olaraq diaqnostika, müalicə, reabilitasiya üçün ən münasib klinika və mütəxəssislərin seçilməsi prosesi başlayır;
Tanınmış mütəxəssislər tərəfindən nəzərdən keçirilməsi üçün sizin sənədləri uyğun profilli klinikaya göstəririk;
Klinikadan alınmış cavabı Azərbaycan yaxud rus dilinə tərcümə edirik və Sizin üçün rahat olan istənilən üsulla (poçt, faks, elektron poçtu) sizə göndəririk. Klinikadan alınmış cavaba bu sənədlər daxil olur:

- tibbi yardım göstərilməsi planı;

- tibbi xidmətlərin qiyməti ;

Sizinlə təkliflər razılaşdırıldıqdan sonra hospitalizasiyanın yeri və vaxtı əvvəlcədən müəyyən edilərək müayinə günü alınır;

Müayinə günü tarixinə uyğun olaraq sizin avibiletləriniz bizim tərəfimizdən sifariş olunur

Tibbi sənədlərin xarici dilə və xarici həkimlərin yekun rəylərinin rus və yaxud azərbaycan dilinə yüksək ixtisaslı tərcüməsi;

Xarici ölkədə təyin olunmuş həkimlər tərəfindən müayinənin təmin olunması üçün pasiyentin tərcüməçi tərəfindən müşayiət edilməsi;
Ayrıca razılaşma əsasında V.İ.P. Bunlara əlavə olaraq sizlərə pulsuz olaraq:

Mualicəsini təşkil ettiyimiz şəxslərə mualicədən sonraki vaxtlarda da aparıcı ekspert və mütəxəssislər tərəfindən məsləhət alma imkanı təqdim edirik. Siz istədiyiniz vaxt bizimlə əlaqə saxlayaraq bizim mütəxəssislərdən tibbi məsləhətlər alabilər və eyni zamanda da sizin hal hazırda davam edən müalicəniz barədə suallarınıza cavab tapa bilərsiniz. Nəqliyyat və Yerləşdirmə

Firmamız sizin istəkləriniz əsasında əvvəlcədən mehmanxana və ya mənzil ayrılmasını təşkil edir. Siz firmamızın işçiləri tərəfindan havalimanında qarşılanaraq əvvəlcədən ayrılmış olan mehmanxanaya vəya mənzilə yerləşdiriləcəksiniz
Teyin olunmuş müayinə günü siz qaldığınız yerdən firmamızın işçiləri tərəfindən və firmaya məxsus avtomobil vasitəsi ilə alınaraq müayinə olunacaq klinikaya aparılacaqsınız
Müayinəniz bitənə qədər firmamızın işçisi sizin yanınızda olacaq və işləriniz tamamlandıqda sizi yenidən qaldığınız yerə yerləşdirəcək
Türkiyədə müayinə və ya müalicə məqsədi ilə qaldığınız müddət ərzində sizə firmamız tərəfindən avtomobil vasitəsi və yanınızda sizə köməklik göstərəcək firmanın işçilərindən bir nəfər ayrılacaqdır
İşləriniz tamamlandıqdan sonra siz firmamız tərəfindən havalimanına aparılaraq ölkənizə yola salınacaqsınız.

Address

Baku

Alerts

Be the first to know and let us send you an email when Sehife işlemir posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Sehife işlemir:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram