
26/06/2024
🟢Bu il qaraciyər xəstəlikləri üzrə 10.000 üzəri həkimin qatıldığı qaraciyər xəstəliklərinin Milan konfransında iştirak etdim. Tədbirdə ən ümüd verici məsələ Hepatit B və D xəstələrin müalicəsinə yönəlik dərmanın artıq klinik çalışmalara girməsi və inanılmaz effektiv nəticələrdir.
🔴Dünya yağlı qaraciyər xəstəliyini çox sıx müzakirə edir, niyə çünki qaraciyər yağlı olarsa bədəndə ürək və beyin damarını tutan iltihabı maddələr yaranmağa başlayır.Bəlkədə elə buna görədir ki ürək xəstəlikləri üzrə dünyada liderik, çünki demək olar ki yağlı qaraciyəri olmayan +40 adam azdır.