Vafa Zeynalova

Vafa Zeynalova Ruhsal bəldəçiniz

Yay aylarını özüm üçün əsil istirahət elan etmişəm. Bu səbəbdən sosialdan uzağam...
04/08/2025

Yay aylarını özüm üçün əsil istirahət elan etmişəm.
Bu səbəbdən sosialdan uzağam...

Unutma sən qadın olaraq mükəmməl yaradılmısan. Sadəcə bəzən əlavə dəstəklər alaraq aura və dişil enerjimizi balanslaşdır...
15/05/2025

Unutma sən qadın olaraq mükəmməl yaradılmısan. Sadəcə bəzən əlavə dəstəklər alaraq aura və dişil enerjimizi balanslaşdırmağa kömək edə bilərik...

Bununlada toy paylaşımını tamamlayıram...Arzusunda olan hər kəsə nəsib olsun...
08/05/2025

Bununlada toy paylaşımını tamamlayıram...

Arzusunda olan hər kəsə nəsib olsun...

Xınamızdan...Sizlər üçün xına haqqında qısa məlumat qeyd etdim. Mənası mənə çox maraqlı gəldi...Xına mərasimi Azərbaycan...
19/04/2025

Xınamızdan...

Sizlər üçün xına haqqında qısa məlumat qeyd etdim. Mənası mənə çox maraqlı gəldi...

Xına mərasimi Azərbaycan xalqının qədim və mənalı toy adətlərindən biridir. Bu mərasim adətən toydan bir gün əvvəl, gəlinin evində keçirilir və onun həyatında yeni bir mərhələyə keçidini simvolizə edir.

Uğur və bərəkət niyyəti ilə gəlinin əllərinə xına yaxmaq, onun yeni ailə həyatının uğurlu, xoşbəxt və bərəkətli olması arzusu ilə edilir.

Xına qədim zamanlardan qoruyucu gücə malik sayılırdı. Bu mərasimdə xına həm də gəlinin p*s gözlərdən və bəd nəzərdən qorunması üçün istifadə olunurdu.

Allah arzusunda olan hər kəsə nəsib etsin...

Arzusunda olan hər kəsə nəsib olsun.Dünən əziz qardaşımın toyundan....
16/04/2025

Arzusunda olan hər kəsə nəsib olsun.

Dünən əziz qardaşımın toyundan....

Mənəvi enerji insanın daxili aləminin, düşüncələrinin, hisslərinin və inanclarının tamamıdır. Bu enerji bizim fiziki və ...
03/02/2025

Mənəvi enerji insanın daxili aləminin, düşüncələrinin, hisslərinin və inanclarının tamamıdır. Bu enerji bizim fiziki və ruhsal sağlamlığımıza, sosial münasibətlərimizə və ümumi həyat keyfiyyətimizə təsir edir. Ruhani enerjinin tarazlıqda olması insanın özünü yaxşı hiss etməsi, xoşbəxt və dinc olması deməkdir.

Xoş gəldin 2025Hər birinizin yeni ilini təbrik edirəm. Xalqım və dünya üçün çox xeyirli il olmasına ümüd edirəm. Hər zam...
03/01/2025

Xoş gəldin 2025

Hər birinizin yeni ilini təbrik edirəm. Xalqım və dünya üçün çox xeyirli il olmasına ümüd edirəm. Hər zaman sülh, əmin-amanlıq içində olmağı arzulayıram. Qoy bu yeni il hər kəsə gözəlliklər gətirsin. Ruhsal ve fiziksəl salığınız, şansınız, uğurlarınız, daim olsun. Yeni İliniz Mübarək oldu.

30/12/2024
Xoşbəxtlik bir seçimdir. Bəzən xoşbəxt olmaq üçün radikal qərarlar verməliyik. Keçmişi buraxmaq, anda qalmaq, neqativ və...
08/12/2024

Xoşbəxtlik bir seçimdir. Bəzən xoşbəxt olmaq üçün radikal qərarlar verməliyik. Keçmişi buraxmaq, anda qalmaq, neqativ vəziyyətlərtdən uzaq durmaq, çətin situasiyada pozitiv qala bilmək, sakit ruh halı, təslim olmaq və.s kimi seçimlərimizdə qərarlı olmaq.

Xoşbəxtlik individualdır. Hər kəsin xoşbəxtlik anlayışı fərqlidir. Birinin özünü xoşbəxt hiss etdiyi vəziyyət, digər şəxs üçün tam tərsi ola bilir. Burada əsas olan özünü kəşf edə bilməkdir.
Sən özünü nə qədər kəşf etmisən ?
Xoşbəxt olmaq üçün hansı seçimləri edirsən?

Xoş həftəsonu diləyi ilə...

Öz həyatımda tətbiq etdiyim bəzi davranış və düşüncələrim var ki, müsbət geri dönüşün gördüyüm üçün paylaşıram...Özün ol...
25/11/2024

Öz həyatımda tətbiq etdiyim bəzi davranış və düşüncələrim var ki, müsbət geri dönüşün gördüyüm üçün paylaşıram...

Özün olmaqdan qürur duyaraq yaşa. Nəticə nə olursa olsun qərarlarının arxasında dur. Həyatının məsuliyyətini tam olaraq üzərinə al. Yaşanıb, keçən vəziyyətlərə görə nə özünü nə kimsəni günahlandırma. Çünkü bunun kimsəyə faydası yoxdur. Olmalı idi oldu, yaşanmalı idi yaşandı. Qəbul et, dərsini al yoluna davam et.

Sadəcə özünlə məşqul ol, missyanı müəyyən et. Məqsədin və o məqsədinə çatmaq üçün hədəflərin olsun. Həyatın hər anını keyiflə yaşa, hiss et. Özünü ən yaxşısına layiq gör. Özünü sevib, dəyər versən, öz məni olduğun kimi qəbul etsən o zaman ətrafdan sevilib qəbul ediləcəksən.

Əmək sərf etməkdən qaçınma. Hədəfin üçün cəht etməkdən qorxma. Bir dəfə olmursa yenidən cəht et. Dəfələrlə yoxla bəzən eyni yoldan yenidən keçməli olursan. O zaman dur nəyi görməli olduğuna diqqət et.... Dəfələrlə cəht etmənə baxmayaraq olmursa o zaman axışa burax. Yaradana təslim ol. Dərindən nəfəs al, kofeni iç və olacaqları müşahidə et...

Fərdi inkişafa üstünlük ver. Hər kəs Ali təhsilli olmaya bilər, amma mariflənib həyatının yönünü dəyişmək sənin əlindədir. İnsan hürdür, düşüncələrinin qurbanı olmağı kənara buraxıb həyatın keyfini çıxar. Çünkü bu ruh, bu bədəndə, bu dünyanı bir dəfə təcrübə edəcək.

Sev, sevgiyə açıq ol...

Address

Baku

Website

Alerts

Be the first to know and let us send you an email when Vafa Zeynalova posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram