Həkim həyatı

Həkim həyatı Hekimler ve tibb telebeleri üçün

Sümük şişləri
04/07/2022

Sümük şişləri

Akustik neyromaAkustik neyroma və ya vestibulyar şvannoma(schwannoma), xərçəng olmayan daxili qulaq şişidir. Şiş əsas ol...
04/07/2022

Akustik neyroma

Akustik neyroma və ya vestibulyar şvannoma(schwannoma), xərçəng olmayan daxili qulaq şişidir. Şiş əsas olaraq eşitmə və müvazinətə təsir edir. Müalicəsi nəzarət, radiasiya müalicəsi və əməliyyatdan ibarətdir.

Schwannoma termini, Schwann hücrelerinden əmələ gələn şiş anlamına gəlir. Bu hüceyrələr periferik sinir sistemindəki (beyin ve onurğa beyni xaricindəki sinirlər) sinirləri örtür ve bu sinirlərin işini dəstəkləyir. Schwannomlar orqanizmdəki digər sinirlərdə ortaya çıxa bilər, ancaq baş nahiyesinde daha geniş yayılıb.Vestibulyar sinirdən və ya müvazinət sinirinden qaynaqlanır. Xoş xassəli şişlərə aiddir ve uzun illər ərzində tədricən inkişaf edir.

Akustik neyromaların 90%-i bir qulaqda olan eşitmə sinirinə təsir edir və bu tək tərəfli eşitmənin itirilməsi adlanır. Akustik neyroma üz hərəkətini,hiss ve ifadələri idarə edən sinirlərə də təsir edir.
Akustik neyromaların yayılması 1:100 000 nisbətindədir. Tək tərəfli akustik neyromalar baş nahiyəsindəki şişlərin 8%-ni təşkil edir. Bütün yaş gruplarında rast gəlinir. Ən çox 65-74 yaş aralığında rast gəlinir.
Genetik xəstəlik olan 2-ci tip neyrofibromatoz zamanı akustik neyroma hər iki qulağa təsir edir.(5% hallarda).

Kortizol və AKTHKortizol sintezi  əks-əlaqə yoluyla kontrol edilir. Kortizol səviyyəsi azalan zaman beynin alt hissəsind...
02/07/2022

Kortizol və AKTH

Kortizol sintezi əks-əlaqə yoluyla kontrol edilir. Kortizol səviyyəsi azalan zaman beynin alt hissəsində yerləşən hipotalamus tərəfindən kortikotropin sərbəstedici hormonu (CRH-Corticotropin-releasing hormone) sintez edilir.Bu hormon adrenokortikotropin hormon (ACTH) sintezi üçün beyində daha aşağıda yerləşən hipofiz vəzini xəbərdar edir. ACTH ise kortizol sintezi ve miqdarını tənzimləmək üçün böyrəküstü vəziləri xəbərdar edir. Kortizol səviyyəsi yüksəkdirsə, CRH ve ACTH-ın sintezi azalır.

Kortizol böyrəküstü vəzilərin qabıq qatında sintez edilir. Böyrəküstü vəzilər hər böyrəyin təpə hissəsində yerləşən orqa...
02/07/2022

Kortizol böyrəküstü vəzilərin qabıq qatında sintez edilir. Böyrəküstü vəzilər hər böyrəyin təpə hissəsində yerləşən orqandır. Bu orqanlar, toxumalar üzərində nəzarət edən və orqanizmdə sistemlərin idarə edilməsində yardımçı olan hormonal (endokrin) sistemin vacib hissəsidir. Böyrəküstü vəzinin qabıq hissəsi steroid hormonlar, kortizol, aldosteron ve böyrəküstü vəzi androgenlerini- başlıca olaraq dehidroepiandrosteronu (DHEA) sintez edir.

Cushing sindromu və KortizolCushing sindromu anormal dərəcədə yüksək kortizol səviyyəsinin səbəb olduğu sindromdur. Kort...
02/07/2022

Cushing sindromu və Kortizol

Cushing sindromu anormal dərəcədə yüksək kortizol səviyyəsinin səbəb olduğu sindromdur. Kortizol orqanizmin stresə reaksiya göstərməsində, qan təzyiqinin sabit saxlanmasında ve metabolizmdə rol oynayan steroid quruluşlu hormondur. Kortizolun ifrazı gün ərzində dəyişkənlik göstərir. Səhər 8:00-da ən yüksək, gecə yarısı ən aşağı səviyyədə olur. Yuxu rejiminin dəyişilməsilə ifraz saatlarında fərqlilik olacaqdır. Cushing seindromu olan insanlarda bu cür qanunauygunluq pozulur

Yenidən...
01/07/2022

Yenidən...

Address

Baku
AZE1000

Website

Alerts

Be the first to know and let us send you an email when Həkim həyatı posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram

Category