09/12/2025
8 dekabr tarixində TƏBİB-in və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) təşkilatçılığı ilə “Sağlam dialoq: media və səhiyyə kommunikasiyasında yeni paradiqmalar” mövzusunda təlim keçirilib
Respublika Pediatriya Mərkəzinin psixoloqu Dəniz Umarova “Özünə qayğı: emosional sağlamlıq üçün praktik yanaşmalar” mövzusunda təqdimatla çıxış edib:
D.Umarova stres və onun həyat fəaliyyətinə təsiri, stresin artmasına təsir göstərən faktorlar, neqativ düşüncə, davranış və emosiyaların idarə olunması, stresin azalmasına təsir göstərən günlük fəaliyyət növləri, stres vəziyyətində olan şəxsə ilkin psixoloji yardım, nəfəs və proqressiv rahatlama texnikalarından düzgün istifadə qaydaları barədə iştirakçıları məlumatlandırıb.