Aysel Garayeva

Aysel Garayeva Uzman Klinik Psixoloq Aysel Garayevapsy.aysel_garayeva

📺 İTV-də yayımlanan MAAG verilişində qonaq oldum 😊Aparıcı Rauf bəy ilə “Gənclərin nevroloji və psixoloji tarazlığını poz...
29/08/2025

📺 İTV-də yayımlanan MAAG verilişində qonaq oldum 😊

Aparıcı Rauf bəy ilə “Gənclərin nevroloji və psixoloji tarazlığını pozan amillər” mövzusunda ətraflı müzakirə apardıq. 🌿✨

Gənclərin sağlam gələcəyi üçün psixoloji tarazlığın qorunması olduqca vacibdir. 💫

“Niyə özümü xoşbəxt hiss etmirəm?”
30/07/2025

“Niyə özümü xoşbəxt hiss etmirəm?”

"Hər şeyi ürəyinə salma” deyimi zərər verə bilər…Gündəlik həyatda duyğularını ifadə edən insanlara tez-tez bu cümlə deyi...
01/07/2025

"Hər şeyi ürəyinə salma” deyimi zərər verə bilər…

Gündəlik həyatda duyğularını ifadə edən insanlara tez-tez bu cümlə deyilir:

“Hər şeyi ürəyinə salma.”

Bəs bu nə deməkdir? Duyğularını bastır, görməzdən gəl, üzərinə düşünmə?

Əslində, ürəyimizə saldıqlarımız – danışa bilmədiyimiz, başa düşülməyən və əhəmiyyətsiz sayılan hisslərimiz – bədənimizə və zehnimizə ağırlıq kimi qayıdır.
📌 Duyğular bastırıldıqca yox olmur, dərinləşir.

🔹 Qayğılar bölüşüldükcə yüngülləşər.
🔹 Hisslərini ifadə etmək zəiflik deyil – ruhi sağlamlığın əsas şərtidir.

[18:10, 2025-06-22] Gunay Cabbarzada: Manipulyasiya texnikaları – çox zaman fərqinə varmadan təsir altına düşürük…1. Gün...
24/06/2025

[18:10, 2025-06-22] Gunay Cabbarzada: Manipulyasiya texnikaları – çox zaman fərqinə varmadan təsir altına düşürük…

1. Günahlandırma taktikası – Heç bir günahın olmasa da, səni məsuliyyətli kimi göstərirlər: “Sənin ucbatından belə oldu!”

2. Duygusal şantaj – Sevgi, qəzəb və ya günah hissi ilə istədiklərini etdirmək: “Əgər məni sevirsənsə, bunu edərsən.”

3. Şübhə oyatma (gaslighting) – Səni öz yaddaşından, düşüncəndən və ya hisslərindən şübhələndirirlər: “Sən bunu uydurmusan”, “Yadına səhv salırsan.”

4. Sükutla cəzalandırma – Qarşı tərəf susaraq narazılığını bildirir, səni narahat edib təslim olmağa məcbur edir.

5. Mükəmməl obraz qurmaq – Əvvəlcə ideal biri kimi görünür, inamını qazanır, sonra istədiyi formada davranmağa başlayır.

6. Qurban rolu oynamaq – Həmişə əziyyət çəkən kimi göstərilərək səndə günah hissi yaradılır və bu hissdən istifadə olunur.
[11:52, 2025-06-23] Aysel GARAYEVA: Salam necesiniz?

Passiv-aqressiv davranışlar: susaraq incitməkPassiv-aqressiya, bir insanın qəzəb və narazılığını açıq şəkildə ifadə edə ...
17/06/2025

Passiv-aqressiv davranışlar: susaraq incitmək

Passiv-aqressiya, bir insanın qəzəb və narazılığını açıq şəkildə ifadə edə bilmədiyi hallarda, dolayı yollarla — məsələn, kinayəli sözlər, laqeyd davranış, susqunluq və ya vəd verib yerinə yetirməməklə — göstərdiyi emosional reaksiyadır.

Bu cür davranışlar adətən uşaqlıqdan formalaşır. Açıq şəkildə fikir bildirməyin "hörmətsizlik" sayıldığı və duyğuların boğulduğu mühitlərdə yetişən fərdlər, emosiyalarını birbaşa deyil, dolayı yollarla ifadə etməyi öyrənirlər. Onlar üçün açıq ünsiyyət qorxulu və ya təhlükəli görünə bilər.

Psixoloq diaqnoz qoymaq səlahiyyətində deyil. Bu, çox verilən, amma tez-tez səhv anlaşılan bir sualdır.Klinik psixoloq, ...
01/06/2025

Psixoloq diaqnoz qoymaq səlahiyyətində deyil.

Bu, çox verilən, amma tez-tez səhv anlaşılan bir sualdır.

Klinik psixoloq, fərdin psixoloji vəziyyətini qiymətləndirə, müşahidə edə və elmi testlər vasitəsilə müəyyən psixoloji çətinlikləri təyin edə bilər. Lakin rəsmi diaqnoz hüququ yalnız psixiatra və ya psixiatrik diaqnostika səlahiyyəti olan həkimlərə məxsusdur.

Biz psixoloqlar, xüsusilə də klinik sahədə çalışanlar, psixoloji simptomların təhlili, başa düşülməsi və düzgün yönləndirilməsi üçün çalışırıq. Müalicə planı hazırlayır, terapiya tətbiq edirik – amma diaqnoz sənədləşdirmək bizim deyil, tibbi sahənin səlahiyyətidir.

Niyə beynimdə hər addımımı tənqid edən bir səs var?İnsanların çoxu zaman-zaman içində tənqidedici bir səsin varlığını hi...
23/05/2025

Niyə beynimdə hər addımımı tənqid edən bir səs var?

İnsanların çoxu zaman-zaman içində tənqidedici bir səsin varlığını hiss edir. Bu səs “Sən bacarmazsan”, “Yenə uğursuz oldun”, “Sənə gülürlər” kimi cümlələrlə gündəlik həyatımıza müdaxilə edir və özgüvənimizi sarsıda bilir.

Bu səs psixologiyada “daxili tənqidçi” olaraq adlandırılır.
O, əksər hallarda uşaqlıq dövründə formalaşır. Əgər uşaq daim tənqid olunubsa, sevgini yalnız “yaxşı davrandıqda” görübsə, səhvlərinə qarşı anlayış yox, cəza görübsə — zamanla öz daxilində bu tənqidi səsləri daşımağa başlayır.

Bu səsin məqsədi çox zaman qorumaqdır: səni xəyal qırıqlığından, rədd edilməkdən, utancdan qorumaq. Amma nəticədə bizi geridə saxlayır və öz potensialımıza çatmağımıza mane olur.

Özünü Qiymətləndirmə Nədir?Özünü qiymətləndirmə insanın öz şəxsiyyətini necə qəbul etdiyini, dəyərləndirdiyini və qiymət...
17/05/2025

Özünü Qiymətləndirmə Nədir?
Özünü qiymətləndirmə insanın öz şəxsiyyətini necə qəbul etdiyini, dəyərləndirdiyini və qiymətləndirdiyini göstərən psixoloji bir prosesdir. Bu proses insanın özünü nə qədər dəyərli, bacarıqlı və uğurlu hesab etməsi ilə bağlıdır. Özünü qiymətləndirmə sağlam psixoloji inkişafın əsas komponentlərindən biridir və həyatın müxtəlif sahələrində (iş, ailə, dostluq) qarşılaşılan problemlərin həllində mühüm rol oynayır.
Özünü qiymətləndirmə balanslı olmadığı halda iki formada problem yarada bilər:
1. Aşağı Özünü Qiymətləndirmə:
Bu vəziyyətdə insan özünü dəyərsiz, bacarıqsız və qeyri-kafi hiss edir. Əsas əlamətləri:
Daim özünü tənqid etmək və uğursuzluq gözləmək
Başqalarının fikirlərinə həddindən artıq önəm vermək
Sosial münasibətlərdə çəkingənlik və inamsızlıq
Depressiya və narahatlıq pozuntuları
Həyatdan zövq ala bilməmək və özünə qapanmaq
2. Həddindən Artıq Özünü Qiymətləndirmə (Narsisizm):
Bu halda insan özünü hər kəsdən üstün görür, lakin əslində daxildə dərin bir qeyri-müəyyənlik və boşluq hissi yaşayır. Əsas əlamətləri:
Tənqidə qarşı dözümsüzlük
Empatiya çatışmazlığı və başqalarının hisslərini görməzdən gəlmək
Daim təriflənmək və təsdiq edilmək istəyi
Sosial münasibətlərdə manipulyasiya etmə meyli
Məğlubiyyətlə qarşılaşanda qəzəb və aqressiya
Özünü qiymətləndirmə balanslı olmadıqda həm şəxsi, həm də peşəkar həyatdakı münasibətlərdə ciddi problemlərə səbəb ola bilər. Bu səbəbdən, ilk addım olaraq, insanın öz daxili səsini dinləməsi və obyektiv şəkildə özünü dəyərləndirməsi vacibdir.

Övladınızın zorakılığa məruz qaldığını necə anlaya bilərsiniz?                                                          ...
11/05/2025

Övladınızın zorakılığa məruz qaldığını necə anlaya bilərsiniz?

Uşaqlar zorakılığa — istər fiziki, istər emosional, istərsə də cinsi — məruz qaldıqda, bunu birbaşa deyə bilməsələr də, davranışları vasitəsilə siqnallar verirlər. Valideyn olaraq bu siqnalları düzgün oxumaq və vaxtında müdaxilə etmək çox önəmlidir.
Nələrə diqqət etməlisiniz?
🔸 Qəfil davranış dəyişiklikləri: Ailə içində sakit və açıq olan bir uşaq qəfil susqunlaşır, özünə qapanır və ya əsəbi olur.
🔸 Yuxu və yemək pozuntuları: Gecə qorxuları, kabuslar, iştahanın azalması və ya qəfil iştah artımı.
🔸 Bədəndə izlər və izaholunmaz xəsarətlər: Uşaq bu barədə danışmaqdan çəkinirsə və ya müxtəlif bəhanələr gətirirsə.
🔸 Qorxu və çəkinmə: Xüsusilə müəyyən şəxslərlə qarşılaşmaqdan yayınırsa və ya adını belə eşitmək istəmirsə.
🔸 Dəyişən məktəb performansı: Dərslərdə zəifləmə, diqqət dağınıqlığı, məktəbdən qaçma arzusu.
Davranış dəyişikliyi oyunlarda: Oyunlarda zorakı rolların təkrarlandığını müşahidə edirsinizsə.
Nə etməlisiniz?
✅ Onu dinləyin — mühakimə etmədən, qorxutmadan, təzyiqsiz.
✅ Güvən verin — günahkar olmadıqlarını, anladığınızı və yanında olduğunuzu hiss etdirin
✅ Yardım alın — psixoloq və ya uşaq müdafiəsi üzrə mütəxəssislə görüş təşkil edin.
✅ Qoruyun — əgər təhlükə davam edirsə, hüquqi və fiziki müdafiə tədbirləri görün.

Address

Humel Psixoloji Mərkəz
Baku

Alerts

Be the first to know and let us send you an email when Aysel Garayeva posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram

Category