14/06/2018
Kişilər üçün tətbiq olunan liposaksiya əməliyyatı haqqında:
Beynəlxalq terminologiyada liposuction – lipo shaping – Lipo sculpturing – body sculpturing – body contouring kimi müxtəlif adların verildiyi bu əməliyyat lori dildə yağ sovurma (lipo – yağ, suction – sovurma) mənasını verir.
Bədənin arzu edilməyən nahiyələrindəki yağı bədəndən uzaqlaşdırıb onu arzu edilən formaya salmaq üçün istifadə edilən bir metoddur.
Liposaksiya metodları
Hazırda bu məsələ ilə əlaqədar çox fərqli yeni üsullar yaradılmışdır. Bunlardan aşağıdakıları qeyd etmək olar: -Vaser Hi-Def
-Lazer
-Power assisted liposuction (güc köməyilə aparılan liposaksiya)
-Body Tite (bədən sıxlaşdırma)
Əslində bütün metodların bazası eynidir. Məqsəd, bədənin proporsiyasını normal formaya yaxınlaşdırmaqdır. Liposaksiya bir arıqlama metodu deyil, bədəni formaya salmaq üçün bir metoddur.
Bir neçə il əvvəl maye verilmədən həyata keçirilən quru metodun yerinə hazırda turingcent liposuction deyilən metoddan istifadə edilir. Bunun məqsədi, liposaksiyadan əvvəl alınacaq yağın miqdarına görə hazırlanan mayeni eyni nahiyəyə inyeksiya etməkdir. Bu formada qan damarları büzüşür daha az qan itkisinə yol verilir və daha çox yağ alınır. Eyni zamanda, bu mayedəki local anesteziya maddələri sayəsində də əməliyyatdan sonrakı ağrılar da ciddi miqdarda azalır.
Haqqında danışdığımız bütün metodları ümumiləşdirərək desək, müvafiq nahiyələrdən 3-4 mm-lik kəsiklərin köməyi ilə, xüsusi kanulalar yerləşdirilərək aparılır. Maye yeritdikdən sonra, seçilmiş metodlara görə fərqlənən, arada vakuumun yerləşdirildiyi bir sistem ilə yağlar bədəndən uzaqlaşdırılır. Lazım olduqda, bu yağlardan inyeksiya məqsədilə istifadə edilir.
Liposaksiya edilməsi nəzərdə tutulan nahiyəyə görə, əməliyyat orta hesabla 1-3 saat arası davam edir. Əməliyyatdan sonra 5-6 saatlıq istirahətdən sonra evinizə istirahət üçün gedə bilərsiniz. Üçüncü gün yuyunmağınıza icazə veriləcək. Təxminən 4-6 həftə müddətində korset geyinməyiniz tövsiyə ediləcək.