Pulmonoloq Dr. Aynur Məmmədova

Pulmonoloq Dr. Aynur Məmmədova Pulmonoloq Uzman Dr. Aynur Məmmədova

19/05/2025

👩🏻‍⚕️🫁 Plevral diffuziya — ağciyərlə döş qəfəsi arasında maye toplanmasıdır. Bu, nəfəs darlığına və ağrılara səbəb ola bilər. Bəs səbəbləri nədir, bu problem nədən qaynaqlanır? Videonu sonadək izləyib, ətraflı məlumat əldə edə bilərsiniz. 🤝
Vaxtında diaqnoz və müalicə həyati önəmlidir!

✅ Elə indi müraciət edin :
👩🏻‍⚕️ Pulmonoloq Uzman Dr. Aynur Məmmədova
📞 Əlaqə : +994 55 376 27 28

👩🏻‍⚕️Nəfəs almaqda çətinlik, allergiya, bəlğəmdə qan və davamlı öskürək varsa, Vaxt itirməyin!Ağciyər xəstəlikləri çox v...
15/05/2025

👩🏻‍⚕️Nəfəs almaqda çətinlik, allergiya, bəlğəmdə qan və davamlı öskürək varsa, Vaxt itirməyin!
Ağciyər xəstəlikləri çox vaxt səssiz başlayır. Pulmonoloji müayinə – vaxtında atılmış bir addım, sağlam nəfəsin zəmanətidir.
Nəfəsinə dəyər ver, müayinədən keç! 💫🤝

❗Müntəzəm tibbi müayinələr tənəffüs sisteminin vəziyyətini nəzarətdə saxlamağa kömək edir. Unutmayaq, sağlam nəfəs – uzun və keyfiyyətli həyatın açarıdır!✨🌿

✅ Elə indi müraciət edin :
👩🏻‍⚕️ Pulmonoloq Uzman Dr. Aynur Məmmədova
📞 Əlaqə : +994 55 376 27 28

13/05/2025

👩🏻‍⚕️🫁 Davamlı öskürək, qan hayxırma, iştahasızlıq, arıqlama və gecə tərləməsi kimi əlamətlər varsa, bu Vərəm xəstəliyindən xəbər verə bilər.
Əgər siz də videoda sadalanan əlamətləri müşahidə etmisinizsə, mütləq həkimə müraciət edin. Erkən diaqnoz – sağlam həyatın açarıdır! 💫

✅ Elə indi müraciət edin :
👩🏻‍⚕️ Pulmonoloq Uzman Dr. Aynur Məmmədova
📞 Əlaqə : +994 55 376 27 28

🤧 İlin istənilən zamanında belə burun axması, öskürək və boğaz ağrısı kimi hallar tez-tez qarşımıza çıxır. Bu infeksiyad...
12/05/2025

🤧 İlin istənilən zamanında belə burun axması, öskürək və boğaz ağrısı kimi hallar tez-tez qarşımıza çıxır. Bu infeksiyadan xəbər verə bilər : bəs bundan qorunmaq üçün nələri etməliyik?

✅ Əllərinizi mütəmadi olaraq yuyun.
Gün ərzində əllərimiz bir çox səthlə təmasda olur. Su və sabunla ən azı 20 saniyə yuyulan əllər sizi viruslardan qoruyur.

✅ İctimai yerlərdə maskadan istifadə edin.
Xüsusilə qapalı məkanlarda və kalabalıq yerlərdə maska taxmaq, tənəffüs yolu ilə yayılan infeksiyaların qarşısını almaqda çox önəmlidir.

✅ İmmunitetinizi gücləndirin.
Düzgün qidalanma, bol su içmək, kifayət qədər yuxu və lazım olduqda D vitamini qəbulu – bunların hər biri immun sisteminizi gücləndirir və sizi xəstəliklərdən qoruyur.

✅ Ev və iş mühitinizi havalandırın.
Hər gün azı 2-3 dəfə otaqları havalandırmaq infeksiyaların yayılma riskini azaldır və daha təmiz nəfəs almağa imkan yaradır.

✅ Xəstələndiyiniz zaman evdə qalın.
Sadə bir soyuqdəymə belə başqalarına ciddi problem yarada bilər. Sağalana qədər istirahət edin və yaxınlarınızı yoluxdurmamaq üçün məsafə saxlayın.

❗Qorunmaq ağırlaşmış fəsadlarla mübarizədən daha asandır! Sadə görünən bu addımlar gündəlik həyat tərzinizə çevrilsə, həm özünüzü, həm də ətrafınızdakıları bir çox xəstəlikdən qorumuş olarsınız.

✅ Elə indi müraciət edin :
👩🏻‍⚕️ Pulmonoloq Uzman Dr. Aynur Məmmədova
📞 Əlaqə : +994 55 376 27 28


#

❗👩🏻‍⚕️ Qan hayxırma (Hemoptizi) — Sadə Öskürək, Yoxsa Ciddi Siqnal?🗣️🩸🫁 Öskürərkən ağızdan qan gəlməsi sizi qorxudursa, ...
02/05/2025

❗👩🏻‍⚕️ Qan hayxırma (Hemoptizi) — Sadə Öskürək, Yoxsa Ciddi Siqnal?

🗣️🩸🫁 Öskürərkən ağızdan qan gəlməsi sizi qorxudursa, bu əbəs deyil — bu hal "hemoptizi" adlanır və bəzən sadə soyuqdəymədən tutmuş ciddi ağciyər xəstəliklərinə qədər fərqli səbəblərlə ortaya çıxa bilər. Qan hayxırma əksər hallarda :
✅ Bronxit ;
✅ Vərəm ;
✅ Vaskulit ;
✅ Üst tənəffüs yolları ;
✅ Həzm sistemi problemləri ;
✅ Ağciyər xərçəngi və ya damar problemləri kimi narahatedici halların xəbərçisi ola bilər.
Bəzən isə bu, təcili tibbi müdaxilə tələb edən təhlükəli vəziyyətlərin ilkin işarəsi ola bilər. Əgər belə bir əlamətlə qarşılaşırsınızsa, bunu gözardı etməyin — vaxtında həkimə müraciət həyatınızı xilas edə bilər.🤝

✅ Elə indi müraciət edin :
👩🏻‍⚕️ Pulmonoloq Uzman Dr. Aynur Məmmədova
📞 Əlaqə : +994 55 376 27 28

🫁🔬 Nəfəs almaqda çətinlik, öskürək, nəfəs darlığı və ya sinə sıxılması kimi şikayətləriniz varsa, spirometriya testi siz...
23/04/2025

🫁🔬 Nəfəs almaqda çətinlik, öskürək, nəfəs darlığı və ya sinə sıxılması kimi şikayətləriniz varsa, spirometriya testi sizin üçün vacib ola bilər.

📌 Spirometriya – ağciyərlərin nə qədər hava qəbul edib, nə qədər sürətlə xaric edə bildiyini ölçən sadə, ağrısız və sürətli bir testdir. Bu müayinə sayəsində həkim ağciyər funksiyalarınızı qiymətləndirir və nəfəs yollarınızın açıq olub-olmadığını müəyyən edir.

📌Spirometriya hansı hallarda aparılır?
✅ Astma diaqnozu və təqibi üçün
✅ KOAH (xroniki obstruktiv ağciyər xəstəliyi) zamanı
✅ Dəqiq diaqnoz üçün uzun müddətli öskürək və ya nəfəs darlığı olan xəstələrdə
✅ Müalicənin effektivliyini izləmək üçün
✅ Cərrahiyyə əməliyyatından əvvəl ağciyər ehtiyatlarını qiymətləndirmək məqsədilə.
Cihaz çıxan hava axınını və həcm miqdarını qeyd edir. Nəticələrə əsasən diaqnoz qoyulur və ya müalicə planı hazırlanır.

📌Kimlər bu testi etdirməlidir?
🔹 Siqaret çəkənlər və keçmiş siqaret istifadəçiləri
🔹 Allergik bronxit və ya astmadan şübhələnənlər
🔹 Fiziki aktivlik zamanı nəfəs darlığı yaşayanlar
🔹 Müntəzəm öskürəyi olanlar

❗Unutmayın: Ağciyər sağlamlığınızı qorumaq, vaxtında yoxlanmaqla başlayır. Əgər sizdə də bu əlamətlər varsa, müraciət edin. 🤝

✅ Elə indi müraciət edin :
👩🏻‍⚕️ Pulmonoloq Uzman Dr. Aynur Məmmədova
📞 Əlaqə : +994 55 376 27 28

👩🏻‍⚕️🫁 19 Aprel tarixində, Yeni Klinikada keçən "Pulmoner Vasküler Xəstəliklər" Simpoziumundan geriyə qalan xatirələr. ✨...
22/04/2025

👩🏻‍⚕️🫁 19 Aprel tarixində, Yeni Klinikada keçən "Pulmoner Vasküler Xəstəliklər" Simpoziumundan geriyə qalan xatirələr. ✨

✅ Simpoziumda bu sahədə aparıcı mütəxəssislər bir araya gələrək ən son elmi yenilikləri, diaqnostik yanaşmaları və müalicə metodlarından maraqlı məlumatları paylaşdılar.

👩🏻‍⚕️ Pulmonoloq Uzman Dr. Aynur Məmmədova
📞 Əlaqə : +994 55 376 27 28

🤔Saturasiya nədir və niyə yoxlanılması bu qədər vacibdir?👩🏻‍⚕️🩸Saturasiya – qanımızda oksigenin nə qədər olduğunu göstər...
16/04/2025

🤔Saturasiya nədir və niyə yoxlanılması bu qədər vacibdir?

👩🏻‍⚕️🩸Saturasiya – qanımızda oksigenin nə qədər olduğunu göstərən göstəricidir. Daha dəqiq desək, o, qırmızı qan hüceyrələrinin oksigenlə nə qədər dolu olduğunu faizlə ifadə edir.

📌 Normal saturasiya dərəcəsi:
➡️ 95-100% — sağlam və stabil oksigenləşmə
➡️ 90-94% — diqqət tələb edir
➡️ 90%-dən aşağı — təcili tibbi yardım lazım ola bilər

❓Saturasiya niyə önəmlidir?
💫 Çünki orqanizmin hər hüceyrəsi oksigenə ehtiyac duyur. Saturasiyanın düşməsi baş gicəllənməsi, nəfəs darlığı, halsızlıq, hətta huşun itməsi ilə nəticələnə bilər.

❓Nə zaman yoxlatmalısınız?
✅ Nəfəs darlığı varsa
✅ Astma, KOAH, COVID-19 və ya ağciyər xəstəlikləriniz varsa
✅ Uzunmüddətli halsızlıq və yorğunluq hiss edirsinizsə

🤝Kiçik bir ölçüm, böyük nəticələrdir!
📌 Saturasiya səviyyənizi nəbz oksimetri cihazı ilə evdə də izləyə bilərsiniz. Öz sağlamlığınızı nəzarətdə saxlayın!

✅ Elə indi müraciət edin :
👩🏻‍⚕️ Pulmonoloq Uzman Dr. Aynur Məmmədova
📞 Əlaqə : +994 55 376 27 28

📈

❗SON MƏLUMATLARA GÖRƏ:🫁👩🏻‍⚕️ Tənəffüs yolu xəstəliklərində artım müşahidə olunur.Xüsusilə uşaqlar, yaşlılar və xroniki x...
15/04/2025

❗SON MƏLUMATLARA GÖRƏ:
🫁👩🏻‍⚕️ Tənəffüs yolu xəstəliklərində artım müşahidə olunur.
Xüsusilə uşaqlar, yaşlılar və xroniki xəstəliyi olanlar risk altındadır.

✅ Nə etməliyik? Tövsiyə olunanlar: düzgün gigiyena, immun sisteminin gücləndirilməsi, xəstələrlə təmasdan qorunmaq (maska taxmaq, məsafə saxlamaq) və lazım gəldikdə tibbi yardım.

💫 Unutmayın, erkən tədbir sağlamlığı xilas edə bilər! Ən kiçik riskləri belə görməzdən gəlməyin, zamanında müayinələrdən keçin. 🤝

✅ Elə indi müraciət edin :
👩🏻‍⚕️ Pulmonoloq Uzman Dr. Aynur Məmmədova
📞 Əlaqə : +994 55 376 27 28

🫁🦠13 APREL - Dünya Sarkoidoz Günü❗Sarkoidoz nadir, lakin ciddi bir xəstəlikdir. Bəzən heç bir əlamət göstərmədən, bəzən ...
14/04/2025

🫁🦠13 APREL - Dünya Sarkoidoz Günü
❗Sarkoidoz nadir, lakin ciddi bir xəstəlikdir. Bəzən heç bir əlamət göstərmədən, bəzən isə nəfəs darlığı, yorğunluq və orqanlara təsir edən iltihabi proseslərlə həyat keyfiyyətini ciddi şəkildə azaldır. Bu gün bu xəstəliklə yaşayan insanları anlayışla qarşılamalı, onlara bacardığımız qayğını göstərməliyik.

✅ Bu gün, həm də maariflənmək və cəmiyyətimizi bu görünməyən mübarizə haqqında məlumatlandırmaq üçün bir fürsətdir.

Unutmayaq: Dəstək – müalicənin bir hissəsidir.💫👩🏻‍⚕️

✅ Elə indi müraciət edin:
👩🏻‍⚕️ Pulmonoloq Uzman Dr. Aynur Məmmədova
📞 Əlaqə: +994 55 376 27 28

Sağlamlıq

🫁👩🏻‍⚕️ Astma xəstələri gündəlik həyatlarında bəzi şeylərə xüsusi diqqət yetirməlidirlər ki, tutmaların qarşısını alsınla...
10/04/2025

🫁👩🏻‍⚕️ Astma xəstələri gündəlik həyatlarında bəzi şeylərə xüsusi diqqət yetirməlidirlər ki, tutmaların qarşısını alsınlar və sağlamlıqlarını qoruyub saxlasınlar. Aşağıda astma xəstələrinin diqqət etməli olduğu əsas məqamları nəzərdən keçirək :

✅ Qrip və pnevmoniya əleyhinə peyvənd olunmalıdır
✅ Rütubətli və nəm evlərdə yaşamaq olmaz
✅ Qarışqa, tarakan kimi həşəratlar evdə olmamalıdır
✅ Evdə xalça, kilim, tüklü oyuncaqlar kimi gənə toplaya biləcək əşyalar saxlanılmamalıdır
✅ Ev təmizliyində torbalı deyil, su sistemli tozsoranlardan istifadə olunmalıdır
✅ Allergiyası olduğu bilinən ev heyvanları evdə saxlanılmamalı, allergiya olmasa belə ev heyvanları yataq otağına buraxılmamalıdır
✅ Allergiyaya səbəb ola biləcək yun yorğan, yastıq, döşək və s. istifadə edilməməlidir
✅ Çox ətir istifadə edilməməli, kəskin qoxulu yerlərdən uzaq durulmalıdır
✅ Təmizlik vasitələri, paltar yuyucu, xlor turşusu kimi kimyəvi maddələrdən uzaq durulmalıdır
✅ Qidalarda olan nitrat kimi qoruyucu maddələrdən uzaq durulmalıdır
✅ Tez-tez tutma keçirən astma xəstələri mütləq qrip və sətəlcəm peyvəndi vurdurmalıdır

Sağlam nəfəs – sağlam həyat deməkdir! Ağciyərlərinizi qoruyun. 🌿💨

✅ Elə indi müraciət edin:
👩🏻‍⚕️ Pulmonoloq Uzman Dr. Aynur Məmmədova
📞 Əlaqə: +994 55 376 27 28

Address

Baku

Website

Alerts

Be the first to know and let us send you an email when Pulmonoloq Dr. Aynur Məmmədova posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share