Ağciyər Xəstəlikləri Mərkəzi

Ağciyər Xəstəlikləri Mərkəzi Tibb müəssisəsi TƏBİB-in tabeliyində fəaliyyət göstərir.

Ağciyər Xəstəlikləri Mərkəzində və Mərkəzin tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində akademik Zərifə Əliyevan...
28/04/2026

Ağciyər Xəstəlikləri Mərkəzində və Mərkəzin tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində akademik Zərifə Əliyevanın anadan olmasının 103-cü ildönümünə həsr olunan tədbirlər keçirilib.

Ağciyər Xəstəlikləri Mərkəzinin təşkilatçılığı ilə 2 saylı İxtisaslaşdırılmış Poliklinikada baş tutan tədbirdə Nizami Rayon İcra Hakimiyyətinin əməkdaşı Eldəniz Zeynalov, Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının nümayəndəsi Tünzalə Əliyeva, Ağciyər Xəstəlikləri Mərkəzinin direktoru Nəhmət Rəhmanov və Mərkəzin kollektivi iştirak edib.

N.Rəhmanov Zərifə Əliyevanın yalnız alim və həkim kimi deyil, həm də yüksək mənəvi keyfiyyətlərə malik bir insan kimi yaddaşlarda əbədi iz qoyduğunu bildirib və tibb elminə verdiyi töhfələrdən bəhs edib.

Poliklinikanın həkim-oftalmoloqu Rəhilə Rzayeva Zərifə Əliyevanın oftalmologiya sahəsində xidmətlərindən danışaraq onun bu peşəni layiqincə təmsil etdiyini vurğulayıb.

Tədbirin sonunda Zərifə Əliyevanın həyat və fəaliyyətinə həsr olunan videoçarx nümayiş etdirilib.

Yevlax Regional Xəstəxanasında baş tutan tədbirdə Yevlax Rayon İcra Hakimiyyəti başçısının müavini, Ərazi təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Elnarə Əzizova, YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev, Xəstəxananın baş həkimi Mirrəhim Nəbiyev, Yevlax Rayon Mərkəzi Xəstəxanasının direktoru Fazil İsmayılov, Aran Regional Mədəniyyət İdarəsinin Yevlax şəhər üzrə nümayəndəsi Günel Cəfərova, Yevlax Rayon Heydər Əliyev Mərkəzinin direktoru Aygün Qasımova, Aran Regional Məşğulluq idarəsinin Yevlax şəhər xidmət şöbəsinin müdiri Raul Qurbanov iştirak edib.

Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin, akademik Zərifə Əliyevanın və Vətən uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

M.Nəbiyev Zərifə Əliyevanın mənalı ömür yolundan, tibb elminə verdiyi töhfələrdən bəhs edib.

F.İsmayılov görkəmli akademikin tibb elminə gətirdiyi yenilikləri və elmi araşdırmalarının əhəmiyyətini xüsusi vurğulayıb.

Sonda Zərifə xanım Əliyevanın həyat və yaradıcılığına həsr olunmuş qısametrajlı videoçarx nümayiş olunub.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın anadan olmasının 103-cü ildönümüdür. O, oftalmologiya sahəsindəki d...
28/04/2026

Görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın anadan olmasının 103-cü ildönümüdür.

O, oftalmologiya sahəsindəki dəyərli elmi töhfələri və yüksək insani keyfiyyətləri ilə həm tibb tariximizdə, həm də insanların yaddaşında silinməz iz qoymuşdur.

25/04/2026
24/04/2026

TƏBİB: Səhiyyə sistemi yeni inkişaf mərhələsinə keçib

Son illər səhiyyə sistemi yeni inkişaf mərhələsinə qədəm qoyub və bu inkişaf özünü bir neçə istiqamətdə aydın şəkildə göstərməkdədir.

➡️ https://az.trend.az/azerbaijan/society/4178689.html

Bronxial astma tənəffüs yollarının müxtəlif qıcıqlandırıcılara qarşı yüksək həssaslığı və aşağı tənəffüs yollarının xron...
20/04/2026

Bronxial astma tənəffüs yollarının müxtəlif qıcıqlandırıcılara qarşı yüksək həssaslığı və aşağı tənəffüs yollarının xroniki iltihabı ilə xarakterizə olunan polietioloji xəstəlikdir.

Ağciyər Xəstəlikləri Mərkəzinin Müalicə xidmətinin təşkili şöbəsinin müdiri Xanım Mahmudlu bildirir ki, proses yalnız infeksion faktorlarla bağlı deyil, əksər hallarda allergik mənşəli olur və orqanizmin spesifik allergenlərə qarşı verdiyi immun cavab reaksiyasıdır:

İltihab nəticəsində selikli qişada ödəm yaranır, bronxların keçiriciliyi pozulur və bronxospazm nəticəsində nəfəsvermə çətinləşir. Bu vəziyyət insanlar tərəfindən bir çox hallarda astma tutması kimi də adlandırılır.

Astma, xüsusilə uşaqlar arasında geniş yayılmış xroniki patologiyalardan biridir. Erkən yaşlarda qoyulan düzgün diaqnoz və allergik faktorların idarə olunması ağciyərlərin funksional vəziyyətinin qorunmasında həlledici rol oynayır.

X.Mahmudlunun sözlərinə görə, xəstəliyin xarakterik simptomlarına nəfəsvermənin çətinləşməsi (ekspirator təngnəfəslik), gecə və səhər saatlarına yaxın artan tutmaşəkilli quru öskürək, məsafədən eşidilən fitverici xırıltılar və sinədə sıxılma hissi daxildir:

Ev tozu gənələri, bitki tozcuqları, heyvan tükləri, kimyəvi maddələr və digər allergik amillərlə yanaşı, kəskin qoxular, tütün tüstüsü, soyuq hava, stress faktoru və respirator infeksiyalar bronxların həssaslığını artıraraq tutmaları tətikləyir.

Xəstəliyin diaqnostikasında kompleks müayinə metodlarından istifadə olunur. İlk növbədə anamnez toplanılır, tənəffüs funksiyasının qiymətləndirilməsi üçün spiroqrafiya, ağciyərlərin rentgenoqrafiyası və allergik statusun müəyyən edilməsi üçün dəri allergik sınaqları (Prik test) aparılır. Həmçinin qanın ümumi analizi və qanda ümumi IgE səviyyəsinin təyini iltihabi və allergik fonu dəqiqləşdirməyə imkan verir.

Mütəxəssis bildirir ki, bu gün astma müalicə olunan bir xəstəlikdir və tam nəzarət altına alınan bir vəziyyətdir. Kompleks yanaşma yəni düzgün dərman (medikamentoz) müalicəsi, allergenlərdən qorunma və tənəffüs gimnastikasının tətbiqi sayəsində pasiyentlər fiziki məhdudiyyət yaşamadan aktiv həyat sürə bilərlər.

Unutmayın ki, vaxtında qoyulmuş diaqnoz və fərdi müalicə planı sağlam gələcəyin təminatıdır.

08/04/2026

TƏBİB-in Müşahidə Şurasının tərkibi təsdiqlənib

"Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" publik hüquqi şəxsin (TƏBİB) Müşahidə Şurasının tərkibi təsdiqlənib.

Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

🔗 https://president.az/az/articles/view/72061

07/04/2026

7 Aprel Ümumdünya Sağlamlıq Günü

Sağlam insan xoşbəxt ailə deməkdir.
Sağlam ailə güclü cəmiyyət deməkdir.
Güclü cəmiyyət isə sağlam gələcəyin təməlidir.

Unutmayaq sağlamlıq ən böyük sərvətimizdir. Onu qorumaq isə hər birimizin məsuliyyətidir.


Həkimlərimizə tez-tez belə bir sual ünvanlanır: vərəm xəstəliyi keçirmiş qadın ana ola bilərmi? Cavab sadədir: bəli, ola...
06/04/2026

Həkimlərimizə tez-tez belə bir sual ünvanlanır: vərəm xəstəliyi keçirmiş qadın ana ola bilərmi? Cavab sadədir: bəli, ola bilər. Lakin bunun üçün diqqət yetirilməli və riayət olunmalı bir sıra tibbi tələblər mövcuddur.

Ağciyər Xəstəlikləri Mərkəzinin Doğum Evinin həkim mama-ginekoloqu Mətanət Qənbərova qeyd edir ki, vərəm xəstəliyi ilə qeydiyyatda olan hər bir qadın barədə məlumat yaşadığı ərazi üzrə qadın məsləhətxanasına təqdim olunmalıdır. Bu, gələcəkdə hamiləliyin təhlükəsiz şəkildə planlaşdırılması və mövcud hamiləliyin həm ana, həm də döl üçün təhlükəsiz şəkildə başa çatdırılması baxımından mühüm əhəmiyyət daşıyır.

Hamiləliyin planlaşdırılması zamanı xəstənin kliniki sağalma dövründən sonra keçən müddət mütləq nəzərə alınmalıdır.
Hamiləlik dövründə qadın orqanizmi dölün inkişafı üçün yüksək miqdarda kalsium sərf edir. Bu zaman ağciyərlərdə mövcud olan bərkimiş ocaqlardan (petrifikatlardan) kalsiumun yuyulması (demineralizasiya) baş verə bilər. Nəticədə həmin ocaqlar yumşala və vərəm törədicisinin yenidən aktivləşməsi, xəstəliyin kəskinləşməsi riski yarana bilər. Bu səbəbdən vərəm keçirmiş qadınların hamiləliyi mütləq şəkildə həm ftiziatr, həm də mama-ginekoloqun nəzarəti altında aparılmalıdır.

M. Qənbərovanın sözlərinə görə, vərəm xəstəliyi hamiləliyin pozulması üçün mütləq göstəriş deyil. Lakin bütün hallarda ana və döl üçün mümkün risklər diqqətlə qiymətləndirilməlidir. Vərəm nə qədər erkən aşkar olunarsa və müalicəyə vaxtında başlanılarsa, nəticələr bir o qədər yaxşı olur və hamiləliyin fəsadları minimuma enir.

Hamiləlik dövründə qadınların immun sistemi zəiflədiyi üçün onlar vərəmə qarşı daha həssas olurlar.
Hamiləlik zamanı vərəmin klinik əlamətləri və diaqnostikası hamiləlikdən kənar dövrlə eynidir. Ağciyər vərəminin əsas klinik əlamətlərindən biri öskürəkdir. Xəstəlik həmçinin bədən hərarətinin yüksəlməsi (əsasən subfebril), bədən çəkisinin azalması, gecə tərləmələri və qanhayxırma ilə müşayiət oluna bilər. Diaqnostika məqsədilə mikroskopik, bakterioloji və rentgenoloji müayinələr, eləcə də tuberkulin sınaqları tətbiq olunur.

Vərəmli hamilələrin müşahidəsi və doğuşun həyata keçirilməsi xüsusi observasiya zonası olan III səviyyəli doğum evlərində aparılmalıdır.
Həkim mama-ginekoloq Mətanət Qənbərova bildirir ki, doğuşun təbii yolla aparılmasına üstünlük verilir. Lakin mamalıq patologiyaları mövcud olduqda qeysəriyyə kəsiyi əməliyyatı icra olunur.

Qeyd edək ki, Ağciyər Xəstəlikləri Mərkəzinin tabeliyində fəaliyyət göstərən Doğum Evində vərəmə yoluxmuş və ya bu xəstəliyə yoluxma şübhəsi olan hamilə qadınların sağlam körpə dünyaya gətirməsini təmin etmək məqsədilə infeksion nəzarət tələblərinə tam riayət olunmaqla ayrıca zona yaradılıb.

Bununla yanaşı, burada tənəffüs sisteminin digər xəstəliklərindən əziyyət çəkən hamilə qadınlara xidmət göstərmək üçün də zəruri şərait mövcuddur.

31 Mart  Azərbaycanlıların Soyqırımı Günüdür. Soyqırımı qurbanlarının əziz xatirəsini dərin ehtiramla yad edirik.
31/03/2026

31 Mart Azərbaycanlıların Soyqırımı Günüdür.
Soyqırımı qurbanlarının əziz xatirəsini dərin ehtiramla yad edirik.

31/03/2026

31 Mart Azərbaycanlıların soyqırımı qurbanlarını dərin hörmət və ehtiramla yad edirik!

Address

Bakı şəhəri, Səbail Rayonu, Neftçi Qurban 120
Baku

Website

Alerts

Be the first to know and let us send you an email when Ağciyər Xəstəlikləri Mərkəzi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share