16/12/2025
ITIRDIYIMIZ DEYERLER...
Usaqliginiz yadinizdadirmi?...
Çörək qurtaranda qonşudan istəyərdik,qonşu xəstə olanda analarimiz süfrəyə əyləşməmiş birinci ona pay çəkib aparardı…
Səsli- küylü həyətlər və küçələr…
Yayin gəlməyini səbirsizliklə gözləyərdik.Baba-nənə evininin genişliyini,əzizlənməyi,meyvə agaclarının barını və maraqli oyun oynadigimiz dostlarimizi...
Xalça yuyarkən soyuq suda çimməyimizi…
Tutu çirpib behmez bişirən nənələrimizi…
Axśamlar atamizi gözləyərdik,süfrə açılsa da gözümüz qapıda olardı ki, hamımız əyləşib çörək yeyək, söhbət edək.
Kənddə şər qarişanda ot dolu arabaları gözləyərdik,(otun ətri hələ də burnumdadir)arabanın təkərinə qədər əyilən otları dartıb qaçardıq. Axşam nobatdan gələn sürüyə “oha” deyən çobanın itindən qorxardıq, bir küncdə gizlənib daş atardıq.Küçənin başında poçtalyonu görən kimi əsgər məktublarını alıb ünvana muştuluq üçün qaçardıq.
Dondurma satanin səsini eşidən kimi topladıgımız şüşə butulkaları verib dondurma alardıq.
7-daş gizlənqaç, ortada qalma,bənövşə və.s.oyunlar zamani səsimiz aləmi bürüyərdi…
Oyunlar qurardiq: həkim,muəllim,milis (polis)ve s.saatlarla bu oyunların sehrindən çıxa bilmirdik.Gecələr hər kəs öz bagından dərdiyi meyvələri gətirərdi ve böyüklərimiz çagırana qədər “qorxulu söhbətlər” edərdik.
Kənddə yaşlı adamlara meyvə yigmaqda, su gətirməkdə kömək edərdik . Toy günü gəlin maşınının qarşısını kəsib nəmər alardıq. O “nəmərin” hesabına klubda hind filminə baxmaga gedərdik. Təndirdə çörək bişirən nənələrimizin “çırpı yıgın çörək bişirək” deyib başımızı sıgallayıb öpməkləri… Bəhməz bişirmək üçün tut agacının altında çadır tutmagımız… Saglam ve gôzəl usaqliq illəri!!!
Dəyərli olan o qədər şeyləri itirdik ki!!!
Vəfalı dostları,qohumdan yaxın əziz qonşuları,küçədə oyunlari,içi hûzûrla dolu evləri ve yaramiza məlhəm olan Insanlari...
PS: Bu gün də o baglar var,amma o meyvələr yoxdu,bu gün də o uşaqlar var , amma oyunlar həyətdə yox telefondadı…
Psixoloq Abbasova Könül ✨
25.08.2022.