Psixoloq Aytac Ayaz

Psixoloq Aytac Ayaz Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Psixoloq Aytac Ayaz, Psychologist, 165 № li tam orta məktəb, Baku.

🌹
18/02/2026

🌹

Təşəkkürlər,

📑 Dərsdinləmə prosesi 📑Məktəbdə tədris keyfiyyətinin artırılması və şagirdlərin psixoloji–pedoqoji inkişafının izlənilmə...
17/02/2026

📑 Dərsdinləmə prosesi 📑
Məktəbdə tədris keyfiyyətinin artırılması və şagirdlərin psixoloji–pedoqoji inkişafının izlənilməsi məqsədilə dərsdinləmə prosesində iştirak etdim.
Dərs zamanı:
Şagirdlərin fəallıq səviyyəsi
Ünsiyyət və əməkdaşlıq bacarıqları
Müəllim–şagird münasibəti
Motivasiya və diqqət göstəriciləri müşahidə olundu.
Dərs ümumilikdə səmərəli təşkil edilmiş, şagirdlərin aktiv iştirakı təmin olunmuşdur. Sonda müəllimlə konstruktiv rəy mübadiləsi aparıldı.
🎯 Məqsədimiz – inkişafyönümlü və dəstəkləyici mühit formalaşdırmaqdır.
Sağlam məktəb mühiti – sağlam gələcək deməkdir 💙

Məktəbdə şagirdlər arasında “Breyn-rinq” psixo-intellektual yarışı təşkil olundu. Yarışın keçirilməsində əsas məqsəd şag...
12/02/2026

Məktəbdə şagirdlər arasında “Breyn-rinq” psixo-intellektual yarışı təşkil olundu. Yarışın keçirilməsində əsas məqsəd şagirdlərin idrak fəallığını artırmaq, məntiqi düşünmə, sürətli qərarvermə və komanda şəklində əməkdaşlıq bacarıqlarını inkişaf etdirmək idi.
Şagirdlər müxtəlif mövzular üzrə təqdim olunan sualları cavablandıraraq bilik və bacarıqlarını nümayiş etdirdilər. Yarış zamanı sağlam rəqabət mühiti yaradıldı, iştirakçılar bir-birinə dəstək göstərərək komanda ruhunu hiss etdilər.
Tədbirin sonunda fəallıq göstərən komandalar və iştirakçılar sertifikatlarla təltif olundular. Bu cür fəaliyyətlər şagirdlərin həm intellektual inkişafına, həm də sosial bacarıqlarının formalaşmasına müsbət təsir göstərir.

6-cı sinif şagirdləri ilə qrup işi təşkil olundu. Fəaliyyət zamanı onların idrak prosesləri (diqqət, düşünmə, anlama) və...
12/02/2026

6-cı sinif şagirdləri ilə qrup işi təşkil olundu. Fəaliyyət zamanı onların idrak prosesləri (diqqət, düşünmə, anlama) və kommunikativ bacarıqlarının inkişaf səviyyəsinin diaqnostikası aparıldı.
Keçirdiyimiz qrup məşğələsində uşaqların diqqət, düşünmə və ünsiyyət bacarıqlarını öyrənməyə yönəlmiş diaqnostik fəaliyyət həyata keçirildi. İnteraktiv oyunlar və tapşırıqlar şagirdlərin həm özlərini ifadə etmələrinə, həm də bir-birilərini daha yaxşı anlamalarına imkan yaratdı.

Qrup tapşırıqları və interaktiv məşqlər vasitəsilə şagirdlərin özünüifadə, dinləmə, əməkdaşlıq və problem həll etmə bacarıqları qiymətləndirildi. Nəticələr növbəti psixoloji dəstək və inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi üçün istifadə olunacaq.

👏
12/02/2026

👏

11 Fevral – Qızlar təhsildə, gələcək güclü əllərdə!Qızların təhsilə cəlb olunması cəmiyyətin inkişafının əsas şərtlərind...
11/02/2026

11 Fevral – Qızlar təhsildə, gələcək güclü əllərdə!

Qızların təhsilə cəlb olunması cəmiyyətin inkişafının əsas şərtlərindən biridir. Təhsil alan hər bir qız sabahın savadlı anası, mütəxəssisi və lideridir. Onların bilik qazanmasına, arzularını reallaşdırmasına dəstək olmaq hər birimizin borcudur.

Bu gün elmdə uğur qazanan, araşdıran və yeniliklərə imza atan bütün qadın və qızların günüdür. Onların bilik və əzmi gələcəyin qurulmasında əhəmiyyətli rola malikdir.

11/02/2026

Övladlarımızı rəqəmsal asılılıqdan necə qoruyaq?

📌Rəqəmsal dünya övladlarımızın düşüncə və davranış tərzinə birbaşa təsir edir. Gündəlik həyatda övladlarımızda müşahidə etdiyimiz gərginlik onların daxili dünyasında baş verən dəyişikliyin güzgüsü ola bilər.

📌Nəzarətsiz rəqəmsal mühit uşaq psixologiyası üçün ciddi riskdir. Bu cür mühit uşaqlarda aqressiya, diqqət dağınıqlığı və emosional balansın pozulması kimi problemlərə yol aça bilər. Valideyn nəzarəti və düzgün yönləndirmə isə bu risklərin minimuma endirilməsində əsas rol oynayır.

📌Övladımızdan ekranı kənara qoymağı tələb etməzdən əvvəl öz rəqəmsal vərdişlərimizi dəyərləndirək. Onların virtual mühitdə qarşılaşdıqları məzmun barədə söhbət açaq, düşüncələrini dinləyək və onları anlamağa çalışaq.

📌Övladlarımızın kimləri özlərinə “qəhrəman” seçdiklərinə diqqət edək.

Unutmayaq: Övladlarımızın rəqəmsal təhlükəsizliyi onlarla qurulan səmimi ünsiyyətlə təmin olunur.

📌 2025-2026. -cı tədris ilinin birinci yarımillik hesabatı Pedaqoji Şura iclası.
30/01/2026

📌 2025-2026. -cı tədris ilinin birinci yarımillik hesabatı
Pedaqoji Şura iclası.

24 yanvar Beynəlxalq Təhsil Günüdür.Təhsil hər bir cəmiyyətin davamlı inkişafının təməlidir. Beynəlxalq Təhsil Günü bütü...
24/01/2026

24 yanvar Beynəlxalq Təhsil Günüdür.

Təhsil hər bir cəmiyyətin davamlı inkişafının təməlidir. Beynəlxalq Təhsil Günü bütün insanlar üçün bərabər və ömürboyu öyrənmə imkanlarının təşviqi baxımından mühüm əhəmiyyət daşıyır.

20/01/2026
20/01/2026

Address

165 № Li Tam Orta Məktəb
Baku

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00

Website

Alerts

Be the first to know and let us send you an email when Psixoloq Aytac Ayaz posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram

Category