07/11/2025
Bağırsaqlarln düzgün işləməsi həm fiziki sağlamlığa, həm də əhvalımıza birbaşa təsir edir. Hətta İbn Sina əsəb xəstəliklərini bağırsağa bağlayırdı.
Bağırsaqlarda yaranan pozuntular bəzən sadə bir narahatlıq kimi görünür, amma nəticədə orqanizmin ümumi fəaliyyətinə,əhvala,həyat keyfiyyətinə ciddi təsir göstərir.
Ən çox rast gəlinən problem isə qəbizlikdir.
Qəbizlik həm böyüklərdə, həm uşaqlarda, bəzənsə hamilə qadınlarda müşahidə olunur.
Səbəbləri çoxdur:
– Düzgün qidalanmamaq
– Qəbizlik yaradan qidaların tez-tez qəbulu
– Hamiləlik dövründə hormonal dəyişikliklər
– Az hərəkət etmək
Əgər bu vəziyyət uzun müddət davam edərsə, xroniki qəbizlik yaranır.
Bu isə təkcə həzm sisteminə yox, ümumi sağlamlığa və əhval-ruhiyyəyə də mənfi təsir göstərir.
İnsanda baş ağrısı, əsəbilik, yaddaş zəifləməsi bəzi hallarda bədəndə və üzdə səpki kimi hallar yarada bilər.
Bağırsaqların fəaliyyəti qaraciyərlə sıx bağlıdır.
Uzunmüddətli qəbizlik qaraciyərin işini zəiflədir, toksinlərin bədəndə yığılmasına və zamanla səbəbsiz gərginliyin yaranmasına səbəb olur.
Hətta bu vəziyyət bağırsaq xərçəngi riskini də artıra bilər.
Bunların qarşısını almaq üçün:
• Gün ərzində bol su içmək
• Sağlam və yüngül qidalanmaq
• Gün ərzində hərəkət etmək, axşamlar gəzmək lazımdır.
Bağırsaqlar sağlamdırsa, bədən də sağlam olur.
Həkim köməkçisi ilə əlaqə:
📞 +994 (77) 365 66 66
🏥 “Funda” Klinikası
📍 Bakı şəhəri, Nərimanov rayonu
(“Heydər Əliyev” mərkəzinin sağ istiqaməti, Rəssamlıq Akademiyasının arxası)