Reabilitasiya AZ

Reabilitasiya AZ Yeni Robotik Reabilitasiya Mərkəzi

Gələcəyin reabilitasiyası artıq Azərbaycanda🦾🇦🇿

Müasir Azərbaycan dövlətinin memarı, Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsini dərin hörmət və ehtiramla yad ediri...
10/05/2026

Müasir Azərbaycan dövlətinin memarı, Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsini dərin hörmət və ehtiramla yad edirik.

TƏBİB-in dəstəyi ilə III Beynəlxalq Fiziotexnoterapiya Konqresi keçirilibTƏBİB-in dəstəyi, Yeni Klinikanın təşkilatçılığ...
05/05/2026

TƏBİB-in dəstəyi ilə III Beynəlxalq Fiziotexnoterapiya Konqresi keçirilib

TƏBİB-in dəstəyi, Yeni Klinikanın təşkilatçılığı ilə keçirilən III Beynəlxalq Fiziotexnoterapiya Konqresi (ICPTT 2026) fizioterapiya, reabilitasiya və tibbi texnologiyalar sahəsində fəaliyyət göstərən yerli və beynəlxalq mütəxəssisləri bir araya gətirib.

İki gün davam edən tədbir elmi yeniliklərin təqdimatı və beynəlxalq əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyətli platforma rolunu oynayıb.

Tədbirdə TƏBİB-in İcraçı direktorunun müavini Anar İsrafilov, Yeni Klinikanın direktor müavini, Ürək-damar mərkəzinin rəhbəri Qalib İmanov, Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun terapevtika kafedrasının professoru Nailə Məmmədova, Hacettepe Universitetinin Fizioterapiya və reabilitasiya fakültəsinin dekan müavini Prof. Dr. Muhammed Kılınç, PhD Mehmet Gürhan Karakaya, Prof.PhD Zübeyir Sarı, Yeni Klinikanın direktor müavini, Yeni Robotik Reabilitasiya Mərkəzinin rəhbəri Pərvin Əkbərov, eləcə də Azərbaycan Tibb Universitetinin, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin, Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun, Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun nümayəndələri, həmçinin Türkiyədən dəvət olunmuş professor və tibb mütəxəssisləri iştirak ediblər.

Fizioterapiya və reabilitasiyanın həyat keyfiyyətinin yüksəldilməsində mühüm rol oynadığını bildirən A.İsrafilov bu sahədə beynəlxalq təcrübə mübadiləsinin əhəmiyyətli olduğunu xüsusi vurğulayıb.

Q.İmanov reabilitasiya xidmətlərinin müasir səhiyyədə prioritet olması və konqresin beynəlxalq əməkdaşlıq üçün önəmindən danışıb.

Professor Nailə Məmmədova tibbi turizmdə reabilitasiyanın roluna diqqət çəkib və Azərbaycanın bu istiqamətdə potensialını qeyd edib. Prof. Dr. Muhammed Kılınç konqresin beynəlxalq əhəmiyyətini vurğulayaraq, Yeni Klinikanın Robotik Reabilitasiya Mərkəzinin müasir standartlara uyğun fəaliyyət göstərdiyini bildirib.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın anadan olmasının 103-cü ildönümü tamam olur. Zərifə xanım Əliyeva o...
28/04/2026

Görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın anadan olmasının 103-cü ildönümü tamam olur.

Zərifə xanım Əliyeva oftalmologiya sahəsindəki mühüm elmi nailiyyətləri və Azərbaycan səhiyyəsinin inkişafındakı misilsiz xidmətləri ilə tibb tariximizdə xüsusi yer tutur.

14/04/2026

Effektiv yürüş və tarazlıq təlimi

Qabaqcıl virtual və artırılmış reallıq texnologiyalarından istifadə edən GRAIL sistemi, müxtəlif yürüş və tarazlıq təlim proqramları təqdim edir.

İnteqrasiya olunmuş qiymətləndirmə imkanları sayəsində pasiyentin real həyat ssenarilərində qarşılaşa biləcəyi çətin şərtlər təhlükəsiz mühitdə simulyasiya olunur və onun funksional vəziyyəti dəqiq şəkildə dəyərləndirilir.

3-cü Beynəlxalq Fiziotexnoterapiya Konqresi (ICPTT) 2026 🌏Fizioterapiya və reabilitasiya sahəsində müasir elmi yanaşmala...
12/04/2026

3-cü Beynəlxalq Fiziotexnoterapiya Konqresi (ICPTT) 2026 🌏

Fizioterapiya və reabilitasiya sahəsində müasir elmi yanaşmaların və texnoloji innovasiyaların təqdim olunacağı bu beynəlxalq konqres, müxtəlif ölkələrdən gələn mütəxəssisləri bir araya gətirən nüfuzlu elmi platformadır.

Robotik reabilitasiya, telerehabilitasiya, süni intellekt, hərəkət analizi, geyilə bilən texnologiyalar və digər innovativ sahələr üzrə ən son tədqiqatlar və klinik təcrübələr müzakirə olunacaqdır.

Fizioterapevtlər, ortopedlər, nevroloqlar, idman həkimləri, mühəndislər (biomedikal, kompüter, elektrik-elektronika, mekatronika, proqram təminatı mütəxəssisi) tədqiqatçılar, akademiklər, idman mütəxəssisləri və səhiyyə texnologiyaları sahəsində fəaliyyət göstərən bütün peşəkarlar üçün beynəlxalq elmi əməkdaşlıq və bilik mübadiləsi imkanı yaradılır.

🔗 Qeydiyyat: https://docs.google.com/forms/d/e/1FAIpQLSdk65ahPZNL42QCU2wiiQq_AmASg2s2AAoCzcEOqomtmHY5sA/viewform?usp=publish-editor

⏳ Son qeydiyyat tarixi: 25 aprel 2026

12/04/2026

“Reabilitasiya nöqtəsi rubrikasında pediatrik reabilitasiyaya aid aktual bir sualı gündəmə gətirdik:

📌Zərərsiz kimi görünə bilən W oturuş uşaqlar üçün uzun müddətdə hansı problemlərə yol aça bilər ?

Suala fizioterapist Zeynəb Məmmədova elmi-praktik yanaşma ilə aydınlıq gətirib.

11/04/2026

Xüsusilə əzələ-skelet sistemi xəstəlikləri, xroniki ağrılar, tendinitlər və yumşaq toxuma patologiyalarının müalicəsində yüksək effektivliyi ilə seçilən Storz Medical – DUOLITH®️ SD1 ultra – modulyar şok dalğa terapiya (ESWT) sistemi

Xarici mütəxəssislərin iştirakı ilə keçirilən təlim çərçivəsində mütəxəssislərimiz cihazın klinik tətbiq imkanları, düzgün istifadə protokolları və sübutlara əsaslanan müasir reabilitasiya yanaşmaları ilə praktiki şəkildə tanış olublar.

Qeyri-invaziv şok dalğa terapiyası texnologiyasına əsaslanan Duolith cihazı aşağıdakı üstünlükləri ilə fərqlənir:

✅Fokuslanmış və radial dalğalar vasitəsilə hədəf toxumalara yüksək dəqiqlikli təsir
✅Ağrının azaldılması və toxuma regenerasiyasının stimullaşdırılması
✅Cərrahi müdaxiləyə alternativ effektiv müalicə imkanı
✅Qısa prosedur müddəti və minimal bərpa dövrü
✅Ortopediya, nevrologiya və reabilitasiya sahələrində geniş tətbiq imkanları

Cihaz ortopediya,idman təbabəti, neyrologiya, dermatologiya, estetika (opsional), və veterinariya sahələrində istifadə edilir. Diaqnoz və terapiyanı birləşdirərək vaxt itkisiz və dəqiq müalicə imkanı yaradır.

Beynəlxalq təcrübəyə əsaslanan bu cür təlimlər mütəxəssislərin peşəkar inkişafını gücləndirir, eyni zamanda pasiyentlərə daha müasir, təhlükəsiz və effektiv tibbi xidmətlərin göstərilməsinə mühüm töhfə verir.

10/04/2026

Əgər övladınızda serebral iflic diaqnozu varsa və gündəlik fəaliyyətlərdə — əşyaları tutmaq, yazı yazmaq, iki əli koordinasiyalı şəkildə istifadə etmək kimi bacarıqlarda çətinliklər müşahidə olunursa, bu halların vaxtında və düzgün qiymətləndirilməsi xüsusi əhəmiyyət daşıyır.

Erkən və düzgün yanaşma, reabilitasiya prosesində daha effektiv nəticələrin əldə olunmasına imkan yaradır.

Əgər siz də övladınız üçün peşəkar qiymətləndirmə və düzgün istiqamətləndirmə istəyirsinizsə, klinikamıza müraciət edə bilərsiniz.

“HydroWorx Underwater Treadmill” – reabilitasiyada innovativ hidroterapiyaHydroWorx sualtı qaçış cihazı su mühitində hər...
06/04/2026

“HydroWorx Underwater Treadmill” – reabilitasiyada innovativ hidroterapiya

HydroWorx sualtı qaçış cihazı su mühitində hərəkət imkanı yaradaraq bədənə düşən yükü azaldır və təhlükəsiz reabilitasiya prosesini təmin edir. Suyun qaldırıcı qüvvəsi sayəsində oynaqlara düşən təzyiq minimuma enir, eyni zamanda hərəkət və əzələ aktivliyi dəstəklənir.

Əsas üstünlüklər:
• Oynaqlara minimal yük – daha az ağrı və risk
• Erkən mərhələdə təhlükəsiz hərəkət və yerimə məşqləri
• Əzələ gücünün və balansın bərpasına dəstək
• Ödem və spazmın azalmasına kömək
• Daha sürətli funksional reabilitasiya prosesi

Kimlər üçün uyğundur:
• Ortopedik əməliyyatlardan sonra pasiyentlər
• Diz, bud-çanaq və onurğa problemləri olan şəxslər
• Nevrologiya (insult, sinir sistemi zədələnmələri) pasiyentləri
• İdman zədələrindən sonra reabilitasiya mərhələsi
• Hərəkət məhdudiyyəti və ağrı sindromu olan xəstələr

HydroWorx – daha az ağrı, daha çox hərəkət azadlığı və daha sürətli bərpa üçün müasir hidroterapiya həlli.

04/04/2026

📌Açıq ürək əməliyyatı sonrası erkən dönəmdə xəstələrdə kardiopulmonar reabilitasiya necə aparılmalıdır?

Suala fizioterapist Fatimə Mehtizadə “Reabilitasiya nöqtəsi”ndə elmi-praktik yanaşma ilə aydınlıq gətirib.

02/04/2026

Travmadan sonra çətin bir yol… amma uğurla tamamlanan bir hekayə ✨

Travma nəticəsində Yeni Klinikada topuq nahiyəsindən əməliyyat olunan pasiyentimiz şiddətli ağrılar və kompartman sindromu ilə Mərkəzimizə müraciət etdi. Vaxtında aparılan düzgün diaqnostika və müdaxilələr nəticəsində vəziyyət nəzarət altına alındı.

Bir müddət sonra mil çıxarılması əməliyyatı keçirən pasiyentimizin reabilitasiya mərhələsinə yenidən start verildi. Peşəkar komandanın dəstəyi və düzgün müalicə planı sayəsində çətin və ağrılı proses artıq geridə qalıb.

Bu gün pasiyentimiz öz ayaqları üzərində sərbəst yeriyir, gündəlik həyatına müstəqil şəkildə davam edir.

Address

Heydər Əliyev Pr. 142
Baku

Opening Hours

Monday 09:00 - 16:00
Tuesday 09:00 - 16:00
Wednesday 09:00 - 16:00
Thursday 09:00 - 16:00
Friday 09:00 - 16:00
Saturday 09:00 - 00:15

Website

Alerts

Be the first to know and let us send you an email when Reabilitasiya AZ posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share