Bakı Qastroenterelogiya Mərkəzi

Bakı Qastroenterelogiya Mərkəzi 🧡Qastroenteroloji xəstəliklərin müalicə mərkəzi
📌Ünvan: Babək Pr, 92 n
📲 Bizimlə əlaqə: +994 99 980 50 50

Həkimlərimizi tanıyın!👩‍⚕️✨Tibb üzrə fəlsəfə doktoru Dr. Həcər HəsənovaQastroenterologiya, endoskopiya və hepatologiya s...
04/03/2026

Həkimlərimizi tanıyın!👩‍⚕️✨

Tibb üzrə fəlsəfə doktoru Dr. Həcər Həsənova

Qastroenterologiya, endoskopiya və hepatologiya sahəsində dərin biliyə və beynəlxalq təcrübəyə malik olan peşəkar həkimimiz Bakı Qastroenterologiya Mərkəzində sağlamlığınızın keşiyindədir!

📞 055 369 37 38
hecerhesenova

01/03/2026

Bakı Qastroenterologiya Mərkəzinin invaziv qastroenteroloqu Ruslan Məmmədov, MD, PhD 19–20 fevral tarixlərində Macarıstanın Seqed şəhərində Olympus şirkəti tərəfindən təşkil olunan “Advanced EUS Interventions” (Endoskopik ultrasəs əsaslı müasir invaziv prosedurlar) kursunda iştirak etmişdir.

Təlim nəzəri və praktiki mərhələləri əhatə etmiş, invaziv endoskopiya sahəsində ən son yanaşmalar üzrə bilik və bacarıqların artırılmasına yönəlmişdir. Həkimimiz kursu uğurla başa vuraraq sertifikatla təltif olunmuşdur.

Bu isə o deməkdir ki, pasiyentlərimiz üçün tətbiq edilən prosedurlar beynəlxalq standartlara əsaslanır və müasir texnologiyalarla icra olunur.

Daha dəqiq diaqnoz, daha təhlükəsiz müdaxilə və daha effektiv nəticə üçün inkişafımız davam edir.

📞 Ətraflı məlumat və qeydiyyat: +994 999 80 50 50
Ruslan Mamedov

28/02/2026

Ramazan ayında ən böyük səhv nədir bilirsiniz?
Gün boyu səbr edib, axşam nəzarəti itirmək.

Oruc bədən üçün bir “yenilənmə fürsəti”dir. Amma bu fürsəti ağır və qarışıq porsiyalarla yükləsək, faydanı azaldırıq. Axşam saatlarında maddələr mübadiləsi və həzm prosesi ləngiyir. İftar və imsak isə məhz həmin saatlara düşür. Bu səbəbdən orqanizmə əlavə yük yox, dəstək lazımdır.

Əgər sizdə Şəkərli diabet və ya xroniki mədə-bağırsaq problemləri varsa, Ramazan ayında özbaşına “rejim dəyişmək” düzgün deyil. Həkimin təyin etdiyi pəhriz pozularsa, nəticə arzuolunan olmaya bilər.

Unutmayın:
Oruc tutmaq ibadətdir, amma sağlamlıq məsuliyyətdir.
Süfrə dolu ola bilər, boşqab isə ölçülü olmalıdır.

Allah orucunuzu qəbul etsin.🌙

📞 Ətraflı məlumat və qeydiyyat: +994 55 369 37 38

25 ildən artıq təcrübə, minlərlə uğurlu müdaxilə və invaziv endoskopiya sahəsində dərin ixtisaslaşma.Ruslan Məmmədov – q...
27/02/2026

25 ildən artıq təcrübə, minlərlə uğurlu müdaxilə və invaziv endoskopiya sahəsində dərin ixtisaslaşma.

Ruslan Məmmədov – qastroenteroloq, invaziv endoskopist olaraq EUS və ERCP daxil olmaqla mürəkkəb endoskopik prosedurların icrasında geniş klinik təcrübəyə malikdir. Uzun illər Milli Onkologiya Mərkəzində çalışaraq həm diaqnostik, həm də müalicəvi endoskopiya sahəsində şöbə müdiri kimi fəaliyyət göstərib.

Beynəlxalq təcrübə, elmi fəaliyyət və yerli–xarici konfranslarda aktiv iştirak onun peşəkar yanaşmasını daha da gücləndirir.

Dəqiq diaqnoz, doğru yanaşma və təhlükəsiz müdaxilə üçün müraciət edə bilərsiniz.

📞 +994 999 80 50 50
mmq

20 ildən artıq praktik təcrübə, müasir endoskopik texnologiyalar və dəqiq diaqnostika.Dr. Rafael Həsənov qastroenteroloj...
22/02/2026

20 ildən artıq praktik təcrübə, müasir endoskopik texnologiyalar və dəqiq diaqnostika.

Dr. Rafael Həsənov qastroenteroloji xəstəliklərin erkən aşkarlanması və effektiv müalicəsində kompleks yanaşma tətbiq edir. Qastroskopiya, kolonoskopiya və terapevtik endoskopik müdaxilələr sahəsində peşəkar təcrübə ilə Bakı Qastroenterologiya Mərkəzində xidmətinizdədir.

📞 +994 999 80 50 50
rafael_hesenov

Bədənimizin müdafiə sisteminin təxminən 70%-i bağırsaqlarda yerləşir. Yəni tez-tez xəstələnirsinizsə, halsızlıq, köp, qə...
13/02/2026

Bədənimizin müdafiə sisteminin təxminən 70%-i bağırsaqlarda yerləşir. Yəni tez-tez xəstələnirsinizsə, halsızlıq, köp, qəbizlik və ya ishal sizi narahat edirsə problem düşündüyünüzdən daha dərindədir deməkdir…

Bağırsaqlarımızda yaşayan faydalı bakteriyalar (mikrobiota) bizim görünməz qoruyucularımızdır. Onlar:
İmmuniteti gücləndirir
Həzmi tənzimləyir
Köp və şişkinliyi azaldır
Vitaminlərin sorulmasını yaxşılaşdırır
Zərərli bakteriyalara qarşı baryer yaradır

Lakin stress, nizamsız qidalanma, tez-tez antibiotik istifadəsi və yuxusuzluq bağırsaqların fəaliyyətinə mənfi təsir edir. Nəticədə həm həzm, həm də ümumi sağlamlıq zərər görür.

Unutmayın ki, sağlam bağırsaq sadəcə rahat həzm deyil, enerji dolu həyat, möhkəm immunitet və güclü orqanizm deməkdir.

Bağırsaq problemləriniz varsa gecikmədən müayinə olunun, səbəbi öyrənin və düzgün müalicə ilə sağlamlığınızı bərpa edin.

📞 +994 999 80 50 50 / +994 55 369 37 38

09/02/2026

Valideynlər tez-tez soruşur:
“Doktor, bunu rentgenlə bilmək olmaz?”

Bu sual tamamilə normaldır. Amma bir həqiqət var: Rentgen mədə-bağırsaq sistemində yalnız kobud problemləri göstərə bilir. Selikli qişadakı xırda, amma vacib dəyişiklikləri isə endoskopiya aşkarlayır.

Endoskopiya mədə-bağırsaq xəstəliklərinin diaqnostikasında “Qızıl standart”dır.
Həmçinin, müasir dövrdə uşaqlar üçün xüsusi ölçülü endoskoplar var və müayinə sedasiya altında, ağrısız aparılır.

Əgər övladınızda mədə-bağırsaq şikayətləri varsa — vaxt itirməyin, mütləq həkimə müraciət edin və endoskopik müayinədən qorxub çəkinməyin. Bu, övladınızın sağlamlığı üçün atılan ən doğru addımdır🧡

📞 Ətraflı məlumat və qeydiyyat: +994 55 369 37 38

Mədədə şişkinlik sizi bezdirir?Yeməkdən sonra sinədə yanma başlayır?Ağzınıza acı su gəlir, ürəyiniz bulanır?Səbəbsiz hal...
06/02/2026

Mədədə şişkinlik sizi bezdirir?
Yeməkdən sonra sinədə yanma başlayır?
Ağzınıza acı su gəlir, ürəyiniz bulanır?
Səbəbsiz halsızlıq, gecələr mədə ağrısı sizi narahat edir?

Bunlar “keçər” deməklə keçmir!
Bunlar qastrit, reflüks, xora və ya bağırsaq problemlərinin xəbərdarlıqları ola bilər.

Mədəniz kömək istəyir. Ağrıkəsici ilə susdurmaq çıxış yolu deyil.
Vaxtında müayinə – problemi kökündən həll etməyin yeganə yoludur.🧡

📞 Ətraflı məlumat və qeydiyyat: +994 999 80 50 50

29/01/2026

Xanımlar 🧡
Siz hər kəsə vaxt ayırırsınız, bəs özünüzə?

Həcər doktor və Günay doktor qadın həmrəyliyi ilə
xüsusi “Narıncı Paket” yaratdı.

Bu paket ginekoloji və qastroenteroloji sağlamlığınızı
vaxtında dəyərləndirmək və gələcək risklərin qarşısını almaq üçündür.

Bu paketlə həm qastroenteroloji, həm də ginekoloji sağlamlığınızı kompleks şəkildə yoxlatdırırsınız:
🔶Qastroenteroloq konsultasiyası
🔶EGDS + Kolonoskopiya (anesteziya ilə)
🔶Onkoginekoloq konsultasiyası
🔶Pap-Smear – xərçəngönü proseslərin erkən aşkarlanması
🔶Mamoloq konsultasiyası
🔶USM müayinələri – ginekoloji, qastroenteroloji, süd vəzi

Unutmayın:
Həkimə xəstə olanda yox, xəstələnməmək üçün gedilir.

Öz sağlamlığınızı ertələməyin. 🧡

📞 Ətraflı məlumat və qeydiyyat: +994 55 369 37 38

26/01/2026

Autoimmun hepatit immun sistemin səhv işləməsi nəticəsində qaraciyər hüceyrələrinin zədələnməsi ilə yaranan xroniki xəstəlikdir. Xəstəlik zamanı orqanizm qaraciyəri yad toxuma kimi qəbul edir və ona qarşı hücum edir.

Əsas əlamətlər halsızlıq, sarılıq, qaraciyər böyüməsi və qan analizlərində dəyişikliklərdir. Vaxtında diaqnoz qoyulmadıqda xəstəlik sürətlə sirroza keçə bilər.

Autoimmun hepatit daha çox gənc və orta yaş qrupunda rast gəlinir və uzunmüddətli müalicə ilə daimi tibbi nəzarət tələb edir. Erkən diaqnoz və müalicə qaraciyərin funksiyasını qorumağa kömək edir.

23/01/2026

Səssiz başlayan, ciddi nəticələrə aparan xəstəlik - Primar biliar xolangit

Bu xəstəlik uzun müddət heç bir əlamət vermədən irəliləyə bilər.
Çox vaxt təsadüfi analizlər zamanı aşkarlanır, lakin vaxtında müdaxilə olunmazsa qaraciyər üçün ciddi risklər yaradır.

Zamanla qaşınma, halsızlıq, sarılıq kimi əlamətlər özünü göstərir.
Erkən diaqnostika xəstəliyin gedişini ləngidə bilər.
Daimi nəzarət və düzgün müalicə həyati əhəmiyyət daşıyır.

🩺 Qaraciyərinizə laqeyd yanaşmayın.
📌 Videonu izləyin, məlumatlı olun, vaxtında addım atın.

Address

Babək Pr, 92 N
Baku

Website

Alerts

Be the first to know and let us send you an email when Bakı Qastroenterelogiya Mərkəzi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share